Bakalavr proqramı
Sənaye mühəndisliyiTəlim məqsədləri
Proqram təlim məqsədləri
Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.
PLO 1PLO-58240
PTN 1. Sənaye mühəndisliyi ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı komunikasiya bacarıqlarına; İxtisas üzrə ən azı bir xarici dildə (ingilis dili daha məqsədəuyqundur)komunikasiya bacarıqlarına;
PLO 2PLO-65147
PTN 2. Azərbaycan tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə; Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
PLO 3PLO-84687
PTN 3. İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə; Peşə fəaliyyətində təbiət elmlərinin əsas qanunlarından, riyazi metodlardan və tədqiqat sınaqlarında modelləşdirmədən istifadə bacarığına
PLO 4PLO-53944
PTN 4. Sənaye mühəndisliyinin yeni nümumələrinin layihələrinin işlənməsində informasiya texnologiyalarından istifadə etmə bacarığına; informasiya texnologiyaları sahəsindəki tipik problemlərin həlli üçün analitik, alqoritmik və tətbiqi metodlara; mühəndis hesablamaları üçün Microsoft Excel, SMath Studio Desktop və s. proqramların tətbiqinə; sənaye avtomatlaşdırılması sahəsində əsas terminologiyaya; cizgilərin və detalların hazırlanmasında kompüter qrafikasından istifadə etmək və 3D modelləşdirmə bacarıqlarına; CAD / CAM sistemləri ilə işləmə bacarıqlarına; CAD / CAM sistemlərindən istifadə etməklə əldə olunan sənədlərin oxunması bacarıqlarına.
PLO 5PLO-12029
PTN 5. Konstruksiyaların, energetik və funksional avadanlıqların, texniki sistemlərinin və infrastruktur obyektlərinin texnoloji yeniləşdirilməsində iştiraketmə bacarığına; materialların və yarımfabrikatların xassələrinin, texnoloji proseslərin əsas parametrlərinin ölçülməsi üçün texniki vasitələrdən istifadəetmə bacarığına; praktiki fəaliyyətində iqtisadi analizin elementlərindən, texniki quruluşların sertifikatlandırılması, standartlandırılması və keyfiyyət üzrə normativ sənədlərdən istifadəetmə bacarığına; texnoloji proseslərin işlənməsi zamanı qəbul edilən texniki həllərin əsaslandırma bacarığına; ekoloji nəticələrin nəzərə alınması ilə texnologiyaların və texniki vasitələrin seçəbilmə qabiliyyətinə; texniki təhlükəsizlik qaydalarından, istehsalat sanitariyasından, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi normalarından istifadə edə bilmə bacarığına; istehsalat mikroiqlim parametrlərini ölçəbilmə və qiymətləndirmə, qazlanma və çirklənmə səviyyəsini, səs vibrasiyaları, iş yerlərinin işıqlandırma səviyyəsini təyinetmə bacarığına; texnoloji prosesi idarəetmə obyekti kimi analizetmə qabiliyyətinə;
PLO 6PLO-14867
PTN 6. Texniki-istismar, erqonomik, texnoloji, iqtisadi və ekoloji tələbləri nəzərə almaqla, texniki avadanlıqların, energetik qurğuların, müxtəlif təyinatlı qurğuların işləməsində iştiraketmə bacarığına; icraçıların işlərinin təşkili, əməyin təşkili və normalaşdırılması sahəsində idarəetmə qərarları qəbuletmə bacarığına; sənayenin resurslarının formalaşdırılması və istifadəsi sahəsində məlumatların ümumiləşdirilməsi və sistemləşdirilməsi bacarığına; maşın və avadanlıqların işləmə qabiliyyətlərinin, texniki və istismar xarakteristikalarının tədqiqində müasir metodikalardan istifadə qabiliyyətinə; istismar, texniki xidmət, təmir və renovasiya sahəsində, həmçinin mexanika profilli konstruksiyaların, energetik qurğuların, funksional avadanlıqların, texnoloji proseslərin işlənməsində iştirak etmək bacarıqlarına; qurğuların texniki vəziyyətini və qalıq resurslarını müəyyənləşdirmə qabiliyyətinə.