Fənn · Sənaye mühəndisliyi

Sistem analizi və simulyasiyaSillabus

İF-3439y5 kreditPayız semestriMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3439y
Kredit
5
Tələbənin iş yükü
150
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 55 saat - TSİ b) 35 saat - MRTSİ

Fənn haqqında

“Sistem analizi və simulyasiya” fənninin tədris olunmasında məqsəd -“Sənaye mühəndisliyi” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan tələbələrdə, tədris olunmuş fənnlər üzrə əldə edilmiş bilikləri tətbiq etməklə sənaye müəssisələrində istehsalat məsələlərinin həlli üçün sistemli yanaşma, qabaqcıl məlumatların toplanması, real sistemlərin analizi, simulyasiya modellərinin hazırlanaraq nəticələrin analizini aparmaq, sistemlərin dizaynı və nəzarət edəbilmə bacarıqlarının formalaşdırılmasıdır.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Sistem analizinin əsas anlayışlarını, prinsiplərini və sistem nəzəriyyəsinin əsaslarını izah edir.

  2. CLO 2: FTN 2. Sənaye müəssisələrində istehsal proseslərinə dair məlumatları toplayır, sistemləşdirir və təhlil edir.

  3. CLO 3: FTN 3. Texniki sistemlərin və texnoloji proseslərin strukturunu təhlil edir, onların modelləşdirilməsi prinsiplərini tətbiq edir.

  4. CLO 4: FTN 4. İstehsal proseslərinin təhlili və optimallaşdırılması məqsədilə simulyasiya modellərini qurur və tətbiq edir.

  5. CLO 5: FTN 5. Simulyasiya modellərinin etibarlılığını və adekvatlığını qiymətləndirir, modelləşdirmə nəticələrini təhlil edərək istehsal prosesləri üzrə əsaslandırılmış qərarlar qəbul edir.

