Ümumi məlumat
- Fənn kodu
- İFS-34101y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat seminar c) 15 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 95 saat - TSİ b) 25 saat - MRTSİ
Fənn haqqında
“Fasiləsiz nəqledici maşınlar” fənninin məqsədi 050638 – “Sənaye mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrdə mədənlərdə, limanlarda, anbarlarda, müxtəlif sənaye müəsissələrində yüklərin fasiləsiz daşınmasını təmin edən fasiləsiz nəqliyyat maşınlarının konstruksiyası, növləri, layihələndirilməsi, onlara qoyulan tələblər, onların iş prinsipi, konstruksiyasını, işgörmə qabiliyyəti meyarlarını öyrətmək, eləcə də bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. Sənayenin müxtəlif sahələrində istifadə olunan fasiləsiz nəqledici maşınların növlərini, təyinatını, konstruksiyasını və iş prinsiplərini izah edir.
CLO 2: FTN 2. Fasiləsiz nəqledici maşınların əsas düyün və detallarının konstruktiv xüsusiyyətlərini, iş şəraitini və işgörmə qabiliyyəti meyarlarını təhlil edir.
CLO 3: FTN 3. Fasiləsiz nəqledici maşınların yükgötürmə qabiliyyəti, məhsuldarlığı, möhkəmliyi və digər əsas texniki parametrlərini mühəndislik metodları ilə hesablayır.
CLO 4: FTN 4. Fasiləsiz nəqledici maşınları layihələndirərkən minimum kütlə, maksimum yükgötürmə qabiliyyəti, istismar tələbləri və müasir konstruksiya üsullarını nəzərə alır.
CLO 5: FTN 5. Fasiləsiz nəqledici maşınların layihələndirilməsi və konstruksiya edilməsi zamanı müasir texniki məlumatlardan və normativ-texniki sənədlərdən istifadə edir.
Mövzu planı
- 1.Fasiləsiz nəqliyyat maşınlarının təsnifatı Giriş. Fasiləsiz nəqliyyat maşınlarının təsnifatı, inkişaf istiqamət-ləri, seçilməsinin əsasları, etibarlılığı, iş şəraiti və rejimləri. Mühazirə
- 2.Nəql olunan yüklər və onların fiziki-mexaniki xarakteristikaları. Nəql olunan yüklər və onların fiziki-mexaniki xarak-teristikaları. Səpmə və ədədi yüklərMühazirə
- 3.Ədədi və səpmə yüklər üçün məhsul-darlığın hesablanması. Yüklərin fiziki-mexaniki xarakteristikalarının təyin edılməsiMəşğələ
- 4.Səpmə yüklərin fiziki–mexaniki xassələrinin təyiniLaboratoriya
- 5.Dartma üzvlü fasiləsiz nəqliyyat maşınlarının tərkib hissələri. Fasiləsiz nəqliyyat maşınlarının (FNM) dartı elementləri. FNM-nın tarımlama qurğuları və intiqalları.Mühazirə
- 6.Tarımlıq qurğusunun gedişinin təyinii və onun seçilməsi Məşğələ
- 7.Fasiləsiz nəqliyyat maşınlarının ümumi nəzəriyyəsi. Fasiləsiz nəqliyyat maşınlarının məhsuldarlığı. Dartma üzvülü fasiləsiz nəqliyyat maşınlarında hərəkətə müqavimət qüvvələrinin və gücün təyiniMühazirə
- 8.Elastik dartı elementli konveyerlər. Elastik dartı elementli konveyerlər. Lentli konveyerlər (LK), ümumi məlumat, Ümumi təyinatlı LK-in quruluşu, tərkib hissələri və iş prinsipi. Mühazirə
- 9.Konveyerin dartı hesabı. İntiqalın gücünün təyini və sxeminin çəkilməsi.Məşğələ
- 10.Konveyer lentləri və dartı zəncirləriLaboratoriya
- 11.Lentli konveyerlərin digər növləri: səyyar konveyerlər, axın istehsalatda istifadə olunan konveyerlər, teleskopik lentli konveyerlər, hava və maqnit yastıqlı konveyerlər, sərt maili konveyerlər, ikilentli konveyerlər Mühazirə
- 12.Səyyar lentli konveyerlərin məhsuldarlığının təyiniMəşğələ
- 13.Lentli konveyerlərin barabanları və diyircəkli dayaqları. Lentli konveyerlərin yükləmə və boşaltma, dayandırıcı, tutucu və təmizləyici qurğuları. Konstruksiyaları, iş prinsipləri, seçilmə qaydaları. Mühazirə
- 14.Təmizləyici qurğuların seçilməsi və kinematik sxeminin tərtib olunması Məşğələ
- 15.Lövhəli konveyerlərin konstruksiyaları və layihələndirilmə xüsusiyyətləri. Lövhəli konveyerlərin əsas elementləri və hesablanması Mühazirə
- 16.Lövhəli konveyerlərin dartı hesabı. Dartı elementinin parametr-lərinin seçilməsi. Mühərrikin gücünün təyini.Məşğələ
- 17.Ərsinli konveyerlərin konstruksiyaları və layihələndirilmə xüsusiyyətləri. Mühazirə
- 18.Ərsinli konveyerlərin dartı elementinin parametrlərinin seçilməsi. Mühərrikin gücünün təyini. Məşğələ
- 19.Ərsinli konveyerin konstruksiyasının öyrənilməsi. Laboratoriya
- 20.Çalovlu konveyerlər. Ümumi məlumat. Çalovlu konveyerlərin əsas elementləri və hesablanması Mühazirə
- 21.Çalovlu konveyerin dartı zəncirindəki dinamiki qüvvələrin təyini.Məşğələ
- 22.Asma konveyerlər. Ümumi məlumat, Asma konveyerlərin əsas elementləri. Asma konveyerlərin hesabıMühazirə
- 23.Asma konveyerin üfüqi sahəsində arabacığa düşən qüvvələrin təyini. Məşğələ
- 24.Arabacıqlı konveyerlər. Ümumi məlumat. Arabacıqlı konveyerlərin əsas elemen-tləri. Arabacıqlı konveyerlərin hesabı. Mühazirə
- 25.Arabacığın hərəkətinə qarşı yaranan müqavimət qüvvəsinin təyini Məşğələ
- 26.Eskalatorlar. Ümumi məlumat. Eskalator-ların əsas elementləri və hesablanma xüsusiyyətləri. Sərnişin daşıyan konve-yerlər Mühazirə
- 27.Sərnişin eskalatorunun elektrik mühərrikinin gücünün təyiniMəşğələ
- 28.Elevatorlar. Ümumi məlumat, təsnifatı. Çalovlu elevatorlar və onların quruluşu. Elevatorun yüklənmə və boşaldılma üsulları. Dartı elementləri.Mühazirə
- 29.Çalovlu elevatorların verilmiş məhsuldarlıqdan və seçilmiş sürətdən asılı olaraq çalovların ölçülərinin təyini. Məşğələ
- 30.Çalovlu elevatorun konstruksiyasının öyrənilməsi. Laboratoriya
- 31.Elastik dartı elementsiz konveyerlər. Elastik dartı elementsiz konveyerlər. Vintli konveyerlər. quruluşu və əsas parametrləri. Mühazirə
- 32.Vintli konveyerin hesablanması. Verilmiş məhsuldarlıqdan asılı olaraq vintin parametrlərinin və mühərrikin gücünün tapılmasıMəşğələ
- 33.Diyircəkli konveyerlər. Ümumi məlumat. Intiqalsız diyircəkli konveyerlər. Konstruk-siyaları. Əsas parametrləri. Hesablanma-sı.Mühazirə
