Bakalavr proqramı

Sənaye mühəndisliyiFənn nəticələri

Bakalavr050638Maşınqayırma və MetallurgiyaMaşın Dizaynı, Mexatronika və Sənaye Texnologiyaları37 fənn

Fənn təlim nəticələri

Hər fənnin sonunda tələbənin əldə etməli olduğu nəticələr.

17 fənn
  • İF-3439y

    Sistem analizi və simulyasiya

    Fənnin səhifəsi: Sistem analizi və simulyasiya
    1. CLO 1: FTN 1. Sistem analizinin əsas anlayışlarını, prinsiplərini və sistem nəzəriyyəsinin əsaslarını izah edir.

    2. CLO 2: FTN 2. Sənaye müəssisələrində istehsal proseslərinə dair məlumatları toplayır, sistemləşdirir və təhlil edir.

    3. CLO 3: FTN 3. Texniki sistemlərin və texnoloji proseslərin strukturunu təhlil edir, onların modelləşdirilməsi prinsiplərini tətbiq edir.

    4. CLO 4: FTN 4. İstehsal proseslərinin təhlili və optimallaşdırılması məqsədilə simulyasiya modellərini qurur və tətbiq edir.

    5. CLO 5: FTN 5. Simulyasiya modellərinin etibarlılığını və adekvatlığını qiymətləndirir, modelləşdirmə nəticələrini təhlil edərək istehsal prosesləri üzrə əsaslandırılmış qərarlar qəbul edir.

  • İFS-3495y

    Yükqaldıran maşın və qurğular

    Fənnin səhifəsi: Yükqaldıran maşın və qurğular
    1. CLO 1: FTN 1. Sənaye müəssisələrində istifadə olunan yükqaldıran maşın və qurğuların növlərini, təyinatını və iş prinsipini izah edir.

    2. CLO 2: FTN 2. Yükqaldıran maşın və qurğuların əsas mexaniki elementlərinin, düyün və detallarının hesablanmasının nəzəri əsaslarını izah edir.

    3. CLO 3: FTN 3. Yükqaldıran maşın və qurğuların yükqaldırma qabiliyyətini, möhkəmliyini və dayanıqlığını nəzərə alaraq əsas parametrlərini hesablamağı bacarır.

    4. CLO 4: FTN 4. Yükqaldıran maşın və qurğuların layihələndirilməsi və konstruksiya edilməsi üçün müasir metodları tətbiq edir, onların səmərəliliyini və texniki göstəricilərini qiymətləndirir.

    5. CLO 5: FTN 5. Yükqaldıran maşın və qurğuların layihələndirilməsində normativ-texniki sənədlərdən istifadə edir, müasir texnologiyaların tətbiqi imkanlarını təhlil edir.

  • İFS-3522y

    Texniki xarici dil (ingilis dili)

    Fənnin səhifəsi: Texniki xarici dil (ingilis dili)
    1. CLO 1: FTN 1. Sənaye mühəndisliyi sahəsində istifadə olunan maşın, mexanizm, detal və düyünlərə aid əsas ingilis dili terminlərini izah edir.

    2. CLO 2: FTN 2. Maşınların, mexaniki ötürmələrin və birləşmələrin təyinatı, konstruksiyası və iş prinsipi haqqında ingilis dilində texniki mətnləri oxuyur və anlayır.

    3. CLO 3: FTN 3. Mühəndislik sahəsinə aid texniki məlumatları ingilis dilində şifahi və yazılı şəkildə ifadə edir.

    4. CLO 4: FTN 4. Mühəndislik problemlərinin həlli ilə bağlı ingilisdilli elektron resurslardan, onlayn axtarış sistemlərindən və texniki məlumat bazalarından istifadə edir.

    5. CLO 5: FTN 5. Maşın və mexanizmlərin əsas texniki göstəricilərinə, hesablama meyarlarına və müasir texnologiyalara aid ingilisdilli məlumatları təhlil edir və peşəkar fəaliyyətində tətbiq edir.

