Bakalavr proqramı

Sənaye mühəndisliyiSəriştələr

Bakalavr050638Maşınqayırma və MetallurgiyaMaşın Dizaynı, Mexatronika və Sənaye Texnologiyaları37 fənn

Proqram səriştələri

Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.

79 səriştə

Peşə səriştələri· 59

  • COMPETENCY-40694

    Riyazi qayda və qanunları tətbiq etməyi, mövcud üsullardan istifadə etməyi, nəticələrin işlənməsində riyazi metodları tətbiq etməyi, təbiət elmlərində sadə sistem və proseslərin riyazi modellərindən istifadə etməyi, xəta və qeyri-müəyyənlik mənbələrini nəzərə alaraq eksperimental məlumatları tənqidi təhlil etməyi, şərh və təqdim etməyi, həmçinin riyaziyyatın əsas tənliklərinin analitik və ədədi həllərini həyata keçirməyi bacarmaq.

  • COMPETENCY-82275

    Fiziki obyekt kimi kainatın və onun təkamülünün, fizikanın və eksperimental tədqiqat metodlarının, təbiətdə fasiləsizlik və diskretlik prinsiplərinin, qanunauyğunluqların, obyektlərin quruluşunun ardıcıllığının, təbiət sistemlərini obyektiv xarakterizə edən ehtimal nəzəriyyələrinin, təbiət elmlərində fundamental sabitlərin, simmetriya və enerjinin saxlanması prinsiplərinin, təbii halların və onların zamandan asılı olaraq dəyişməsinin, eləcə də təbiət obyektlərinin fərdi və birgə hərəkətlərinin mühəndislikdə tətbiqinə dair biliklərini nümayiş etdirməyi bacarmaq.

  • COMPETENCY-52977

    Əsas kimyəvi sistemlər və proseslər, maddələrin reaksiyaya girmə qabiliyyəti, qeyri-üzvi maddələrin növləri, fiziki və kimyəvi xassələri, atom-molekul nəzəriyyəsi haqqında biliklərdən, eləcə də maddələrin təyini və kimyəvi identifikasiyası metodlarından istifadə etməyi bacarmaq.

  • COMPETENCY-49224

    Sənaye müəssisələrində texnoloji proseslərin xüsusiyyətlərini öyrənməyi, onların gedişinə nəzarət etməyi və idarə etməyi bacarmaq.

  • COMPETENCY-42356

    Sənaye sahələrində istifadə olunan maşın, qurğu və avadanlıqların iş prinsiplərini, konstruktiv xüsusiyyətlərini və istismar xarakteristikalarını müəyyənləşdirməyi və izah etməyi bacarmaq.

  • COMPETENCY-13769

    Müasir hesablama texnikası və proqram təminatından istifadə etməyi bacarmaq.

  • COMPETENCY-52294

    Elm və texnikanın nailiyyətlərindən, Azərbaycan və xarici ölkələrin qabaqcıl təcrübəsindən istifadə etməklə, sənaye mühəndisliyinin baza fənləri üzrə elmi-tədqiqat işlərini təhlil etməyi və əldə olunan nəticələri ümumiləşdirməyi bacarmaq.

  • COMPETENCY-53051

    İstehsalat prosesini səmərəli təşkil etməyi bacarmaq.

  • COMPETENCY-34535

    Fəaliyyətin nəticələrini təhlil etməyi və qiymətləndirməyi bacarmaq.

  • COMPETENCY-66724

    Sənaye mühəndisliyi üzrə informasiyanın avtomatik toplanması və emalı üçün müasir üsullardan istifadə etməyi bacarmaq.

  • COMPETENCY-46586

    Sənaye sahələrində istifadə olunan maşın və qurğulara qoyulan keyfiyyət, iqtisadi səmərəlilik, məhsuldarlıq və erqonomika tələblərini nəzərə almaqla müəssisənin istehsalat bazasını təkmilləşdirməyi bacarmaq.

  • COMPETENCY-49646

    Sənaye sahələrində istifadə olunan maşın və qurğuların quraşdırılması, istismarı, texniki qulluğu və təmiri ilə bağlı işləri planlaşdırmağı və təşkil etməyi bacarmaq.

  • COMPETENCY-76113

    Sənayenin müxtəlif sahələrində mövcud problemləri müəyyənləşdirməyi, sistemləşdirməyi və həll yollarını müzakirə etmək məqsədilə elmi-praktik seminarlar təşkil etməyi bacarmaq.

