Fənn · Energetika mühəndisliyi

Soyuducu maşınlar

İFS-2338y7 kreditYaz semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“Soyuducu maşınlar” fənni süni soyuq istehsalının termodinamik prinsiplərini, buxar-kompressorlu, absorbsiyalı və qaz soyuducu maşınlarının iş prinsiplərini, əsas avadanlıqlarının (kompressor, kondensator, buxarlandırıcı) hesabatını əhatə edir. Fəndə p-h diaqramında soyutma tsikllərinin qurulması, ekoloji təmiz xladagentlərin tətbiqi, soyutma əmsalının və maşınların enerji effektivliyinin yüksəldilməsi metodları tədris olunur.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN1: Soyuducu maşınların termodinamik əsaslarını və aşağı temperaturların alınmasının fiziki prinsiplərini izah edir;

  2. CLO 2: FTN2: Soyuducu agentlərin növlərini, xassələrini və seçilmə prinsiplərini şərh edir;

  3. CLO 3: FTN3: Buxar soyuducu maşınların sxem və tsikllərini təhlil edir və hesablayır;

  4. CLO 4: FTN4: Soyuducu maşın kompressorlarının və istilik mübadilə aparatlarının konstruksiyasını, iş prosesini və hesablanma qaydalarını izah edir;

  5. CLO 5: FTN5: Qaz, termoelektrik, buxar-ejektorlu və absorbsion soyuducu maşınların iş prinsipini və xarakteristikalarını təhlil edir.