  • İFS-34100m

    Sənaye 4.0

    Fənnin səhifəsi: Sənaye 4.0
    1. CLO 1: FTN 1. Dördüncü Sənaye İnqilabının (DSİ) mahiyyətini, tarixi inkişaf mərhələlərini, əsas konsepsiyalarını və müasir sənayedə tətbiq istiqamətlərini izah edir.

    2. CLO 2: FTN 2. Dördüncü Sənaye İnqilabının yaratdığı texnoloji dəyişiklikləri, meqatrendləri, imkanları, riskləri və təhdidləri təhlil edir.

    3. CLO 3: FTN 3. Dördüncü Sənaye İnqilabının sənaye müəssisələrinin fəaliyyətinə, istehsal proseslərinə və iqtisadi göstəricilərinə təsirini qiymətləndirir.

    4. CLO 4: FTN 4. Dördüncü Sənaye İnqilabının milli və qlobal iqtisadiyyata, cəmiyyətə və fərdlərə təsirlərini təhlil edir, yaranan sosial və iqtisadi dəyişiklikləri qiymətləndirir.

    5. CLO 5: FTN 5. Sənaye müəssisələrinin Dördüncü Sənaye İnqilabının tələblərinə uyğunlaşdırılması və gələcək inkişafının planlaşdırılması üçün müasir texnologiyaların tətbiqi imkanlarını qiymətləndirir.

  • İF-3452m

    İxtisasa giriş

    Fənnin səhifəsi: İxtisasa giriş
    1. CLO 1: FTN 1. Sənayenin əsas sahələrini, onların təsnifatını, tarixi inkişaf mərhələlərini, rolunu və iqtisadi əhəmiyyətini izah edir.

    2. CLO 2: FTN 2. Müxtəlif sənaye sahələrində tətbiq olunan əsas texnoloji prosesləri, əməliyyatları, maşın və avadanlıqların təyinatını və iş prinsipini izah edir.

    3. CLO 3: FTN 3. Sənaye istehsalında istifadə olunan maşın və avadanlıqların üstünlüklərini və çatışmazlıqlarını təhlil edir, onların tətbiq imkanlarını qiymətləndirir.

    4. CLO 4: FTN 4. Sənaye müəssisələrində istehsalat işinin təşkili və planlaşdırılması, müasir texnoloji proseslərin idarə edilməsi və mühəndis proqramlarından istifadə prinsiplərini tətbiq edir.

    5. CLO 5: FTN 5. Sənaye mühəndisliyi sahəsində peşəkar məlumatları araşdırır, müstəqil iş və təqdimatlar hazırlayır, yaradıcı düşünmə və təqdimetmə bacarıqlarını nümayiş etdirir.

  • İF-34104y

    Texniki mexanika

    Fənnin səhifəsi: Texniki mexanika
    1. CLO 1: FTN 1. Klassik və müasir mexanikanın əsas qanunlarını, nəzəri prinsiplərini və onların texniki obyektlərdə tətbiqini izah edir.

    2. CLO 2: FTN 2. Maşın, mexanizm və konstruksiyaların tarazlıq və hərəkət qanunauyğunluqlarını, həmçinin onların gərginlik-deformasiya vəziyyətini təhlil edir.

    3. CLO 3: FTN 3. Maşınların, mexanizmlərin və onların əsas detal və düyünlərinin möhkəmlik, sərtlik və dayanıqlıq şərtlərinə uyğun hesablamalarını aparır.

    4. CLO 4: FTN 4. Maşın detallarının və yığım vahidlərinin iş şəraitini nəzərə alaraq onların layihələndirilməsi və konstruksiya edilməsi üsullarını tətbiq edir.

    5. CLO 5: FTN 5. Maşın və mexanizmlərin layihələndirilməsi və hesablanmasında normativ-texniki sənədlərdən, müasir hesablama metodlarından və texniki məlumatlardan istifadə edir.

