Ümumi məlumat
- Fənn kodu
- İF-3450y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 30 saat - seminar
- Auditoriyadan kənar saatlar
- a) 90 saat - TSİ b) 30 saat - MRTSİ
Fənn haqqında
“Erqonomika və texniki dizayn” fənninin tədris olunmasında əsas məqsəd “Sənaye mühəndisliyi” ixtisası haqqında ətraflı məlumat vermək, ixtisas üzrə mütəxəssisin gələcək fəaliyyəti üçün zəruri bilik və bacarıqları vermək, o cümlədən maşınların konstruktiv xusiyyətlərini nəzərə almaqla onların erqonomik layihələndirilməsinin ümumi qanunauyğunluqlarını öyrətmək; maşınların erqonomik layihələndirilməsini şərtləndirən normativ qaydaları öyrənmək və maşınların texniki dizaynı üçün lazım olan üsulları, qaydaları və normaları öyrətməkdir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. Maşın və avadanlıqların konstruktiv xüsusiyyətlərini, erqonomik layihələndirmənin əsas prinsiplərini və texniki dizaynın elmi əsaslarını izah edir.
CLO 2: FTN 2. Maşınların əsas düyün və detallarının layihələndirilməsində erqonomik tələbləri, istehsal texnologiyalarını və normativ qaydaları təhlil edir.
CLO 3: FTN 3. Maşınların erqonomik və texniki dizaynını insanın iş şəraiti, təhlükəsizlik, minimum kütlə və maksimum məhsuldarlıq tələblərini nəzərə almaqla qiymətləndirir.
CLO 4: FTN 4. Maşınların texniki dizaynı və erqonomik layihələndirilməsi ilə bağlı mühəndislik problemlərinin həllində sistem analizini və qərar qəbuletmə metodlarını tətbiq edir.
CLO 5: FTN 5. Müasir texniki dizayn metodlarından, normativ-texniki sənədlərdən və qabaqcıl layihələndirmə yanaşmalarından istifadə edərək maşınların konstruksiyasının təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflər hazırlayır.
Mövzu planı
- 1.Giriş. Kursun predmeti və mahiyyəti. Texniki layihələndirmə, konstruksiyaetmə və planlaşdirma. Fənnin predmeti, rolu və vəzifəsi.Mühazirə
- 2.Kursun predmeti və mahiyyəti. Texniki layihələndirmə, konstruksiyaetmə və planlaşdirma Məşğələ
- 3.Erqonomika. Antropometrik təlabat Mühazirə
- 4.Erqonomika. Antropometrik təlabat Məşğələ
- 5.Fizioloji və estetik tələblər Mühazirə
- 6.Fizioloji və estetik tələblər Məşğələ
- 7.Görmə, eşitmə, iybilmə və küy Mühazirə
- 8.Görmə, eşitmə, iybilmə və küy Məşğələ
- 9.Əməyin elmi təşkili, istehsal mədəniyyəti və estetika. İş yerlərinin təşkiliMühazirə
- 10.Əməyin elmi təşkili, istehsal mədəniyyəti və estetika. İş yerlərinin təşkiliMəşğələ
- 11.Mühəndis psixologiyası. Bionika Mühazirə
- 12.Mühəndis psixologiyası. Bionika Məşğələ
- 13.Estetika və texnikanın inkişaf qanunauyğunluqları. İnsan və maşının qarşılıqlı münasibətləri. Texnikada məzmun və xarici forma Mühazirə
- 14.Estetika və texnikanın inkişaf qanunauyğunluqları. İnsan və maşının qarşılıqlı münasibətləri. Texnikada məzmun və xarici forma Məşğələ
- 15.Kompozisiyanın əsasları Mühazirə
- 16.Kompozisiyanın əsasları Məşğələ
- 17.Harmonika, tənasüb və mütənasiblik Mühazirə
- 18.Harmonika, tənasüb və mütənasiblik Məşğələ
- 19.Miqyas, simmetriya və asimmetriya Mühazirə
- 20.Miqyas, simmetriya və asimmetriya Məşğələ
- 21.Statiklik və dinamiklik Mühazirə
- 22.Statiklik və dinamiklik Məşğələ
- 23.Metrik və ritmik təkrarlanan sıralar Mühazirə
- 24.Metrik və ritmik təkrarlanan sıralar Məşğələ
- 25.Kontrast və nüans Mühazirə
- 26.Kontrast və nüans Məşğələ
- 27.Standart və estetika Mühazirə
- 28.Standart və estetika Məşğələ
- 29.Rəng və işıq. Rənglərin qarışdırılması. Maşınqayırmada rəng və funksional boyama. İstehsal binalarının interyerlərinin Mühazirə
- 30.Rəng və işıq. Rənglərin qarışdırılması. Maşınqayırmada rəng və funksional boyama. İstehsal binalarının interyerlərinin Məşğələ
Ədəbiyyat
- 1. R.B.Ərəbov.Texniki dizayn və erqonomika.Texniki ixtisasların tələbələri üçün dərs vəsai. Bakı, 2013, 111 s.
- 2. Çələbi İ.Q., Mirzəyev H.İ. Mexatronika – Bakı, 2011, - 203 s.
- 3. R.C.Həşimov, P.Ş.Abdullayev, Ş.B.Çərkəsov. “Mühəndis qrafikası”. Dərslik. Bakı, 2011, 352 səh.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |