Fənn haqqında
Kredit
7
İş yükü
209saat
Semestr
Payız
Tədris ili
—
Fənnin təsviri
«Sənaye dizaynı» fənninin tədris olunmasında əsas məqsəd adı çəkilən fənn haqqında ətraflı məlumat vermək, ixtisas üzrə mütəxəssisin gələcək fəaliyyəti üçün zəruri bilik və bacarıq aşılamaqdır və erkən mərhələdə tələbələri öz gələcək ixtisasları və işləməli olduqları fəaliyyət sahəsi ilə tanış etməkdir
Fənn təlim nəticələri
CLO 1: FTN 1. Sənayenin əsas sahələrini, onların rolunu, məqsədini və istehsalatda istifadə olunan maşın və avadanlıqların təyinatını izah edir.
CLO 2: FTN 2. Sənaye istehsalında tətbiq olunan texnoloji prosesləri, işin təşkili və planlaşdırılması prinsiplərini təhlil edir.
CLO 3: FTN 3. Dövlət standartlarının tələblərinə uyğun olaraq konstruktor sənədlərini, texniki cizgiləri və şərti işarələri tərtib edir və oxuyur.
CLO 4: FTN 4. Müasir kompüter texnologiyalarından istifadə etməklə sənaye məmulatlarının ikiölçülü (2D) cizgilərini və üçölçülü (3D) modellərini hazırlayır.
CLO 5: FTN 5. Sənaye dizaynı üzrə mühəndislik məsələlərinin həllində yaradıcı yanaşma tətbiq edir, müstəqil layihələr hazırlayır və nəticələri təqdim edir.