Mövzu planı

  1. 1.
    Giriş. Fənnin tədrisinin məqsədi və əsas məsələləri və anlayışları. Sistem nəzəriyyəsinin qısa inkişaf tarixi Mühazirə
  2. 2.
    Real sistemlərin mövcud olma sahələri və xüsusiyyətləri. Sistemlərin növləri. Sistemin ierarxik səviyyələri, sistemlərin növləri, hərəkət tərzi, əks əlaqə, sistemin təşkiliMühazirə
  3. 3.
    Əks əlaqə Məşğələ
  4. 4.
    Əks əlaqənin nəzəri modelləşdirilməsi və sadə hesablama nümunələri Laboratoriya
  5. 5.
    Real sistem analizinin icra olunma üsulları. Sistem tədqiqatında analiz və sintez. Analiz və sintez, sistemin dekompozisiyası, dekompozisiyanın alqoritmləşdirilməsi, aqreqatlaşdırmaMühazirə
  6. 6.
    Sistemin analizi Məşğələ
  7. 7.
    Dizayn layihələrinin idarə olunması, Dizayn layihələrində komanda təcrübəsi. Layihələrin idarə olunma üsulları Mühazirə
  8. 8.
    İstehsal sistemlərinin dizaynı. Aksiomatik dizayn üsulu, dizayn problemləri, kombinəolunmuş istehsal xəttinin dizaynı Mühazirə
  9. 9.
    Aksiomatik dizayn üsulu ilə hesablama əsasında sadə istehsal xəttinin layihələndirilməsi Laboratoriya
  10. 10.
    Dəyişəbilən sənaye sistemlərinin dizaynı. Sənaye dizaynı və inkişafı üzrə indeks sistemi. Sənayenin dizaynı və inkişafında ehtimal olunan problemlər.Mühazirə
  11. 11.
    Sənayedə məlumatların düzgün toplanması və faydalı tətbiqi. Məlumatlara əsaslanan istehsalın strukturu “ağıllı istehsal”, Məlumata əsaslanan istehsalda tipik tətbiqlərMühazirə
  12. 12.
    Məlumata əsaslanan istehsal Məşğələ
  13. 13.
    İstehsalatda məlumatların analizi. Məlumatlar analizinin növləri və əsas tətbiq istiqamətləri. məlumatlar analizinin faydaları və önəmi Mühazirə
  14. 14.
    İstehsal prosesində məlumat analizinin tətbiqi Laboratoriya
  15. 15.
    Texniki sistemlər, xüsusiyyətləri və ti-pik halları. Texniki sistemlərin mahiy¬-yəti və işçi vəzifələri. İstilik, elektrik və maqnit, optik, akustik, kimyəvi xüsusiyyətlər, texniki sistemin tipik halları Mühazirə
  16. 16.
    Texniki sistemlərin təsnifatı: istilik, elektrik, mexaniki və kimyəvi sistemlərin müqayisəsi Laboratoriya
  17. 17.
    Texniki sistemin həyat tsiklinin modeli, seriyalı istehsal olunan texniki sistemlərin yaradılma mərhələləri. Fərdi istehsal olunan texniki sistem-lərin yaradılma mərhələləri. Texniki sistemin həyat tsiklinin modelinin qurulması, istismar öncəsi keçilən mərhələlər, texniki sistemin layihələndiril-məsi zamanı həll olunacaq məsələlər Mühazirə
  18. 18.
    Sistemin həyat tsikli modelinin qurulması Məşğələ
  19. 19.
    Sənayedə texnoloji proseslərin sistem analizi və sintezi.Texnoloji proseslərin tədqiqi və layihələndirilməsində sistem yanaşması prinsipləri. Texnoloji proseslərin sistem analizi və sintezi, layihələndirilməsində sistem yanaşma, texnoloji proses mürəkkəb sistem kimi, müasir emal texnologiyalarının sistem analizi Mühazirə
  20. 20.
    Müxtəlif texnoloji sistemlərin ümumi xüsusiyyətlərinin müqayisəsi Məşğələ
  21. 21.
    Müxtəlif texnoloji sistemlərin analizi və ümumi xüsusiyyətlərinin müqayisəli cədvəlinin hazırlanması Laboratoriya
  22. 22.
    Model və modellərin təsnifatı. Modelləşdirmənin qısa tarixi. Model və modellərin təsnifatı, modelləşdirmənin mahiyyəti, qısa inkişa tarixi Mühazirə
  23. 23.
    Sənayedə texnoloji proseslərin model-ləşdirilməsi. Texnoloji proseslə¬rin modellşdirilməsi xüsusiyyətləri, strukturası. Texnoloji prosesi təsvir edən modelin xüsusiyyətləri, “qara qutu” modeli, texnoloji sistemin nizamlıq halı, sistemin entropiyası, sistemin səmərəliyi Mühazirə
  24. 24.
    “qara qutu” modeli Məşğələ
  25. 25.
    Simulyasiya, qısa inkişaf tarixi və növləri. Sənaye müəssisələrində tətbiq olunan diskret sistem simulyasiya dilləri. Simulyasiya proqramla¬rın xüsusiyyətləri və nümunələrMühazirə
  26. 26.
    Verilmiş prosesin simulyasiya imkanlarıMəşğələ
  27. 27.
    Simulyasiyanın etibarlığı və uyğunluğu. Simulyasiya nəticələrinin təhliliMühazirə
  28. 28.
    “Solid Works” proqramında modelləşdir-mə Məşğələ

Ədəbiyyat

  1. 1. Mövlazadə V.Z. Texnoloji proseslərinin sistem analizi . Dərs vəsaiti, Bakı, «Təhsil» NPM, 2013, 130 s.
  2. 2. E. Francalaza, J. Borg, C. Constantinescu. Deriving a Systematic Approach to Changeable Manufacturing System Design // Proceedings of the 47th CIRP Conference on Manufacturing Systems, - Windsor, Canada: - December, -2014, - p. 166-171.
  3. 3. M.Mihaluta, P.Martin, J.Y.Dantan. Manufacturing Process Modeling and Simulation. ICME, Jul 2008, Italy. 7p.
  4. 4. T.Hager, H.Wafik, M.Faouzi. Manufacturing system design based on axiomatic design: Case of assembly line, Journal of Industrial Engineering and Management (JIEM), ISSN 2013-0953, OmniaScience, Barcelona, (2017) Vol. 10, Iss. 1, pp. 111-139.
  5. 5. Xu et al. Chin. J. Mech. Eng. Advanced Data Collection and Analysis in Data-Driven Manufacturing Process. Chinese Journal of Mechanical Engineering, (2020) 33:43

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5