Fənn · Sənaye mühəndisliyi

Sistem analizi və simulyasiya

İF-3439y5 kreditPayız semestriMəcburi

Fənn haqqında

Kredit

5

İş yükü

150saat

Semestr

Payız

Tədris ili

—

Fənnin təsviri

“Sistem analizi və simulyasiya” fənninin tədris olunmasında məqsəd -“Sənaye mühəndisliyi” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan tələbələrdə, tədris olunmuş fənnlər üzrə əldə edilmiş bilikləri tətbiq etməklə sənaye müəssisələrində istehsalat məsələlərinin həlli üçün sistemli yanaşma, qabaqcıl məlumatların toplanması, real sistemlərin analizi, simulyasiya modellərinin hazırlanaraq nəticələrin analizini aparmaq, sistemlərin dizaynı və nəzarət edəbilmə bacarıqlarının formalaşdırılmasıdır.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Sistem analizinin əsas anlayışlarını, prinsiplərini və sistem nəzəriyyəsinin əsaslarını izah edir.

  2. CLO 2: FTN 2. Sənaye müəssisələrində istehsal proseslərinə dair məlumatları toplayır, sistemləşdirir və təhlil edir.

  3. CLO 3: FTN 3. Texniki sistemlərin və texnoloji proseslərin strukturunu təhlil edir, onların modelləşdirilməsi prinsiplərini tətbiq edir.

  4. CLO 4: FTN 4. İstehsal proseslərinin təhlili və optimallaşdırılması məqsədilə simulyasiya modellərini qurur və tətbiq edir.

  5. CLO 5: FTN 5. Simulyasiya modellərinin etibarlılığını və adekvatlığını qiymətləndirir, modelləşdirmə nəticələrini təhlil edərək istehsal prosesləri üzrə əsaslandırılmış qərarlar qəbul edir.