Fənn · Qida mühəndisliyi

Konserv və qida konsentratlarının texnologiyası

İFS-3561y7 kreditYaz semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Fənnin tədrisində tələbələrə konserv məhsulları və qida konsentratlarının qida məhsulları sırasındakı əhəmiyyəti, onların qidalanmada oynadığı rol, bu tip məhsullar istehsalı üçün istifadə ediləcək xammal və köməkçi materialların xüsusiyyətləri, ayrı-ayrı məhsul çeşidlərinin istehsal texnologiyası, məhsul istehsalı zamanı xammalları emal etmək məqsədi ilə istifadə olunan texnoloji proseslərin əhəmiyyəti, istehsal üzrə texnoloji sxem, texnoloji əməliyyatların həyata keçirilməsi qaydası və ardıcıllığı, hazır məhsulların saxlanması, daşınması və realizə olunması haqqında məlumatlar çatdırılmalıdır. “Konserv və qida konsentratlarının texnologiyası” fənninin tədrisi yuxarıda qeyd olunan məsələləri əhatə edir.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Meyvə-tərəvəz konservləri və qida konsentratları istehsalında istifadə olunan xammalın, yardımçı materialların və hazır məhsulların keyfiyyət göstəricilərini izah edir.

  2. CLO 2: FTN 2. Meyvə-tərəvəz konservləri və qida konsentratları istehsalının əsas texnoloji proseslərini, prinsipial sxemlərini və texnoloji rejimlərini izah edir.

  3. CLO 3: FTN 3. Konserv və qida konsentratları istehsalında texnoloji avadanlıqların iş prinsipini və istismar xüsusiyyətlərini izah edir.

  4. CLO 4: FTN 4. Meyvə-tərəvəz konservləri və qida konsentratları istehsalında keyfiyyətə nəzarət metodlarını, qablaşdırma və saxlanma şərtlərini izah edir.

  5. CLO 5: FTN 5. Müxtəlif xammallar əsasında yeni çeşidli, o cümlədən funksional təyinatlı konserv və qida konsentratlarının istehsal texnologiyasını işləyib hazırlamağı və texnoloji parametrləri müəyyənləşdirməyi bacarır.