Fənn · Qida mühəndisliyi

Kompüter əsaslı mühəndis qrafikasıSillabus

İF-3950y4 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3950y
Kredit
4
Tələbənin iş yükü
120
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 45 saat - TSİ b) 15 saat - MRTSİ

Fənn haqqında

«Kompüter əsaslı mühəndis qrafikası» fənni – mühəndis qrafikasınının bütün böl-mə¬lərini və maşın qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən fənlərdən biridir. «Kompüter əsaslı mühəndis qrafikası»nın öyrənilməsində əsas məqsəd: tələbələrə cisim¬lərin ortogonal proyeksiyalanmaya əsaslanan və KSVS uyğyn təsvirləri əldə etmək yollarını və əksinə cizgilərə əsasən onların fəza formaların müəyyən edilməsi ilə bağlı məsələləri həll etmək bacarığını öyrədir. «Kompüter əsaslı mühəndis qrafikası» mühəndis-texniki təhsilin formalaşması və mənimsənilməsi işində əsas fənlərdən biri sayılır. «Kompüter əsaslı mühəndis qrafikası» fənni həmçinin müasir kompüter texno¬logi-yalarından geniş istifadə etməklə vektor qrafikası əsasında realistik 3D modellərin qurulması və bu mdellər əsasında QOST un tələblərinə uyğun cizgilərin alınması və çapını öyrədir. Kompüter əsaslı mühəndis qrafikası, 3D modellərdən müxtəlif effektlər verməklə kameranın tətbiqilə render vasitəsilə kefiyyətli rastr şəkillərin alınmasını da yerinə yetirir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Qida təhlükəsizliyi sistemində istifadə olunan texniki vasitələrin, onların quruluşuna daxil olan hissələrin və birləşmələrin tərtibatına dair mühəndislik tələblərini izah edir.

  2. CLO 2: FTN 2. Fəza həndəsəsinin əsas prinsiplərini, o cümlədən nöqtə, düz xətt, müstəvi, çoxüzlülər və fırlanma səthlərinin xüsusiyyətlərini izah edir.

  3. CLO 3: FTN 3. Proyeksiya çertyojlarının tərtib edilməsi və onlarda istifadə olunan şərti işarələrin tətbiqi qaydalarını izah edir.

  4. CLO 4: FTN 4. Yivli, qaynaqlı, pərçimli və digər birləşmələrin növlərini, onların yaradılması və tətbiqi üsullarını izah edir.

  5. CLO 5: FTN 5. Qida sənayesində istifadə olunan avadanlıqların konstruksiyalarında tətbiq edilən əsas standartlaşdırılmış detalların və birləşmə vahidlərinin quruluşunu və təyinatını izah edir.

  6. CLO 6: FTN 6. AutoCAD qrafik proqramından istifadə etməklə texniki çertyojların hazırlanması və tərtib edilməsi qaydalarını öyrədir.

