Bakalavr proqramı
Energetika mühəndisliyiFənn nəticələri
Fənn təlim nəticələri
Hər fənnin sonunda tələbənin əldə etməli olduğu nəticələr.
- İF-2326yFənnin səhifəsi: Energetik materiallar
Energetik materiallar
CLO 1: FTN1: Materialların xassələri və işləmə şəraitlərini izah edir;
CLO 2: FTN2: İstilik energetik qurğuların avadanlığının hazırlanması üçün istifadə olunan metalları şərh edir;
CLO 3: FTN3: Korroziyaya və odadavamlı polad və ərintiləri təhlil edir;
CLO 4: FTN4: İzolyasiya və kipləşdirici materialların təsnifatını izah edir;
CLO 5: FTN5: Qeyri və əlvan metalları təhlil edir və müqayisə edir.
- İF-2327yFənnin səhifəsi: Energetikanın əsasları
Energetikanın əsasları
CLO 1: ● FTN1: Energetika sisteminin əsas anlayışlarını və elementlərini izah edir;
CLO 2: ● FTN2: Elektrik stansiyalarının və yarımstansiyalarının iş prinsiplərini və əsas avadanlıqlarını təsvir edir;
CLO 3: ● FTN3: Elektrik şəbəkəsi elementlərinin (veriliş xətləri, transformatorlar) parametrlərini hesablayır və təhlil edir;
CLO 4: ● FTN4: Energetika sisteminin iş rejimlərini (güc, gərginlik itkiləri, dayanıqlıq) qiymətləndirir;
CLO 5: ● FTN5: Energetika qurğularının ətraf mühitə təsirini analiz edir və mənfi təsirin azaldılması yollarını təklif edir.
- İF-2328yFənnin səhifəsi: Enerji istehsalı texnologiyaları
Enerji istehsalı texnologiyaları
CLO 1: • FTN1: Enerji mənbələrini araşdırır və təhlil edir;
CLO 2: • FTN2: İstilik elеktrik stаnsiyаlаrında enerji istehsalı texnologiyaları mənimsənilir;
CLO 3: • FTN3: İstilik elektrik stansiyasının əsas avadanlıqlarının iş prinsiplərini təsvir edir;
CLO 4: • FTN4: Elektrik stansiyalarında elektrik enerjisi istehsalı texnologiyaları mənimsənilir;
CLO 5: • FTN5: İstilik elektrik stansiyasının köməkçi avadanlıqlarının iş prinsiplərini təsvir edir.
- İF-2329yFənnin səhifəsi: Texniki termodinamika və istilikötürmə
Texniki termodinamika və istilikötürmə
CLO 1: FTN1: Texniki termodinamikanın əsas anlayışlarını, hal parametrlərini və ideal qazın hal tənliklərini izah edir;
CLO 2: FTN2: İdeal və real qazların, qaz qarışıqlarının parametrlərini və istilik tutumlarını hesablayır;
CLO 3: FTN3: Termodinamikanın I və II qanunlarını əsas termodinamik proseslərə tətbiq edir;
CLO 4: FTN4: Su buxarı və nəm havanın parametrlərini cədvəl və diaqramlar (PV, TS, IS, I-d) əsasında təyin edir;
CLO 5: FTN5: Daxili yanma mühərriklərinin və qaz turbin qurğularının termodinamik tsikllərini təhlil edir;
CLO 6: FTN6: İstilikkeçirmənin əsas qanunlarını müxtəlif formalı cisimlərdə stasionar rejimdə tətbiq edir;
CLO 7: FTN7: Konvektiv və şüalanma ilə istilik mübadiləsini təhlil edir, istilikvermə əmsalını və istilik axınını hesablayır;
CLO 8: FTN8: İstilikdəyişdirici aparatların növlərini fərqləndirir və onların sadə istilik hesabını aparır.
- İF-2330yFənnin səhifəsi: Elektrik sistemlərinin və avadanlıqlarının mühafizəsi
Elektrik sistemlərinin və avadanlıqlarının mühafizəsi
CLO 1: • FTN1: Giriş. Rele mühafizəsi haqqında ümumi anlayışlar;
CLO 2: • FTN2: Ölçü transformatorları;
CLO 3: • FTN3: Elektrik veriliş xətlərinin və şəbəkələrinin mühafizəsi;
CLO 4: • FTN4: Generatorların mühafizəsi;
CLO 5: • FTN5: Transformatorların mühafizəsi;
CLO 6: • FTN6: Elektrik mühərriklərinin mühafizəsi;
CLO 7: • FTN7: Yığma şinlərin mühafizəsi;
CLO 8: • FTN8: Yarımkeçirici elementlər;
CLO 9: • FTN9: Avtomatlaşdırma.
