Fənn · Energetika mühəndisliyi

Texniki termodinamika və istilikötürməMövzu planı

İF-2329y7 kreditYaz semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

46 mövzu
  1. 1. Fənnin əsas məqsədi və vəzifələri. Giriş

    Mühazirə1

    Texniki termodinamikanın və istilikötürmənin predmeti, tədqiqat metodları, energetika mühəndisliyində rolu, termodinamik sistem və iş cismi anlayışları, fənnin əsas məqsəd və vəzifələri haqqında ümumi məlumat verilir.

    Mənbəyə keç: Fənnin əsas məqsədi və vəzifələri. Giriş (yeni pəncərədə açılır)
  2. 2. Əsas hal parametrləri. İdeal qazın hal tənlikləri

    Mühazirə2

    Termodinamik sistemin əsas hal parametrləri (mütləq temperatur, təzyiq, xüsusi həcm), ölçü vahidləri, ideal qaz anlayışı, Klapeyron və Mendeleyev–Klapeyron tənlikləri, universal və xüsusi qaz sabiti öyrənilir.

    Mənbəyə keç: Əsas hal parametrləri. İdeal qazın hal tənlikləri (yeni pəncərədə açılır)
  3. 3. Qaz qarışığı və qanunları

    Mühazirə3

    Qaz qarışığının tərkibinin kütlə, həcm və mol payları ilə verilməsi, Dalton qanunu, parsial təzyiq, qarışığın molyar kütləsi və qaz sabiti, tərkib üsulları arasında əlaqə nəzərdən keçirilir.

    Mənbəyə keç: Qaz qarışığı və qanunları (yeni pəncərədə açılır)
  4. 4. Real qazların hal tənlikləri. Termodinamik proseslər haqqında ümumi məlumat

    Mühazirə4

    Real qazın ideal qazdan fərqi, Van-der-Vaals və digər hal tənlikləri, sıxılma əmsalı, tarazlıq və qeyri-tarazlıq, dönən və dönməyən proseslər, termodinamik prosesin diaqramda təsviri öyrənilir.

    Mənbəyə keç: Real qazların hal tənlikləri. Termodinamik proseslər haqqında ümumi məlumat (yeni pəncərədə açılır)
  5. 5. Qazın işi. Qazın daxili enerjisi. Qazın istilik tutumu

    Mühazirə5

    Genişlənmə işi, PV-diaqramında işin təsviri, qazın daxili enerjisi, istilik miqdarı, xüsusi kütlə, həcm və molyar istilik tutumları, sabit həcmdə və sabit təzyiqdə istilik tutumları, Mayer tənliyi izah olunur.

    Mənbəyə keç: Qazın işi. Qazın daxili enerjisi. Qazın istilik tutumu (yeni pəncərədə açılır)
  6. 6. Əsas termodinamik proseslər. Politropik proses

    Mühazirə6

    İzoxorik, izobarik, izotermik və adiabatik proseslərin tənlikləri, iş və istilik miqdarının hesablanması, politropik prosesin tənliyi, politrop üstü və xüsusi hallar, proseslərin PV və TS diaqramlarında təsviri öyrənilir.

    Mənbəyə keç: Əsas termodinamik proseslər. Politropik proses (yeni pəncərədə açılır)
  7. 7. Termodinamikanın I qanunu. Qazın entalpiyası

    Mühazirə7

    Enerjinin saxlanması qanunu, termodinamikanın I qanununun analitik ifadələri, açıq və qapalı sistemlər üçün enerji balansı, entalpiya anlayışı, texniki iş və onun hesablanması şərh olunur.

    Mənbəyə keç: Termodinamikanın I qanunu. Qazın entalpiyası (yeni pəncərədə açılır)
  8. 8. Termodinamikanın ikinci qanunu. Karno tsikilləri. Entropiya. TS istilik diaqramı

    Mühazirə8

    Termodinamikanın II qanununun ifadələri, dairəvi proseslər (tsikllər), istilik mühərriki və soyuducu tsikllərin səmərəliliyi, Karno tsikli və Karno teoremləri, entropiya anlayışı, TS diaqramında proseslərin və tsikllərin təsviri öyrənilir.

    Mənbəyə keç: Termodinamikanın ikinci qanunu. Karno tsikilləri. Entropiya. TS istilik diaqramı (yeni pəncərədə açılır)
  9. 9. Su buxarı və buxarlanma prosesini izah edən anlayışlar

    Mühazirə9

    Buxarlanma və qaynama, doymuş və qızmış buxar, quruluq dərəcəsi, kritik nöqtə, suyun və buxarın əsas parametrləri, buxar əmələgəlmə prosesinin mərhələləri və gizli buxar əmələgəlmə istiliyi öyrənilir.

    Mənbəyə keç: Su buxarı və buxarlanma prosesini izah edən anlayışlar (yeni pəncərədə açılır)
  10. 10. Su buxarının PV, TS və IS diaqramları

    Mühazirə10

    Su buxarının PV, TS və IS diaqramlarının qurulması, doymuş maye və doymuş buxar xətləri, kritik nöqtə, buxar cədvəllərindən istifadə, su buxarının əsas proseslərinin diaqramlarda təsviri nəzərdən keçirilir.

    Mənbəyə keç: Su buxarının PV, TS və IS diaqramları (yeni pəncərədə açılır)
  11. 11. Nəm hava. Əsas anlayışlar. Nəm havanın parametrləri. Nəm havanın I-d diaqramı

    Mühazirə11

    Nəm havanın tərkibi, mütləq və nisbi rütubət, rütubət saxlanması, nəm havanın entalpiyası, şeh nöqtəsi, yaş termometr temperaturu, I-d diaqramı və onun köməyi ilə nəm havanın proseslərinin təhlili öyrənilir.

    Mənbəyə keç: Nəm hava. Əsas anlayışlar. Nəm havanın parametrləri. Nəm havanın I-d diaqramı (yeni pəncərədə açılır)
  12. 12. Daxili yanma mühərriklərinin termodinamik tsikilləri

    Mühazirə12

    Daxili yanma mühərriklərinin iş prinsipi, Otto, Dizel və Trinkler tsikilləri, tsikllərin PV və TS diaqramları, sıxma dərəcəsi, tsikllərin termiki faydalı iş əmsalı və müqayisəsi izah olunur.

    Mənbəyə keç: Daxili yanma mühərriklərinin termodinamik tsikilləri (yeni pəncərədə açılır)
  13. 13. Qaz turbin qurğularının termodinamik tsikilləri

    Mühazirə13

    Qaz turbin qurğularının quruluşu və iş prinsipi, istiliyin sabit həcmdə və sabit təzyiqdə verildiyi tsikllər, tsiklin diaqramları, təzyiqin artma dərəcəsi, regenerasiyanın tətbiqi və faydalı iş əmsalı öyrənilir.

    Mənbəyə keç: Qaz turbin qurğularının termodinamik tsikilləri (yeni pəncərədə açılır)
  14. 14. İstilikkeçirmə. Temperatur sahəsi. Temperatur qradiyenti. Furye qanunu

    Mühazirə14

    İstilik ötürülməsinin əsas növləri, temperatur sahəsi, izotermik səth, temperatur qradiyenti, istilik axını və onun sıxlığı, Furye qanunu, istilikkeçirmə əmsalı və onun materialdan asılılığı nəzərdən keçirilir.

    Mənbəyə keç: İstilikkeçirmə. Temperatur sahəsi. Temperatur qradiyenti. Furye qanunu (yeni pəncərədə açılır)
  15. 15. Müstəvi divarın istilikkeçirməsi

    Mühazirə15

    Birqatlı və çoxqatlı müstəvi divarın stasionar istilikkeçirməsi, temperaturun divar qalınlığı boyu paylanması, I və III növ sərhəd şərtləri, istilikkeçirmə və istilik müqaviməti, istilikötürmə əmsalı öyrənilir.

    Mənbəyə keç: Müstəvi divarın istilikkeçirməsi (yeni pəncərədə açılır)
  16. 16. Silindrik və sferik divarların istilikkeçirməsi

    Mühazirə16

    Silindrik və sferik divarın stasionar istilikkeçirməsi, temperatur paylanması, xətti istilik axını sıxlığı, çoxqatlı borunun istilikkeçirməsi, istilik izolyasiyasının kritik diametri izah olunur.

    Mənbəyə keç: Silindrik və sferik divarların istilikkeçirməsi (yeni pəncərədə açılır)
  17. 17. Daxilində istilik mənbəyi olan müstəvi və silindrik cismin istilikkeçirməsi

    Mühazirə17

    Daxili istilik mənbəyinə malik müstəvi divar və silindrin (tel, çubuq) stasionar temperatur sahəsi, maksimal temperatur, istilik axınının paylanması, sərhəd şərtləri nəzərdən keçirilir.

