Fənn · Sənaye mühəndisliyi

Sənaye qurğularının layihələndirilməsiSillabus

İFS-3491m9 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-3491m
Kredit
9
Tələbənin iş yükü
270
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat - mühazirə b) 30 saat - seminar c) 30 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 65 saat - TSİ b) 100 saat - MRTSİ

Fənn haqqında

“Sənaye qurğularının layihələndirilməsi” fənninin məqsədi 050638 – “Sənaye mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrdə sənayenin müxtəlif sahələrində, nəqliyyat, anbar və yükvurma-yükboşaltma işlərinin mexanikləşdirilməsini və avtomatlaşdırılmasının təmin edilməsi üçün istifadə olunan maşın və avadanlıqların müxtəlif növləri, layihələndirilməsi, onlara qoyulan tələblər, onların iş prinsipi, konstruksiyasını, işgörmə qabiliyyəti meyarlarını öyrətmək, eləcə də bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Sənaye müəssisələrində, nəqliyyat, anbar və yükvurma-yükboşaltma işlərində istifadə olunan maşın və qurğuların növlərini, təyinatını və iş prinsipini izah edir.

  2. CLO 2: FTN 2. Sənaye maşın və mexanizmlərinin konstruktiv quruluşunu, əsas düyün və detallarının iş şəraitini və işgörmə qabiliyyəti meyarlarını təhlil edir.

  3. CLO 3: FTN 3. Sənaye qurğularının və maşın mexanizmlərinin əsas parametrlərini, möhkəmlik və dayanıqlıq göstəricilərini hesablamaq üçün müasir mühəndislik metodlarını tətbiq edir.

  4. CLO 4: FTN 4. Sənaye maşın və mexanizmlərini texniki tələblərə, minimum kütlə və maksimum yükqaldırma qabiliyyəti meyarlarına uyğun layihələndirir və konstruksiya edir.

  5. CLO 5: FTN 5. Sənaye qurğularının layihələndirilməsi və hesablanması zamanı müasir texnologiyalardan, mütərəqqi layihələndirmə üsullarından və normativ-texniki sənədlərdən istifadə edir.

