Fənn · Energetika mühəndisliyi

Elektrik sistemlərinin və avadanlıqlarının mühafizəsiSillabus

İF-2330y7 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2330y
Kredit
7
Tələbənin iş yükü
210
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat- mühazirə b) 15 saat- seminar c) 15 saat- laboratoriya işi
Auditoriyadan kənar saatlar
a) 60 saat- sərbəst iş b) 75 saat-məsləhət saatı

Fənn haqqında

“Elektrik sistemlərinin və avadanlıqlarının mühafizəsi” fənni elektrik şəbəkələrində və stansiyalarda baş verən qəzaların və qeyri-normal rejimlərin aradan qaldırılması üçün tətbiq olunan rele mühafizəsi və avtomatika sistemlərinin nəzəri və praktiki əsaslarını əhatə edir. Fəndə elektrik veriliş xətlərinin, güc transformatorlarının, generatorların və mühərriklərin mikroprosessorlu mühafizə növləri (maksimal cərəyan, diferensial, məsafə, qaz mühafizəsi), işə düşmə parametrlərinin hesablanması və sistem avtomatikası (ATQ, EAQ) texnologiyaları tədris olunur.

Tədris metodları

  • mühazirə
  • seminar
  • laboratoriya işi
  • komanda işi
  • interaktiv müzakirə
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: • FTN1: Giriş. Rele mühafizəsi haqqında ümumi anlayışlar;

  2. CLO 2: • FTN2: Ölçü transformatorları;

  3. CLO 3: • FTN3: Elektrik veriliş xətlərinin və şəbəkələrinin mühafizəsi;

  4. CLO 4: • FTN4: Generatorların mühafizəsi;

  5. CLO 5: • FTN5: Transformatorların mühafizəsi;

  6. CLO 6: • FTN6: Elektrik mühərriklərinin mühafizəsi;

  7. CLO 7: • FTN7: Yığma şinlərin mühafizəsi;

  8. CLO 8: • FTN8: Yarımkeçirici elementlər;

  9. CLO 9: • FTN9: Avtomatlaşdırma.

Mövzu planı

  1. 1.
    1. Giriş. Rele mühafizəsinə qoyulan tələblər.Mühazirə

    Rele mühafizəsi elektrik sistemlərində yaranan qəza və nasazlıqları aşkar edərək zədələnmiş hissəni tez və etibarlı şəkildə şəbəkədən ayıran mühafizə sistemidir. Ona qoyulan əsas tələblər seçicilik,cəld təsretmə, həssaslıq və etibarlılıqdır.

  2. 2.
    2. Mühafizə elementləri,relelər və onların müxtəlif növləri. Rele və mühafizə sxemlərinin təsvir olunma üsulları.Operativ cərəyan mənbələriMühazirə

    Mövzuda elektrik mühafizəsində istifadə olunan əsas elementlər, relelərin quruluşu, iş prinsipi və müxtəlif növləri izah olunur. Həmçinin rele və mühafizə sxemlərinin təsvir üsulları və operativ cərəyanın mühafizə sistemlərində rolu öyrənilir.

  3. 3.
    3. Ölçü transformatorlar haqqında ümumi məlumat.Cərəyan transformatorlarının tipik birləşmə sxemləri.Mühazirə

    Mövzuda ölçü transformatorlarının təyinatı, quruluşu və elektrik sistemlərində tətbiqi haqqında ümumi məlumat verilir. Cərəyan transformatorlarının əsas xüsusiyyətləri və onların rele mühafizəsi və ölçü cihazlarına qoşulmasının tipik birləşmə sxemləri öyrənilir.

  4. 4.
    4. Gərginlik transformatorlarının tipik birləşmə sxemləriMühazirə

    Mövzuda gərginlik transformatorlarının təyinatı, elektrik şəbəkələrində tətbiqi və müxtəlif tipik birləşmə sxemləri izah olunur. Gərginlik transformatorlarının ölçü cihazları və rele mühafizəsi qurğuları ilə əlaqələndirilməsi öyrənilir.

  5. 5.
    5. Maksimal cərəyan mühafizəsi. Cərəyan mühafizəsinin təsir prinsipi. Maksimal cərəyan mühafizəsinin köməyilə xətlərin mühafizəsi. Mühafizə sxemləri.Mühazirə

    Mövzuda maksimal cərəyan mühafizəsinin təyinatı, iş prinsipi və elektrik xətlərinin qəza rejimlərindən mühafizəsində rolu izah olunur. Həmçinin maksimal cərəyan mühafizəsinin quruluşu, mühafizə sxemləri və onların işləmə prinsipləri öyrənilir.

