Fənn · Sənaye mühəndisliyi

Erqonomika və texniki dizayn

İF-3450y6 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“Erqonomika və texniki dizayn” fənninin tədris olunmasında əsas məqsəd “Sənaye mühəndisliyi” ixtisası haqqında ətraflı məlumat vermək, ixtisas üzrə mütəxəssisin gələcək fəaliyyəti üçün zəruri bilik və bacarıqları vermək, o cümlədən maşınların konstruktiv xusiyyətlərini nəzərə almaqla onların erqonomik layihələndirilməsinin ümumi qanunauyğunluqlarını öyrətmək; maşınların erqonomik layihələndirilməsini şərtləndirən normativ qaydaları öyrənmək və maşınların texniki dizaynı üçün lazım olan üsulları, qaydaları və normaları öyrətməkdir.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Maşın və avadanlıqların konstruktiv xüsusiyyətlərini, erqonomik layihələndirmənin əsas prinsiplərini və texniki dizaynın elmi əsaslarını izah edir.

  2. CLO 2: FTN 2. Maşınların əsas düyün və detallarının layihələndirilməsində erqonomik tələbləri, istehsal texnologiyalarını və normativ qaydaları təhlil edir.

  3. CLO 3: FTN 3. Maşınların erqonomik və texniki dizaynını insanın iş şəraiti, təhlükəsizlik, minimum kütlə və maksimum məhsuldarlıq tələblərini nəzərə almaqla qiymətləndirir.

  4. CLO 4: FTN 4. Maşınların texniki dizaynı və erqonomik layihələndirilməsi ilə bağlı mühəndislik problemlərinin həllində sistem analizini və qərar qəbuletmə metodlarını tətbiq edir.

  5. CLO 5: FTN 5. Müasir texniki dizayn metodlarından, normativ-texniki sənədlərdən və qabaqcıl layihələndirmə yanaşmalarından istifadə edərək maşınların konstruksiyasının təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflər hazırlayır.