Fənn · Qida mühəndisliyi

Konserv və qida konsentratlarının texnologiyasıSillabus

İFS-3561y7 kreditYaz semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-3561y
Kredit
7
Tələbənin iş yükü
210
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 30 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) TSİ - 90 saat b) MRTSİ - 45 saat

Fənn haqqında

Fənnin tədrisində tələbələrə konserv məhsulları və qida konsentratlarının qida məhsulları sırasındakı əhəmiyyəti, onların qidalanmada oynadığı rol, bu tip məhsullar istehsalı üçün istifadə ediləcək xammal və köməkçi materialların xüsusiyyətləri, ayrı-ayrı məhsul çeşidlərinin istehsal texnologiyası, məhsul istehsalı zamanı xammalları emal etmək məqsədi ilə istifadə olunan texnoloji proseslərin əhəmiyyəti, istehsal üzrə texnoloji sxem, texnoloji əməliyyatların həyata keçirilməsi qaydası və ardıcıllığı, hazır məhsulların saxlanması, daşınması və realizə olunması haqqında məlumatlar çatdırılmalıdır. “Konserv və qida konsentratlarının texnologiyası” fənninin tədrisi yuxarıda qeyd olunan məsələləri əhatə edir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Meyvə-tərəvəz konservləri və qida konsentratları istehsalında istifadə olunan xammalın, yardımçı materialların və hazır məhsulların keyfiyyət göstəricilərini izah edir.

  2. CLO 2: FTN 2. Meyvə-tərəvəz konservləri və qida konsentratları istehsalının əsas texnoloji proseslərini, prinsipial sxemlərini və texnoloji rejimlərini izah edir.

  3. CLO 3: FTN 3. Konserv və qida konsentratları istehsalında texnoloji avadanlıqların iş prinsipini və istismar xüsusiyyətlərini izah edir.

  4. CLO 4: FTN 4. Meyvə-tərəvəz konservləri və qida konsentratları istehsalında keyfiyyətə nəzarət metodlarını, qablaşdırma və saxlanma şərtlərini izah edir.

  5. CLO 5: FTN 5. Müxtəlif xammallar əsasında yeni çeşidli, o cümlədən funksional təyinatlı konserv və qida konsentratlarının istehsal texnologiyasını işləyib hazırlamağı və texnoloji parametrləri müəyyənləşdirməyi bacarır.

Mövzu planı

  1. 1.
    Mühazirə 1. Giriş. Kursun ümumi məsələləri. Fənnin predmeti, məqsədi və vəzifələriMühazirə

    Giriş. Kursun ümumi məsələləri. Fənnin predmeti, məqsədi və vəzifələri

  2. 2.
    Mühazirə 2. Konservləşdirmənin prinsip və metodlarıMühazirə

    Konservləşdirmənin prinsip və metodları

  3. 3.
    Mühazirə 3. Konserv məhsulları və qida konsentratları üçün tara və qablaşdırıcı materiallarMühazirə

    Konserv məhsulları və qida konsentratları üçün tara və qablaşdırıcı materiallar

  4. 4.
    Mühazirə 4. Konservləşdirmək üçün xammalların ilkin hazırlanması. Xammalların istilik emalı.Mühazirə

    Konservləşdirmək üçün xammalların ilkin hazırlanması. Xammalların istilik emalı.

  5. 5.
    Mühazirə 5. Xammalların xırdalanması, sıxılması, şirənin təmizlənməsi. Meyvə - tərəvəz şirələrinin istehsal texnologiyasıMühazirə

    Xammalların xırdalanması, sıxılması, şirənin təmizlənməsi. Meyvə - tərəvəz şirələrinin istehsal texnologiyası

  6. 6.
    Mühazirə 6. Qəlyanaltı və nahar üçün tərəvəz konservlərinin istehsal texnologiyası. İaşə sistemi üçün konservlərMühazirə

    Qəlyanaltı və nahar üçün tərəvəz konservlərinin istehsal texnologiyası. İaşə sistemi üçün konservlər

  7. 7.
    Mühazirə 7. Təbii tərəvəz konservlərinin istehsal texnologiyası. Marinadlaşdırılmış məhsullar istehsalıMühazirə

    Təbii tərəvəz konservlərinin istehsal texnologiyası. Marinadlaşdırılmış məhsullar istehsalı

  8. 8.
    Mühazirə 8. Uşaq və pəhriz ərzağı üçün konserv məhsullarının istehsal texnologiyasıMühazirə

    Uşaq və pəhriz ərzağı üçün konserv məhsullarının istehsal texnologiyası

  9. 9.
    9. Şəkərli meyvə konservlərinin (cem, povidla, mürəbbə, konfitür, sukat və s.) istehsal texnologiyası Mühazirə

    Şəkərli meyvə konservlərinin (cem, povidla, mürəbbə, konfitür, sukat və s.) istehsal texnologiyası

  10. 10.
    Mühazirə 9. Şəkərli meyvə konservlərinin (cem, povidla, mürəbbə, konfitür, sukat və s.) istehsal texnologiyasıMühazirə

    Şəkərli meyvə konservlərinin (cem, povidla, mürəbbə, konfitür, sukat və s.) istehsal texnologiyası

  11. 11.
    Mühazirə 11. Qida konsentratları istehsalı üçün xammalların qurudulması və yarımfabrikatlar istehsalıMühazirə

    Qida konsentratları istehsalı üçün xammalların qurudulması və yarımfabrikatlar istehsalı

  12. 12.
    Mühazirə 12. Nahar xörəkləri və şirin xörəklər üçün qida konsentratlarıMühazirə

    Nahar xörəkləri və şirin xörəklər üçün qida konsentratları

  13. 13.
    Mühazirə 13. Uşaq və pəhriz qidaları üçün quru məhsullar. Meyvə-tərəvəz tozları istehsalıMühazirə

    Uşaq və pəhriz qidaları üçün quru məhsullar. Meyvə-tərəvəz tozları istehsalı

  14. 14.
    Mühazirə 14. Yulaf pəhriz məhsulları istehsalıMühazirə

    Yulaf pəhriz məhsulları istehsalı

  15. 15.
    Mühazirə 15. Dənli bitkilərdən alınan məhsullar. Qəhvə və qəhvə əvəzi içkilər Mühazirə

    Dənli bitkilərdən alınan məhsullar. Qəhvə və qəhvə əvəzi içkilər

  16. 16.
    Laboratoriya 1. Laboratoriya işlərinin yerinə yetirilməsi qaydaları ilə tanışlıq Laboratoriya

    Laboratoriya işlərinin yerinə yetirilməsi qaydaları ilə tanışlıq

  17. 17.
    Laboratoriya 2. Laboratoriya iş zamanı təhlükəsizlik texnikası tədbirləri ilə tanışlıq. Laboratoriya

    Laboratoriya iş zamanı təhlükəsizlik texnikası tədbirləri ilə tanışlıq.

  18. 18.
    Laboratoriya 3. “Quru maddə” anlayışı. Meyvə, giləmeyvə və tərəvəz xammal-larında həll olan quru maddələrin refraktometrik üsulla təyini. Laboratoriya

    “Quru maddə” anlayışı. Meyvə, giləmeyvə və tərəvəz xammal-larında həll olan quru maddələrin refraktometrik üsulla təyini.

  19. 19.
    Laboratoriya 4. “Quru maddə” anlayışı. Meyvə, giləmeyvə və tərəvəz xammal-larında həll olan quru maddələrin refraktometrik üsulla təyini. Laboratoriya

    “Quru maddə” anlayışı. Meyvə, giləmeyvə və tərəvəz xammal-larında həll olan quru maddələrin refraktometrik üsulla təyini.

  20. 20.
    Laboratoriya 5. Konservləşdirilmiş qida məhsullarının orqanoleptiki göstəricilərinin təyini metodu. Laboratoriya

    Konservləşdirilmiş qida məhsullarının orqanoleptiki göstəricilərinin təyini metodu.

  21. 21.
    Laboratoriya 6. Meyvə - tərəvəz xammallarında azotun miqdarca təyini.Laboratoriya

    Meyvə - tərəvəz xammallarında azotun miqdarca təyini.

  22. 22.
    Laboratoriya 7. Quru səhər yeməkləri, I və II nahar yeməkləri tipli qida konsentratlarında yağın kütlə payının təyini metodları Laboratoriya

    Quru səhər yeməkləri, I və II nahar yeməkləri tipli qida konsentratlarında yağın kütlə payının təyini metodları

  23. 23.
    Laboratoriya 8. QOST 15113.7-77-yə əsasən qida konsentratlarının tərkibində xörək duzunun miqdarının təyini Laboratoriya

    QOST 15113.7-77-yə əsasən qida konsentratlarının tərkibində xörək duzunun miqdarının təyini

  24. 24.
    Fəlsəfədə insan problemiMühazirə

    Mövzunun məqsədi insanın mahiyyəti, azadlığı, məsuliyyəti və həyatın mənası haqqında fəlsəfi baxışları öyrənməkdir. Müxtəlif fəlsəfi məktəblərdə insan anlayışı müqayisə edilir. Şəxsiyyətin formalaşmasına təsir edən amillər araşdırılır.

