Fənn · Energetika mühəndisliyi

Energetikada su hazırlığı texnologiyası və su təsərrüfatı

İFS-2353y6 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“Energetikada su hazırlığı texnologiyaları və su təsərrüfatı” fənninin əsas məqsədi Energetikada istifadə edilən su emalı texnologiyaları və su təchizatı sistemləri haqqında gələcək istilik energetika mühəndislərinə müvafiq bilik vermək, onlarda su emalı və təchizatı sistemlərinin hesablanması və istismarı sahəsində praktiki vərdişlər formalaşdırmaqdır.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN1: İstilik energetikasında suyun istifadə sahələrini və suyun keyfiyyətinə qoyulan tələbləri izah edir;

  2. CLO 2: FTN2: Suyun fiziki-kimyəvi xassələrini və keyfiyyət göstəricilərini (codluq, qələvilik, şəffaflıq, oksidləşmə, elektrik keçiriciliyi) təyin edir və qiymətləndirir;

  3. CLO 3: FTN3: Koaqulyasiya və süzmə üsulları ilə suyun ilkin emal proseslərini təhlil edir;

  4. CLO 4: FTN4: İon-mübadilə prosesinin fiziki-kimyəvi əsaslarını izah edir və ionitlərin texnoloji xarakteristikalarını qiymətləndirir;

  5. CLO 5: FTN5: Na-, H-, H-Na-kationlaşdırma, Na-Cl-ionlaşdırma və OH-anionlaşdırma texnologiyalarını müqayisə edir və seçir;

  6. CLO 6: FTN6: Membran və termiki üsullarla suyun emalı və duzsuzlaşdırılması texnologiyalarını izah edir;

  7. CLO 7: FTN7: Suyun həll olmuş aqressiv qazlardan təmizlənməsi texnologiyalarını təhlil edir;

  8. CLO 8: FTN8: İES-in su təchizatı sistemlərinin və soyuducu qurğuların seçilməsi və sadə hesablamalarını aparır.