    Mənbəyə keç: Daxilində istilik mənbəyi olan müstəvi və silindrik cismin istilikkeçirməsi (yeni pəncərədə açılır)
  18. 18. Konvektiv istilik mübadiləsi

    Mühazirə18

    Konvektiv istilik mübadiləsinin mahiyyəti, təbii və məcburi konveksiya, Nyuton–Rixman qanunu, istilikvermə əmsalı və ona təsir edən amillər, hidrodinamik və istilik sərhəd layı, oxşarlıq nəzəriyyəsi, Nusselt, Reynolds, Prandtl və Qrasqof ədədləri öyrənilir.

    Mənbəyə keç: Konvektiv istilik mübadiləsi (yeni pəncərədə açılır)
  19. 19. Şüalanma istilik mübadiləsi. Şüalanma qanunları

    Məşğələ

    İstilik şüalanmasının fiziki mahiyyəti, udma, əks etdirmə və buraxma əmsalları, Plank, Vin və Stefan–Bolsman qanunları, Kirxhof qanunu, cisimlərin şüalanma qabiliyyəti nəzərdən keçirilir.

  20. 20. Boz cisimlər. Qaralıq dərəcəsi. Qazların şüalanması. Şüaudma qanunu

    Mühazirə20

    Mütləq qara, ağ və boz cisimlər, cismin qaralıq dərəcəsi, cisimlər arasında şüalanma ilə istilik mübadiləsi, ekranların tətbiqi, qazların şüalanma və udma xüsusiyyətləri, Buger (şüaudma) qanunu öyrənilir.

    Mənbəyə keç: Boz cisimlər. Qaralıq dərəcəsi. Qazların şüalanması. Şüaudma qanunu (yeni pəncərədə açılır)
  21. 21. Müxtəlif formalı cisimlərin istilikötürməsi

    Mühazirə21

    Müstəvi və silindrik divarların istilikötürməsi, qabırğalı səthlər, qabırğanın səmərəlilik əmsalı, istilikötürmənin intensivləşdirilməsi üsulları, qeyri-stasionar istilikkeçirmənin əsasları nəzərdən keçirilir.

    Mənbəyə keç: Müxtəlif formalı cisimlərin istilikötürməsi (yeni pəncərədə açılır)
  22. 22. İstilikdəyişdirici aparatlar

    Mühazirə22

    İstilikdəyişdirici aparatların təyinatı və təsnifatı (rekuperativ, regenerativ və qarışdırıcı), konstruksiyaları, istilik daşıyıcılarının hərəkət sxemləri (düzaxın, əksaxın, çarpaz axın), orta temperatur təzyiqi anlayışı öyrənilir.

    Mənbəyə keç: İstilikdəyişdirici aparatlar (yeni pəncərədə açılır)
  23. 23. İstilikdəyişdirici aparatların hesabı

    Mühazirə23

    İstilikdəyişdirici aparatların növləri haqqında məlumat, konstruktiv və yoxlama hesabı, istilik balansı tənliyi, istilik mübadiləsi səthinin sahəsinin təyini, istilik daşıyıcılarının sərfinin və son temperaturlarının hesablanması araşdırılır.

    Mənbəyə keç: İstilikdəyişdirici aparatların hesabı (yeni pəncərədə açılır)
  24. 24. Qaz qarışığının parametrlərinin hesablanması

    Məşğələ1

    Qaz qarışığının tərkibinin kütlə, həcm və mol payları ilə verilməsi, qarışığın molyar kütləsi, qaz sabiti və parsial təzyiqlərinin hesablanması üzrə məsələlər həll edilir.

    Mənbəyə keç: Qaz qarışığının parametrlərinin hesablanması (yeni pəncərədə açılır)
  25. 25. Real qazların hal tənlikləri üzrə hesablamalar

    Məşğələ2

    İdeal və real qaz üçün hal tənliklərinin tətbiqi, Van-der-Vaals tənliyi ilə təzyiqin və həcmin təyini, ideal qaz tənliyi ilə alınan nəticələrin müqayisəsi üzrə məsələlər həll edilir.

    Mənbəyə keç: Real qazların hal tənlikləri üzrə hesablamalar (yeni pəncərədə açılır)
  26. 26. Qazın işi, daxili enerjisi və istilik tutumunun hesablanması

    Məşğələ3

    Qazın genişlənmə işinin, daxili enerjisinin dəyişməsinin və istilik miqdarının sabit və dəyişən istilik tutumu ilə hesablanması üzrə məsələlər həll edilir.

    Mənbəyə keç: Qazın işi, daxili enerjisi və istilik tutumunun hesablanması (yeni pəncərədə açılır)
  27. 27. Əsas termodinamik proseslərin və politropik prosesin hesabı

    Məşğələ4

    İzoxorik, izobarik, izotermik, adiabatik və politropik proseslərdə parametrlərin dəyişməsi, iş və istilik miqdarının hesablanması, proseslərin PV və TS diaqramlarında qurulması məsələləri həll edilir.

    Mənbəyə keç: Əsas termodinamik proseslərin və politropik prosesin hesabı (yeni pəncərədə açılır)
  28. 28. Termodinamikanın I qanunu və entalpiya üzrə məsələlər

    Məşğələ5

    Termodinamikanın I qanununun qapalı və açıq sistemlərə tətbiqi, entalpiyanın və texniki işin hesablanması, enerji balansının tərtibi məsələləri həll edilir.

    Mənbəyə keç: Termodinamikanın I qanunu və entalpiya üzrə məsələlər (yeni pəncərədə açılır)
  29. 29. Su buxarının parametrlərinin cədvəl və diaqramlar üzrə təyini

    Məşğələ6

    Doymuş və qızmış su buxarının parametrlərinin buxar cədvəllərindən və IS diaqramından təyini, buxar proseslərində istilik və işin hesablanması məsələləri həll edilir.

    Mənbəyə keç: Su buxarının parametrlərinin cədvəl və diaqramlar üzrə təyini (yeni pəncərədə açılır)
  30. 30. Daxili yanma mühərriklərinin tsiklərinin hesabı

    Məşğələ7

    Otto, Dizel və Trinkler tsikllərinin xarakterik nöqtələrində parametrlərin, verilən və atılan istiliyin, tsiklin işinin və termiki FİƏ-nin hesablanması məsələləri həll edilir.

    Mənbəyə keç: Daxili yanma mühərriklərinin tsiklərinin hesabı (yeni pəncərədə açılır)
  31. 31. İstilikdəyişdirici aparatların hesabı

    Məşğələ8

    İstilikdəyişdiricinin istilik balansı, orta temperatur təzyiqi və istilik mübadiləsi səthinin sahəsinin düzaxın və əksaxın sxemlər üçün hesablanması məsələləri həll edilir.

    Mənbəyə keç: İstilikdəyişdirici aparatların hesabı (yeni pəncərədə açılır)
  32. 32. Havanın kütlə istilik tutumunun təyini

    Laboratoriya1

    Sabit təzyiqdə axan havanın kütlə istilik tutumunun təcrübi təyini, ölçmə cihazları, ölçmə nəticələrinin işlənməsi və xətanın qiymətləndirilməsi öyrənilir.

    Mənbəyə keç: Havanın kütlə istilik tutumunun təyini (yeni pəncərədə açılır)
  33. 33. Su buxarının xassələrinin tədqiqi

    Laboratoriya2

    Doymuş buxarın təzyiqi ilə temperaturu arasındakı asılılığın təcrübi tədqiqi, buxarlanma prosesinin müşahidəsi və alınan nəticələrin buxar cədvəlləri ilə müqayisəsi öyrənilir.

    Mənbəyə keç: Su buxarının xassələrinin tədqiqi (yeni pəncərədə açılır)
  34. 34. Müstəvi divarın istilikkeçirmə əmsalının təyini

    Laboratoriya3

    Stasionar rejimdə materialın istilikkeçirmə əmsalının təcrübi təyini, temperaturların ölçülməsi, istilik axınının hesablanması və nəticələrin təhlili öyrənilir.

    Mənbəyə keç: Müstəvi divarın istilikkeçirmə əmsalının təyini (yeni pəncərədə açılır)
  35. 35. Üfüqi borunun istilikvermə əmsalının təyini

    Laboratoriya4

    Təbii konveksiya şəraitində üfüqi borunun səthindən havaya istilikvermə əmsalının təcrübi təyini, Nusselt və Reyli (Qrasqof–Prandtl) ədədlərinin hesablanması öyrənilir.

    Mənbəyə keç: Üfüqi borunun istilikvermə əmsalının təyini (yeni pəncərədə açılır)
  36. 36. İstilikdəyişdirici aparatın tədqiqi

    Laboratoriya5

    Boru-boru tipli istilikdəyişdiricidə düzaxın və əksaxın sxemlər üzrə temperaturların ölçülməsi, istilik balansının tərtibi, istilikötürmə əmsalının və orta temperatur təzyiqinin hesablanması öyrənilir.

