Fənn · Sənaye mühəndisliyi

Mühəndis və kompüter qrafikasıSillabus

İF-3942y7 kreditPayız semestriMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3942y
Kredit
7
Tələbənin iş yükü
209
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) mühazirə- 15 saat b) seminar- 60 saat
Auditoriyadan kənar saatlar
a) TSİ-105 saat, b) MRTSİ- 30 saat

Fənn haqqında

«Mühəndis və kompüter qrafikası» fənni – mühəndis qrafikasınının bütün bölmələrini və kompüter qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən ümumitexniki fənlərdən biridir. «Mühəndis və kompüter qrafikası»nın öyrənilməsində əsas məqsəd: rəqəmli hesablama kompleksləri və ənənəvi üsullarda istifadə olunan vasitələrlə cizgilərin realistik 3D modellərin alınması, 2D cizgilərin çəkil¬məsi, hesablanması, emalı, saxlanması, redaktəsi, çapı və s ilə məşğul olan sahədir. «Mühəndis və kompüter qrafikası» mühəndis-texniki təhsilin formalaşması və mənim¬sənilməsi işində əsas fənlərdən biri sayılır.

Tədris metodları

  • mühazirə
  • seminar
  • təqdimatlar
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Mühəndis qrafikasının əsaslarını, həndəsi fiqurların və texniki obyektlərin müstəvi üzərində təsvir üsullarını izah edir.

  2. CLO 2: FTN 2. Maşın və mexanizmlərin detallarına aid texniki çertyojları, sxemləri və qrafiki təsvirləri müəyyən edilmiş standartlara uyğun tərtib edir və oxuyur.

  3. CLO 3: FTN 3. Kompüter qrafikası proqramlarından istifadə etməklə ikiölçülü (2D) çertyojlar, sxemlər və üçölçülü (3D) modellər hazırlayır.

  4. CLO 4: FTN 4. Mühəndis qrafiki modellərini təhlil edir, texniki obyektlərin fəza formalarını və konstruktiv xüsusiyyətlərini müəyyənləşdirir.

  5. CLO 5: FTN 5. Mühəndis layihələrinin hazırlanmasında qrafiki məlumatları kompüter proqramları vasitəsilə emal edir, redaktə edir, saxlayır və texniki sənədləşdirmə tələblərinə uyğun təqdim edir.