  • İFS-3491m

    Sənaye qurğularının layihələndirilməsi

    Fənnin səhifəsi: Sənaye qurğularının layihələndirilməsi
    1. CLO 1: FTN 1. Sənaye müəssisələrində, nəqliyyat, anbar və yükvurma-yükboşaltma işlərində istifadə olunan maşın və qurğuların növlərini, təyinatını və iş prinsipini izah edir.

    2. CLO 2: FTN 2. Sənaye maşın və mexanizmlərinin konstruktiv quruluşunu, əsas düyün və detallarının iş şəraitini və işgörmə qabiliyyəti meyarlarını təhlil edir.

    3. CLO 3: FTN 3. Sənaye qurğularının və maşın mexanizmlərinin əsas parametrlərini, möhkəmlik və dayanıqlıq göstəricilərini hesablamaq üçün müasir mühəndislik metodlarını tətbiq edir.

    4. CLO 4: FTN 4. Sənaye maşın və mexanizmlərini texniki tələblərə, minimum kütlə və maksimum yükqaldırma qabiliyyəti meyarlarına uyğun layihələndirir və konstruksiya edir.

    5. CLO 5: FTN 5. Sənaye qurğularının layihələndirilməsi və hesablanması zamanı müasir texnologiyalardan, mütərəqqi layihələndirmə üsullarından və normativ-texniki sənədlərdən istifadə edir.

  • İFS-3552y

    Texniki xarici dil (rus dili)

    Fənnin səhifəsi: Texniki xarici dil (rus dili)
    1. CLO 1: FTN 1. Sənaye və qida sənayesində istifadə olunan maşın və avadanlıqların detallarına, düyünlərinə və mexanizmlərinə aid rus dilində texniki terminləri izah edir.

    2. CLO 2: FTN 2. Maşın və avadanlıqların etibarlılığı, mexaniki layihələndirmədə istifadə olunan materiallar və onların əsas xüsusiyyətləri haqqında rus dilində texniki mətnləri oxuyur və şərh edir.

    3. CLO 3: FTN 3. Dişli və friksion ötürmələrin, valların, oxların, muftaların və yastıqların quruluşu və iş prinsipləri haqqında texniki məlumatları rus dilində izah edir.

    4. CLO 4: FTN 4. Sənaye maşınlarında istifadə olunan mexaniki birləşmələrin növləri, təsnifatı və tətbiqi ilə bağlı rus dilində texniki məlumatları təhlil edir.

    5. CLO 5: FTN 5. Sənaye mühəndisliyi üzrə peşə fəaliyyətində rus dilində texniki ədəbiyyatdan, terminoloji mənbələrdən və istehsalatla bağlı məlumatlardan istifadə edir, texniki göstəriş və məlumatları şifahi və yazılı şəkildə ifadə edir.

  • İFS-3497s

    Sənaye müəssisələrinin avtomat axın xətləri

    Fənnin səhifəsi: Sənaye müəssisələrinin avtomat axın xətləri
    1. CLO 1: FTN 1. Sənaye müəssisələrində avtomat axın xətlərinin quruluşunu, əsas elementlərini, iş prinsiplərini və istismar xüsusiyyətlərini izah edir.

    2. CLO 2: FTN 2. Avtomat axın xətlərində istifadə olunan mexaniki, hidravlik, pnevmatik və elektromexaniki sistemlərin iş prinsiplərini və texnoloji proseslərdə rolunu təhlil edir.

    3. CLO 3: FTN 3. Avtomatlaşdırılmış istehsal proseslərinin texniki, texnoloji və iqtisadi göstəricilərini qiymətləndirir, səmərəliliyə təsir edən amilləri müəyyənləşdirir.

    4. CLO 4: FTN 4. Avtomat axın xətlərinin layihələndirilməsi, planlaşdırılması və istismarının təşkili zamanı texniki normativləri, təhlükəsizlik tələblərini və keyfiyyət standartlarını tətbiq edir.

