General information
- Subject code
- İF-2330y
- Credits
- 7
- Student workload
- 210
- Semester
- Spring semester
- Academic year
- 2025-2026
- Subject type
- Mandatory
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a) 45 saat- mühazirə b) 15 saat- seminar c) 15 saat- laboratoriya işi
- Out-of-class hours
- a) 60 saat- sərbəst iş b) 75 saat-məsləhət saatı
About the subject
“elektrik sistemlərinin və avadanlıqlarının mühafizəsi” fənni elektrik şəbəkələrində və stansiyalarda baş verən qəzaların və qeyri-normal rejimlərin aradan qaldırılması üçün tətbiq olunan rele mühafizəsi və avtomatika sistemlərinin nəzəri və praktiki əsaslarını əhatə edir. fəndə elektrik veriliş xətlərinin, güc transformatorlarının, generatorların və mühərriklərin mikroprosessorlu mühafizə növləri (maksimal cərəyan, diferensial, məsafə, qaz mühafizəsi), işə düşmə parametrlərinin hesablanması və sistem avtomatikası (atq, eaq) texnologiyaları tədris olunur.
Teaching methods
- lecture
- seminar
- laboratory work
- teamwork
- interactive discussion
- presentations
Course learning outcomes (CLO)
CLO 1: • ftn1: giriş. rele mühafizəsi haqqında ümumi anlayışlar;
CLO 2: • ftn2: ölçü transformatorları;
CLO 3: • ftn3: elektrik veriliş xətlərinin və şəbəkələrinin mühafizəsi;
CLO 4: • ftn4: generatorların mühafizəsi;
CLO 5: • ftn5: transformatorların mühafizəsi;
CLO 6: • ftn6: elektrik mühərriklərinin mühafizəsi;
CLO 7: • ftn7: yığma şinlərin mühafizəsi;
CLO 8: • ftn8: yarımkeçirici elementlər;
CLO 9: • ftn9: avtomatlaşdırma.
Topic plan
- 1.1. giriş. rele mühafizəsinə qoyulan tələblər.Lecture
Rele mühafizəsi elektrik sistemlərində yaranan qəza və nasazlıqları aşkar edərək zədələnmiş hissəni tez və etibarlı şəkildə şəbəkədən ayıran mühafizə sistemidir. ona qoyulan əsas tələblər seçicilik,cəld təsretmə, həssaslıq və etibarlılıqdır.
- 2.2. mühafizə elementləri,relelər və onların müxtəlif növləri. rele və mühafizə sxemlərinin təsvir olunma üsulları.operativ cərəyan mənbələriLecture
Mövzuda elektrik mühafizəsində istifadə olunan əsas elementlər, relelərin quruluşu, iş prinsipi və müxtəlif növləri izah olunur. həmçinin rele və mühafizə sxemlərinin təsvir üsulları və operativ cərəyanın mühafizə sistemlərində rolu öyrənilir.
- 3.3. ölçü transformatorlar haqqında ümumi məlumat.cərəyan transformatorlarının tipik birləşmə sxemləri.Lecture
Mövzuda ölçü transformatorlarının təyinatı, quruluşu və elektrik sistemlərində tətbiqi haqqında ümumi məlumat verilir. cərəyan transformatorlarının əsas xüsusiyyətləri və onların rele mühafizəsi və ölçü cihazlarına qoşulmasının tipik birləşmə sxemləri öyrənilir.
- 4.4. gərginlik transformatorlarının tipik birləşmə sxemləriLecture
Mövzuda gərginlik transformatorlarının təyinatı, elektrik şəbəkələrində tətbiqi və müxtəlif tipik birləşmə sxemləri izah olunur. gərginlik transformatorlarının ölçü cihazları və rele mühafizəsi qurğuları ilə əlaqələndirilməsi öyrənilir.
- 5.5. maksimal cərəyan mühafizəsi. cərəyan mühafizəsinin təsir prinsipi. maksimal cərəyan mühafizəsinin köməyilə xətlərin mühafizəsi. mühafizə sxemləri.Lecture
Mövzuda maksimal cərəyan mühafizəsinin təyinatı, iş prinsipi və elektrik xətlərinin qəza rejimlərindən mühafizəsində rolu izah olunur. həmçinin maksimal cərəyan mühafizəsinin quruluşu, mühafizə sxemləri və onların işləmə prinsipləri öyrənilir.
- 6.6. cərəyan kəsmələri. bir tərəfdən və iki tərəfdən qidalanan xətlərdə cərəyan kəsməsi.Lecture
Mövzuda cərəyan kəsmələrinin təyinatı, iş prinsipi və elektrik xətlərinin qısaqapanmadan qorunmasında rolu izah olunur. bir tərəfdən və iki tərəfdən qidalanan xətlərdə cərəyan kəsmələrinin tətbiqi, xüsusiyyətləri və mühafizə sxemləri öyrənilir.
- 7.7. neytralı torpaqlanmış şəbəkələrdə yerlə qısaqanmadan mühafizə.Lecture
Mövzuda neytralı torpaqlanmış elektrik şəbəkələrində yerlə qısaqapanma hadisələrinin yaranma səbəbləri və onların aşkar edilməsi üsulları izah olunur. yerlə qısaqapanmadan mühafizənin iş prinsipi, əsas elementləri və elektrik avadanlıqlarının qorunmasında rolu öyrənilir.
- 8.8. neytralı izolə olunmuş şəbəkələrdə yerlə qısaqanmadan mühafizə.Lecture
Mövzuda neytralı izolə olunmuş elektrik şəbəkələrində yerlə qısaqapanmanın yaranma səbəbləri, xüsusiyyətləri və mühafizə üsulları izah olunur. yerlə qısaqapanmadan mühafizənin iş prinsipi və elektrik şəbəkəsinin təhlükəsiz və etibarlı fəaliyyətində rolu öyrənilir.
- 9.9. diferensial mühafizə. uzununa diferensial mühafizə. eninə diferensial mühafizə.Lecture
Mövzuda diferensial mühafizənin təyinatı, iş prinsipi və elektrik avadanlıqlarının daxili zədələnmələrdən qorunmasında rolu izah olunur. uzununa və eninə diferensial mühafizənin xüsusiyyətləri, tətbiq sahələri və mühafizə sxemləri öyrənilir.
- 10.10. generatorlarda zədələnmələr və qeyri-normal rejimlər. generatorların uzununa diferensial mühafizəsi.Lecture
Mövzuda generatorlarda baş verə bilən əsas zədələnmələr və qeyri-normal iş rejimləri, onların yaranma səbəbləri və generatorun işinə təsiri izah olunur. həmçinin generatorların uzununa diferensial mühafizəsinin təyinatı, iş prinsipi və generatorların daxili zədələnmələrdən qorunmasında rolu öyrənilir.
- 11.11. generatorlarda xarici qısaqapanmaların ifrat cərəyanından və ifrat yüklənmələrdən mühafizə. yerlə qapanmadan mühafizə.Lecture
Mövzuda generatorlarda xarici qısaqapanmalar və ifrat yüklənmələr zamanı yaranan təhlükəli rejimlər, həmçinin bu hallardan mühafizə üsulları izah olunur. yerlə qapanma zamanı generatorun mühafizə prinsipi, istifadə olunan mühafizə qurğuları və onların iş xüsusiyyətləri öyrənilir.
- 12.12. transformatorlarda zədələnmələr və qeyri- normal rejimlər. cərəyan kəsməsi.Lecture
Mövzuda transformatorlarda baş verən əsas zədələnmələr və qeyri-normal iş rejimləri, onların yaranma səbəbləri və transformatorun işinə təsiri izah olunur. həmçinin cərəyan kəsməsinin iş prinsipi, təyinatı və transformatorların qısaqapanmalardan mühafizəsində tətbiqi öyrənilir.
- 13.13. transformatorlarda xarici qısaqapanmaların ifrat cərəyanlarından mühafizə. i̇frat yüklənmələrdən mühafizə. yerlə qapanmalardan mühafizəLecture
Mövzuda transformatorların xarici qısaqapanmalar, ifrat yüklənmələr və yerlə qapanmalar zamanı mühafizə olunma üsulları izah edilir. bu mühafizə növlərinin iş prinsipi, təyinatı və transformatorun etibarlı istismarında rolu öyrənilir.
- 14.14. transformatorlarda örtüyə qapanmadan mühafizə. qaz mühafizəsiLecture
Mövzuda transformatorlarda örtüyə qapanmanın yaranma səbəbləri və bu qəza rejimindən mühafizə üsulları izah olunur. həmçinin qaz mühafizəsinin təyinatı, iş prinsipi və transformatorlarda daxili zədələnmələrin aşkar edilməsində rolu öyrənilir.