  • COMPETENCY-27175

    Fəaliyyətin nəticələrini proqnozlaşdırmaq məqsədilə informasiya-kommunikasiya texnologiyalarının müasir imkan və vasitələrindən istifadə etməyi bacarmaq.

  • COMPETENCY-63849

    Qazanılmış bilik, bacarıq və vərdişlərdən istifadə etməklə sənayenin müxtəlif sahələrində kompleks və problem xarakterli məsələləri həll etməyi bacarmaq.

  • COMPETENCY-73761

    Kollektivdə həmkarları ilə əməkdaşlıq etməyi və optimal qərarlar qəbul etməyi bacarmaq.

  • COMPETENCY-41946

    Müasir riyazi üsullardan istifadə etməklə elm, texnika və idarəetmə sahələrinə aid məsələləri həll etməyi bacarmaq.

  • COMPETENCY-68516

    Sənayedə mövcud resurslardan səmərəli istifadə üsullarını tətbiq etməyi, məmulatların istehsalı üçün əsas və köməkçi materialları seçməyi, texnoloji prosesləri həyata keçirməyi, bu proseslərin riyazi modelləşdirilməsi zamanı analitik və ədədi metodları müəyyənləşdirməyi, həmçinin az tullantılı, enerjiyə qənaət edən və ekoloji cəhətdən təmiz texnologiyalar işləyib hazırlamağı bacarmaq.

  • COMPETENCY-48041

    Layihənin (proqramın) məqsədlərini və tapşırıqlarını müəyyənləşdirməyi, məqsəd funksiyalarını və məhdudiyyətləri formalaşdırmağı, onların qarşılıqlı əlaqə strukturunu işləyib hazırlamaqda iştirak etməyi, həmçinin peşə fəaliyyətinin hüquqi və mənəvi aspektlərini nəzərə alaraq tapşırıqların həlli üzrə prioritetləri müəyyənləşdirməyi bacarmaq.

  • COMPETENCY-24091

    İstehsalın avtomatlaşdırılması və diaqnostikası, məmulatların hazırlanması üzrə texnoloji proseslərin təkmilləşdirilməsi layihələrini işləyib hazırlamaqda iştirak etməyi, texnoloji, istismar, estetik, iqtisadi və idarəetmə parametrlərini nəzərə almağı, müasir informasiya texnologiyaları və hesablama texnikasını tətbiq etməyi, müvafiq vasitələri seçməyi, həmçinin zəruri analiz üsullarından istifadə etməklə istehsal obyektlərinin diaqnostikasını aparmağı bacarmaq.

  • COMPETENCY-26535

    Layihə hesablamaları üzrə ilkin texniki-iqtisadi araşdırmaları aparmağı, sistem və vasitələrə aid layihə, işçi və istismar texniki sənədlərini mövcud normativ sənədlər əsasında, o cümlədən elektron formada hazırlamağı, işlənmiş layihələrin və texniki sənədlərin normativ tələblərə uyğunluğuna nəzarət etməyi, həmçinin tamamlanmış layihə-konstruktor işlərini rəsmiləşdirməyi bacarmaq.

  • COMPETENCY-51391

    İstehsal texnologiyalarını, sistemlərini və alətlərini praktikada mənimsəməyi və təkmilləşdirməyi, məhsul istehsalı üçün optimal texnologiyaların işlənib hazırlanmasında və tətbiqində iştirak etməyi, materialları, avadanlıqları, alətləri, texnoloji təchizatı, diaqnostika və avtomatlaşdırma vasitələrini seçməyi, texnoloji proseslərin parametrlərini hesablamağı, müvafiq alqoritm və proqramları müəyyənləşdirməyi, həmçinin onların səmərəli istifadəsini təmin edən tədbirləri həyata keçirməyi bacarmaq.

  • COMPETENCY-75874

    Müəssisələrin texniki təchizatının və avadanlıqlarının yerləşdirilməsini planlaşdırmağı, avtomatlaşdırma vasitələrinin tətbiqini, idarəetmə, nəzarət və sınaq proseslərini təşkil etməyi, həmçinin materialların, texnoloji proseslərin və hazır məhsulların keyfiyyətinə səmərəli nəzarəti təmin etməyi bacarmaq.

