Fənn · Energetika mühəndisliyi

Energetik materiallar

İF-2326y3 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

3

İş yükü

90saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“Energetik materiallar” fənni energetik qurğuların etibarlı və effektiv işini təmin edən metalların, odadavamlı və korroziyayadavamlı ərintilərin, izolyasiya və kipləşdirici qeyri-metal materialların təsnifatını, onların kristallik quruluşunu, hal diaqramlarını və kimyəvi-termiki emal xüsusiyyətlərini əhatə edir. Fəndə energetika avadanlıqlarında istifadə olunan poladların legirlənmə mexanizmləri, materialların yüksək temperatur və aqressiv mühitlərdəki dayanıqlığı və tətbiq sahələri tədris olunur.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN1: Materialların xassələri və işləmə şəraitlərini izah edir;

  2. CLO 2: FTN2: İstilik energetik qurğuların avadanlığının hazırlanması üçün istifadə olunan metalları şərh edir;

  3. CLO 3: FTN3: Korroziyaya və odadavamlı polad və ərintiləri təhlil edir;

  4. CLO 4: FTN4: İzolyasiya və kipləşdirici materialların təsnifatını izah edir;

  5. CLO 5: FTN5: Qeyri və əlvan metalları təhlil edir və müqayisə edir.