- 15.15. elektrik mühərriklərində zədələnmələr və qeyri-normal rejimlər. mühərriklərin işə buraxılması və öz-özünü işə buraxmasıLecture
Mövzuda elektrik mühərriklərində baş verən əsas zədələnmələr və qeyri-normal iş rejimləri, onların yaranma səbəbləri və mühərrikin işinə təsiri izah olunur. həmçinin mühərriklərin işə buraxılması və öz-özünü işə buraxması prosesləri, onların xüsusiyyətləri və mühafizə baxımından əhəmiyyəti öyrənilir.
- 16.16. 1 kv-a qədər asinxron elektrik mühərriklərin mühafizəsi.Lecture
Mövzuda 1 kv-a qədər asinxron elektrik mühərriklərində istifadə olunan mühafizə vasitələri, onların təyinatı və iş prinsipi izah olunur. mühərriklərin qısaqapanma, ifrat yüklənmə, faza itkisi və digər qeyri-normal rejimlərdən mühafizəsi öyrənilir.
- 17.17. sinxron elektrik mühərriklərinin mühafizə xüsusiyyətləri.Lecture
Sinxron elektrik mühərriklərində yaranan qısaqapanma, ifrat yüklənmə, faza itkisi və digər qeyri-normal rejimlərdən mühafizə üsulları nəzərdən keçirilir. mühafizə qurğularının iş prinsipi, əsas növləri və mühərrikin etibarlı istismarında rolu izah olunur.
- 18.18. şinlərin mühafizəsinin növləri və onlara olan tələblər. şinlərin diferensial mühafizəsi.Lecture
Şinlərin mühafizəsinin əsas növləri, onlara qoyulan tələblər və mühafizə sistemlərinin iş prinsipləri nəzərdən keçirilir. şinlərin diferensial mühafizəsinin quruluşu, işləmə prinsipi və qısaqapanmalar zamanı zədələnmiş sahənin seçici şəkildə açılmasında rolu izah olunur.
- 19.19. rele mühafizəsi sxemlərində yarımkeçirici elementlər.Lecture
Rele mühafizəsi sxemlərində istifadə olunan yarımkeçirici elementlərin quruluşu, iş prinsipi və əsas növləri nəzərdən keçirilir. diod, tranzistor, tiristor və digər yarımkeçirici elementlərin mühafizə və idarəetmə sxemlərində tətbiqi izah olunur.
- 20.20. təsirlənmənin avtomatik tənzimlənməsiLecture
Təsirlənmənin avtomatik tənzimlənməsinin təyinatı, iş prinsipi və elektrik maşınlarında gərginliyin sabit saxlanılmasında rolu nəzərdən keçirilir. avtomatik təsirlənmə tənzimləyicilərinin əsas quruluşu, idarəetmə prinsipləri və generatorların iş rejimlərinə təsiri izah olunur.
- 21.21. generatorların avtomatik sinxronlaşdırılmasıLecture
Generatorların elektrik şəbəkəsinə avtomatik qoşulması üçün sinxronlaşdırma prosesinin təyinatı, iş prinsipi və əsas şərtləri nəzərdən keçirilir. avtomatik sinxronlaşdırma qurğularının funksiyaları, generatorun gərginliyi, tezliyi və faza ardıcıllığının uyğunlaşdırılması prinsipləri izah olunur
- 22.22. ehtiyatın avtomatik qoşulmasıLecture
Ehtiyatın avtomatik qoşulmasının (eaq) təyinatı, iş prinsipi və elektrik təchizatının etibarlılığının artırılmasında rolu nəzərdən keçirilir. əsas qida mənbəyində qəza və ya gərginliyin itməsi zamanı ehtiyat mənbənin avtomatik qoşulması, EAQ qurğularının əsas elementləri və tətbiq xüsusiyyətləri izah olunur.
- 23.23. i̇frat gərginliklərdən mühafizəLecture
İfrat gərginliklərin yaranma səbəbləri, növləri və elektrik avadanlıqlarına təsiri nəzərdən keçirilir. i̇frat gərginliklərdən mühafizə vasitələrinin iş prinsipi, tətbiq sahələri və elektrik qurğularının etibarlı istismarında rolu izah olunur.
- 24.1. rele mühafizəsinə qoyulan texniki tələblərin təhlili və mühafizə parametrlərinin seçilməsiSeminar
Rele mühafizəsinə qoyulan texniki tələblər, o cümlədən seçicilik, həssaslıq, cəldlik və etibarlılıq prinsipləri araşdırılır. mühafizə qurğularının iş rejimləri təhlil edilərək onların əsas parametrlərinin seçilməsi qaydaları öyrənilir.
- 25.2. elektrik veriliş xətlərinin mühafizə sistemlərinin əsas parametrlərinin seçilməsi və qiymətləndirilməsiSeminar
Elektrik veriliş xətlərinin mühafizə sistemlərinin əsas parametrləri, onların seçilməsi və sazlanma prinsipləri araşdırılır. mühafizənin seçicilik, həssaslıq, cəldlik və etibarlılıq göstəriciləri nəzərə alınmaqla parametrlərin qiymətləndirilməsi aparılır.
- 26.3. generatorlarda zədələnmə və qeyri-normal rejimlərin təhlili və mühafizə üsullarının seçilməsiSeminar
Generatorlarda baş verən əsas zədələnmələr və qeyri-normal iş rejimləri, onların yaranma səbəbləri və elektrik sisteminə təsiri araşdırılır. müxtəlif zədələnmə və iş rejimlərinə uyğun rele mühafizəsi üsulları təhlil edilərək mühafizə vasitələrinin seçilməsi prinsipləri öyrənilir.
- 27.4. güc transformatorlarının qısaqapanmalardan və artıq yüklənmələrdən mühafizəsinin tədqiqiSeminar
Güc transformatorlarında baş verən qısaqapanmaların və artıq yüklənmələrin yaranma səbəbləri, təsirləri və mühafizə üsulları araşdırılır. qısaqapanma və artıq yüklənmə rejimlərində tətbiq olunan rele mühafizəsinin iş prinsipi, sazlanma xüsusiyyətləri və əsas parametrləri təhlil edilir.
- 28.5. cərəyan transformatorlarının tipik birləşmə sxemlərinin öyrənilməsi və təhliliSeminar
Cərəyan transformatorlarının rele mühafizəsi və ölçmə sistemlərində tətbiq olunan tipik birləşmə sxemləri araşdırılır. müxtəlif birləşmə sxemlərinin quruluşu, iş prinsipi və tətbiq xüsusiyyətləri təhlil edilir.
- 29.6. gərginlik transformatorlarının tipik birləşmə sxemlərinin tədqiqiSeminar
Gərginlik transformatorlarının ölçmə, rele mühafizəsi və avtomatika sistemlərində istifadə olunan tipik birləşmə sxemləri araşdırılır. müxtəlif sxemlərin quruluşu, iş prinsipi və tətbiq xüsusiyyətləri təhlil edilir.
- 30.7. elektrik mühərriklərinin işəburaxılma və öz-özünə işəburaxılma rejimlərinin rele mühafizəsi baxımından təhliliSeminar
Elektrik mühərriklərinin işəburaxılma və öz-özünə işəburaxılma rejimlərinin xüsusiyyətləri, bu rejimlərdə yaranan cərəyan dəyişmələri və onların rele mühafizəsinə təsiri araşdırılır. mühərrikin normal işəburaxılma cərəyanı ilə qəza rejimlərinin fərqləndirilməsi və mühafizənin düzgün sazlanması prinsipləri təhlil edilir.
- 31.8. elektrik şəbəkələrində maksimal cərəyan mühafizəsinin tətbiqinin və sazlanma prinsiplərinin öyrənilməsiSeminar
Elektrik şəbəkələrində maksimal cərəyan mühafizəsinin tətbiq sahələri, iş prinsipi və sazlanma xüsusiyyətləri araşdırılır. mühafizənin işə düşmə cərəyanı və zaman gecikməsi kimi əsas parametrlərinin seçilməsi, həmçinin seçicilik şərtlərinin təmin edilməsi təhlil edilir.
- 32.1. sabit və dəyişən cərəyan elektromaqnit relelərinin tədqiqiLaboratory
Sabit və dəyişən cərəyan elektromaqnit relelərinin quruluşu, iş prinsipi və əsas xüsusiyyətləri öyrənilir. bu relelərin elektrik sistemlərində tətbiqi və işləmə araşdırılır.
- 33.2. cərəyan transformatorları və relelərin tipik birləşmə sxemləri.Laboratory
Cərəyan transformatorlarının quruluşu, iş prinsipi və relelərlə tipik birləşmə sxemləri öyrənilir. bu sxemlərin rele mühafizəsi sistemlərində tətbiqi və işləmə xüsusiyyətləri araşdırılır
- 34.3. bir tərəfdən bəslənən radial xətlərin dözmə müddətli cərəyan kəsməsinin yoxlanması.Laboratory
Bir tərəfdən bəslənən radial xətlərdə dözmə müddətli cərəyan kəsməsinin quruluşu və iş prinsipi öyrənilir. mühafizənin işləmə vaxtı, seçiciliyi və qısaqapanma zamanı tətbiqi araşdırılır.
- 35.4. transformatorlarıın diferensial mühafizə sxemlərinin oxlanılması.Laboratory
Transformatorların diferensial mühafizə sxemlərinin quruluşu, iş prinsipi və əsas elementləri öyrənilir. mühafizə sxemlərinin düzgün qoşulması və qısaqapanma zamanı işləmə xüsusiyyətləri araşdırılır.
- 36.5. sinxron generatorların xarici qısa-qapanmalardan və simmetrik artıq yüklənmələrdən mühafizələrinin yoxlanması.Laboratory
Sinxron generatorların xarici qısaqapanmalardan və simmetrik artıq yüklənmələrdən mühafizə sxemlərinin quruluşu və iş prinsipi öyrənilir. mühafizələrin işləmə parametrləri və müxtəlif rejimlərdə fəaliyyət xüsusiyyətləri araşdırılır.
- 37.1. relelərin təsnifatıIndependent work
Relelərin təyinatına, iş prinsipinə, giriş kəmiyyətinə, quruluşuna və tətbiq sahəsinə görə təsnifatı nəzərdən keçirilir. elektromexaniki, elektron, yarımkeçirici və digər rele növlərinin əsas xüsusiyyətləri və istifadə sahələri izah olunur.
- 38.2. elektrik veriliş xətlərinin və şəbəkələrin mühafizəsiIndependent work
Elektrik veriliş xətlərində və şəbəkələrdə yaranan qısaqapanma, ifrat yüklənmə və digər qəza rejimlərindən mühafizə üsulları nəzərdən keçirilir. maksimal cərəyan, cərəyan kəsməsi, diferensial və digər mühafizə növlərinin iş prinsipi və tətbiq sahələri izah olunur.
- 39.3. generatorların mühafizəsi.Independent work
Generatorlarda yaranan qısaqapanma, ifrat yüklənmə, yerlə qapanma və digər qeyri-normal rejimlərdən mühafizə üsulları nəzərdən keçirilir. generatorların diferensial, maksimal cərəyan, yerlə qapanmadan və digər mühafizə qurğularının iş prinsipi və tətbiq xüsusiyyətləri izah olunur.
- 40.4. transformatorların mühafizəsiIndependent work
Transformatorlarda yaranan qısaqapanma, ifrat yüklənmə, yerlə qapanma və digər qeyri-normal rejimlərdən mühafizə üsulları nəzərdən keçirilir. diferensial, qaz, maksimal cərəyan, cərəyan kəsməsi və digər mühafizə növlərinin iş prinsipi və tətbiq sahələri izah olunur.
- 41.AvtomatlaşdırmaIndependent work
Elektrik enerji sistemlərində avtomatlaşdırmanın təyinatı, əsas vəzifələri və iş prinsipləri nəzərdən keçirilir. avtomatik idarəetmə və tənzimləmə qurğularının elektrik sistemlərinin etibarlılığının, dayanıqlığının və fasiləsiz işinin təmin edilməsində rolu izah olunur.
Reading list
- 1. sadıqov q.s., rele mühafizəsi. ali məktəblər üçün dərs vəsaiti. bakı-2004(opens in a new tab)
- 2. sadıqov q.s., orucov n.i̇ sənaye müəssisələrinin elektrik təchizatı. bakı-2004(opens in a new tab)
- 3. a.m. hüseynov. rele mühafizəsi.1 hissə. bakı-2009(opens in a new tab)
- 4. v.i̇.abdullayev, a.m.hüseynov, m.çakır, ə.ə.əliyev. rele mühafizəsindən laboratoriya işləri. bakı-2003.(opens in a new tab)
- 5. yusifbəyli n.a. “elektrik sistemlərində keçid prosesləri” bakı aztu – 2008 (330 səh.)(opens in a new tab)
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-5 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |