Fənn · Sənaye mühəndisliyi

Fasiləsiz nəqledici maşınlar

İFS-34101y6 kreditYaz semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“Fasiləsiz nəqledici maşınlar” fənninin məqsədi 050638 – “Sənaye mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrdə mədənlərdə, limanlarda, anbarlarda, müxtəlif sənaye müəsissələrində yüklərin fasiləsiz daşınmasını təmin edən fasiləsiz nəqliyyat maşınlarının konstruksiyası, növləri, layihələndirilməsi, onlara qoyulan tələblər, onların iş prinsipi, konstruksiyasını, işgörmə qabiliyyəti meyarlarını öyrətmək, eləcə də bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Sənayenin müxtəlif sahələrində istifadə olunan fasiləsiz nəqledici maşınların növlərini, təyinatını, konstruksiyasını və iş prinsiplərini izah edir.

  2. CLO 2: FTN 2. Fasiləsiz nəqledici maşınların əsas düyün və detallarının konstruktiv xüsusiyyətlərini, iş şəraitini və işgörmə qabiliyyəti meyarlarını təhlil edir.

  3. CLO 3: FTN 3. Fasiləsiz nəqledici maşınların yükgötürmə qabiliyyəti, məhsuldarlığı, möhkəmliyi və digər əsas texniki parametrlərini mühəndislik metodları ilə hesablayır.

  4. CLO 4: FTN 4. Fasiləsiz nəqledici maşınları layihələndirərkən minimum kütlə, maksimum yükgötürmə qabiliyyəti, istismar tələbləri və müasir konstruksiya üsullarını nəzərə alır.

  5. CLO 5: FTN 5. Fasiləsiz nəqledici maşınların layihələndirilməsi və konstruksiya edilməsi zamanı müasir texniki məlumatlardan və normativ-texniki sənədlərdən istifadə edir.