  25. 25.
    Laboratoriya 10. QOST 15113.6-77-yə əsasən qida konsentratlarının turşuluğunun təyini Laboratoriya

    QOST 15113.6-77-yə əsasən qida konsentratlarının turşuluğunun təyini

  26. 26.
    Məşğələ 2. Konservləşdirmək üçün xammalların ilkin hazırlanması. Xammalların istilik emalı Məşğələ

    Konservləşdirmək üçün xammalların ilkin hazırlanması. Xammalların istilik emalı

  27. 27.
    Məşğələ 3. Xammalların xırdalanması, sıxılması, şirənin təmizlənməsi. Meyvə - tərəvəz şirələrinin istehsal texnologiyası Məşğələ

    Xammalların xırdalanması, sıxılması, şirənin təmizlənməsi. Meyvə - tərəvəz şirələrinin istehsal texnologiyası

  28. 28.
    Məşğələ 5. Qida konsentratlarının təsnifatı və xüsusiyyətləri Məşğələ

    Qida konsentratlarının təsnifatı və xüsusiyyətləri

  29. 29.
    Məşğələ 6. Nahar xörəkləri və şirin xörəklər üçün qida konsentratlarıMəşğələ

    Nahar xörəkləri və şirin xörəklər üçün qida konsentratları

  30. 30.
    Məşğələ 7. Uşaq və pəhriz qidaları üçün quru məhsullar. Meyvə-tərəvəz tozları istehsalı Məşğələ

    Uşaq və pəhriz qidaları üçün quru məhsullar. Meyvə-tərəvəz tozları istehsalı

  31. 31.
    Məşğələ 8. Yulaf pəhriz məhsulları istehsalı Məşğələ

    Yulaf pəhriz məhsulları istehsalı

  32. 32.
    Sərbəst iş №1. Konserv sənayesinin müasir vəziyyəti və inkişaf perspektivləri.Sərbəst iş

    Konserv sənayesinin müasir vəziyyəti və inkişaf perspektivləri.

  33. 33.
    Sərbəst iş №2. Konserv məhsulları istehsalı üçün xammal bazası.Sərbəst iş

    Konserv məhsulları istehsalı üçün xammal bazası.

  34. 34.
    Sərbəst iş №3. İstilik emalının məqsədi.Sərbəst iş

    İstilik emalının məqsədi.

  35. 35.
    Sərbəst iş №4. Sterilləşdirilmə prosesinin elmi əsaslandırılması.Sərbəst iş

    Sterilləşdirilmə prosesinin elmi əsaslandırılması.

  36. 36.
    Sərbəst iş №5. Meyvə tərəvəz şirələrinin çeşidləri.Sərbəst iş

    Meyvə tərəvəz şirələrinin çeşidləri.

  37. 37.
    Sərbəst iş №6. Lətli şirələr istehsalına verilən texnoloji tələblərin əsaslandırılması.Sərbəst iş

    Lətli şirələr istehsalına verilən texnoloji tələblərin əsaslandırılması.

  38. 38.
    Sərbəst iş №7. Qatılaşdırımış tomat məhsullarının təsnifatı.Sərbəst iş

    Qatılaşdırımış tomat məhsullarının təsnifatı.

  39. 39.
    Sərbəst iş №8. Süd məhsullarının pasterizə edilməsi. Sərbəst iş

    Süd məhsullarının pasterizə edilməsi.

  40. 40.
    Sərbəst iş №9. Qatılaşdırılmış süd istehsalının texnoloji mərhələləri. Sərbəst iş

    Qatılaşdırılmış süd istehsalının texnoloji mərhələləri.

  41. 41.
    Sərbəst iş №10. Çöküntüsüz qəhvə istehsalıSərbəst iş

    Çöküntüsüz qəhvə istehsalı

  42. 42.
    Sərbəst iş №10. Çöküntüsüz qəhvə istehsalıSərbəst iş

    Çöküntüsüz qəhvə istehsalı

Ədəbiyyat

  1. 1. Fərzəliyev E.B., Məhərrəmova M.H., Nəsrullayeva G.M. və b. Konserv və qida konsentratlarının texnologiyası. Dərs vəsaiti. – Bakı.: “İqtisad Universiteti” nəşriyyatı, 2019. – 182 s. 2. Fətəliyev H.K. Bitkiçilik məhsullarının saxlanması və emal texnologiyası. Dərslik. – Bakı.: Elm nəşriyyatı, 2010. – 432 s. 3. Fətəliyev H.K., Əsgərova A.N., Əsgərova İ.M. Meyvə və tərəvəzlərin emalı texnologiyası. – Bakı.: “Ecoprint” nəşriyyatı, 2017. – 368 s. 4. Mikayılov V.Ş., Fərzəliyev E.B. Qida məhsullarının ümumi texnologiyası. – Bakı.: “İqtisad Universiteti” nəşriyyatı, 2018. – 832 s. 5. Məhərrəmov M.Ə. Qida məhsulları texnologiyasının nəzəri əsasları. Bakı, “İqtisad Universiteti nəşriyyatı”, 2015. – 384 s. 6. Бачурская Л.Д, Гуляев В.Н. Пищевые концентраты. – М.: Издательство ДеЛи, 2009. – 336

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5