Fənn · Sənaye mühəndisliyi

İxtisasa giriş

İF-3452m4 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

4

İş yükü

120saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Fənnin tədrisinin əsas məqsədi 050638 – “Sənaye mühəndisliyi” ix¬tisası üzrə təhsil alan tələbələrdə fərqli olan sənaye sahələri ilə tanış olmaq, istehsal elədikləri məhsullarla və əsas texnoloji proseslər barəsində davamlı biliklərin formalaşdırılması üzrə lazım olan bilik və bacarıqların aşılanmasından ibarətdir. “İxtisasa giriş” fənninin tədris olunmasında əsas məqsəd adı çəkilən fənn haqqında ətraflı məlumat vermək, ixtisas üzrə mütəxəssisin gələcək fəaliyyəti üçün zəruri bilik və bacarıq aşılamaqdır və erkən mərhələdə tələbələri öz gələcək ixtisasları və işləməli olduqları fəaliyyət sahəsi ilə tanış etməkdir. Sənaye sahələrinin təsnifatı. Maşınqayırma və metal emalı sənayesi, əsas texnoloji proseslərlə ümumi tanışlıq. Yüngül sənaye, qida sənayesi, onların əsas sahələri və texnoloji proseslərlə tanışlıq. Metallurgiya sənayesi, əsas sahələri, istehsal olunan məhsullar. Metallurgiya sənayesində istifadə olunan avadanlıqlar, əsas texnoloji proseslərlə ümumi tanışlıq. Energetika, elektroenergetika sənayesi, əsas sahələri. Alternativ energetika, təsnifatı və tətbiq sahələri, üstün və catışmayan cəhətləri. Sənaye sahələrində istifadə olunan standartlar. İSO standartlarının tətbiqi. Müxtəlif sənaye sahələrində istifadə olunan müasir idarəetmə üsulları və menecment.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Sənayenin əsas sahələrini, onların təsnifatını, tarixi inkişaf mərhələlərini, rolunu və iqtisadi əhəmiyyətini izah edir.

  2. CLO 2: FTN 2. Müxtəlif sənaye sahələrində tətbiq olunan əsas texnoloji prosesləri, əməliyyatları, maşın və avadanlıqların təyinatını və iş prinsipini izah edir.

  3. CLO 3: FTN 3. Sənaye istehsalında istifadə olunan maşın və avadanlıqların üstünlüklərini və çatışmazlıqlarını təhlil edir, onların tətbiq imkanlarını qiymətləndirir.

  4. CLO 4: FTN 4. Sənaye müəssisələrində istehsalat işinin təşkili və planlaşdırılması, müasir texnoloji proseslərin idarə edilməsi və mühəndis proqramlarından istifadə prinsiplərini tətbiq edir.

  5. CLO 5: FTN 5. Sənaye mühəndisliyi sahəsində peşəkar məlumatları araşdırır, müstəqil iş və təqdimatlar hazırlayır, yaradıcı düşünmə və təqdimetmə bacarıqlarını nümayiş etdirir.