Fənn · Energetika mühəndisliyi
Elektrik sistemlərinin və avadanlıqlarının mühafizəsi
Fənn haqqında
Kredit
7
İş yükü
210saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“Elektrik sistemlərinin və avadanlıqlarının mühafizəsi” fənni elektrik şəbəkələrində və stansiyalarda baş verən qəzaların və qeyri-normal rejimlərin aradan qaldırılması üçün tətbiq olunan rele mühafizəsi və avtomatika sistemlərinin nəzəri və praktiki əsaslarını əhatə edir. Fəndə elektrik veriliş xətlərinin, güc transformatorlarının, generatorların və mühərriklərin mikroprosessorlu mühafizə növləri (maksimal cərəyan, diferensial, məsafə, qaz mühafizəsi), işə düşmə parametrlərinin hesablanması və sistem avtomatikası (ATQ, EAQ) texnologiyaları tədris olunur.
Fənn təlim nəticələri
CLO 1: • FTN1: Giriş. Rele mühafizəsi haqqında ümumi anlayışlar;
CLO 2: • FTN2: Ölçü transformatorları;
CLO 3: • FTN3: Elektrik veriliş xətlərinin və şəbəkələrinin mühafizəsi;
CLO 4: • FTN4: Generatorların mühafizəsi;
CLO 5: • FTN5: Transformatorların mühafizəsi;
CLO 6: • FTN6: Elektrik mühərriklərinin mühafizəsi;
CLO 7: • FTN7: Yığma şinlərin mühafizəsi;
CLO 8: • FTN8: Yarımkeçirici elementlər;
CLO 9: • FTN9: Avtomatlaşdırma.