Subject · Energy engineering
Texniki termodinamika və istilikötürməTopics
Topic plan
The subject's topics and the learning outcomes attached to each one.
1. Fənnin əsas məqsədi və vəzifələri. giriş
Lecture1Texniki termodinamikanın və istilikötürmənin predmeti, tədqiqat metodları, energetika mühəndisliyində rolu, termodinamik sistem və iş cismi anlayışları, fənnin əsas məqsəd və vəzifələri haqqında ümumi məlumat verilir.
Open resource: Fənnin əsas məqsədi və vəzifələri. giriş (opens in a new tab)2. Əsas hal parametrləri. i̇deal qazın hal tənlikləri
Lecture2Termodinamik sistemin əsas hal parametrləri (mütləq temperatur, təzyiq, xüsusi həcm), ölçü vahidləri, ideal qaz anlayışı, klapeyron və mendeleyev–klapeyron tənlikləri, universal və xüsusi qaz sabiti öyrənilir.
Open resource: Əsas hal parametrləri. i̇deal qazın hal tənlikləri (opens in a new tab)3. Qaz qarışığı və qanunları
Lecture3Qaz qarışığının tərkibinin kütlə, həcm və mol payları ilə verilməsi, dalton qanunu, parsial təzyiq, qarışığın molyar kütləsi və qaz sabiti, tərkib üsulları arasında əlaqə nəzərdən keçirilir.
Open resource: Qaz qarışığı və qanunları (opens in a new tab)4. Real qazların hal tənlikləri. termodinamik proseslər haqqında ümumi məlumat
Lecture4Real qazın ideal qazdan fərqi, van-der-vaals və digər hal tənlikləri, sıxılma əmsalı, tarazlıq və qeyri-tarazlıq, dönən və dönməyən proseslər, termodinamik prosesin diaqramda təsviri öyrənilir.
Open resource: Real qazların hal tənlikləri. termodinamik proseslər haqqında ümumi məlumat (opens in a new tab)5. Qazın işi. qazın daxili enerjisi. qazın istilik tutumu
Lecture5Genişlənmə işi, pv-diaqramında işin təsviri, qazın daxili enerjisi, istilik miqdarı, xüsusi kütlə, həcm və molyar istilik tutumları, sabit həcmdə və sabit təzyiqdə istilik tutumları, mayer tənliyi izah olunur.
Open resource: Qazın işi. qazın daxili enerjisi. qazın istilik tutumu (opens in a new tab)6. Əsas termodinamik proseslər. politropik proses
Lecture6İzoxorik, izobarik, izotermik və adiabatik proseslərin tənlikləri, iş və istilik miqdarının hesablanması, politropik prosesin tənliyi, politrop üstü və xüsusi hallar, proseslərin PV və TS diaqramlarında təsviri öyrənilir.
Open resource: Əsas termodinamik proseslər. politropik proses (opens in a new tab)7. Termodinamikanın i qanunu. qazın entalpiyası
Lecture7Enerjinin saxlanması qanunu, termodinamikanın i qanununun analitik ifadələri, açıq və qapalı sistemlər üçün enerji balansı, entalpiya anlayışı, texniki iş və onun hesablanması şərh olunur.
Open resource: Termodinamikanın i qanunu. qazın entalpiyası (opens in a new tab)8. Termodinamikanın ikinci qanunu. karno tsikilləri. entropiya. TS istilik diaqramı
Lecture8Termodinamikanın II qanununun ifadələri, dairəvi proseslər (tsikllər), istilik mühərriki və soyuducu tsikllərin səmərəliliyi, karno tsikli və karno teoremləri, entropiya anlayışı, TS diaqramında proseslərin və tsikllərin təsviri öyrənilir.