  6. 6.
    6. Cərəyan kəsmələri. Bir tərəfdən və iki tərəfdən qidalanan xətlərdə cərəyan kəsməsi.Mühazirə

    Mövzuda cərəyan kəsmələrinin təyinatı, iş prinsipi və elektrik xətlərinin qısaqapanmadan qorunmasında rolu izah olunur. Bir tərəfdən və iki tərəfdən qidalanan xətlərdə cərəyan kəsmələrinin tətbiqi, xüsusiyyətləri və mühafizə sxemləri öyrənilir.

  7. 7.
    7. Neytralı torpaqlanmış şəbəkələrdə yerlə qısaqanmadan mühafizə.Mühazirə

    Mövzuda neytralı torpaqlanmış elektrik şəbəkələrində yerlə qısaqapanma hadisələrinin yaranma səbəbləri və onların aşkar edilməsi üsulları izah olunur. Yerlə qısaqapanmadan mühafizənin iş prinsipi, əsas elementləri və elektrik avadanlıqlarının qorunmasında rolu öyrənilir.

  8. 8.
    8. Neytralı izolə olunmuş şəbəkələrdə yerlə qısaqanmadan mühafizə.Mühazirə

    Mövzuda neytralı izolə olunmuş elektrik şəbəkələrində yerlə qısaqapanmanın yaranma səbəbləri, xüsusiyyətləri və mühafizə üsulları izah olunur. Yerlə qısaqapanmadan mühafizənin iş prinsipi və elektrik şəbəkəsinin təhlükəsiz və etibarlı fəaliyyətində rolu öyrənilir.

  9. 9.
    9. Diferensial mühafizə. Uzununa diferensial mühafizə. Eninə diferensial mühafizə.Mühazirə

    Mövzuda diferensial mühafizənin təyinatı, iş prinsipi və elektrik avadanlıqlarının daxili zədələnmələrdən qorunmasında rolu izah olunur. Uzununa və eninə diferensial mühafizənin xüsusiyyətləri, tətbiq sahələri və mühafizə sxemləri öyrənilir.

  10. 10.
    10. Generatorlarda zədələnmələr və qeyri-normal rejimlər. Generatorların uzununa diferensial mühafizəsi.Mühazirə

    Mövzuda generatorlarda baş verə bilən əsas zədələnmələr və qeyri-normal iş rejimləri, onların yaranma səbəbləri və generatorun işinə təsiri izah olunur. Həmçinin generatorların uzununa diferensial mühafizəsinin təyinatı, iş prinsipi və generatorların daxili zədələnmələrdən qorunmasında rolu öyrənilir.

  11. 11.
    11. Generatorlarda xarici qısaqapanmaların ifrat cərəyanından və ifrat yüklənmələrdən mühafizə. Yerlə qapanmadan mühafizə.Mühazirə

    Mövzuda generatorlarda xarici qısaqapanmalar və ifrat yüklənmələr zamanı yaranan təhlükəli rejimlər, həmçinin bu hallardan mühafizə üsulları izah olunur. Yerlə qapanma zamanı generatorun mühafizə prinsipi, istifadə olunan mühafizə qurğuları və onların iş xüsusiyyətləri öyrənilir.

  12. 12.
    12. Transformatorlarda zədələnmələr və qeyri- normal rejimlər. Cərəyan kəsməsi.Mühazirə

    Mövzuda transformatorlarda baş verən əsas zədələnmələr və qeyri-normal iş rejimləri, onların yaranma səbəbləri və transformatorun işinə təsiri izah olunur. Həmçinin cərəyan kəsməsinin iş prinsipi, təyinatı və transformatorların qısaqapanmalardan mühafizəsində tətbiqi öyrənilir.

  13. 13.
    13. Transformatorlarda xarici qısaqapanmaların ifrat cərəyanlarından mühafizə. İfrat yüklənmələrdən mühafizə. Yerlə qapanmalardan mühafizəMühazirə

    Mövzuda transformatorların xarici qısaqapanmalar, ifrat yüklənmələr və yerlə qapanmalar zamanı mühafizə olunma üsulları izah edilir. Bu mühafizə növlərinin iş prinsipi, təyinatı və transformatorun etibarlı istismarında rolu öyrənilir.

  14. 14.
    14. Transformatorlarda örtüyə qapanmadan mühafizə. Qaz mühafizəsiMühazirə

    Mövzuda transformatorlarda örtüyə qapanmanın yaranma səbəbləri və bu qəza rejimindən mühafizə üsulları izah olunur. Həmçinin qaz mühafizəsinin təyinatı, iş prinsipi və transformatorlarda daxili zədələnmələrin aşkar edilməsində rolu öyrənilir.

  15. 15.
    15. Elektrik mühərriklərində zədələnmələr və qeyri-normal rejimlər. Mühərriklərin işə buraxılması və öz-özünü işə buraxmasıMühazirə

    Mövzuda elektrik mühərriklərində baş verən əsas zədələnmələr və qeyri-normal iş rejimləri, onların yaranma səbəbləri və mühərrikin işinə təsiri izah olunur. Həmçinin mühərriklərin işə buraxılması və öz-özünü işə buraxması prosesləri, onların xüsusiyyətləri və mühafizə baxımından əhəmiyyəti öyrənilir.

  16. 16.
    16. 1 kV-a qədər asinxron elektrik mühərriklərin mühafizəsi.Mühazirə

    Mövzuda 1 kV-a qədər asinxron elektrik mühərriklərində istifadə olunan mühafizə vasitələri, onların təyinatı və iş prinsipi izah olunur. Mühərriklərin qısaqapanma, ifrat yüklənmə, faza itkisi və digər qeyri-normal rejimlərdən mühafizəsi öyrənilir.

  17. 17.
    17. Sinxron elektrik mühərriklərinin mühafizə xüsusiyyətləri.Mühazirə

    Sinxron elektrik mühərriklərində yaranan qısaqapanma, ifrat yüklənmə, faza itkisi və digər qeyri-normal rejimlərdən mühafizə üsulları nəzərdən keçirilir. Mühafizə qurğularının iş prinsipi, əsas növləri və mühərrikin etibarlı istismarında rolu izah olunur.

  18. 18.
    18. Şinlərin mühafizəsinin növləri və onlara olan tələblər. Şinlərin diferensial mühafizəsi.Mühazirə

    Şinlərin mühafizəsinin əsas növləri, onlara qoyulan tələblər və mühafizə sistemlərinin iş prinsipləri nəzərdən keçirilir. Şinlərin diferensial mühafizəsinin quruluşu, işləmə prinsipi və qısaqapanmalar zamanı zədələnmiş sahənin seçici şəkildə açılmasında rolu izah olunur.

  19. 19.
    19. Rele mühafizəsi sxemlərində yarımkeçirici elementlər.Mühazirə

    Rele mühafizəsi sxemlərində istifadə olunan yarımkeçirici elementlərin quruluşu, iş prinsipi və əsas növləri nəzərdən keçirilir. Diod, tranzistor, tiristor və digər yarımkeçirici elementlərin mühafizə və idarəetmə sxemlərində tətbiqi izah olunur.

  20. 20.
    20. Təsirlənmənin avtomatik tənzimlənməsiMühazirə

    Təsirlənmənin avtomatik tənzimlənməsinin təyinatı, iş prinsipi və elektrik maşınlarında gərginliyin sabit saxlanılmasında rolu nəzərdən keçirilir. Avtomatik təsirlənmə tənzimləyicilərinin əsas quruluşu, idarəetmə prinsipləri və generatorların iş rejimlərinə təsiri izah olunur.

  21. 21.
    21. Generatorların avtomatik sinxronlaşdırılmasıMühazirə

    Generatorların elektrik şəbəkəsinə avtomatik qoşulması üçün sinxronlaşdırma prosesinin təyinatı, iş prinsipi və əsas şərtləri nəzərdən keçirilir. Avtomatik sinxronlaşdırma qurğularının funksiyaları, generatorun gərginliyi, tezliyi və faza ardıcıllığının uyğunlaşdırılması prinsipləri izah olunur

  22. 22.
    22. Ehtiyatın avtomatik qoşulmasıMühazirə

    Ehtiyatın avtomatik qoşulmasının (EAQ) təyinatı, iş prinsipi və elektrik təchizatının etibarlılığının artırılmasında rolu nəzərdən keçirilir. Əsas qida mənbəyində qəza və ya gərginliyin itməsi zamanı ehtiyat mənbənin avtomatik qoşulması, EAQ qurğularının əsas elementləri və tətbiq xüsusiyyətləri izah olunur.

