Fənn · Energetika mühəndisliyi

Texniki termodinamika və istilikötürmə

İF-2329y7 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“Texniki termodinamika və istilikötürmə” fənninin məqsədi 050608 – “Energetika mühəndisliyi” ixtisası üzrə təhsilalanlarda əsas hal parametrləri və termodinamik proseslər, termodinamikanın qanunları haqqında dolğun təəssürat yaratmaq, istilik mühərriklərinin və qurğularının tsikllərini, stasionar və qeyri-stasionar rejimdə istilikkeçirmə, konvektiv və şüalanma ilə istilik mübadiləsi, istilikötürmə və istilikdəyişdirici aparatlar haqqında ilkin biliklər formalaşdırmaq, eyni zamanda mühəndis təcrübəsinin müxtəlif sahələrində istifadə yollarını mənimsətməkdən ibarətdir.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN1: Texniki termodinamikanın əsas anlayışlarını, hal parametrlərini və ideal qazın hal tənliklərini izah edir;

  2. CLO 2: FTN2: İdeal və real qazların, qaz qarışıqlarının parametrlərini və istilik tutumlarını hesablayır;

  3. CLO 3: FTN3: Termodinamikanın I və II qanunlarını əsas termodinamik proseslərə tətbiq edir;

  4. CLO 4: FTN4: Su buxarı və nəm havanın parametrlərini cədvəl və diaqramlar (PV, TS, IS, I-d) əsasında təyin edir;

  5. CLO 5: FTN5: Daxili yanma mühərriklərinin və qaz turbin qurğularının termodinamik tsikllərini təhlil edir;

  6. CLO 6: FTN6: İstilikkeçirmənin əsas qanunlarını müxtəlif formalı cisimlərdə stasionar rejimdə tətbiq edir;

  7. CLO 7: FTN7: Konvektiv və şüalanma ilə istilik mübadiləsini təhlil edir, istilikvermə əmsalını və istilik axınını hesablayır;

  8. CLO 8: FTN8: İstilikdəyişdirici aparatların növlərini fərqləndirir və onların sadə istilik hesabını aparır.