General information
- Subject code
- İF-2329y
- Credits
- 7
- Student workload
- 210
- Semester
- Spring semester
- Academic year
- 2025-2026
- Subject type
- Mandatory
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a) 45 saat-mühazirə b) 15 saat-məşğələ c) 15 saat-laboratoriya işi
- Out-of-class hours
- a) 65 saat- sərbəst iş b) 70 saat-məsləhət saatı
About the subject
“texniki termodinamika və istilikötürmə” fənninin məqsədi 050608 – “energetika mühəndisliyi” ixtisası üzrə təhsilalanlarda əsas hal parametrləri və termodinamik proseslər, termodinamikanın qanunları haqqında dolğun təəssürat yaratmaq, istilik mühərriklərinin və qurğularının tsikllərini, stasionar və qeyri-stasionar rejimdə istilikkeçirmə, konvektiv və şüalanma ilə istilik mübadiləsi, istilikötürmə və istilikdəyişdirici aparatlar haqqında ilkin biliklər formalaşdırmaq, eyni zamanda mühəndis təcrübəsinin müxtəlif sahələrində istifadə yollarını mənimsətməkdən ibarətdir.
Teaching methods
- lecture
- laboratory work
- seminar
- presentations
- teamwork
- interactive discussion
Course learning outcomes (CLO)
CLO 1: Ftn1: texniki termodinamikanın əsas anlayışlarını, hal parametrlərini və ideal qazın hal tənliklərini izah edir;
CLO 2: Ftn2: i̇deal və real qazların, qaz qarışıqlarının parametrlərini və istilik tutumlarını hesablayır;
CLO 3: Ftn3: termodinamikanın i və II qanunlarını əsas termodinamik proseslərə tətbiq edir;
CLO 4: Ftn4: su buxarı və nəm havanın parametrlərini cədvəl və diaqramlar (pv, ts, is, i-d) əsasında təyin edir;
CLO 5: Ftn5: daxili yanma mühərriklərinin və qaz turbin qurğularının termodinamik tsikllərini təhlil edir;
CLO 6: Ftn6: i̇stilikkeçirmənin əsas qanunlarını müxtəlif formalı cisimlərdə stasionar rejimdə tətbiq edir;
CLO 7: Ftn7: konvektiv və şüalanma ilə istilik mübadiləsini təhlil edir, istilikvermə əmsalını və istilik axınını hesablayır;
CLO 8: Ftn8: i̇stilikdəyişdirici aparatların növlərini fərqləndirir və onların sadə istilik hesabını aparır.
Topic plan
- 1.Fənnin əsas məqsədi və vəzifələri. girişLecture
Texniki termodinamikanın və istilikötürmənin predmeti, tədqiqat metodları, energetika mühəndisliyində rolu, termodinamik sistem və iş cismi anlayışları, fənnin əsas məqsəd və vəzifələri haqqında ümumi məlumat verilir.
- 2.Əsas hal parametrləri. i̇deal qazın hal tənlikləriLecture
Termodinamik sistemin əsas hal parametrləri (mütləq temperatur, təzyiq, xüsusi həcm), ölçü vahidləri, ideal qaz anlayışı, klapeyron və mendeleyev–klapeyron tənlikləri, universal və xüsusi qaz sabiti öyrənilir.
- 3.Qaz qarışığı və qanunlarıLecture
Qaz qarışığının tərkibinin kütlə, həcm və mol payları ilə verilməsi, dalton qanunu, parsial təzyiq, qarışığın molyar kütləsi və qaz sabiti, tərkib üsulları arasında əlaqə nəzərdən keçirilir.
- 4.Real qazların hal tənlikləri. termodinamik proseslər haqqında ümumi məlumatLecture
Real qazın ideal qazdan fərqi, van-der-vaals və digər hal tənlikləri, sıxılma əmsalı, tarazlıq və qeyri-tarazlıq, dönən və dönməyən proseslər, termodinamik prosesin diaqramda təsviri öyrənilir.
- 5.Qazın işi. qazın daxili enerjisi. qazın istilik tutumuLecture
Genişlənmə işi, pv-diaqramında işin təsviri, qazın daxili enerjisi, istilik miqdarı, xüsusi kütlə, həcm və molyar istilik tutumları, sabit həcmdə və sabit təzyiqdə istilik tutumları, mayer tənliyi izah olunur.
- 6.Əsas termodinamik proseslər. politropik prosesLecture
İzoxorik, izobarik, izotermik və adiabatik proseslərin tənlikləri, iş və istilik miqdarının hesablanması, politropik prosesin tənliyi, politrop üstü və xüsusi hallar, proseslərin PV və TS diaqramlarında təsviri öyrənilir.
- 7.Termodinamikanın i qanunu. qazın entalpiyasıLecture
Enerjinin saxlanması qanunu, termodinamikanın i qanununun analitik ifadələri, açıq və qapalı sistemlər üçün enerji balansı, entalpiya anlayışı, texniki iş və onun hesablanması şərh olunur.
- 8.Termodinamikanın ikinci qanunu. karno tsikilləri. entropiya. TS istilik diaqramıLecture
Termodinamikanın II qanununun ifadələri, dairəvi proseslər (tsikllər), istilik mühərriki və soyuducu tsikllərin səmərəliliyi, karno tsikli və karno teoremləri, entropiya anlayışı, TS diaqramında proseslərin və tsikllərin təsviri öyrənilir.
- 9.Su buxarı və buxarlanma prosesini izah edən anlayışlarLecture
Buxarlanma və qaynama, doymuş və qızmış buxar, quruluq dərəcəsi, kritik nöqtə, suyun və buxarın əsas parametrləri, buxar əmələgəlmə prosesinin mərhələləri və gizli buxar əmələgəlmə istiliyi öyrənilir.
- 10.Su buxarının pv, TS və IS diaqramlarıLecture
Su buxarının pv, TS və IS diaqramlarının qurulması, doymuş maye və doymuş buxar xətləri, kritik nöqtə, buxar cədvəllərindən istifadə, su buxarının əsas proseslərinin diaqramlarda təsviri nəzərdən keçirilir.
- 11.Nəm hava. əsas anlayışlar. nəm havanın parametrləri. nəm havanın i-d diaqramıLecture
Nəm havanın tərkibi, mütləq və nisbi rütubət, rütubət saxlanması, nəm havanın entalpiyası, şeh nöqtəsi, yaş termometr temperaturu, i-d diaqramı və onun köməyi ilə nəm havanın proseslərinin təhlili öyrənilir.
- 12.Daxili yanma mühərriklərinin termodinamik tsikilləriLecture
Daxili yanma mühərriklərinin iş prinsipi, otto, dizel və trinkler tsikilləri, tsikllərin PV və TS diaqramları, sıxma dərəcəsi, tsikllərin termiki faydalı iş əmsalı və müqayisəsi izah olunur.
- 13.Qaz turbin qurğularının termodinamik tsikilləriLecture
Qaz turbin qurğularının quruluşu və iş prinsipi, istiliyin sabit həcmdə və sabit təzyiqdə verildiyi tsikllər, tsiklin diaqramları, təzyiqin artma dərəcəsi, regenerasiyanın tətbiqi və faydalı iş əmsalı öyrənilir.
- 14.İstilikkeçirmə. temperatur sahəsi. temperatur qradiyenti. furye qanunuLecture
İstilik ötürülməsinin əsas növləri, temperatur sahəsi, izotermik səth, temperatur qradiyenti, istilik axını və onun sıxlığı, furye qanunu, istilikkeçirmə əmsalı və onun materialdan asılılığı nəzərdən keçirilir.
- 15.Müstəvi divarın istilikkeçirməsiLecture
Birqatlı və çoxqatlı müstəvi divarın stasionar istilikkeçirməsi, temperaturun divar qalınlığı boyu paylanması, i və III növ sərhəd şərtləri, istilikkeçirmə və istilik müqaviməti, istilikötürmə əmsalı öyrənilir.
- 16.Silindrik və sferik divarların istilikkeçirməsiLecture
Silindrik və sferik divarın stasionar istilikkeçirməsi, temperatur paylanması, xətti istilik axını sıxlığı, çoxqatlı borunun istilikkeçirməsi, istilik izolyasiyasının kritik diametri izah olunur.
- 17.Daxilində istilik mənbəyi olan müstəvi və silindrik cismin istilikkeçirməsiLecture
Daxili istilik mənbəyinə malik müstəvi divar və silindrin (tel, çubuq) stasionar temperatur sahəsi, maksimal temperatur, istilik axınının paylanması, sərhəd şərtləri nəzərdən keçirilir.
- 18.Konvektiv istilik mübadiləsiLecture
Konvektiv istilik mübadiləsinin mahiyyəti, təbii və məcburi konveksiya, nyuton–rixman qanunu, istilikvermə əmsalı və ona təsir edən amillər, hidrodinamik və istilik sərhəd layı, oxşarlıq nəzəriyyəsi, nusselt, reynolds, prandtl və qrasqof ədədləri öyrənilir.
- 19.Şüalanma istilik mübadiləsi. şüalanma qanunlarıSeminar
İstilik şüalanmasının fiziki mahiyyəti, udma, əks etdirmə və buraxma əmsalları, plank, vin və stefan–bolsman qanunları, kirxhof qanunu, cisimlərin şüalanma qabiliyyəti nəzərdən keçirilir.