- 34.Diyircəkli konveyerlərin hesabı. Verilmiş məhsuldarlıqdan asılı konve-yerin parametrlərinin və mühərrikin gücünün tapılması.Məşğələ
- 35.Yellənmə (titrəmə) konveyerləri. Ümumi məlumat, konstruksiyaları və növləri. Mühazirə
- 36.Vibrasiyalı konveyerin konstruksiya-sının öyrənilməsi və əsas parametrlərinin təyiniLaboratoriya
- 37.Yük və sərnişin daşıyan asma kanat yollar. Ümumi məlumat, konstruksiyaları və növləri.Mühazirə
- 38.Hidravlik və pnevmatik nəqledici qurğular. Hidravlik nəqledici qurğular. Hidravlik nəqledici qurğuların növləri, konstruksiyaları və hesablanması.Mühazirə
- 39.Pnevmatik nəqledici qurğuların konstruk-siyaları, növləri və əsas parametrləri. Pnevmatik nəqledici qurğuların hesablan-ması. ədədi və səpmə yüklər üçün pnevmatik nəqledicilər. Mühazirə
- 40.Fasiləsiz nəqliyyat maşınlarında istifadə edilən köməkçi qurğular. Fasiləsiz nəqliyyat maşınlarında istifadə edilən köməkçi qurğular. Ümumi məlu-mat. Qravitasiya qurğuları. Bunkerlər konstruksiyaları və əsas elementləri. Mühazirə
- 41.Qidalandırıcılar və dozalaşdırıcı qurğular Mühazirə
- 42.FNM-də istifadə edilən köməkçi qurğular və onların əsas elementlərinin təhlili.Məşğələ
- 43.Stasionar lentli konveyerlərin tərkib hissələri, hərəkətverici və tarımlıq qurğularının konstruktiv xüsusiyyətləri.Sərbəst iş
- 44.Lövhəli konveyerlərin dartı elementləri, tərkib hissələri, hərəkətverici və tarımlıq qurğularının konstruktiv xüsusiyyətləriSərbəst iş
- 45.Eskalatorların və sərnişin konveyerlərinin elementləri, hərəkətverici qurğuları və hesabı. Sərbəst iş
- 46.Çalovlu elevatorların dartı elementləri, tərkib hissələri, hərəkətverici və tarımlıq qurğularının konstruktiv xüsusiyyətləri. Sərbəst iş
- 47.Vintli konveyerlərin konstruktiv xüsusiyyətləri və hesabı. Sərbəst iş
- 48.Diyircəkli konveyerlərin konstruktiv xüsusiyyətləri və hesabıSərbəst iş
- 49.Hidravlik nəqledici qurğuların konstruktiv xüsusiyyətləri və hesabı.Sərbəst iş
- 50.Pnevmatik nəqledici qurğuların konstruktiv xüsusiyyətləri və hesabı.Sərbəst iş
- 51.Yellənmə konveyerlərinin konstruktiv xüsusiyyətləri və hesabı.Sərbəst iş
- 52.Fasiləsiz nəqliyyat maşınlarında istifadə edilən köməkçi qurğuların konstruktiv xüsusiyyətləri və hesabı. Sərbəst iş
Ədəbiyyat
- Əhmədov B.B. Maşın dizaynı. Dərs vəsaiti. Bakı, 2024, 332 səh.
- Məmmədov R.K. və başq. Fasiləsiz nəqliyyat maşınları, Bakı, 1997.
- Musayev Y.Ə., Əhmədov B.B. Lentli konveyerlərin layihələndirilməsi, Bakı, 1993
- Musayev Y.Ə., Xəlilov İ.Ə. Əhmədov B.B. Elevatorların layihələndirilməsi, Bakı, 2002
- Əhmədov B.B., Mirzəyev H.İ. Fasiləsiz nəqliyyat maşınları fənnindən laboratoriya işləri. Bakı, 2005, 130 səh.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |