Fənn · Sənaye mühəndisliyi
Texniki xarici dil (ingilis dili)
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
“Texniki xarici dil” (ingilis dili) mühəndislik sahəsində fəaliyyət göstərəcək şəxslərə müasir dövrün əsas tələbələrindən biri olan ixtisası üzrə texniki xarici dil biliklərini aşılayır. Fənn sənaye mühəndisliyi, eləcə də mexatronika və robototexnika mühəndisliyi və digər oxşar ixtisaslar üzrə fəaliyyət göstərəcək şəxslər üçün olduqca aktual xarakter daşıyır. “Texniki xarici dil” (ingilis dili) fənni sayəsində çoxmillətli beynəlxalq şirkətlərdə çalışacaq gənclərə öz fikirlərini, istehsalatla bağlı ən zəruri göstəriş və komandaları qısa və lakonik şəkildə ifadə etməyə, beləliklə də çoxmillətli komanda daxilində işlərin səmərəli və əmək təhlükəsizliyinə riayət edilməklə yüksək keyfiyyətlə yerinə yetirilməsinə köməklik göstərəcəkdir. Texniki ingilisi dili bacarıqlarına malik olmaq bakalavr təhsili alan gənclərin daha asan və daha prespektivli karyera qurmasına yardımçı ola, eləcə də onların ingilis dilli müasir ədəbiyyatlarla daha yaxından tanış olmasına imkan verəcəkdir.
Fənn təlim nəticələri
CLO 1: FTN 1. Sənaye mühəndisliyi sahəsində istifadə olunan maşın, mexanizm, detal və düyünlərə aid əsas ingilis dili terminlərini izah edir.
CLO 2: FTN 2. Maşınların, mexaniki ötürmələrin və birləşmələrin təyinatı, konstruksiyası və iş prinsipi haqqında ingilis dilində texniki mətnləri oxuyur və anlayır.
CLO 3: FTN 3. Mühəndislik sahəsinə aid texniki məlumatları ingilis dilində şifahi və yazılı şəkildə ifadə edir.
CLO 4: FTN 4. Mühəndislik problemlərinin həlli ilə bağlı ingilisdilli elektron resurslardan, onlayn axtarış sistemlərindən və texniki məlumat bazalarından istifadə edir.
CLO 5: FTN 5. Maşın və mexanizmlərin əsas texniki göstəricilərinə, hesablama meyarlarına və müasir texnologiyalara aid ingilisdilli məlumatları təhlil edir və peşəkar fəaliyyətində tətbiq edir.