- İF-2331yFənnin səhifəsi: Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması
Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması
CLO 1: FTN 1. Elektrik enerjisinin istehsalının əsas prinsiplərini, elektrik stansiyalarının növlərini, quruluşunu və texnoloji sxemlərini izah edir;
CLO 2: FTN 2. İstilik, su, günəş, külək və geotermal elektrik stansiyalarının iş prinsiplərini, texnoloji xüsusiyyətlərini və enerji sistemində rolunu təhlil edir;
CLO 3: FTN 3. Elektrik şəbəkə və sistemlərinin quruluşunu, onlara qoyulan tələbləri, nominal gərginlikləri və neytralın iş rejimlərini müəyyən edir;
CLO 4: FTN 4. Elektrik şəbəkələrinin elementlərini, hava və kabel xətlərinin xüsusiyyətlərini, elektrik veriliş xətlərinin əvəz sxemlərini və əsas parametrlərini təhlil edir;
CLO 5: FTN 5. Elektrik veriliş xətlərinin və transformatorların güc və enerji itkilərini, həmçinin şəbəkələrin texniki-iqtisadi göstəricilərini hesablayır və qiymətləndirir;
CLO 6: FTN 6. Naqil və kabelləri iqtisadi cərəyan sıxlığına və buraxılabilən qızma şərtlərinə görə seçir, onların cərəyanla qızmasını və buraxılabilən cərəyanını müəyyən edir;
CLO 7: TN 7. Elektrik şəbəkələrinin elektrik hesablarını aparır, gərginlik düşgüsünü və itkisini, magistral paylayıcı və sadə qapalı şəbəkələrin iş rejimlərini müəyyən edir;
CLO 8: FTN 8. Elektrik veriliş xətlərinin yük rejimlərini, sabit cərəyan elektrik veriliş xətlərinin xüsusiyyətlərini və elektrik sistemlərinin müxtəlif iş rejimlərini təhlil edir;
CLO 9: FTN 9. Elektrik enerjisinin keyfiyyət göstəricilərini, aktiv və reaktiv güclər balansını, tezlik və gərginliyin tənzimlənməsi prinsiplərini qiymətləndirir və mühafizə aparatlarının seçilməsini həyata keçirir.
- İFS-2332yFənnin səhifəsi: Texniki xarici dil (Energetikanın kiber-fiziki sistemləri)
Texniki xarici dil (Energetikanın kiber-fiziki sistemləri)
CLO 1: FTN1: Mühəndislik və energetika sahəsinə aid texniki mətnləri oxuyub əsas ideyanı, texniki məlumatları və terminləri müəyyənləşdirə bilir;
CLO 2: FTN2: Texniki terminologiyadan və peşəkar ifadələrdən düzgün istifadə etməklə mühəndislik mövzularında şifahi və yazılı ünsiyyət qura bilir;
CLO 3: FTN3: Texniki və peşəkar mövzular üzrə audio materialları dinləyib əsas və xüsusi məlumatları müəyyən edə bilir;
CLO 4: FTN4: Mühəndislik problemləri, texnologiyalar, enerji sistemləri və texniki proseslər haqqında məlumatları ingilis və rus dilində izah, müqayisə və təqdim edə bilir;
CLO 5: FTN5: Texniki sənədlər, təlimatlar, standartlar, qaydalar və elmi-texniki mənbələrdən məlumat əldə edib onları peşəkar məqsədlər üçün tətbiq edə bilir;
CLO 6: FTN6: Texniki mövzular üzrə verilmiş tapşırıqları ingilis və rus dilində müstəqil yerinə yetirir, əldə etdiyi məlumatları ümumiləşdirir və təqdim edir.
- İFS-2338yFənnin səhifəsi: Soyuducu maşınlar
Soyuducu maşınlar
CLO 1: FTN1: Soyuducu maşınların termodinamik əsaslarını və aşağı temperaturların alınmasının fiziki prinsiplərini izah edir;
CLO 2: FTN2: Soyuducu agentlərin növlərini, xassələrini və seçilmə prinsiplərini şərh edir;
CLO 3: FTN3: Buxar soyuducu maşınların sxem və tsikllərini təhlil edir və hesablayır;
CLO 4: FTN4: Soyuducu maşın kompressorlarının və istilik mübadilə aparatlarının konstruksiyasını, iş prosesini və hesablanma qaydalarını izah edir;
CLO 5: FTN5: Qaz, termoelektrik, buxar-ejektorlu və absorbsion soyuducu maşınların iş prinsipini və xarakteristikalarını təhlil edir.
- İFS-2365yFənnin səhifəsi: Elektrik sistemlərində keçid prosesləri
Elektrik sistemlərində keçid prosesləri
CLO 1: FTN1: Elektrik sistemlərində keçid proseslərinin yaranma səbəblərini, fiziki mahiyyətini və əsas parametrlərini izah edir;
CLO 2: FTN2: Elektrik sistemlərinin elementlərinin əvəz sxemlərini qurur, parametrlərini müəyyən edir və nisbi vahidlər sistemindən istifadə etməklə hesablama aparır;
CLO 3: FTN3: Simmetrik və qeyri-simmetrik qısaqapanma rejimlərində cərəyanların və digər elektrik kəmiyyətlərinin qiymətlərini müxtəlif hesablama üsulları ilə müəyyən edir;
CLO 4: FTN4: Sinxron maşınlarda elektromaqnit keçid proseslərini, Park-Qorev tənliklərini və sinxron maşının parametrlərinin keçid proseslərinə təsirini təhlil edir;
CLO 5: FTN5: Elektrik sistemlərinin müxtəlif iş rejimlərində, o cümlədən yüksək və aşağı gərginlikli şəbəkələrdə, elektrik stansiyalarının xüsusi sərfiyyat sistemlərində qısaqapanma proseslərini hesablayır;
CLO 6: FTN6: Elektrik sistemlərinin statik dayanıqlığını və keçid prosesləri zamanı sistemin iş rejiminin dəyişməsini təhlil edir, elektrik ötürməsinin güc xarakteristikalarını qiymətləndirir.
- İFS-2353yFənnin səhifəsi: Energetikada su hazırlığı texnologiyası və su təsərrüfatı
Energetikada su hazırlığı texnologiyası və su təsərrüfatı
CLO 1: FTN1: İstilik energetikasında suyun istifadə sahələrini və suyun keyfiyyətinə qoyulan tələbləri izah edir;
CLO 2: FTN2: Suyun fiziki-kimyəvi xassələrini və keyfiyyət göstəricilərini (codluq, qələvilik, şəffaflıq, oksidləşmə, elektrik keçiriciliyi) təyin edir və qiymətləndirir;
CLO 3: FTN3: Koaqulyasiya və süzmə üsulları ilə suyun ilkin emal proseslərini təhlil edir;
CLO 4: FTN4: İon-mübadilə prosesinin fiziki-kimyəvi əsaslarını izah edir və ionitlərin texnoloji xarakteristikalarını qiymətləndirir;
CLO 5: FTN5: Na-, H-, H-Na-kationlaşdırma, Na-Cl-ionlaşdırma və OH-anionlaşdırma texnologiyalarını müqayisə edir və seçir;
CLO 6: FTN6: Membran və termiki üsullarla suyun emalı və duzsuzlaşdırılması texnologiyalarını izah edir;
CLO 7: FTN7: Suyun həll olmuş aqressiv qazlardan təmizlənməsi texnologiyalarını təhlil edir;
CLO 8: FTN8: İES-in su təchizatı sistemlərinin və soyuducu qurğuların seçilməsi və sadə hesablamalarını aparır.
- İFS-2344yFənnin səhifəsi: Havanın kondisiyalaşdırılması
Havanın kondisiyalaşdırılması
CLO 1: FTN1: Havanın istilik və nəmlik emalının termo¬di¬namik əsaslarını təhlil edir;
CLO 2: FTN2: Hava ilə su arasında istilik mübadiləsi ni izah edir;
CLO 3: FTN3: Hava ilə su arasında nəmlik mübadiləsini şərh edir;
CLO 4: FTN4: Havanın kondensiallaşma sistemlərində havanın emalı proseslərini seçir;
CLO 5: FTN5: Havanın kondensiallaşma sistemlərinin xarakteristikaları, mərkəzi kondisionerin elementlərinin hesablayır.