    5. CLO 5: FTN 5. Avtomat axın xətlərində yaranan texniki və texnoloji problemləri müəyyənləşdirir, istehsal resurslarından səmərəli istifadə və proseslərin modernləşdirilməsi üzrə əsaslandırılmış həllər təklif edir.

  • İFS-3486q

    Müasir istehsal prosesləri

    Fənnin səhifəsi: Müasir istehsal prosesləri
    1. CLO 1: FTN 1. Müasir istehsal proseslərinin mahiyyətini, strukturunu, əsas mərhələlərini və texnologiyanın sənayenin inkişafındakı rolunu izah edir.

    2. CLO 2: FTN 2. Müxtəlif sənaye sahələrində tətbiq olunan müasir texnoloji prosesləri, xammal və enerji mənbələrini, elmi-texniki tərəqqinin əsas istiqamətlərini təhlil edir.

    3. CLO 3: FTN 3. İstehsal proseslərinin təşkili, avtomatlaşdırılması və optimallaşdırılması üsullarını, həmçinin çevik istehsal sistemlərinin tətbiq xüsusiyyətlərini izah edir.

    4. CLO 4: FTN 4. İstehsal proseslərinin texniki, texnoloji və iqtisadi göstəricilərini qiymətləndirir, texniki hesablamalar aparır və məhsulun keyfiyyət göstəricilərini təhlil edir.

    5. CLO 5: Risklərin təhlili və idarə olunmasının əsas anlayışlarını, prinsiplərini, mərhələlərini və normativ tələblərini izah edir, peşəkar terminologiyadan düzgün istifadə edir.

  • İFS-34101y

    Fasiləsiz nəqledici maşınlar

    Fənnin səhifəsi: Fasiləsiz nəqledici maşınlar
    1. CLO 1: FTN 1. Sənayenin müxtəlif sahələrində istifadə olunan fasiləsiz nəqledici maşınların növlərini, təyinatını, konstruksiyasını və iş prinsiplərini izah edir.

    2. CLO 2: FTN 2. Fasiləsiz nəqledici maşınların əsas düyün və detallarının konstruktiv xüsusiyyətlərini, iş şəraitini və işgörmə qabiliyyəti meyarlarını təhlil edir.

    3. CLO 3: FTN 3. Fasiləsiz nəqledici maşınların yükgötürmə qabiliyyəti, məhsuldarlığı, möhkəmliyi və digər əsas texniki parametrlərini mühəndislik metodları ilə hesablayır.

    4. CLO 4: FTN 4. Fasiləsiz nəqledici maşınları layihələndirərkən minimum kütlə, maksimum yükgötürmə qabiliyyəti, istismar tələbləri və müasir konstruksiya üsullarını nəzərə alır.

    5. CLO 5: FTN 5. Fasiləsiz nəqledici maşınların layihələndirilməsi və konstruksiya edilməsi zamanı müasir texniki məlumatlardan və normativ-texniki sənədlərdən istifadə edir.

  • İF-3450y

    Erqonomika və texniki dizayn

    Fənnin səhifəsi: Erqonomika və texniki dizayn
    1. CLO 1: FTN 1. Maşın və avadanlıqların konstruktiv xüsusiyyətlərini, erqonomik layihələndirmənin əsas prinsiplərini və texniki dizaynın elmi əsaslarını izah edir.

    2. CLO 2: FTN 2. Maşınların əsas düyün və detallarının layihələndirilməsində erqonomik tələbləri, istehsal texnologiyalarını və normativ qaydaları təhlil edir.

    3. CLO 3: FTN 3. Maşınların erqonomik və texniki dizaynını insanın iş şəraiti, təhlükəsizlik, minimum kütlə və maksimum məhsuldarlıq tələblərini nəzərə almaqla qiymətləndirir.

    4. CLO 4: FTN 4. Maşınların texniki dizaynı və erqonomik layihələndirilməsi ilə bağlı mühəndislik problemlərinin həllində sistem analizini və qərar qəbuletmə metodlarını tətbiq edir.

    5. CLO 5: FTN 5. Müasir texniki dizayn metodlarından, normativ-texniki sənədlərdən və qabaqcıl layihələndirmə yanaşmalarından istifadə edərək maşınların konstruksiyasının təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflər hazırlayır.

  • İF-3942y

    Mühəndis və kompüter qrafikası

    Fənnin səhifəsi: Mühəndis və kompüter qrafikası
    1. CLO 1: FTN 1. Mühəndis qrafikasının əsaslarını, həndəsi fiqurların və texniki obyektlərin müstəvi üzərində təsvir üsullarını izah edir.

    2. CLO 2: FTN 2. Maşın və mexanizmlərin detallarına aid texniki çertyojları, sxemləri və qrafiki təsvirləri müəyyən edilmiş standartlara uyğun tərtib edir və oxuyur.

    3. CLO 3: FTN 3. Kompüter qrafikası proqramlarından istifadə etməklə ikiölçülü (2D) çertyojlar, sxemlər və üçölçülü (3D) modellər hazırlayır.

    4. CLO 4: FTN 4. Mühəndis qrafiki modellərini təhlil edir, texniki obyektlərin fəza formalarını və konstruktiv xüsusiyyətlərini müəyyənləşdirir.

    5. CLO 5: FTN 5. Mühəndis layihələrinin hazırlanmasında qrafiki məlumatları kompüter proqramları vasitəsilə emal edir, redaktə edir, saxlayır və texniki sənədləşdirmə tələblərinə uyğun təqdim edir.

  • İFS-3487m

    Sənaye dizaynı

    Fənnin səhifəsi: Sənaye dizaynı
    1. CLO 1: FTN 1. Sənayenin əsas sahələrini, onların rolunu, məqsədini və istehsalatda istifadə olunan maşın və avadanlıqların təyinatını izah edir.

    2. CLO 2: FTN 2. Sənaye istehsalında tətbiq olunan texnoloji prosesləri, işin təşkili və planlaşdırılması prinsiplərini təhlil edir.

    3. CLO 3: FTN 3. Dövlət standartlarının tələblərinə uyğun olaraq konstruktor sənədlərini, texniki cizgiləri və şərti işarələri tərtib edir və oxuyur.

    4. CLO 4: FTN 4. Müasir kompüter texnologiyalarından istifadə etməklə sənaye məmulatlarının ikiölçülü (2D) cizgilərini və üçölçülü (3D) modellərini hazırlayır.

    5. CLO 5: FTN 5. Sənaye dizaynı üzrə mühəndislik məsələlərinin həllində yaradıcı yanaşma tətbiq edir, müstəqil layihələr hazırlayır və nəticələri təqdim edir.

  • ÜF-1302y-maşınqayırma-metallurgiya

    Azərbaycan tarixi

    Fənnin səhifəsi: Azərbaycan tarixi
    1. CLO 1: • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.

    2. CLO 2: • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.

    3. CLO 3: • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.

    4. CLO 4: • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.

    5. CLO 5: • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.

  • ÜF-1303y-sənaye-mühəndisliyi

    Fəlsəfə

    Fənnin səhifəsi: Fəlsəfə
    1. CLO 1: .FTN1: Fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir.

    2. CLO 2: .FTN2: Əsas fəlsəfi cərəyan və konsepsiyaları müqayisə və təhlil edir.

    3. CLO 3: .FTN3: Fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.

    4. CLO 4: .FTN4: Müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.

    5. CLO 5: .FTN5: Fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.

    6. CLO 6: .FTN6: Müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.

    7. CLO 7: .FTN7: Öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir

    8. CLO 8: .FTN8: Fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.

  • ÜF-1306y-sənayemühəndisliyi

    Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

    Fənnin səhifəsi: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
    1. CLO 1: • FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir.