Fənn haqqında
Kredit
7
İş yükü
209saat
Semestr
Payız
Tədris ili
—
Fənnin təsviri
«Mühəndis və kompüter qrafikası» fənni – mühəndis qrafikasınının bütün bölmələrini və kompüter qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən ümumitexniki fənlərdən biridir. «Mühəndis və kompüter qrafikası»nın öyrənilməsində əsas məqsəd: rəqəmli hesablama kompleksləri və ənənəvi üsullarda istifadə olunan vasitələrlə cizgilərin realistik 3D modellərin alınması, 2D cizgilərin çəkil¬məsi, hesablanması, emalı, saxlanması, redaktəsi, çapı və s ilə məşğul olan sahədir. «Mühəndis və kompüter qrafikası» mühəndis-texniki təhsilin formalaşması və mənim¬sənilməsi işində əsas fənlərdən biri sayılır.
Fənn təlim nəticələri
CLO 1: FTN 1. Mühəndis qrafikasının əsaslarını, həndəsi fiqurların və texniki obyektlərin müstəvi üzərində təsvir üsullarını izah edir.
CLO 2: FTN 2. Maşın və mexanizmlərin detallarına aid texniki çertyojları, sxemləri və qrafiki təsvirləri müəyyən edilmiş standartlara uyğun tərtib edir və oxuyur.
CLO 3: FTN 3. Kompüter qrafikası proqramlarından istifadə etməklə ikiölçülü (2D) çertyojlar, sxemlər və üçölçülü (3D) modellər hazırlayır.
CLO 4: FTN 4. Mühəndis qrafiki modellərini təhlil edir, texniki obyektlərin fəza formalarını və konstruktiv xüsusiyyətlərini müəyyənləşdirir.
CLO 5: FTN 5. Mühəndis layihələrinin hazırlanmasında qrafiki məlumatları kompüter proqramları vasitəsilə emal edir, redaktə edir, saxlayır və texniki sənədləşdirmə tələblərinə uyğun təqdim edir.