Fənn · Sənaye mühəndisliyi

Sənaye qurğularının layihələndirilməsi

İFS-3491m9 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

9

İş yükü

270saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“Sənaye qurğularının layihələndirilməsi” fənninin məqsədi 050638 – “Sənaye mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrdə sənayenin müxtəlif sahələrində, nəqliyyat, anbar və yükvurma-yükboşaltma işlərinin mexanikləşdirilməsini və avtomatlaşdırılmasının təmin edilməsi üçün istifadə olunan maşın və avadanlıqların müxtəlif növləri, layihələndirilməsi, onlara qoyulan tələblər, onların iş prinsipi, konstruksiyasını, işgörmə qabiliyyəti meyarlarını öyrətmək, eləcə də bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Sənaye müəssisələrində, nəqliyyat, anbar və yükvurma-yükboşaltma işlərində istifadə olunan maşın və qurğuların növlərini, təyinatını və iş prinsipini izah edir.

  2. CLO 2: FTN 2. Sənaye maşın və mexanizmlərinin konstruktiv quruluşunu, əsas düyün və detallarının iş şəraitini və işgörmə qabiliyyəti meyarlarını təhlil edir.

  3. CLO 3: FTN 3. Sənaye qurğularının və maşın mexanizmlərinin əsas parametrlərini, möhkəmlik və dayanıqlıq göstəricilərini hesablamaq üçün müasir mühəndislik metodlarını tətbiq edir.

  4. CLO 4: FTN 4. Sənaye maşın və mexanizmlərini texniki tələblərə, minimum kütlə və maksimum yükqaldırma qabiliyyəti meyarlarına uyğun layihələndirir və konstruksiya edir.

  5. CLO 5: FTN 5. Sənaye qurğularının layihələndirilməsi və hesablanması zamanı müasir texnologiyalardan, mütərəqqi layihələndirmə üsullarından və normativ-texniki sənədlərdən istifadə edir.