Fənn · Sənaye mühəndisliyi

Texniki mexanika

İF-34104y6 kreditPayız semestriMəcburi

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

—

Fənnin təsviri

“Texniki mexanika” fənninin tədris olunmasında əsas məqsəd “Sənaye mühəndisliyi” ixtisası haqqında ətraflı məlumat vermək, ixtisas üzrə mütəxəssisin gələcək fəaliyyəti üçün zəruri bilik və bacarıqları vermək, fənninin tədrisi əsasında ümumi mühəndis hazırlığının özülünü yaratmaq; klassik və müasir mexanikanın qarşısında duran əsas vəzifələri başa düşmək; qanunları və başqa nəzəri bilikləri mənimsəmək və tətbiq etmək bacarığı aşılamaq; real texniki obyektlərin tətbiq sahəsindən asılı olaraq onların ümumi hesablama qanunauyğunluqlarını öyrətmək; konstruksiyaların, maşınların, mexanizmlərin qurğuların və aqreqatların hərəkətini və gərginlikli vəziyyətini öyrənmək;müxtəlif maşın və mexanizmlərdəki ümumi təyinatlı konstruktiv elementlərin - detalların və yığım vahidlərinin iş şəraitini nəzərə almaqla, onları layihə etmək üçün lazım olan üsulları, qaydaları və normaları öyrənməkdir

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Klassik və müasir mexanikanın əsas qanunlarını, nəzəri prinsiplərini və onların texniki obyektlərdə tətbiqini izah edir.

  2. CLO 2: FTN 2. Maşın, mexanizm və konstruksiyaların tarazlıq və hərəkət qanunauyğunluqlarını, həmçinin onların gərginlik-deformasiya vəziyyətini təhlil edir.

  3. CLO 3: FTN 3. Maşınların, mexanizmlərin və onların əsas detal və düyünlərinin möhkəmlik, sərtlik və dayanıqlıq şərtlərinə uyğun hesablamalarını aparır.

  4. CLO 4: FTN 4. Maşın detallarının və yığım vahidlərinin iş şəraitini nəzərə alaraq onların layihələndirilməsi və konstruksiya edilməsi üsullarını tətbiq edir.

  5. CLO 5: FTN 5. Maşın və mexanizmlərin layihələndirilməsi və hesablanmasında normativ-texniki sənədlərdən, müasir hesablama metodlarından və texniki məlumatlardan istifadə edir.