Mövzu planı

  1. 1.
    Giriş. Mühəndis-kompüter qrafikasının predmeti. Rastr, vektor, fraktal qrafikanın formatı və proqram təminatları. Rənglər haqqında. Çertyojların tərtibi üçün bəzi standartlar. Həndəsi qurmalar. Parçanın və bucağın yarıya bölünməsi. Çevrənin bərabər satda hissələrə bölünməsi. Qovuşmalar. Maillik və konusluq.(Mühazirə
  2. 2.
    Çertyoj standartları: formatlar, miqyaslar, xətlərin növləri, şriftlər, materialların şərti işarələri, çertyojda ölçülərin göstərilməsi. Əsas yazının yerinə yetirilməsiMəşğələ
  3. 3.
    Həndəsi qurmalar. Qovuşmalar. İki düz xəttin qovuşması. Düz xətlə çevrənin və iki çevrənin qovuşması. Sadə konturların çəkil¬məsinə aid məşğələ. Sərbət işin tapşırıqlarının verilməsi və izahı Məşğələ
  4. 4.
    Proyeksiyalama metodları haqqında. Nöqtənin ortoqonal proyek¬siyaları. Nöqtənin iki və üç proyeksiya müstəvisinə ortoqonal proyeksiyalanması. Nöqtənin xüsusi halları. Düz xəttin proyek¬siyaları, izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). Nöqtənin düz xəttə mənsub olması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləriMühazirə
  5. 5.
    Maillikdən istifadə etməklə profillərin qurulması. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (2-ci məsələ)Məşğələ
  6. 6.
    Çertyojların tərtibinin nəzəri əsasları. Nöqtənin ortoqonal proyek¬siyaları. Ümumi və xüsusi vəziyyətdə olan nöqtələrin təsviri Sərbət işin tapşırıqlarının verilməsi və izahı (3-cü məsələ).Məşğələ
  7. 7.
    Müstəvinin verilmə üsulları. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması. Müstəvilə (xüsusi hal) düz xəttin və iki müstəvinin kəsişməsi (xüsusi hal). Çoxüzlülərin ortoqonal proyeksiyaları (prizma və piramida). Nöqtənin çoxüzlüyə mənsubluğu. Çoxüzlünün düz xət və müstə¬vilə kəsişməsi (xüsusi hal).Mühazirə
  8. 8.
    Duz xəttin kompleks çertyoju, xüsusi vəziyyətləri, izləri haqqında. Proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu ilə düz xətt parçasının əsl boyunun qurulması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətinə aid məşğələMəşğələ
  9. 9.
    Müstəvinin verilmə üsulları və xüsusi vəziyyətli müstəvilər. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması (xüsusi hal). Düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsinə aid məşğələ (xüsusi hal).Məşğələ
  10. 10.
    Fırlanma səthlərinin ortoqonal proyeksiyaları (silindr və konus). Nöqtənin çoxüzlüyə mənsubluğu. Çoxüzlünün düz xət və müstə¬vilə kəsişməsi (xüsusi hal). Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər. Natu¬ra¬dan detalların görünüşlərinin, kəsik və en kəsiklərinin qurulması qaydası.Mühazirə
  11. 11.
    Səthlərin (prizma, piramida, silindr, konus) çertyojda təsviri. Nöqtə və xəttin səthlərə mənsub olması. Səthlərin müstəvi və düz xətlə kəsişməsi (xüsusi hal sərbət işin tapşırıqlarının verilməsi və izahı (4-cü məsələ)Məşğələ
  12. 12.
    Çertyojda təsvirlər: görünüşlər, kəsiklər, en kəsiklər. Sadə fəza fiqurlarının görünüşlərinin qurulmasına aid fərdi tapşırıgların (FT) yerinə yetirilməsi. sərbət işin tapşırıqlarının verilməsi və izahı (5-ci məsələ, ənənəvi üsulla və AutoCAD proqramında)Məşğələ
  13. 13.
    Aksonometrik proyeksiyalar haqqında. Düzbucaqlı izometriya və çəpbucaqlı frontal dimetrya. Çevrənin, kvadratın və modelin aksanometrik proyeksiyalarının qurulması. Söküləbilən birləşmələr. Detallarda və bir¬ləş¬mələrdə yivlərin təsviri və işarə olunması. Standart yivli detal¬ların cizgisi.Mühazirə
  14. 14.
    Kvadrat, çevrənin və natu¬radan verilmiş detalın aksonometrik proyek¬siyaları. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (6-cı məsələ)Məşğələ
  15. 15.
    Yivlər. Standart yivli birləşdirici detalların cizgilərininə aid məş¬ğələ. Sİ tapşırığının verilməsi (7-ci məsələ)Məşğələ
  16. 16.
    Detal birləşmələrində istifadə edilən emprik düs¬tur¬lar. Bolt və vint birləşməsinin cizgisinin tərtibi ardıcıllığı. Sökülməyən birləşmələr. Qaynaq, lehim və yapışqan birləşmə¬lərinin çertyojda təsviri. Digər növ birləşmələr və ötürmələrin cizgidə təsviri. Mühazirə
  17. 17.
    Yivli birləşmələr. Emprik düsturlardan istifadə etməklə bolt, vint birləşməsi və onun elementlərinin cizgilərinin tərtibinə aid məşğələ. Məşğələ
  18. 18.
    Sökülməyən birləşmələr, birləşmələrin digər növləri və ötürmələr. Qaynaq, lehim, yapışqan birləşmələrinin təsviri və işarə olunmasına aid məşğələ. Sİ tapşırığının verilməsi (8-ci məsələ)Məşğələ
  19. 19.
    Prinsipial elektrik sxeminin tərtibi qaydası və elementlərin qrafiki işarəsi. Eskizlər və işçi çertyojlar. Naturadan verilmiş detalın eskizinin çəkilməsi. Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissə¬lərə ayrılması ardıcıllığıMühazirə
  20. 20.
    Prinsipial elektrik sxeminin tərtibi və elementlərinin qrafiki şərti işa-rələnməsinə aid məşğələ Sİ tapşırığının verilməsi (9-cu məsələ)Məşğələ
  21. 21.
    Eskizlər. Eskizlər haqqında məlumat, yerinə-yetirilməsi ardıcıllığı və tətbiq sahələri. Yığımın ümumi görünüş cizgisi. Yığım cizgisində istifadə edilən şərtiliklər və sadələşdirmələr. Yığım vahidinin ümumi görünüş cizgi¬sinin oxunması və eskizinin çəkilməsinə aid məşğələ. Sİ tapşırığının verilməsi (10-cu məsələ).Məşğələ
  22. 22.
    Vzualizasiya. Kamera, tekstura, material, işıqdan istifadə etmək¬lə detalların realistik (Render) təsvirlərinin alınması ardıcıllığı. Modellərin çapı. 3D modeldən avtomatik 2D cizgilərin qurulması.Mühazirə
  23. 23.
    Yığım vahidinin ümumi görünüş cizgisinin hissələrinin AutoCAD proqramında 3D model kimi yerinə yetirilməsi və vizualizasiyası-dizaynı. İnventor əlavəsinin tətbiqilə 3D modeldən avtomatik 2D cizgilərin qurulması.Məşğələ
  24. 24.
    1-ci tapşırıq: Həndəsi qurmalardan istifadə etməklə yastı konturların cizgisinin çəkilməsi (Polar Array). Sərbəst iş
  25. 25.
    2-ci tapşırıq: Maillik və konusluqdan istifadə etməklə fiqurların çəkilməsi.Sərbəst iş
  26. 26.
    3-cü tapşırıq: Verilmiş koordinatlarla nöqtənin hər üç proyeksiyasının epürdə və fəzada qurulmasıSərbəst iş
  27. 27.
    4-cü tapşırıq: Xüsusi vəziyyətdə verilmiş müstəvilə kəsilmiş fəza fiqu¬runun hər üç proyeksiyasının qurulması.Sərbəst iş
  28. 28.
    5-ci tapşırıq: İki görünüşə görə üçüncü görünüşün qurulması və kəsiklərin verilməsi.Sərbəst iş
  29. 29.
    6-cı tapşırıq: Əyani təsvirlə verilmiş modelin lazımı kəsik verməklə hər üç görünüşünün çəkilməsiSərbəst iş
  30. 30.
    7-ci tapşırıq: Sökülə bilən birləşmələrdə istifadə edilən standart birləş¬dirici detalların ölçülərini standartdan seçməklə çəkilməsi.Sərbəst iş
  31. 31.
    8-ci tapşırıq: Detalların, sökülə bilən (emprik düsturlardan istifadə etməklə bolt və vint birləşməsi) və ya söküləbilməyən (qaynaq, lehim, yapışqan) birləşmələrinin cizgisini tərtibi.Sərbəst iş
  32. 32.
    9-cu tapşırıq: Prinsipial elektrik sxeminin tərtibiSərbəst iş
  33. 33.
    10-cu tapşırıq: Verilmiş yığım vahidinin ümumi görünüş çertyojundan bir ədəd detalın eskizinin çəkilməsi.Sərbəst iş

Ədəbiyyat

  1. İmanov Ə.S.,Allahverdiyeva A.M.,Əhmədov B.C. “Mühəndis dizaynına giriş”. Bakı 2025, 211s.
  2. İmanov Ə.S. «Tərsimi həndəsə və mühəndis qrafikası-1». Bakı. 2019, 157 s.
  3. İmanov Ə.S., Zeynalova N.S. «Mühəndis qrafikası». Bakı. 2019, 170s.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5