- İFS-2359yFənnin səhifəsi: Yüksək gərginliklər texnikası
Yüksək gərginliklər texnikası
CLO 1: FTN1: Yüksək gərginliklər texnikasının əsas nəzəri prinsiplərini izah edir;
CLO 2: FTN2: Qaz, bərk və kombinə edilmiş izolyasiyaların elektrik möhkəmliyini və deşilmə proseslərini təhlil edir;
CLO 3: FTN3: Hava EVX-lərinin izolyasiyası və konstruktiv elementlərini seçir və qiymətləndirir;
CLO 4: FTN4: İldırım və kommutasiya mənşəli ifrat gərginliklərin yaranma mexanizmlərini izah edir;
CLO 5: FTN5: Yüksək gərginlikli sistemlərdə boşaldıcı, ildırımötürücü və digər mühafizə vasitələrini seçir;
CLO 6: FTN6: İzolyasiyanın koordinasiyası və elektrik təhlükəsizliyi prinsiplərini tətbiq edir;
CLO 7: FTN7: Yüksək gərginlik və cərəyanların ölçülməsi üçün uyğun ölçmə üsul və sxemlərini müəyyən edir;
CLO 8: FTN8: Torpaqlayıcı qurğuların və yüksək gərginlikli sınaq sistemlərinin sadə mühəndislik hesablamalarını aparır;
CLO 9: FTN9: Yüksək gərginlikli elektrik avadanlıqlarının etibarlılığına təsir edən atmosfer, nəmlik, çirklənmə və temperatur amillərini qiymətləndirir.
- ÜF-1302y-energetikaFənnin səhifəsi: Azərbaycan tarixi
Azərbaycan tarixi
CLO 1: • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
CLO 2: • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
CLO 3: • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
CLO 4: • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
CLO 5: • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
- ÜF-1306y-energetikaFənnin səhifəsi: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
CLO 1: • FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir.
- ÜFS-1303yFənnin səhifəsi: Fəlsəfə
Fəlsəfə
CLO 1: .FTN1: Fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir.
CLO 2: .FTN2: Əsas fəlsəfi cərəyan və konsepsiyaları müqayisə və təhlil edir.
CLO 3: .FTN3: Fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.
CLO 4: .FTN4: Müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.
CLO 5: .FTN5: Fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.
CLO 6: .FTN6: Müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.
CLO 7: FTN7: Öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir
CLO 8: .FTN8: Fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.
- İFS-2363yFənnin səhifəsi: Elektrik sistemlərinin avtomatikası
Elektrik sistemlərinin avtomatikası
CLO 1: FTN1: Giriş. Elektrik sistemlərinin avtomatik qurğuları;
CLO 2: FTN2: Avtomatik təkrarqoşma;
CLO 3: FTN3: Ehtiyatın avtomatik təkrar qoşması;
CLO 4: FTN4: Tezlikdən yükaçma;
CLO 5: FTN5: Energetika sistemlərində AİS;
- İFS-2364yFənnin səhifəsi: Enerji effektivliyi və elektrik enerjisinin keyfiyyəti
Enerji effektivliyi və elektrik enerjisinin keyfiyyəti
CLO 1: FTN1: Elektrik enerjisinin keyfiyyət göstəricilərini analiz edir.
CLO 2: FTN2: Texnosferada elektromaqnit təsirlər anlayışlarını izah edir.
CLO 3: FTN3: Enerji keyfiyyətinin təmin olunmasını təhlil edir.
CLO 4: FTN4: Enerji effektivliyi və enerji itkilərini qiymətləndirir.
- İFS-2343yFənnin səhifəsi: İstiləşdirmə və istilik şəbəkələri
İstiləşdirmə və istilik şəbəkələri
CLO 1: FTN1: Energetikada istifadə olunan istilik təchizatı sistemlərinin növlərini, istilik yüklərini və tətbiq sahələrini izah edir;
CLO 2: FTN2: İstilik məntəqələrinin və istilik şəbəkələrinin sxemlərini, avadanlıq və elementlərini təhlil edir;
CLO 3: FTN3: İstilik şəbəkələrinin hidravlik hesabatını aparır və sistemin hidravliki xarakteristikasını qiymətləndirir;
CLO 4: FTN4: İstilik şəbəkələrinin çəkiliş növlərini, istilik izolyasiyasını və istilik generasiya qurğularını konkret şəraitə uyğun seçir və əsaslandırır;
CLO 5: FTN5: İstilik təchizatı sistemlərinin korroziyadan müdafiəsi və su hazırlığı üsullarını araşdırır və nəticələrini təqdimat şəklində şərh edir.
- İFS-2346yFənnin səhifəsi: Soyuducu maşınların avtomatlaşdırılması
Soyuducu maşınların avtomatlaşdırılması
CLO 1: FTN1: Soyuducu maşınlarda avtomatlaşdırmanın rolunu, avtomatik tənzimləyicilərin növlərini və xarakteristikalarını izah edir.
CLO 2: FTN2: Soyuducu maşın və qurğularda tənzimlənmə üsullarını, o cümlədən kompressorların məhsuldarlığının tənzimlənmə üsullarını təhlil edir.
CLO 3: FTN3: Kondensator və buxarlandırıcılarda, həmçinin yağın qaytarılması və havanın çıxarılması zamanı tənzimlənmə üsullarını şərh edir.
CLO 4: FTN4: Soyuducu maşın və qurğularda avtomatik qoruma sistemlərini və kompressorun təhlükəli iş rejimlərindən qorunma üsullarını izah edir.
CLO 5: FTN5: Avtomatik siqnalizasiya, nəzarət və tənzimləmə cihazlarının (rele, selenoid ventil, temperatur tənzimləyici ventil) quruluşunu və iş prinsipini şərh edir.
- İFS-2336yFənnin səhifəsi: Bərpa olunan enerji texnologiyaları və ağıllı şəbəkələr
Bərpa olunan enerji texnologiyaları və ağıllı şəbəkələr
CLO 1: FTN1: Bərpa olunan enerji mənbələrinin (günəş, külək, hidro, biokütlə, geotermal) əsas texnologiyalarını, iş prinsiplərini və qurğu tiplərini təsvir edir, onların tətbiq sahələrinə görə təsnif edir;
CLO 2: FTN2: Bərpa olunan enerji qurğusunun layihələndirilməsi üçün tədqiqat sualı formalaşdırır, texniki-iqtisadi hipotezlər qurur və layihə dizaynını (yerin seçilməsi, resursun qiymətləndirilməsi, ilkin şərtlərin müəyyən edilməsi) qurur;
CLO 3: FTN3: Beynəlxalq standartlar (IEC, ISO), texniki normativ sənədlər və elmi ədəbiyyatdan sistemli istifadə edərək bərpa olunan enerji qurğularının layihələndirilməsi üçün nəzəri-normativ çərçivəni formalaşdırır;
CLO 4: FTN4: Enerji qurğularının əsas parametrlərinin (güc, enerji çıxışı, səmərəlilik, itkilər) mühəndis hesablamalarını aparır, simulyasiya proqram təminatı (PVsyst, HOMER, MATLAB/Simulink və s.) vasitəsilə nəticələri modelləşdirir və vizuallaşdırır;
CLO 5: FTN5: Bərpa olunan enerji qurğusunun tərkib hissələrini (generasiya, çevirmə, ötürmə, anbarlaşdırma elementləri) texniki tələblərə uyğun layihələndirir, sistemin ölçülərini (sizing) hesablayır və variantları qiymətləndirir;
CLO 6: FTN6: Aparılmış layihələndirmə və hesablama işlərinin nəticələrini məntiqi strukturda texniki hesabat, layihə sənədi və ya elmi məqalə şəklində yazır, nəticələri şifahi və yazılı formada auditoriyaya təqdim edir;
CLO 7: FTN7: Bərpa olunan enerji qurğularının layihələndirilməsində texniki-iqtisadi qiymətləndirmə, ekoloji təsir və tənzimləyici tələblərə riayət etməklə, müstəqil və ya komanda halında layihə işi, o cümlədən dissertasiya üçün zəruri metodoloji əsasları tətbiq edir.