    Mənbəyə keç: İstilikdəyişdirici aparatın tədqiqi (yeni pəncərədə açılır)
  37. 37. Əsas hal parametrləri

    Sərbəst iş1

    Mövzuya əsas termodinamik parametrlər (mütləq temperatur, təzyiq, həcm) haqqında məlumatlar aiddir. Hal parametrlərinin ölçü vahidləri, onların çevrilməsi və ideal qazın hal tənliyi ilə əlaqəsi araşdırılır.

    Mənbəyə keç: Əsas hal parametrləri (yeni pəncərədə açılır)
  38. 38. Termodinamik proseslər

    Sərbəst iş2

    Mövzuya əsas termodinamik proseslər (izoxorik, izobarik, izotermik, adiabatik) və politropik proses aiddir. Proseslərin tənlikləri, iş və istilik miqdarı, diaqramlarda təsviri araşdırılır.

    Mənbəyə keç: Termodinamik proseslər (yeni pəncərədə açılır)
  39. 39. Su buxarı

    Sərbəst iş3

    Mövzuya su buxarının əsas parametrləri və diaqramları aiddir. Buxar əmələgəlmə prosesi, PV, TS və IS diaqramları, buxar cədvəllərindən istifadə araşdırılır.

    Mənbəyə keç: Su buxarı (yeni pəncərədə açılır)
  40. 40. Nəm hava

    Sərbəst iş4

    Mövzuya nəm havanın əsas parametrləri və I-d diaqramı aiddir. Mütləq və nisbi rütubət, rütubət saxlanması, şeh nöqtəsi, entalpiya və nəm havanın proseslərinin I-d diaqramında təsviri araşdırılır.

    Mənbəyə keç: Nəm hava (yeni pəncərədə açılır)
  41. 41. Daxili yanma mühərriklərinin termodinamik tsikilləri

    Sərbəst iş5

    Mövzuya Otto, Dizel və Trinkler tsikilləri ilə işləyən daxili yanma mühərriklərinin termodinamik tsikilləri aiddir. Tsikllərin diaqramları, termiki FİƏ və müqayisəsi araşdırılır.

    Mənbəyə keç: Daxili yanma mühərriklərinin termodinamik tsikilləri (yeni pəncərədə açılır)
  42. 42. Qaz turbin qurğularının termodinamik tsikilləri

    Sərbəst iş6

    Mövzuya istiliyi sabit həcmdə və sabit təzyiqdə verilən qaz turbin qurğularının termodinamik tsikilləri aiddir. Tsikllərin diaqramları, parametrləri və regenerasiyanın təsiri araşdırılır.

    Mənbəyə keç: Qaz turbin qurğularının termodinamik tsikilləri (yeni pəncərədə açılır)
  43. 43. İstilikkeçirmə və əsas qanunu, diferensial tənliyi

    Sərbəst iş7

    Mövzuya istilikkeçirmə haqqında məlumat və Furye qanunu, istilikkeçirmənin diferensial tənliyi aiddir. Temperatur sahəsi, qradiyent, sərhəd və başlanğıc şərtləri araşdırılır.

    Mənbəyə keç: İstilikkeçirmə və əsas qanunu, diferensial tənliyi (yeni pəncərədə açılır)
  44. 44. Konvektiv istilik mübadiləsi

    Sərbəst iş8

    Mövzuya konvektiv istilik mübadiləsi haqqında məlumat, istilikvermədə Nyuton–Rixman qanunu aiddir. İstilikvermə əmsalına təsir edən amillər və oxşarlıq ədədləri araşdırılır.

    Mənbəyə keç: Konvektiv istilik mübadiləsi (yeni pəncərədə açılır)
  45. 45. Şüalanma istilik mübadiləsi

    Sərbəst iş9

    Mövzuya şüalanma ilə istilik mübadiləsi, şüalanma qanunları, boz cisimlər, qaralıq dərəcəsi və qazların şüalanması haqqında məlumat aiddir.

    Mənbəyə keç: Şüalanma istilik mübadiləsi (yeni pəncərədə açılır)
  46. 46. İstilikdəyişdirici aparatlar

    Sərbəst iş10

    Mövzuya istilikdəyişdirici aparatların növləri, konstruksiyaları, iş prinsipləri və sadə istilik hesabı aiddir.

    Mənbəyə keç: İstilikdəyişdirici aparatlar (yeni pəncərədə açılır)