Mövzu planı

  1. 1.
    Giriş. Sənayə müəssiəsələrinin sahə-lərə görə tərkibi. Layihələndirilən texnoloji avadanlıqlara qoyulan tələb-lər. Sənayə müəssiəsə-lərinin sahələrə görə tərkibi: Maşınqayırma kompleksi, yüngül sənaye, kimya sənayesi, meşə sənayesi, yanacaq-enerji kompleksi, qara metallurgiya, elektroenergetika sənayesi üzrə Mühazirə
  2. 2.
    Texnoloji avadanlıqların etibarlığının qiymətləndirilməsinə aid məsələ həlli Məşğələ
  3. 3.
    Layihələndirilən texnoloji avadanlıqlara qoyulan tələblər: etibarlılıq, saz və qeyri saz vəziyyətlər, həddi vəziyyət, qorxulu vəziyyət, texniki xidmət Mühazirə
  4. 4.
    Sənayenin müxtəlif sahələrində tətbiq olunan texnoloji avadanlıqlara qoyulan tələbələrin ölçülməsi ilə bağlı praktiki nümunələrin öyrənilməsi Məşğələ
  5. 5.
    Sənaye avadanlıqlarının təsnifatı, növ-ləri, onlara göstərilən texniki xidmət və diaqnostokası. Avadanlıqların layihə-ləndirilməsinin əsas mərhələləri. Səna-ye avadanlıqlarının təsnifatı: elektrik, pnevmatik və hidravlik avadanlıqlar, elektrik mühərrikləri, sənaye avadan-lıqlarının istifadə sahələri Mühazirə
  6. 6.
    Sənaye müəssisəsində istifadə edilən avadanlıqların növləri: Sənaye avadan-lıqları, köməkçi avadanlıqlar, periodik və fasiləsiz nəqliyyat maşınları Mühazirə
  7. 7.
    Sənaye müəsissələrində istifadə olunan dövrü və fasiləsiz təsirli nəqliyyat maşınlarının mexanizmlərinin layihələn-dirilməsinə aid məsələ həlli Məşğələ
  8. 8.
    Sənaye avadanlıqlarına texniki xidmət: Avadanlıqların qəbulu və işə salınması, avadanlıqlara texniki xidmətin növləri və periodikliyi, avadanlıqlara qulluq texnolo-giyası, avadanlıqların istismarının təşkili Mühazirə
  9. 9.
    Sənaye avadanlıqlarının diaqnostikası: Avadanlıqların diaqnostikası üsulları Mühazirə
  10. 10.
    Sənaye avadanlıqlarının diaqnostika-sında istifadə olunan üsulların analizi Məşğələ
  11. 11.
    Avadanlıqların layihələndirilməsinin əsas mərhələləri Mühazirə
  12. 12.
    Verilmiş sənaye qurğusunun mexaniki inti-qalının kinematik parametrlərinin təyinLaboratoriya
  13. 13.
    Sənaye avadanlıqlarında istifadə olu-nan mühərriklər. Sənaye avadanlıq-larında istifadə olunan mühərriklər. Elektrik mühərrikləri. Təsnifatı, quruluşu, iş prinsipi və hesablanması. Mühazirə
  14. 14.
    Sənaye müəssisələrində istifadə olun-an elektrik mühərriklərinin seçilməsi və yoxlanılmasına adi məsələ həlli Məşğələ
  15. 15.
    Sənaye avadanlıqlarında istifadə olunan mühərriklər. Daxiliyanma mühərrikləri. Təsnifatı, quruluşu, iş prinsipi və hesab-lanmasıMühazirə
  16. 16.
    Sənaye müəssisələrində istifadə olu-nan yükqaldırıcı maşın və mexa-nizmlər. Onların növləri və layihələn-dirilməsi. Sənaye müəssisələrində isti-fadə olunan yükqaldırıcı maşınlar. Səna-yedə müxtəlif təyinatlı yüklərin qaldırıl-masında istifadə olunan yükqaldırıcı maşınlarların təsnifatı. Mühazirə
  17. 17.
    Sadə qaldırıcı mexanizmlərin hesabına aid məsələ həlli Məşğələ
  18. 18.
    Yükqaldıran maşınların baraban düyüm-lərinin öyrənilməsi. Barabanların əsas ölçülərinin təyiniLaboratoriya
  19. 19.
    Yükqaldıran maşınların qarmaq asqı-larının öyrənilməsiLaboratoriya
  20. 20.
    Sadə qaldırıcı mexanizmlər. Domkrat-lar. Konstruksiyaları və hesablanması Mühazirə
  21. 21.
    Sənaye müəssisələrində istifadə olunan dəstəkli, vintli və hidravlik domkrtaların hesablanmasına aid məsələ həlli Məşğələ
  22. 22.
    Yükqaldıran maşınların polispastlarının öyrənilməsiLaboratoriya
  23. 23.
    Sənayenin müxtəlif sahələrində istifadə olunan çəngəlli və frontal yükləyicilər. Təyinatı, tətbiq sahələri və hesablanmasıMühazirə
  24. 24.
    Sənaye müəssisələrində yüklərin nəql olunmasında istifadə olunan fasiləsiz nəqliyyat maşınları. Onların növləri və layihələndirilməsi. Sənaye müəssisə-lərində yüklərin nəql olunma-sında istifadə olunan fasiləsiz nəqliyyat maşınları. Lentli konveyerlər. Konstruksiyaları və hesab-lanması.Mühazirə
  25. 25.
    Sənaye müəssisələrində istifadə olu-nan lentli konveyerlərdə mühərrikin tələb olunan gücünün təyini Məşğələ
  26. 26.
    Lentli konveyerlərin diyircəkli dayaqlardan lentin hərəkətinə müqavimət əmsalının təyini.Laboratoriya
  27. 27.
    Ərsinli konveyerin konstruksiyasının öyrənilməsi. Laboratoriya
  28. 28.
    Çalovlu elevatorun konstruksiyasının öyrənilməsi. Laboratoriya
  29. 29.
    Materialları xırdalayan, üyüdən və çe-şidləyən maşın və avadanlıqlar. Mate-rialları xırdalayan maşın və avadanlıqların konstruksiyaları və tətbiq sahələri Mühazirə
  30. 30.
    Materialların xırdalanma dərəcəsinə aid məsələ həlli Məşğələ
  31. 31.
    Mürəkkəb hərəkətli çənəli daşqıranın iş prosesinin öyrənilməsi və əsas parametr-lərinin təyini. Laboratoriya
  32. 32.
    Materialları üyüdən və çeşidləyən maşın və avadanlıqların konstruksiyaları və tətbiq sahələri Mühazirə
  33. 33.
    Üyüdücü və xırdalayıcı maşınların hesabına aid məsələ həlli Məşğələ
  34. 34.
    Materialları çeşidləyən maşınların kons-truksiyalarının öyrənilməsi və əsas parametrlərinin təyini. Laboratoriya
  35. 35.
    Vibrasiya meydançalarının iş prosesinin və əsas parametrlərinin tədqiqiLaboratoriya
  36. 36.
    Dağ mədən sənayesində istifadə olunan maşın və qurğuları. Onların növləri və layihələndirilməsi. Dağ mədən sənayesində istifadə olunan maşın və qurğular. Buldozerlər. Konstruksiyaları və hesablanması.Mühazirə
  37. 37.
    Dağ-mədən sənayesində istifadə olunan buldozerlərin məhsuldarlığının hesabına dair məsələ həlliMəşğələ
  38. 38.
    Ekskavatorlar. Konstruksiyaları və hesab-lanması.Mühazirə
  39. 39.
    Dağ-mədən sənayesində istifadə olunan bir çalovlu və çoxçalovlu ekskavatorların məhsuldarlığının hesabına dair məsələ həlli Məşğələ
  40. 40.
    Şaxtaların istismarında istifadə olunan qazma avadanlıqları. Onların konstruk-siyaları və hesablanmasıMühazirə
  41. 41.
    Materialları emal edən metalkəsən dəzgah və qurğular. Növləri və hesabı Materialları emal edən metalkəsən dəzgah və qurğular. Torna dəzgahları. Konstruk-siyaları və hesa-blanması.Mühazirə
  42. 42.
    Materialı emal edən torna dəzgahları-nın sürətlər qutusunun kinematik hesabı Məşğələ
  43. 43.
    Frezləmə dəzgahları. Konstruksiyaları və hesablanmasıMühazirə
  44. 44.
    Frezləmə dəzgahlarının deşik açan və kəsici alətlərin mövqeyinin stabilləşdir-ilməsi üsullarının öyrənilməsi Məşğələ
  45. 45.
    Burğulama dəzgahları. Konstruksiyaları və hesablanmasıMühazirə
  46. 46.
    Pardaqlama dəzgahları. Konstruksiya-ları və hesablanması. Mühazirə
  47. 47.
    Rəqəmli proqramla idarə olunan dəzgahlar. Onların konstruksiyaları və hesablanmasıMühazirə
  48. 48.
    Rəqəmli proqramla idarə olunan dəzgahlar veriş intiqallarının kinematik sxemlərinin analizi Məşğələ
  49. 49.
    Sənaye avadanlıqlarına qulluq və texniki xidmətin təşkili mərhələlərinin analiziSərbəst iş
  50. 50.
    Üçfazalı asinxron mühərriklərinin konstruksiyalarının müqayisəli analiziSərbəst iş
  51. 51.
    Daxiliyanma mühərriklərinin konstruksiyalarının müqayisəli analiziSərbəst iş
  52. 52.
    Sənaye avadanlıqlarının diaqnostika olunması üsullarının analiziSərbəst iş
  53. 53.
    Anbarlarda tətbiq olunan kran-ştabelerlərin (düzücü kranların) konstruksiyalarının analiziSərbəst iş
  54. 54.
    Lentli və zəncirli konveyerlərin konstruksiya olunması zamanı onlara qoyulan tələblərin müqayisəli analiziSərbəst iş
  55. 55.
    Birçalovlu düz kürəkli ekskavatorların konstruksiya-larının təhliliSərbəst iş
  56. 56.
    Buldozerlərin konstruksiyalarının müqayisəli analiziSərbəst iş
  57. 57.
    Materialları xırdalayan maşınların konstruksiyalarının analiziSərbəst iş
  58. 58.
    Materialları pardaqlayan dəzgahların konstruksiya-larının müqayisəli analizi Sərbəst iş

Ədəbiyyat

  1. Əhmədov B.B., Nəcəfov Ə.M. Yükqaldıran maşınlar. Bakı, 2014.
  2. Kərimov Ə.H. Yükqaldıran maşınlar və liftlər. Bakı, 2006.
  3. Kərimov Z.H.Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar.Bakı, 1985.
  4. Yusubov F.N.. “İnşaat maşınların və avadanlıqları”. Bakı-2005..Bakı, 1980.
  5. Məmmədov F.C., Talıbov T.A., Bayramov A.M.. İnşaat maşınları, Dərslik.-Bakı, “Təhsil” NPM,-2010, 428 səh.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5