Fənn · Sənaye mühəndisliyi

Texniki mexanikaSillabus

İF-34104y6 kreditPayız semestriMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-34104y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 75 saat - TSİ b) 45 saat - MRTSİ

Fənn haqqında

“Texniki mexanika” fənninin tədris olunmasında əsas məqsəd “Sənaye mühəndisliyi” ixtisası haqqında ətraflı məlumat vermək, ixtisas üzrə mütəxəssisin gələcək fəaliyyəti üçün zəruri bilik və bacarıqları vermək, fənninin tədrisi əsasında ümumi mühəndis hazırlığının özülünü yaratmaq; klassik və müasir mexanikanın qarşısında duran əsas vəzifələri başa düşmək; qanunları və başqa nəzəri bilikləri mənimsəmək və tətbiq etmək bacarığı aşılamaq; real texniki obyektlərin tətbiq sahəsindən asılı olaraq onların ümumi hesablama qanunauyğunluqlarını öyrətmək; konstruksiyaların, maşınların, mexanizmlərin qurğuların və aqreqatların hərəkətini və gərginlikli vəziyyətini öyrənmək;müxtəlif maşın və mexanizmlərdəki ümumi təyinatlı konstruktiv elementlərin - detalların və yığım vahidlərinin iş şəraitini nəzərə almaqla, onları layihə etmək üçün lazım olan üsulları, qaydaları və normaları öyrənməkdir

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Klassik və müasir mexanikanın əsas qanunlarını, nəzəri prinsiplərini və onların texniki obyektlərdə tətbiqini izah edir.

  2. CLO 2: FTN 2. Maşın, mexanizm və konstruksiyaların tarazlıq və hərəkət qanunauyğunluqlarını, həmçinin onların gərginlik-deformasiya vəziyyətini təhlil edir.

  3. CLO 3: FTN 3. Maşınların, mexanizmlərin və onların əsas detal və düyünlərinin möhkəmlik, sərtlik və dayanıqlıq şərtlərinə uyğun hesablamalarını aparır.

  4. CLO 4: FTN 4. Maşın detallarının və yığım vahidlərinin iş şəraitini nəzərə alaraq onların layihələndirilməsi və konstruksiya edilməsi üsullarını tətbiq edir.

  5. CLO 5: FTN 5. Maşın və mexanizmlərin layihələndirilməsi və hesablanmasında normativ-texniki sənədlərdən, müasir hesablama metodlarından və texniki məlumatlardan istifadə edir.

Mövzu planı

  1. 1.
    Texniki mexanika fənni haqqında qısa məlumat. Nəzəri mexanika fənninin əsas anlayışlarıMühazirə
  2. 2.
    Maşın və mexanizmlər nəzəriyyəsi fənni. Əsas anlayışlar. Yastı mexa-nizm¬lərin struktur analizi və sinteziMühazirə
  3. 3.
    Mexanizmlərin kinematik analizi. Yastı mexanizmlərin analitik və qrafo-analitik üsul ilə kinematik tədqiqiMühazirə
  4. 4.
    Materiallar müqaviməti fənninin mövzusu və tədqiqat obyektləri. Dartılma və sıxılma deformasiyalarıMühazirə
  5. 5.
    Sürüşmə, burulma və əyilmə deformasiyalarıMühazirə
  6. 6.
    Maşın detallarının əsas işgörmə qabiliyyəti meyarlarıMühazirə
  7. 7.
    Mexaniki ötürmələrin təsnifatı. Dişli çarx ötürmələri, tətbiq sahələri, konstruksiyalarıMühazirə
  8. 8.
    Sonsuz vint ötürməsiMühazirə
  9. 9.
    Zəncir ötürməsiMühazirə
  10. 10.
    Qayış ötürmələriMühazirə
  11. 11.
    Maşın detallarının birləşdirmələri. Pərçim və qaynaq birləşdirmələriMühazirə
  12. 12.
    Yiv birləşdirmələriMühazirə
  13. 13.
    İşgil və şlis birləşdirmələriMühazirə
  14. 14.
    Vallar, oxlar və muftalarMühazirə
  15. 15.
    Sürüşmə sürtünməsi və diyirlənmə sürtünməsi yastıqlarıMühazirə

Ədəbiyyat

  1. Kəngərli A.M. Maşın və mexanizmlər nəzəriyyəsi. Bakı, 2004.
  2. Sadıqov İ.R. Materiallar müqaviməti, “Təhsil”, Bakı, 2010.
  3. Abdullayev A.H., Məmmədov R.K., Cüməyev M.H. Maşın detalları və konstruksiya etmənin əsasları. Bakı, Elm, 2003.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5