  23. 23.
    23. İfrat gərginliklərdən mühafizəMühazirə

    İfrat gərginliklərin yaranma səbəbləri, növləri və elektrik avadanlıqlarına təsiri nəzərdən keçirilir. İfrat gərginliklərdən mühafizə vasitələrinin iş prinsipi, tətbiq sahələri və elektrik qurğularının etibarlı istismarında rolu izah olunur.

  24. 24.
    1. Rele mühafizəsinə qoyulan texniki tələblərin təhlili və mühafizə parametrlərinin seçilməsiMəşğələ

    Rele mühafizəsinə qoyulan texniki tələblər, o cümlədən seçicilik, həssaslıq, cəldlik və etibarlılıq prinsipləri araşdırılır. Mühafizə qurğularının iş rejimləri təhlil edilərək onların əsas parametrlərinin seçilməsi qaydaları öyrənilir.

  25. 25.
    2. Elektrik veriliş xətlərinin mühafizə sistemlərinin əsas parametrlərinin seçilməsi və qiymətləndirilməsiMəşğələ

    Elektrik veriliş xətlərinin mühafizə sistemlərinin əsas parametrləri, onların seçilməsi və sazlanma prinsipləri araşdırılır. Mühafizənin seçicilik, həssaslıq, cəldlik və etibarlılıq göstəriciləri nəzərə alınmaqla parametrlərin qiymətləndirilməsi aparılır.

  26. 26.
    3. Generatorlarda zədələnmə və qeyri-normal rejimlərin təhlili və mühafizə üsullarının seçilməsiMəşğələ

    Generatorlarda baş verən əsas zədələnmələr və qeyri-normal iş rejimləri, onların yaranma səbəbləri və elektrik sisteminə təsiri araşdırılır. Müxtəlif zədələnmə və iş rejimlərinə uyğun rele mühafizəsi üsulları təhlil edilərək mühafizə vasitələrinin seçilməsi prinsipləri öyrənilir.

  27. 27.
    4. Güc transformatorlarının qısaqapanmalardan və artıq yüklənmələrdən mühafizəsinin tədqiqiMəşğələ

    Güc transformatorlarında baş verən qısaqapanmaların və artıq yüklənmələrin yaranma səbəbləri, təsirləri və mühafizə üsulları araşdırılır. Qısaqapanma və artıq yüklənmə rejimlərində tətbiq olunan rele mühafizəsinin iş prinsipi, sazlanma xüsusiyyətləri və əsas parametrləri təhlil edilir.

  28. 28.
    5. Cərəyan transformatorlarının tipik birləşmə sxemlərinin öyrənilməsi və təhliliMəşğələ

    Cərəyan transformatorlarının rele mühafizəsi və ölçmə sistemlərində tətbiq olunan tipik birləşmə sxemləri araşdırılır. Müxtəlif birləşmə sxemlərinin quruluşu, iş prinsipi və tətbiq xüsusiyyətləri təhlil edilir.

  29. 29.
    6. Gərginlik transformatorlarının tipik birləşmə sxemlərinin tədqiqiMəşğələ

    Gərginlik transformatorlarının ölçmə, rele mühafizəsi və avtomatika sistemlərində istifadə olunan tipik birləşmə sxemləri araşdırılır. Müxtəlif sxemlərin quruluşu, iş prinsipi və tətbiq xüsusiyyətləri təhlil edilir.

  30. 30.
    7. Elektrik mühərriklərinin işəburaxılma və öz-özünə işəburaxılma rejimlərinin rele mühafizəsi baxımından təhliliMəşğələ

    Elektrik mühərriklərinin işəburaxılma və öz-özünə işəburaxılma rejimlərinin xüsusiyyətləri, bu rejimlərdə yaranan cərəyan dəyişmələri və onların rele mühafizəsinə təsiri araşdırılır. Mühərrikin normal işəburaxılma cərəyanı ilə qəza rejimlərinin fərqləndirilməsi və mühafizənin düzgün sazlanması prinsipləri təhlil edilir.

  31. 31.
    8. Elektrik şəbəkələrində maksimal cərəyan mühafizəsinin tətbiqinin və sazlanma prinsiplərinin öyrənilməsiMəşğələ

    Elektrik şəbəkələrində maksimal cərəyan mühafizəsinin tətbiq sahələri, iş prinsipi və sazlanma xüsusiyyətləri araşdırılır. Mühafizənin işə düşmə cərəyanı və zaman gecikməsi kimi əsas parametrlərinin seçilməsi, həmçinin seçicilik şərtlərinin təmin edilməsi təhlil edilir.

  32. 32.
    1. Sabit və dəyişən cərəyan elektromaqnit relelərinin tədqiqiLaboratoriya

    Sabit və dəyişən cərəyan elektromaqnit relelərinin quruluşu, iş prinsipi və əsas xüsusiyyətləri öyrənilir. Bu relelərin elektrik sistemlərində tətbiqi və işləmə araşdırılır.

  33. 33.
    2. Cərəyan transformatorları və relelərin tipik birləşmə sxemləri.Laboratoriya

    Cərəyan transformatorlarının quruluşu, iş prinsipi və relelərlə tipik birləşmə sxemləri öyrənilir. Bu sxemlərin rele mühafizəsi sistemlərində tətbiqi və işləmə xüsusiyyətləri araşdırılır

  34. 34.
    3. Bir tərəfdən bəslənən radial xətlərin dözmə müddətli cərəyan kəsməsinin yoxlanması.Laboratoriya

    Bir tərəfdən bəslənən radial xətlərdə dözmə müddətli cərəyan kəsməsinin quruluşu və iş prinsipi öyrənilir. Mühafizənin işləmə vaxtı, seçiciliyi və qısaqapanma zamanı tətbiqi araşdırılır.

  35. 35.
    4. Transformatorlarıın diferensial mühafizə sxemlərinin oxlanılması.Laboratoriya

    Transformatorların diferensial mühafizə sxemlərinin quruluşu, iş prinsipi və əsas elementləri öyrənilir. Mühafizə sxemlərinin düzgün qoşulması və qısaqapanma zamanı işləmə xüsusiyyətləri araşdırılır.

  36. 36.
    5. Sinxron generatorların xarici qısa-qapanmalardan və simmetrik artıq yüklənmələrdən mühafizələrinin yoxlanması.Laboratoriya

    Sinxron generatorların xarici qısaqapanmalardan və simmetrik artıq yüklənmələrdən mühafizə sxemlərinin quruluşu və iş prinsipi öyrənilir. Mühafizələrin işləmə parametrləri və müxtəlif rejimlərdə fəaliyyət xüsusiyyətləri araşdırılır.

  37. 37.
    1. Relelərin təsnifatıSərbəst iş

    Relelərin təyinatına, iş prinsipinə, giriş kəmiyyətinə, quruluşuna və tətbiq sahəsinə görə təsnifatı nəzərdən keçirilir. Elektromexaniki, elektron, yarımkeçirici və digər rele növlərinin əsas xüsusiyyətləri və istifadə sahələri izah olunur.

  38. 38.
    2. Elektrik veriliş xətlərinin və şəbəkələrin mühafizəsiSərbəst iş

    Elektrik veriliş xətlərində və şəbəkələrdə yaranan qısaqapanma, ifrat yüklənmə və digər qəza rejimlərindən mühafizə üsulları nəzərdən keçirilir. Maksimal cərəyan, cərəyan kəsməsi, diferensial və digər mühafizə növlərinin iş prinsipi və tətbiq sahələri izah olunur.

  39. 39.
    3. Generatorların mühafizəsi.Sərbəst iş

    Generatorlarda yaranan qısaqapanma, ifrat yüklənmə, yerlə qapanma və digər qeyri-normal rejimlərdən mühafizə üsulları nəzərdən keçirilir. Generatorların diferensial, maksimal cərəyan, yerlə qapanmadan və digər mühafizə qurğularının iş prinsipi və tətbiq xüsusiyyətləri izah olunur.

  40. 40.
    4. Transformatorların mühafizəsiSərbəst iş

    Transformatorlarda yaranan qısaqapanma, ifrat yüklənmə, yerlə qapanma və digər qeyri-normal rejimlərdən mühafizə üsulları nəzərdən keçirilir. Diferensial, qaz, maksimal cərəyan, cərəyan kəsməsi və digər mühafizə növlərinin iş prinsipi və tətbiq sahələri izah olunur.

  41. 41.
    AvtomatlaşdırmaSərbəst iş

    Elektrik enerji sistemlərində avtomatlaşdırmanın təyinatı, əsas vəzifələri və iş prinsipləri nəzərdən keçirilir. Avtomatik idarəetmə və tənzimləmə qurğularının elektrik sistemlərinin etibarlılığının, dayanıqlığının və fasiləsiz işinin təmin edilməsində rolu izah olunur.

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-5
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5