Mövzu planı

  1. 1.
    AutoCAD proqramının interfeysi. Hal sətrinin əmrləri. İkiölçülü koordinat sistemi. Qatlar. Draw lövhəsinin bəzi əmrləri. AutoCAD proqramında obyektlərin seçilməsi üsulları. Modify (re¬daktəetmə) lövhəsinin bəzi əmrləri. Ölçülərin qoyulması və stillər.Mühazirə
  2. 2.
    AutoCAD proqramının interfeysi. AutoCAD proq¬ra¬mında yeni faylın açılması. Hal sətrinin əmrləri. Çertyoj standartları: formatlar, miqyaslar, xətlərin növ¬ləri, şriftlər, materialların şərti işarələri, çertyojda ölçülərin göstərilməsi. Əsas yazının yerinə yetiril¬məsiMəşğələ
  3. 3.
    Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq.Laboratoriya
  4. 4.
    Kompüter əsaslı mühəndis qrafikasının predmeti. Çertyojların tərtibi üçün bəzi standartlar. Həndəsi qurmalar. İki düz xəttin, düz xətlə çevrənin və iki çevrənin qovuşması. Maillik və konusluq.Mühazirə
  5. 5.
    AutoCAD proqramından istifadə etməklə (və ya ənənəvi) həndəsi qurmaların elementlərindən ibarət konturların çəkil¬məsinə aid məşğələ. Sərbət işin tapşı¬rıq¬larının verilməsi və izahı (1 və 2-ci məsələ)Məşğələ
  6. 6.
    Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanmasıLaboratoriya
  7. 7.
    Ortoqonal proeksiyalama metodu. Nöqtənin iki və üç proeksiya müstəvisinə ortoqonal proyeksi-yalan¬ması. Nöqtənin xüsusi halları. Düz xəttin proyek¬si¬ya¬ları. Düz xəttin xüsusi halları. Nöqtənin düz xəttə mənsub olması. Düz xəttin izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri.Mühazirə
  8. 8.
    Çertyojların tərtibinin nəzəri əsasları. Nöqtə və düz xəttin ortoqonal proyek¬siyaları. Nöqtə və düz xətt möv¬¬zusuna aid məşğələ. Ənənəvi və AutoCAD proqramından istifadə et¬məklə nöqtənin epürdə hər üç proyeksiyasının qurulmasına aid məşğələ. (Sİ -in tapşırığının verilməsi və izahı 3-cü məsələ)Məşğələ
  9. 9.
    AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması.Laboratoriya
  10. 10.
    Müstəvinin verilmə üsulları. Nöqtə və düz xəttin müstəviyə mənsub olması. Müstəvilə düz xəttin və iki müstəvinin kəsişməsi (xüsusi hal). Çoxüzlülərin və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və düz xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xət və müstəvilə kəsişməsi (xüsusi hal).(Mühazirə
  11. 11.
    Müstəvinin verilmə üsulları və xüsusi vəziyyətli müs¬təvilər. Düz xəttin və nöqtənin müstəviyə mən-sub ol¬ması (xüsusi hal). Düz xətlə müstəvinin və iki müs¬təvinin kəsişməsinə aid məşğələ (xüsusi hal). Səth¬lərin (prizma, piramida, silindr, konus) çertyojda təs¬viri. Prizma, piramida, silindr və konus səthlərinin ənə¬nəvi və AutoCAD proqramından istifadə etməklə müstəvi (xüsusi hal) və düz xətlə kəsişməsinə aid məşğələ (Sİ -in tapşırığının verilməsi və izahı 4-cü məsələ).(Məşğələ
  12. 12.
    Həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun konturların çəkilməsi və ölçülərinin qoyulmasıLaboratoriya
  13. 13.
    AutoCAD proqramında 3D modelləmədə koordinat sistemləri. İstifadəçi koordinat siseminin (İKS) əmrləri. 3D modelləmədə qurma və redaktəetmə əmrləri. Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklərMühazirə
  14. 14.
    Çertyojda təsvirlər: görünüşlər, kəsiklər, en kəsiklər. Sadə fəza fiqurlarının görünüşlərinin və kəsiklərinin qurulmasına aid fərdi tapşırıgların yerinə yetirilməsi. Natu-radan verilmiş detalın aksonometrik proyek¬siyasinin qurulmasına aid məşğələ. AutoCAD proq¬ramında istifadəçi koordinat sistemi (UCS). 3D mo¬del¬ləmə və redaktəetmə üçün əmrlər. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (5-ci və 6-cı məsə¬lə, ənənəvi üsulla və AutoCAD proqramında)Məşğələ
  15. 15.
    AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün qurulması.Laboratoriya
  16. 16.
    Naturadan detalların görünüşlərinin, kəsik və en kəsiklərinin qurulması qaydası.Aksonometrik proyeksiyalar haqqında. Detal birləşmələri haqqında ümumi məlumat. Söküləbilən birləş¬mələr. Detallarda və birləşmələrdə yivlərin təsviri və işarə olun¬ması. Standart yivli detalların cizgisi. Detal birləşmələrində istifadə edilən emprik düsturlarMühazirə
  17. 17.
    Birləşmələr haqda ümumi məlumat. Yivli birləşmələr və onun ele¬ment¬lərinin cizgilərinin tərtibinə (bolt, qayka, vint) aid ənənəvi üsulla və ya AutoCAD proqramında 2D cizgi kimi yerinə yetirilməsinə aid məş¬ğələ. Sİ -ün tapşırığının verilməsi (7-ci məsələ)Məşğələ
  18. 18.
    AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün, lazımı kəsiklərinin verilməsi və stillərdən istifadə etməklə ölçülərin qoyulmasıLaboratoriya
  19. 19.
    Söküləbilməyən birləşmələr. Qaynaq, lehim və yapışqan birləşmə¬lərinin çertyojda təsviri. Digər növ birləşmələr və ötürmələrin cizgidə təsviriMühazirə
  20. 20.
    Yivli birləşmələr. Emprik düsturlardan istifadə etməklə bolt, vint birləşməsi və onun elementlərinin cizgilərinin tərtibinə aid məşğələ. Sökülməyən birləşmələr, -birləş¬mə¬lərin digər növləri və ötürmələr. Qaynaq, lehim, yapışqan birləşmələrinin təsviri və işarə olunmasına aid məşğələ. Sİ -in tapşırığının verilməsi (8-ci məsələ)Məşğələ
  21. 21.
    AutoCAD proqramında 3D modellərin yaradılması Laboratoriya
  22. 22.
    Eskizlər və işçi çertyojlar. Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissələrə ayrılması ardıcıllığı. AutoCAD proqramında materiallar, teksturalar, işıq effekti, kame¬ranın tətbiqilə üçölçülü realistik görünüşlərin alınması, faylda sax-lanması və çapı.Mühazirə
  23. 23.
    Eskizlər. Eskizlər haqqında məlumat, yerinə-yetirilməsi ardıcıllığı və tətbiq sahələri. Naturadan verilmiş yivli detalın eskizinin çəkilməsi ardıcıllığı. Sİ -in tapşırı¬ğının verilməsi (9-cu məsələ). Yığımın ümumi görünüş cizgisi. Yığım cizgisində istifadə edilən şərtiliklər və sadələşdirmələr. Yığımın ümumi görünüş çertyo¬jun¬dan, ənənəvi və ya AutoCAD proq¬ramından istifadə etməklə, yığımın detallarının hissələn¬məsinə aid məşğələ. (Sİ -in tapşırığının verilməsi və izahı 10-cu məsələ).Məşğələ
  24. 24.
    AutoCAD proqramında 3D modellərin yaradılması, redaktəsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, dizaynı, avtomatik 2D cizgilərinin alınması, çapı.Laboratoriya
  25. 25.
    Həndəsi qurmalardan istifadə etməklə yastı konturların cizgisinin çəkilməsi [1-4]. Maillikdən istifadə etməklə yastı konturların cizgisinin çəkilməsi [1-4]. Sərbəst iş
  26. 26.
    Verilmiş koordinatlarla nöqtənin hər üç proyeksiyasının epürdə və fəzada qurulması [1-4]. Xüsusi vəziyyətdə verilmiş müstəvilə kəsilmiş fəza fiqu¬runun hər üç proyeksiyasının qurulması [1-4].Sərbəst iş
  27. 27.
    İki görünüşə görə üçüncü görünüşün qurulması və kəsiklərin verilməsi [1-4]. Əyani təsvirlə verilmiş modelin lazımı kəsik verməklə hər üç görünüşünün çəkilməsi [1-4].Sərbəst iş
  28. 28.
    Sökülə bilən birləşmələrdə istifadə edilən standart birləş¬dirici detalların ölçülərini standartdan seçməklə çəkilməsi [1-4]. Əyani təsvirlə verilmiş sökülməyən birləşmənin görünüş¬lərinin və kəsiklərinin qurulması [1-4].Sərbəst iş
  29. 29.
    Naturadan verilmiş detalın eskizinin çəkilməsi [1-4]. Verilmiş yığım vahidinin ümumi görünüş çertyojundan bir ədəd detalın eskizinin çəkilməsi [1-4].Sərbəst iş

Ədəbiyyat

  1. İmanov Ə.S. «Tərsimi həndəsə və mühəndis qrafikası-2». Bakı. 2018, 156 s
  2. İmanov Ə.S., Qələndərov Z.S., Məmmədov N.M. «Mühəndis qrafikası». Bakı. 2016.
  3. Qələndərov Z.S., İmanov Ə.S., Nadirov U.M. Mühəndis və maşın qrafikası. Bakı – 2007
  4. Mustafayev M. R., İmanov Ə.S., Eyyubov R.H. Kompüter qrafikası, AutoCAD-2013, MAA-ın poliqrafiya mərkəzi, 351s, 2012-ci il.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6