Open resource: Termodinamikanın ikinci qanunu. karno tsikilləri. entropiya. TS istilik diaqramı (opens in a new tab)9. Su buxarı və buxarlanma prosesini izah edən anlayışlar
Lecture9Buxarlanma və qaynama, doymuş və qızmış buxar, quruluq dərəcəsi, kritik nöqtə, suyun və buxarın əsas parametrləri, buxar əmələgəlmə prosesinin mərhələləri və gizli buxar əmələgəlmə istiliyi öyrənilir.
Open resource: Su buxarı və buxarlanma prosesini izah edən anlayışlar (opens in a new tab)10. Su buxarının pv, TS və IS diaqramları
Lecture10Su buxarının pv, TS və IS diaqramlarının qurulması, doymuş maye və doymuş buxar xətləri, kritik nöqtə, buxar cədvəllərindən istifadə, su buxarının əsas proseslərinin diaqramlarda təsviri nəzərdən keçirilir.
Open resource: Su buxarının pv, TS və IS diaqramları (opens in a new tab)11. Nəm hava. əsas anlayışlar. nəm havanın parametrləri. nəm havanın i-d diaqramı
Lecture11Nəm havanın tərkibi, mütləq və nisbi rütubət, rütubət saxlanması, nəm havanın entalpiyası, şeh nöqtəsi, yaş termometr temperaturu, i-d diaqramı və onun köməyi ilə nəm havanın proseslərinin təhlili öyrənilir.
Open resource: Nəm hava. əsas anlayışlar. nəm havanın parametrləri. nəm havanın i-d diaqramı (opens in a new tab)12. Daxili yanma mühərriklərinin termodinamik tsikilləri
Lecture12Daxili yanma mühərriklərinin iş prinsipi, otto, dizel və trinkler tsikilləri, tsikllərin PV və TS diaqramları, sıxma dərəcəsi, tsikllərin termiki faydalı iş əmsalı və müqayisəsi izah olunur.
Open resource: Daxili yanma mühərriklərinin termodinamik tsikilləri (opens in a new tab)13. Qaz turbin qurğularının termodinamik tsikilləri
Lecture13Qaz turbin qurğularının quruluşu və iş prinsipi, istiliyin sabit həcmdə və sabit təzyiqdə verildiyi tsikllər, tsiklin diaqramları, təzyiqin artma dərəcəsi, regenerasiyanın tətbiqi və faydalı iş əmsalı öyrənilir.
Open resource: Qaz turbin qurğularının termodinamik tsikilləri (opens in a new tab)14. İstilikkeçirmə. temperatur sahəsi. temperatur qradiyenti. furye qanunu
Lecture14İstilik ötürülməsinin əsas növləri, temperatur sahəsi, izotermik səth, temperatur qradiyenti, istilik axını və onun sıxlığı, furye qanunu, istilikkeçirmə əmsalı və onun materialdan asılılığı nəzərdən keçirilir.
Open resource: İstilikkeçirmə. temperatur sahəsi. temperatur qradiyenti. furye qanunu (opens in a new tab)15. Müstəvi divarın istilikkeçirməsi
Lecture15Birqatlı və çoxqatlı müstəvi divarın stasionar istilikkeçirməsi, temperaturun divar qalınlığı boyu paylanması, i və III növ sərhəd şərtləri, istilikkeçirmə və istilik müqaviməti, istilikötürmə əmsalı öyrənilir.
Open resource: Müstəvi divarın istilikkeçirməsi (opens in a new tab)16. Silindrik və sferik divarların istilikkeçirməsi
Lecture16Silindrik və sferik divarın stasionar istilikkeçirməsi, temperatur paylanması, xətti istilik axını sıxlığı, çoxqatlı borunun istilikkeçirməsi, istilik izolyasiyasının kritik diametri izah olunur.
Open resource: Silindrik və sferik divarların istilikkeçirməsi (opens in a new tab)17. Daxilində istilik mənbəyi olan müstəvi və silindrik cismin istilikkeçirməsi
Lecture17Daxili istilik mənbəyinə malik müstəvi divar və silindrin (tel, çubuq) stasionar temperatur sahəsi, maksimal temperatur, istilik axınının paylanması, sərhəd şərtləri nəzərdən keçirilir.
Open resource: Daxilində istilik mənbəyi olan müstəvi və silindrik cismin istilikkeçirməsi (opens in a new tab)18. Konvektiv istilik mübadiləsi
Lecture18Konvektiv istilik mübadiləsinin mahiyyəti, təbii və məcburi konveksiya, nyuton–rixman qanunu, istilikvermə əmsalı və ona təsir edən amillər, hidrodinamik və istilik sərhəd layı, oxşarlıq nəzəriyyəsi, nusselt, reynolds, prandtl və qrasqof ədədləri öyrənilir.
Open resource: Konvektiv istilik mübadiləsi (opens in a new tab)19. Şüalanma istilik mübadiləsi. şüalanma qanunları
Seminarİstilik şüalanmasının fiziki mahiyyəti, udma, əks etdirmə və buraxma əmsalları, plank, vin və stefan–bolsman qanunları, kirxhof qanunu, cisimlərin şüalanma qabiliyyəti nəzərdən keçirilir.
20. Boz cisimlər. qaralıq dərəcəsi. qazların şüalanması. şüaudma qanunu
Lecture20Mütləq qara, ağ və boz cisimlər, cismin qaralıq dərəcəsi, cisimlər arasında şüalanma ilə istilik mübadiləsi, ekranların tətbiqi, qazların şüalanma və udma xüsusiyyətləri, buger (şüaudma) qanunu öyrənilir.
Open resource: Boz cisimlər. qaralıq dərəcəsi. qazların şüalanması. şüaudma qanunu (opens in a new tab)21. Müxtəlif formalı cisimlərin istilikötürməsi
Lecture21Müstəvi və silindrik divarların istilikötürməsi, qabırğalı səthlər, qabırğanın səmərəlilik əmsalı, istilikötürmənin intensivləşdirilməsi üsulları, qeyri-stasionar istilikkeçirmənin əsasları nəzərdən keçirilir.
Open resource: Müxtəlif formalı cisimlərin istilikötürməsi (opens in a new tab)22. İstilikdəyişdirici aparatlar
Lecture22İstilikdəyişdirici aparatların təyinatı və təsnifatı (rekuperativ, regenerativ və qarışdırıcı), konstruksiyaları, istilik daşıyıcılarının hərəkət sxemləri (düzaxın, əksaxın, çarpaz axın), orta temperatur təzyiqi anlayışı öyrənilir.
Open resource: İstilikdəyişdirici aparatlar (opens in a new tab)23. İstilikdəyişdirici aparatların hesabı
Lecture23İstilikdəyişdirici aparatların növləri haqqında məlumat, konstruktiv və yoxlama hesabı, istilik balansı tənliyi, istilik mübadiləsi səthinin sahəsinin təyini, istilik daşıyıcılarının sərfinin və son temperaturlarının hesablanması araşdırılır.
Open resource: İstilikdəyişdirici aparatların hesabı (opens in a new tab)24. Qaz qarışığının parametrlərinin hesablanması
Seminar1Qaz qarışığının tərkibinin kütlə, həcm və mol payları ilə verilməsi, qarışığın molyar kütləsi, qaz sabiti və parsial təzyiqlərinin hesablanması üzrə məsələlər həll edilir.
Open resource: Qaz qarışığının parametrlərinin hesablanması (opens in a new tab)25. Real qazların hal tənlikləri üzrə hesablamalar
Seminar2İdeal və real qaz üçün hal tənliklərinin tətbiqi, van-der-vaals tənliyi ilə təzyiqin və həcmin təyini, ideal qaz tənliyi ilə alınan nəticələrin müqayisəsi üzrə məsələlər həll edilir.
Open resource: Real qazların hal tənlikləri üzrə hesablamalar (opens in a new tab)26. Qazın işi, daxili enerjisi və istilik tutumunun hesablanması
Seminar3Qazın genişlənmə işinin, daxili enerjisinin dəyişməsinin və istilik miqdarının sabit və dəyişən istilik tutumu ilə hesablanması üzrə məsələlər həll edilir.
Open resource: Qazın işi, daxili enerjisi və istilik tutumunun hesablanması (opens in a new tab)27. Əsas termodinamik proseslərin və politropik prosesin hesabı
Seminar4İzoxorik, izobarik, izotermik, adiabatik və politropik proseslərdə parametrlərin dəyişməsi, iş və istilik miqdarının hesablanması, proseslərin PV və TS diaqramlarında qurulması məsələləri həll edilir.
Open resource: Əsas termodinamik proseslərin və politropik prosesin hesabı (opens in a new tab)28. Termodinamikanın i qanunu və entalpiya üzrə məsələlər
Seminar5Termodinamikanın i qanununun qapalı və açıq sistemlərə tətbiqi, entalpiyanın və texniki işin hesablanması, enerji balansının tərtibi məsələləri həll edilir.
Open resource: Termodinamikanın i qanunu və entalpiya üzrə məsələlər (opens in a new tab)29. Su buxarının parametrlərinin cədvəl və diaqramlar üzrə təyini
Seminar6Doymuş və qızmış su buxarının parametrlərinin buxar cədvəllərindən və IS diaqramından təyini, buxar proseslərində istilik və işin hesablanması məsələləri həll edilir.
Open resource: Su buxarının parametrlərinin cədvəl və diaqramlar üzrə təyini (opens in a new tab)30. Daxili yanma mühərriklərinin tsiklərinin hesabı
Seminar7Otto, dizel və trinkler tsikllərinin xarakterik nöqtələrində parametrlərin, verilən və atılan istiliyin, tsiklin işinin və termiki fi̇ə-nin hesablanması məsələləri həll edilir.
Open resource: Daxili yanma mühərriklərinin tsiklərinin hesabı (opens in a new tab)31. İstilikdəyişdirici aparatların hesabı
Seminar8İstilikdəyişdiricinin istilik balansı, orta temperatur təzyiqi və istilik mübadiləsi səthinin sahəsinin düzaxın və əksaxın sxemlər üçün hesablanması məsələləri həll edilir.
Open resource: İstilikdəyişdirici aparatların hesabı (opens in a new tab)32. Havanın kütlə istilik tutumunun təyini
Laboratory1Sabit təzyiqdə axan havanın kütlə istilik tutumunun təcrübi təyini, ölçmə cihazları, ölçmə nəticələrinin işlənməsi və xətanın qiymətləndirilməsi öyrənilir.
Open resource: Havanın kütlə istilik tutumunun təyini (opens in a new tab)33. Su buxarının xassələrinin tədqiqi
Laboratory2Doymuş buxarın təzyiqi ilə temperaturu arasındakı asılılığın təcrübi tədqiqi, buxarlanma prosesinin müşahidəsi və alınan nəticələrin buxar cədvəlləri ilə müqayisəsi öyrənilir.
Open resource: Su buxarının xassələrinin tədqiqi (opens in a new tab)34. Müstəvi divarın istilikkeçirmə əmsalının təyini
Laboratory3Stasionar rejimdə materialın istilikkeçirmə əmsalının təcrübi təyini, temperaturların ölçülməsi, istilik axınının hesablanması və nəticələrin təhlili öyrənilir.
Open resource: Müstəvi divarın istilikkeçirmə əmsalının təyini (opens in a new tab)35. Üfüqi borunun istilikvermə əmsalının təyini
Laboratory4Təbii konveksiya şəraitində üfüqi borunun səthindən havaya istilikvermə əmsalının təcrübi təyini, nusselt və reyli (qrasqof–prandtl) ədədlərinin hesablanması öyrənilir.
Open resource: Üfüqi borunun istilikvermə əmsalının təyini (opens in a new tab)36. İstilikdəyişdirici aparatın tədqiqi
Laboratory5Boru-boru tipli istilikdəyişdiricidə düzaxın və əksaxın sxemlər üzrə temperaturların ölçülməsi, istilik balansının tərtibi, istilikötürmə əmsalının və orta temperatur təzyiqinin hesablanması öyrənilir.
Open resource: İstilikdəyişdirici aparatın tədqiqi (opens in a new tab)37. Əsas hal parametrləri
Independent work1Mövzuya əsas termodinamik parametrlər (mütləq temperatur, təzyiq, həcm) haqqında məlumatlar aiddir. hal parametrlərinin ölçü vahidləri, onların çevrilməsi və ideal qazın hal tənliyi ilə əlaqəsi araşdırılır.
Open resource: Əsas hal parametrləri (opens in a new tab)38. Termodinamik proseslər
Independent work2Mövzuya əsas termodinamik proseslər (izoxorik, izobarik, izotermik, adiabatik) və politropik proses aiddir. proseslərin tənlikləri, iş və istilik miqdarı, diaqramlarda təsviri araşdırılır.
Open resource: Termodinamik proseslər (opens in a new tab)39. Su buxarı
Independent work3Mövzuya su buxarının əsas parametrləri və diaqramları aiddir. buxar əmələgəlmə prosesi, pv, TS və IS diaqramları, buxar cədvəllərindən istifadə araşdırılır.
Open resource: Su buxarı (opens in a new tab)40. Nəm hava
Independent work4Mövzuya nəm havanın əsas parametrləri və i-d diaqramı aiddir. mütləq və nisbi rütubət, rütubət saxlanması, şeh nöqtəsi, entalpiya və nəm havanın proseslərinin i-d diaqramında təsviri araşdırılır.
Open resource: Nəm hava (opens in a new tab)41. Daxili yanma mühərriklərinin termodinamik tsikilləri
Independent work5Mövzuya otto, dizel və trinkler tsikilləri ilə işləyən daxili yanma mühərriklərinin termodinamik tsikilləri aiddir. tsikllərin diaqramları, termiki fi̇ə və müqayisəsi araşdırılır.
Open resource: Daxili yanma mühərriklərinin termodinamik tsikilləri (opens in a new tab)42. Qaz turbin qurğularının termodinamik tsikilləri
Independent work6Mövzuya istiliyi sabit həcmdə və sabit təzyiqdə verilən qaz turbin qurğularının termodinamik tsikilləri aiddir. tsikllərin diaqramları, parametrləri və regenerasiyanın təsiri araşdırılır.
Open resource: Qaz turbin qurğularının termodinamik tsikilləri (opens in a new tab)43. İstilikkeçirmə və əsas qanunu, diferensial tənliyi
Independent work7Mövzuya istilikkeçirmə haqqında məlumat və furye qanunu, istilikkeçirmənin diferensial tənliyi aiddir. temperatur sahəsi, qradiyent, sərhəd və başlanğıc şərtləri araşdırılır.
Open resource: İstilikkeçirmə və əsas qanunu, diferensial tənliyi (opens in a new tab)44. Konvektiv istilik mübadiləsi
Independent work8Mövzuya konvektiv istilik mübadiləsi haqqında məlumat, istilikvermədə nyuton–rixman qanunu aiddir. i̇stilikvermə əmsalına təsir edən amillər və oxşarlıq ədədləri araşdırılır.
Open resource: Konvektiv istilik mübadiləsi (opens in a new tab)45. Şüalanma istilik mübadiləsi
Independent work9Mövzuya şüalanma ilə istilik mübadiləsi, şüalanma qanunları, boz cisimlər, qaralıq dərəcəsi və qazların şüalanması haqqında məlumat aiddir.
Open resource: Şüalanma istilik mübadiləsi (opens in a new tab)46. İstilikdəyişdirici aparatlar
Independent work10Mövzuya istilikdəyişdirici aparatların növləri, konstruksiyaları, iş prinsipləri və sadə istilik hesabı aiddir.
Open resource: İstilikdəyişdirici aparatlar (opens in a new tab)