  • COMPETENCY-32364

    İstehsal edilən məhsulların əsas keyfiyyət göstəricilərini ölçən vasitələrin metroloji yoxlanılmasında iştirak etməyi, zay məhsulları qiymətləndirməyi, onların yaranma səbəblərini təhlil etməyi, həmçinin zay məhsulların qarşısının alınması və yaranmış uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər hazırlamağı bacarmaq.

  • COMPETENCY-54742

    İstehsalın təşkili və idarə edilməsinin müasir metodlarını mənimsəməyi və tətbiq etməyi, yeni məhsulların istehsalına hazırlıq zamanı texnoloji proseslərin, texnoloji təchizatın, avtomatlaşdırma, idarəetmə, nəzarət və diaqnostika vasitələrinin və sistemlərinin işlənib hazırlanması və tətbiqi ilə bağlı işləri yerinə yetirməyi, istehsal proseslərinin və məhsulların avtomatlaşdırılması və idarə edilməsini təmin etməyi, texnoloji proseslərin, texnoloji təchizat vasitələrinin və sistemlərinin unifikasiyası və standartlaşdırılmasını həyata keçirməyi, həmçinin məhsulların innovativ potensialını qiymətləndirməyi və normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyənləşdirməyi bacarmaq.

  • COMPETENCY-60764

    Sənaye işlərinin layihələndirilməsi zamanı insan amilinin nəzərə alınmasının əhəmiyyətini anlamağı və müvafiq tələbləri tətbiq etməyi bacarmaq.

  • COMPETENCY-54056

    Əl işlərində erqonomikanı və məhsuldarlığı yaxşılaşdırmaq məqsədilə uyğun əl alətlərini seçməyi bacarmaq.

  • COMPETENCY-92173

    Müxtəlif növ materialların (metalların, polimerlərin, keramikaların, kompozitlərin və yarımkeçiricilərin) quruluşu ilə mexaniki xüsusiyyətləri arasındakı əlaqəni müəyyənləşdirməyi bacarmaq.

  • COMPETENCY-69435

    Obyektlərin sərbəst cisim diaqramlarını çəkməyi, statik tarazlıq vəziyyətində olan mexaniki sistemlərə təsir edən qüvvələri hesablamağı və tarazlıq təhlilini aparmağı bacarmaq.

  • COMPETENCY-58000

    Eksperimentləri planlaşdırmağı və aparmağı, əldə olunan məlumatları təhlil etməyi və şərh etməyi bacarmaq.

  • COMPETENCY-46279

    Molekullararası qüvvələri müəyyənləşdirməyi, maddələrin kolliqativ xassələrini təhlil etməyi, qaynama və ərimə temperaturlarını müqayisə etməyi bacarmaq.

  • COMPETENCY-45139

    Faza diaqramlarından istifadə etməklə maddələrin qaz, maye, bərk və ya superkritik maye fazasında olmasını proqnozlaşdırmağı bacarmaq.

  • COMPETENCY-29748

    İqtisadi, ekoloji, sosial, etik, təhlükəsizlik və dayanıqlıqla bağlı real məhdudiyyətləri nəzərə almaqla, mövcud ehtiyacları ödəyən sistem, komponent və ya proses layihələndirməyi bacarmaq.

  • COMPETENCY-10056

    Müxtəlif iş sistemlərini fərqləndirməyi və onların fəaliyyət səmərəliliyini ölçməyi bacarmaq.

  • COMPETENCY-60348

    Məlumatların toplanması və təhlili üsullarını, həmçinin sənaye mühəndisliyində istifadə olunan ənənəvi qrafik metodları tətbiq etməyi bacarmaq.

  • COMPETENCY-97958

    Qərar qəbuletmə prosesini təkmilləşdirmək məqsədilə riyazi modellər qurmağı, tənqidi düşünməyi və qərarvermə problemlərini obyektiv təhlil etməyi bacarmaq.

  • COMPETENCY-18978

    Müxtəlif qərar qəbuletmə mühitlərinin xüsusiyyətlərini müəyyənləşdirməyi, hər bir mühitə uyğun qərar qəbuletmə yanaşma və vasitələrini seçməyi və tətbiq etməyi bacarmaq.

  • COMPETENCY-71160

    Nəqliyyat və təyinetmə modellərini qurmağı və həll etməyi bacarmaq.

  • COMPETENCY-61867

    Statistik prosesə nəzarət, proses və ölçmə sistemlərinin qabiliyyətinin təhlili üçün ən uyğun alət və metodları seçməyi və tətbiq etməyi bacarmaq.

  • COMPETENCY-29980

    Proseslərin monitorinqi, proses və ölçmə sistemlərinin qabiliyyətinin qiymətləndirilməsi, eləcə də məhsul və proseslərin layihələndirilməsi üzrə keyfiyyətə nəzarət fəaliyyətlərini həyata keçirmək üçün məlumat toplamağı bacarmaq.

  • COMPETENCY-90058

    Məhsulun inkişafının bütün mərhələlərində keyfiyyəti idarə etməyi bacarmaq.

  • COMPETENCY-41622

    Tam istehsal müəssisəsi üçün mühəndislik üsullarından istifadə etməklə istehsalın və inventar ehtiyatlarının planlaşdırılması və idarə edilməsi sistemlərini, eləcə də istehsal qrafiklərini hazırlamağı və təhlil etməyi bacarmaq.

  • COMPETENCY-46335

    İstehsalla bağlı problemlərin həlli üçün riyazi proqramlaşdırmanın əsas üsullarından və evristik yanaşmalardan istifadə etməyi bacarmaq.

  • COMPETENCY-22982

    Məhsula olan tələbatı, mənfəəti, satış həcmini, material və istehsal gücü ehtiyaclarını proqnozlaşdırmaq üçün uyğun modelləri seçməyi və statistik vasitələrdən istifadə etməyi bacarmaq.

  • COMPETENCY-82983

    Tam istehsal müəssisəsi üçün material tələbatının planlaşdırılması (MRP) və müəssisə resurslarının planlaşdırılması (ERP) sistemlərini layihələndirməyi, hazırlamağı və təhlil etməyi bacarmaq.

  • COMPETENCY-90244

    Texnoloji proseslərdə axın sürəti və temperatur kimi parametrləri ölçmək və onlara nəzarət etmək üçün müvafiq ölçmə cihazlarını seçməyi və tətbiq etməyi bacarmaq.

  • COMPETENCY-44588

    Sistem təhlili metodlarından istifadə etməklə müasir idarəetmə yanaşmalarını tətbiq etməyi bacarmaq.

  • COMPETENCY-73080

    Obyektlərdən sensorlar vasitəsilə məlumat toplamağı, bu məlumatları emal və şərh edən PLC proqramları hazırlamağı, həmçinin məlumatlara uyğun idarəetmə siqnalları formalaşdırmağı bacarmaq.

  • COMPETENCY-17500

    Çevik istehsal sistemlərini təhlil etməyi, müxtəlif istehsal sistemlərini və proseslərini müqayisə etməyi bacarmaq.

  • COMPETENCY-48198

    Müəssisənin yerləşmə yerini və istehsal sahələrinin müəssisə daxilində optimal yerləşdirilməsini müəyyənləşdirmək üçün analitik metodlardan və müasir mühəndislik vasitələrindən istifadə etməyi bacarmaq.

  • COMPETENCY-63586

    Standartlara və etik qaydalara uyğun olaraq müəssisənin planlaşdırılması layihəsi üzrə hesabat və sənədləri hazırlamağı, rəsmiləşdirməyi və təqdim etməyi bacarmaq.

  • COMPETENCY-93625

    İstehsalın növünə uyğun olaraq mövcud fəaliyyət və resurslardan səmərəli istifadəni təmin edən qərarlar qəbul etməyi bacarmaq.

  • COMPETENCY-78874

    Müxtəlif materialların daşınması və yüklənməsi üçün uyğun sistemləri seçməyi, layihələndirməyi və istifadə olunan vasitə və prinsiplər əsasında təhlil etməyi bacarmaq.

  • COMPETENCY-62181

    Klassik sistem təhlili metodlarından istifadə etməyi və sistemlərin xüsusiyyətlərini araşdırmaq üçün uyğun modellər qurmağı bacarmaq.

  • COMPETENCY-97272

    Əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı risklərin qarşısını almaq məqsədilə təlim, mühəndislik tədbirləri və nəzarət mexanizmlərini müəyyənləşdirməyi bacarmaq.

  • COMPETENCY-47335

    Ölçmələrin dəqiqliyini və nəzarətin etibarlılığını təmin etmək üçün optimal standartları müəyyənləşdirməyi və tətbiq etməyi bacarmaq.

  • COMPETENCY-55436

    Giriş məlumatlarını toplamağı və təhlil etməyi, modellərin uyğunluğunu və etibarlılığını yoxlamağı, model nəticələrinin statistik təhlilini aparmağı, həmçinin müxtəlif sistemlər üçün simulyasiya modelləri qurmağı və onların nəticələrini şərh etməyi bacarmaq.

  • COMPETENCY-81825

    Məhsulların və texnoloji proseslərin ölçülə bilən və nəzarət edilə bilən parametrlərini müəyyənləşdirməyi bacarmaq.

  • COMPETENCY-14503

    Potensialı qiymətləndirmək üçün zəruri işləri yerinə yetirməyi bacarmaq.

İxtisas səriştələri· 20

  • COMPETENCY-90131

    İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı ünsiyyət qurmağı bacarmaq.

  • COMPETENCY-79172

    İxtisası üzrə ən azı bir xarici dildə ünsiyyət qurmağı bacarmaq.

  • COMPETENCY-28324

    Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni və ideoloji əsasları, müasir dünyadakı yeri və rolu haqqında sistemli və hərtərəfli biliklərə yiyələnməyi, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırmağı bacarmaq.

  • COMPETENCY-78769

    Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etməyi bacarmaq.

  • COMPETENCY-20023

    İş yerində informasiya texnologiyalarından istifadə etməyi bacarmaq.

  • COMPETENCY-20577

    Komandada işləməyi və problemin həllinə dair ortaq yanaşmaya nail olmağı bacarmaq.

  • COMPETENCY-60646

    Yeni şəraitə uyğunlaşmağı, təşəbbüs irəli sürməyi və uğur qazanmaq üçün iradə nümayiş etdirməyi bacarmaq.

  • COMPETENCY-11518

    Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyənləşdirməyi və seçməyi bacarmaq.

  • COMPETENCY-61659

    Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etməyi, ümumiləşdirməyi və tətbiq etməyi bacarmaq.

  • COMPETENCY-82885

    Peşəkar fəaliyyətini planlaşdırmağı və təşkil etməyi, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirməyi, vaxtı idarə etməyi və tapşırıqları vaxtında tamamlamağı bacarmaq.

  • COMPETENCY-51744

    Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, vətəndaş şüuruna, etik yanaşmaya və keyfiyyətə üstünlük verməyi bacarmaq.

  • COMPETENCY-88358

    Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə mövcud vəziyyəti və öz fəaliyyətini yenidən qiymətləndirməyi, özünütənqidi yanaşma nümayiş etdirməyi bacarmaq.

  • COMPETENCY-15018

    Liderlik etməyi bacarmaq.

  • COMPETENCY-87022

    Fəlsəfi biliklərin əsaslarından istifadə etməyi, fəaliyyətinin sosial əhəmiyyətini dərk etmək məqsədilə tarixi inkişafın əsas mərhələlərini və qanunauyğunluqlarını təhlil etməyi bacarmaq.

  • COMPETENCY-35934

    Müxtəlif sahələrdə fəaliyyətin səmərəliliyini qiymətləndirmək üçün iqtisadi biliklərin əsaslarından istifadə etməyi bacarmaq.

  • COMPETENCY-50287

    Müxtəlif fəaliyyət sahələrində ümumi hüquqi biliklərdən istifadə etməyi bacarmaq.

  • COMPETENCY-93831

    Fövqəladə hallarda ilk tibbi yardım üsullarından və mühafizə metodlarından istifadə etməyi bacarmaq.

  • COMPETENCY-12737

    Verilmiş miqdarda və tələb olunan keyfiyyətdə məhsul istehsalını təmin etmək üçün kollektiv əməyin məsrəflərini minimuma endirmək məqsədilə mövcud əsas qanunauyğunluqlardan istifadə etməyi bacarmaq.

  • COMPETENCY-22342

    Məhsul istehsalı ilə bağlı problemlərin həlli üçün alternativ variantlar hazırlamağı, onları təhlil etməyi, proqnozlaşdırılan nəticələri qiymətləndirməyi və optimal həll variantlarını seçməyi bacarmaq.

  • COMPETENCY-91059

    Peşə fəaliyyəti ilə əlaqədar texniki sənədlər hazırlamağı bacarmaq.