Subject · Industrial engineering

Erqonomika və texniki dizayn

İF-3450y6 creditsSpring semesterMandatory2025-2026

About this subject

Credits

6

Workload

180hours

Semester

Spring

Academic year

2025-2026

Description

“erqonomika və texniki dizayn” fənninin tədris olunmasında əsas məqsəd “sənaye mühəndisliyi” ixtisası haqqında ətraflı məlumat vermək, ixtisas üzrə mütəxəssisin gələcək fəaliyyəti üçün zəruri bilik və bacarıqları vermək, o cümlədən maşınların konstruktiv xusiyyətlərini nəzərə almaqla onların erqonomik layihələndirilməsinin ümumi qanunauyğunluqlarını öyrətmək; maşınların erqonomik layihələndirilməsini şərtləndirən normativ qaydaları öyrənmək və maşınların texniki dizaynı üçün lazım olan üsulları, qaydaları və normaları öyrətməkdir.

Course learning outcomes

  1. CLO 1: Ftn 1. maşın və avadanlıqların konstruktiv xüsusiyyətlərini, erqonomik layihələndirmənin əsas prinsiplərini və texniki dizaynın elmi əsaslarını izah edir.

  2. CLO 2: Ftn 2. maşınların əsas düyün və detallarının layihələndirilməsində erqonomik tələbləri, istehsal texnologiyalarını və normativ qaydaları təhlil edir.

  3. CLO 3: Ftn 3. maşınların erqonomik və texniki dizaynını insanın iş şəraiti, təhlükəsizlik, minimum kütlə və maksimum məhsuldarlıq tələblərini nəzərə almaqla qiymətləndirir.

  4. CLO 4: Ftn 4. maşınların texniki dizaynı və erqonomik layihələndirilməsi ilə bağlı mühəndislik problemlərinin həllində sistem analizini və qərar qəbuletmə metodlarını tətbiq edir.

  5. CLO 5: Ftn 5. müasir texniki dizayn metodlarından, normativ-texniki sənədlərdən və qabaqcıl layihələndirmə yanaşmalarından istifadə edərək maşınların konstruksiyasının təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflər hazırlayır.