- 20.Boz cisimlər. qaralıq dərəcəsi. qazların şüalanması. şüaudma qanunuLecture
Mütləq qara, ağ və boz cisimlər, cismin qaralıq dərəcəsi, cisimlər arasında şüalanma ilə istilik mübadiləsi, ekranların tətbiqi, qazların şüalanma və udma xüsusiyyətləri, buger (şüaudma) qanunu öyrənilir.
- 21.Müxtəlif formalı cisimlərin istilikötürməsiLecture
Müstəvi və silindrik divarların istilikötürməsi, qabırğalı səthlər, qabırğanın səmərəlilik əmsalı, istilikötürmənin intensivləşdirilməsi üsulları, qeyri-stasionar istilikkeçirmənin əsasları nəzərdən keçirilir.
- 22.İstilikdəyişdirici aparatlarLecture
İstilikdəyişdirici aparatların təyinatı və təsnifatı (rekuperativ, regenerativ və qarışdırıcı), konstruksiyaları, istilik daşıyıcılarının hərəkət sxemləri (düzaxın, əksaxın, çarpaz axın), orta temperatur təzyiqi anlayışı öyrənilir.
- 23.İstilikdəyişdirici aparatların hesabıLecture
İstilikdəyişdirici aparatların növləri haqqında məlumat, konstruktiv və yoxlama hesabı, istilik balansı tənliyi, istilik mübadiləsi səthinin sahəsinin təyini, istilik daşıyıcılarının sərfinin və son temperaturlarının hesablanması araşdırılır.
- 24.Qaz qarışığının parametrlərinin hesablanmasıSeminar
Qaz qarışığının tərkibinin kütlə, həcm və mol payları ilə verilməsi, qarışığın molyar kütləsi, qaz sabiti və parsial təzyiqlərinin hesablanması üzrə məsələlər həll edilir.
- 25.Real qazların hal tənlikləri üzrə hesablamalarSeminar
İdeal və real qaz üçün hal tənliklərinin tətbiqi, van-der-vaals tənliyi ilə təzyiqin və həcmin təyini, ideal qaz tənliyi ilə alınan nəticələrin müqayisəsi üzrə məsələlər həll edilir.
- 26.Qazın işi, daxili enerjisi və istilik tutumunun hesablanmasıSeminar
Qazın genişlənmə işinin, daxili enerjisinin dəyişməsinin və istilik miqdarının sabit və dəyişən istilik tutumu ilə hesablanması üzrə məsələlər həll edilir.
- 27.Əsas termodinamik proseslərin və politropik prosesin hesabıSeminar
İzoxorik, izobarik, izotermik, adiabatik və politropik proseslərdə parametrlərin dəyişməsi, iş və istilik miqdarının hesablanması, proseslərin PV və TS diaqramlarında qurulması məsələləri həll edilir.
- 28.Termodinamikanın i qanunu və entalpiya üzrə məsələlərSeminar
Termodinamikanın i qanununun qapalı və açıq sistemlərə tətbiqi, entalpiyanın və texniki işin hesablanması, enerji balansının tərtibi məsələləri həll edilir.
- 29.Su buxarının parametrlərinin cədvəl və diaqramlar üzrə təyiniSeminar
Doymuş və qızmış su buxarının parametrlərinin buxar cədvəllərindən və IS diaqramından təyini, buxar proseslərində istilik və işin hesablanması məsələləri həll edilir.
- 30.Daxili yanma mühərriklərinin tsiklərinin hesabıSeminar
Otto, dizel və trinkler tsikllərinin xarakterik nöqtələrində parametrlərin, verilən və atılan istiliyin, tsiklin işinin və termiki fi̇ə-nin hesablanması məsələləri həll edilir.
- 31.İstilikdəyişdirici aparatların hesabıSeminar
İstilikdəyişdiricinin istilik balansı, orta temperatur təzyiqi və istilik mübadiləsi səthinin sahəsinin düzaxın və əksaxın sxemlər üçün hesablanması məsələləri həll edilir.
- 32.Havanın kütlə istilik tutumunun təyiniLaboratory
Sabit təzyiqdə axan havanın kütlə istilik tutumunun təcrübi təyini, ölçmə cihazları, ölçmə nəticələrinin işlənməsi və xətanın qiymətləndirilməsi öyrənilir.
- 33.Su buxarının xassələrinin tədqiqiLaboratory
Doymuş buxarın təzyiqi ilə temperaturu arasındakı asılılığın təcrübi tədqiqi, buxarlanma prosesinin müşahidəsi və alınan nəticələrin buxar cədvəlləri ilə müqayisəsi öyrənilir.
- 34.Müstəvi divarın istilikkeçirmə əmsalının təyiniLaboratory
Stasionar rejimdə materialın istilikkeçirmə əmsalının təcrübi təyini, temperaturların ölçülməsi, istilik axınının hesablanması və nəticələrin təhlili öyrənilir.
- 35.Üfüqi borunun istilikvermə əmsalının təyiniLaboratory
Təbii konveksiya şəraitində üfüqi borunun səthindən havaya istilikvermə əmsalının təcrübi təyini, nusselt və reyli (qrasqof–prandtl) ədədlərinin hesablanması öyrənilir.
- 36.İstilikdəyişdirici aparatın tədqiqiLaboratory
Boru-boru tipli istilikdəyişdiricidə düzaxın və əksaxın sxemlər üzrə temperaturların ölçülməsi, istilik balansının tərtibi, istilikötürmə əmsalının və orta temperatur təzyiqinin hesablanması öyrənilir.
- 37.Əsas hal parametrləriIndependent work
Mövzuya əsas termodinamik parametrlər (mütləq temperatur, təzyiq, həcm) haqqında məlumatlar aiddir. hal parametrlərinin ölçü vahidləri, onların çevrilməsi və ideal qazın hal tənliyi ilə əlaqəsi araşdırılır.
- 38.Termodinamik proseslərIndependent work
Mövzuya əsas termodinamik proseslər (izoxorik, izobarik, izotermik, adiabatik) və politropik proses aiddir. proseslərin tənlikləri, iş və istilik miqdarı, diaqramlarda təsviri araşdırılır.
- 39.Su buxarıIndependent work
Mövzuya su buxarının əsas parametrləri və diaqramları aiddir. buxar əmələgəlmə prosesi, pv, TS və IS diaqramları, buxar cədvəllərindən istifadə araşdırılır.
- 40.Nəm havaIndependent work
Mövzuya nəm havanın əsas parametrləri və i-d diaqramı aiddir. mütləq və nisbi rütubət, rütubət saxlanması, şeh nöqtəsi, entalpiya və nəm havanın proseslərinin i-d diaqramında təsviri araşdırılır.
- 41.Daxili yanma mühərriklərinin termodinamik tsikilləriIndependent work
Mövzuya otto, dizel və trinkler tsikilləri ilə işləyən daxili yanma mühərriklərinin termodinamik tsikilləri aiddir. tsikllərin diaqramları, termiki fi̇ə və müqayisəsi araşdırılır.
- 42.Qaz turbin qurğularının termodinamik tsikilləriIndependent work
Mövzuya istiliyi sabit həcmdə və sabit təzyiqdə verilən qaz turbin qurğularının termodinamik tsikilləri aiddir. tsikllərin diaqramları, parametrləri və regenerasiyanın təsiri araşdırılır.
- 43.İstilikkeçirmə və əsas qanunu, diferensial tənliyiIndependent work
Mövzuya istilikkeçirmə haqqında məlumat və furye qanunu, istilikkeçirmənin diferensial tənliyi aiddir. temperatur sahəsi, qradiyent, sərhəd və başlanğıc şərtləri araşdırılır.
- 44.Konvektiv istilik mübadiləsiIndependent work
Mövzuya konvektiv istilik mübadiləsi haqqında məlumat, istilikvermədə nyuton–rixman qanunu aiddir. i̇stilikvermə əmsalına təsir edən amillər və oxşarlıq ədədləri araşdırılır.
- 45.Şüalanma istilik mübadiləsiIndependent work
Mövzuya şüalanma ilə istilik mübadiləsi, şüalanma qanunları, boz cisimlər, qaralıq dərəcəsi və qazların şüalanması haqqında məlumat aiddir.
- 46.İstilikdəyişdirici aparatlarIndependent work
Mövzuya istilikdəyişdirici aparatların növləri, konstruksiyaları, iş prinsipləri və sadə istilik hesabı aiddir.
Reading list
- 1. y.m. naziyev “i̇stilik texnikası”. dərslik. bakı, təhsil, 2003. 370 səh.
- 2. m.m.bəşirov, n.d.nəbiyev “i̇stilik texnikası (xüsusi məsələlər həlli ilə)” dərs vəsaiti, bakı, 2022. 188 səh.
- 3. y.a bədəlov, y.m.naziyev “i̇stilikötürmə”. bakı, maarif, 1999. 450 səh.
- 4. y.m.naziyev, a.m. allahverdiyev “texniki termodinamika”. maarif, bakı, 1987. 204 səh.
- 5. ə.q.əhmədov, y.m. naziyev, v.h.həsənov. “i̇stilik texnikasından laboratoriya praktikumu”. bakı, 2004. 140 səh.
- 6. məmmədov y.m., hüseynzadə y.n., “ümumi istilik texnikası” bakı, maarif, 1974. 262 səh.
- 7. новиков и.и. «термодинамика». москва, 1984.
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-5 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |