Fənn · Sənaye mühəndisliyi

İxtisasa girişSillabus

İF-3452m4 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3452m
Kredit
4
Tələbənin iş yükü
120
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə
Auditoriyadan kənar saatlar
a) 75 saat - TSİ b) 15 saat - MRTSİ

Fənn haqqında

Fənnin tədrisinin əsas məqsədi 050638 – “Sənaye mühəndisliyi” ix¬tisası üzrə təhsil alan tələbələrdə fərqli olan sənaye sahələri ilə tanış olmaq, istehsal elədikləri məhsullarla və əsas texnoloji proseslər barəsində davamlı biliklərin formalaşdırılması üzrə lazım olan bilik və bacarıqların aşılanmasından ibarətdir. “İxtisasa giriş” fənninin tədris olunmasında əsas məqsəd adı çəkilən fənn haqqında ətraflı məlumat vermək, ixtisas üzrə mütəxəssisin gələcək fəaliyyəti üçün zəruri bilik və bacarıq aşılamaqdır və erkən mərhələdə tələbələri öz gələcək ixtisasları və işləməli olduqları fəaliyyət sahəsi ilə tanış etməkdir. Sənaye sahələrinin təsnifatı. Maşınqayırma və metal emalı sənayesi, əsas texnoloji proseslərlə ümumi tanışlıq. Yüngül sənaye, qida sənayesi, onların əsas sahələri və texnoloji proseslərlə tanışlıq. Metallurgiya sənayesi, əsas sahələri, istehsal olunan məhsullar. Metallurgiya sənayesində istifadə olunan avadanlıqlar, əsas texnoloji proseslərlə ümumi tanışlıq. Energetika, elektroenergetika sənayesi, əsas sahələri. Alternativ energetika, təsnifatı və tətbiq sahələri, üstün və catışmayan cəhətləri. Sənaye sahələrində istifadə olunan standartlar. İSO standartlarının tətbiqi. Müxtəlif sənaye sahələrində istifadə olunan müasir idarəetmə üsulları və menecment.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Sənayenin əsas sahələrini, onların təsnifatını, tarixi inkişaf mərhələlərini, rolunu və iqtisadi əhəmiyyətini izah edir.

  2. CLO 2: FTN 2. Müxtəlif sənaye sahələrində tətbiq olunan əsas texnoloji prosesləri, əməliyyatları, maşın və avadanlıqların təyinatını və iş prinsipini izah edir.

  3. CLO 3: FTN 3. Sənaye istehsalında istifadə olunan maşın və avadanlıqların üstünlüklərini və çatışmazlıqlarını təhlil edir, onların tətbiq imkanlarını qiymətləndirir.

  4. CLO 4: FTN 4. Sənaye müəssisələrində istehsalat işinin təşkili və planlaşdırılması, müasir texnoloji proseslərin idarə edilməsi və mühəndis proqramlarından istifadə prinsiplərini tətbiq edir.

  5. CLO 5: FTN 5. Sənaye mühəndisliyi sahəsində peşəkar məlumatları araşdırır, müstəqil iş və təqdimatlar hazırlayır, yaradıcı düşünmə və təqdimetmə bacarıqlarını nümayiş etdirir.

Mövzu planı

  1. 1.
    Giriş. Əsas anlayışlar. Sənaye sahələrinin təsnifatı.Mühazirə
  2. 2.
    Maşınqayırma və metal emalı sənayesi. Maşınqayırma sənayesində istehsal olunan detallar və məhsullar, istifadə olunan avadanlıqlar, əsas texnoloji proseslərlə ümumi tanışlıq. Mühazirə
  3. 3.
    Yığım və detalların çizgilərində oxunma qaydası. Ölçülərin və cizgidə olan işarələrin qoyulama qaydaları və mənası. Mühazirə
  4. 4.
    Mühəndislikdə istifadə olunan əsas ölçü alətləri. Ölçmə metodları. Sensorlar və elektron ölçmə vasitələri.Mühazirə
  5. 5.
    Metrologiya və standartlaşdırmanın əsasları. Hissələrin istehsalında dəqiqliyin təmin edilməsi metodologiyası. Düyümlərin, maşın və avadanlığın yığılmasında dəqiqliyin əhəmiyyəti.Mühazirə
  6. 6.
    Mühəndislikdə istifadə olunan materiallar. Qara metallar, əlvan metallar və qeyri-metalların növləri və istifadəsi.Mühazirə
  7. 7.
    Yüngül sənaye, əsas sahələri. Yüngül sənaye sahəsində istehsal olunan məhsullar və ,avadanlıqlar. Əsas texnoloji proseslərlə ümumi tanışlıq.Mühazirə
  8. 8.
    Qida sənayesi, əsas sahələri. Qida sənayesində istehsal olunan məhsullar, istifadə olunan avadanlıqlar. Əsas texnoloji proseslərlə ümumi tanışlıq.Mühazirə
  9. 9.
    Metallurgiya sənayesi, əsas sahələri. Metallurgiya sənayesində istehsal olunan məhsullar, avadanlıqlar, Əsas texnoloji proseslərlə ümumi tanışlıq.Mühazirə
  10. 10.
    Energetika, elektroenergetika sənayesi, əsas sahələri. Alternativ energetika, təsnifatı və tətbiq sahələri, üstün və catışmayan cəhətləri.Mühazirə
  11. 11.
    Şüşə və çini sənayesi. Əsas texnoloji proseslərnən tanışlıq. Float texnologiyasın əsas mərhələr və texnoloji sxem.Mühazirə
  12. 12.
    Plastik və kompozit materialların istehsalı və sənayedə tətbiqi. Mühazirə
  13. 13.
    Laboratoriya avadanlıqları. Sınaqların keçirilməsi və təhlili. Sınaqların keçirilməsində beynalxalq standartların istifadə metodokasının əsasları.Mühazirə
  14. 14.
    Sənayedə istifadə olunan mexaniki intiqallar, onların kinematik sxemləri.. Mexaniki intiqallar Onların mexaniki ötürmələri. İntiqalların əsas parametrlərinin təyini.Mühazirə
  15. 15.
    Sənaye sahələrində istifadə olunan standartlar. İSO standartlarının tətbiqi.Müxtəlif sənaye sahələrində istifadə olunan müasir idarəetmə üsulları və menecment.Mühazirə
  16. 16.
    İntiqalların kinematik sxemləri. Əsas parametrlərin təyini. Sərbəst iş
  17. 17.
    Qida məhsullarının keyfiyyətinə nəzarət üçün işlədilən cihaz və texniki vasitələr.Sərbəst iş
  18. 18.
    Mürəkkəb konstruksiyası olan detalların tökmə üsulu ilə hazırlanması.Sərbəst iş
  19. 19.
    Kiçik həcmli külək stansiyasıının əsas parametrlərin hesablanması.Sərbəst iş
  20. 20.
    Sənaye istehsalatında müasir idarəetmə üsulları. Kaydzen və 6 sigm idarəetmənin əsas fəlsəfəsi. Sınaq laboratoriyaların qurulmasında İSO standartların tətbiqi.Sərbəst iş

Ədəbiyyat

  1. 1. İbrahimov İ.H., Səfərova V.T. Sənayenin təşkili və idarə edilməsi. Bakı, 2018, 245 səh.
  2. 2. M.Ə Məhərrəmov. Qida məhsulları texnologiyasının nəzəri əsasları. Dərslik, Bakı, “Avanqard ETİ.” MMC. 2012,448 səh.
  3. 3. Mövlazadə V.Z Maşınqayırma texnologiyası. II hissə ‹‹Maşınqayırma texnoloji proseslərinin layihələndirilməsi›› Ali teniki məktəblər üçün dərslik. – Bakı, ‹‹AzTU››, 2008.-421 s.
  4. 4. N.M.Rəsulov. Maşın istehsalı texnologiyası. I Hissə. Ali məktəblər üçün dərslik. Bakı, ‹‹Təhsil›› NPM, 2010, 432 səh.
  5. 5. Xəlilov İ.Ə., Məmmədov F.H., Kərimov S.X Tətbiqi mexanika. Bakı, Turxan NPB, 2015.
  6. 6. Sənaye müəssisələrinin elektrik təchizatı. Ali məktəblər üçün dərs vəsaiti / Q.S.Sadıqov, N.İ.Orucov; Q.S.Sadıqovun redaktəsi ilə.- Bakı: AzTU-nun nəşriyyatı, 2004.-312 səh.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5