Ümumi məlumat
- Fənn kodu
- İFS-2353y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat-mühazirə b) 15 saat-seminar c) 15 saat-laboratoriya işi
- Auditoriyadan kənar saatlar
- a) 60 saat-sərbəst iş b) 60 saat-məsləhət saatı
Fənn haqqında
“Energetikada su hazırlığı texnologiyaları və su təsərrüfatı” fənninin əsas məqsədi Energetikada istifadə edilən su emalı texnologiyaları və su təchizatı sistemləri haqqında gələcək istilik energetika mühəndislərinə müvafiq bilik vermək, onlarda su emalı və təchizatı sistemlərinin hesablanması və istismarı sahəsində praktiki vərdişlər formalaşdırmaqdır.
Tədris metodları
- mühazirə
- seminar
- laboratoriya işi
- təqdimatlar
- interaktiv müzakirə
- komanda işi
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN1: İstilik energetikasında suyun istifadə sahələrini və suyun keyfiyyətinə qoyulan tələbləri izah edir;
CLO 2: FTN2: Suyun fiziki-kimyəvi xassələrini və keyfiyyət göstəricilərini (codluq, qələvilik, şəffaflıq, oksidləşmə, elektrik keçiriciliyi) təyin edir və qiymətləndirir;
CLO 3: FTN3: Koaqulyasiya və süzmə üsulları ilə suyun ilkin emal proseslərini təhlil edir;
CLO 4: FTN4: İon-mübadilə prosesinin fiziki-kimyəvi əsaslarını izah edir və ionitlərin texnoloji xarakteristikalarını qiymətləndirir;
CLO 5: FTN5: Na-, H-, H-Na-kationlaşdırma, Na-Cl-ionlaşdırma və OH-anionlaşdırma texnologiyalarını müqayisə edir və seçir;
CLO 6: FTN6: Membran və termiki üsullarla suyun emalı və duzsuzlaşdırılması texnologiyalarını izah edir;
CLO 7: FTN7: Suyun həll olmuş aqressiv qazlardan təmizlənməsi texnologiyalarını təhlil edir;
CLO 8: FTN8: İES-in su təchizatı sistemlərinin və soyuducu qurğuların seçilməsi və sadə hesablamalarını aparır.
Mövzu planı
- 1.Giriş. Fənnin məzmunu və məqsədi. İES-də başlayıcı, əlavə və qidalandırıcı suların keyfiyyətinə qoyulan tələblər. Təbiət sularının qısa təsnifatıMühazirə
İstilik elektrik stansiyalarında (İES) suyun istifadə sahələri, başlayıcı, əlavə və qidalandırıcı suların keyfiyyətinə qoyulan tələblər, təbiət sularının təsnifatı və su hazırlığının energetikada rolu öyrənilir.
- 2.Su məhlullarının bəzi elektrolitik xassələri.Mühazirə
Su məhlullarının elektrolitik dissosiasiyası, güclü və zəif elektrolitlər, suda ion şəklində olan qatışıqların (kation və anionların) tərkibi və xarakteristikaları nəzərdən keçirilir.
- 3.Suda ion şəklində olan qatışıqların xarakteristikaları.Mühazirə
Su məhlullarının elektrolitik dissosiasiyası, güclü və zəif elektrolitlər, suda ion şəklində olan qatışıqların (kation və anionların) tərkibi və xarakteristikaları nəzərdən keçirilir.
- 4.Suyun keyfiyyət göstəriciləri. Suyun codluğu, qələviliyi, şəffaflığı, bioloji keyfiyyət göstəricisi, xüsusi elektrik keçiriciliyi, oksidləşməsi.Mühazirə
Suyun əsas keyfiyyət göstəriciləri – codluq, qələvilik, şəffaflıq, bioloji keyfiyyət göstəricisi, xüsusi elektrik keçiriciliyi və oksidləşmə – onların ölçü vahidləri və təyinetmə üsulları ilə birlikdə öyrənilir.
- 5.Suyun kolloid qatışıqlardan təmizlənməsi. Elektrokimyəvi koaqulyasiya.Mühazirə
Suyun kolloid və dispers qatışıqlardan təmizlənməsi, koaqulyasiya prosesinin mahiyyəti, koaqulyantlar, elektrokimyəvi koaqulyasiya və mexaniki süzgəclərdə suyun dərin şəffaflaşdırılması texnologiyaları öyrənilir.
- 6.Suyun mexaniki süzgəclərdə dərin şəffaflaşdırılması texnologiyalarıMühazirə
Suyun kolloid və dispers qatışıqlardan təmizlənməsi, koaqulyasiya prosesinin mahiyyəti, koaqulyantlar, elektrokimyəvi koaqulyasiya və mexaniki süzgəclərdə suyun dərin şəffaflaşdırılması texnologiyaları öyrənilir.
- 7.Suyun termiki duzsuzlaşdırma texnologiyası.Mühazirə
Suyun kolloid və dispers qatışıqlardan təmizlənməsi, koaqulyasiya prosesinin mahiyyəti, koaqulyantlar, elektrokimyəvi koaqulyasiya və mexaniki süzgəclərdə suyun dərin şəffaflaşdırılması texnologiyaları öyrənilir.
- 8.İon-mübadilə prosesinin fiziki-kimyəvi əsasları. İonitlərin texnoloji xarakteristikaları. Suyun Na-kationlaşdırma texnologiyasıMühazirə
İon-mübadilə prosesinin fiziki-kimyəvi əsasları, kationit və anionitlərin növləri, onların texnoloji xarakteristikaları (mübadilə tutumu, selektivlik və s.) və suyun Na-kationlaşdırma texnologiyası araşdırılır.
- 9.Suyun H-kationlaşdırma texnologiyası. H-Na-kationlaşdırma texnologiyası. Suyun Na-Cl-ionlaşdırma texnologiyası.Mühazirə
Suyun H-kationlaşdırma, H-Na-kationlaşdırma, Na-Cl-ionlaşdırma və OH-anionlaşdırma texnologiyaları, habelə membran texnologiyaları (əks-osmos, ultrasüzmə və s.) əsasında suyun emalı üsulları nəzərdən keçirilir.
- 10.Suyun OH-anionlaşdırma texnologiyası.Mühazirə
Suyun H-kationlaşdırma, H-Na-kationlaşdırma, Na-Cl-ionlaşdırma və OH-anionlaşdırma texnologiyaları, habelə membran texnologiyaları (əks-osmos, ultrasüzmə və s.) əsasında suyun emalı üsulları nəzərdən keçirilir.
- 11.Membran texnologiyalarının ümumi xarakteristikası. Membran proseslərinin təsnifatı və tədqiq sahələri. Əks osmos və ultrasüzülmə texnologiyaları. Membranlar, onların əsas xassələri və texnoloji göstəriciləri.Mühazirə
Suyun H-kationlaşdırma, H-Na-kationlaşdırma, Na-Cl-ionlaşdırma və OH-anionlaşdırma texnologiyaları, habelə membran texnologiyaları (əks-osmos, ultrasüzmə və s.) əsasında suyun emalı üsulları nəzərdən keçirilir.
- 12.Su təchizatı sistemlərinin xarakteristikası. Su sərfinin hesabı.Mühazirə
Su təchizatı sistemlərinin xarakteristikası, su sərfinin hesablanması, İES-də texniki su təchizatı sistemləri, düzaxınlı və dövrü su təchizatı sistemlərinin iş prinsipi və soyuducu qurğuların seçilməsi məsələləri öyrənilir.
- 13.İES-də texniki su təchizatı sistemləri. Düzaxınlı su təchizatı sistemi.Mühazirə
Su təchizatı sistemlərinin xarakteristikası, su sərfinin hesablanması, İES-də texniki su təchizatı sistemləri, düzaxınlı və dövrü su təchizatı sistemlərinin iş prinsipi və soyuducu qurğuların seçilməsi məsələləri öyrənilir.
- 14.Dövrü su təchizatı sistemiMühazirə
Su təchizatı sistemlərinin xarakteristikası, su sərfinin hesablanması, İES-də texniki su təchizatı sistemləri, düzaxınlı və dövrü su təchizatı sistemlərinin iş prinsipi və soyuducu qurğuların seçilməsi məsələləri öyrənilir.
- 15.Turbin və istehsalatdan qayıdan kondensatların təmizlənməsi texnologiyalarıMühazirə
Turbin kondensatının və istehsalatdan qayıdan kondensatların çirklənmə mənbələri, təmizlənmə sxemləri və kondensat təmizləyici qurğuların iş prinsipi araşdırılır.
- 16.Təbii suların tərkibi və keyfiyyət göstəriciləri Suyun fiziki-kimyəvi göstəriciləriMəşğələ
Su analizinin nəticələrinin işlənməsi və ion balansının yoxlanması.
- 17.Suyun mexaniki təmizlənməsi: koaqulyasiya, çökdürmə və süzülməMəşğələ
Koaqulyantın dozasının təyini, durulducu və mexaniki süzgəclərin hesabatı, süzgəc materiallarının seçilməsi.
- 18.Kationitləşmə texnologiyaları (Na-, H-, NH₄-kationitləşmə)Məşğələ
Suyun yumşaldılması sxemləri, kationit süzgəcinin texnoloji hesabatı, regenerasiya rejimi və duz sərfinin hesablanması.
- 19.Suyun kimyəvi duzsuzlaşdırılması: ionmübadilə sxemləri.Məşğələ
H-OH-ionitləşmə qurğuları, pilləli sxemlər, anionitlərin seçilməsi, regenerasiya və yuyuntu sularının həcminin təyini.
- 20.Membran texnologiyaları: ultrasüzgəc, tərs osmos və elektrodializ.Məşğələ
Membran qurğusunun məhsuldarlığı, seçiciliyi və geri alma əmsalının hesablanması, membranların çirklənməsi və yuyulması.
- 21.Termik duzsuzlaşdırma: buxarlandırıcılar və buxar çeviricilər.Məşğələ
Çoxpilləli buxarlandırıcı qurğuların istilik və maddə balansı, duzsuzlaşdırma çoxcəhətli sistemləri (MED, MSF), üfürmə həcminin hesabatı.
- 22.Qazsızlaşdırma və qida suyunun kimyəvi rejimi.Məşğələ
Termik deaeratorun hesabatı, oksigen və karbon qazının kənarlaşdırılması, hidrazin, ammonyak və fosfat rejimləri, korroziya və qaysaq əmələ gəlməsinin qarşısının alınması.
- 23.Enerji obyektlərinin su təsərrüfatı: dövriyyə sistemləri və çirkab suların emalı.Məşğələ
Soyuducu suyun dövr edən sistemləri (soyuducu qüllələr), su balansının tərtibi, stansiyanın çirkab sularının təmizlənməsi və təkrar istifadəsi, ekoloji tələblər.
- 24.Suyun xüsusi elektrik keçiriciliyinin və duzluluğunun təyini.Laboratoriya
Müxtəlif mənşəli su nümunələrinin konduktometr cihazı ilə xüsusi elektrik keçiriciliyi ölçülür, suyun ion tərkibi və ümumi duzluluğu qiymətləndirilir.
- 25.Suyun koaqulyasiya üsulu ilə təmizlənməsi.Laboratoriya
Koaqulyant (alüminium sulfat, dəmir sulfat) dozasının suyun şəffaflığına təsiri eksperimental öyrənilir, optimal doza və pH şəraiti müəyyən edilir.
- 26.Koaqulyantin optimal dozasının təyini.Laboratoriya
Koaqulyant (alüminium sulfat, dəmir sulfat) dozasının suyun şəffaflığına təsiri eksperimental öyrənilir, optimal doza və pH şəraiti müəyyən edilir.
- 27.Suyun Na-kationlaşdırma üsulu ilə yumşaldılmasıLaboratoriya
Kationit süzgəcindən keçirilən suyun ümumi codluğu təyin edilir, kationitin mübadilə tutumu və süzgəcin işçi dövrünün müddəti hesablanır.
- 28.Suyun codluğunun təyini.Laboratoriya
Kationit süzgəcindən keçirilən suyun ümumi codluğu təyin edilir, kationitin mübadilə tutumu və süzgəcin işçi dövrünün müddəti hesablanır.
- 29.İonit süzgəclərin konstruksiySərbəst iş
İon-mübadilə süzgəclərinin növləri, konstruksiya elementləri, yüklənmə, paylayıcı və yığıcı qurğuları, iş rejimləri və regenerasiya prinsipi araşdırılır.
- 30.Əks-osmos qurğularında yaranan çöküntülərin qarşısının alınma üsulları.Sərbəst iş
Əks-osmos membranlarında çöküntü və ərpin yaranma səbəbləri, onların qarşısının alınması üsulları, suyun ilkin təmizlənməsi və inhibitorlardan istifadə nəzərdən keçirilir.
- 31.Elektrodializ texnologiyası.Sərbəst iş
Elektrodializ prosesinin fiziki əsasları, ion-seçici membranlar, elektrodializ aparatlarının quruluşu və tətbiq sahələri öyrənilir.
- 32.Turbin və istehsalatdan qayıdan kondensatların təmizlənməsi texnologiyaları.Sərbəst iş
Turbin kondensatının və istehsalatdan qayıdan kondensatların çirklənmə mənbələri, təmizlənmə sxemləri və kondensat təmizləyici qurğuların iş prinsipi araşdırılır.
- 33.Suyun həll olmuş qazlardan təmizlənməsi texnologiyaları.Sərbəst iş
Suda həll olmuş aqressiv qazlar (oksigen, karbon qazı) və onların korroziyaya təsiri, termiki və kimyəvi deaerasiya üsulları və deaeratorların iş prinsipi nəzərdən keçirilir.
- 34.Suyun termiki duzsuzlaşdırma texnologiyası. Səthi buxarlandırıcılarda suyun duzsuzlaşdırılması.Sərbəst iş
Suyun termiki duzsuzlaşdırılması prosesinin əsasları, səthi buxarlandırıcıların quruluşu, iş rejimi və buxarlandırıcı qurğuların sxemləri öyrənilir.
- 35.Ani qaynayan buxarlandırıcılarda suyun duzsuzlaşdırılması.Sərbəst iş
Ani qaynayan (çoxpilləli) buxarlandırıcıların iş prinsipi, texnoloji sxemi, iş parametrləri və istilik-material balansı araşdırılır.
- 36.Dəniz suyunun şirinləşdirilməsi texnologiyaları.Sərbəst iş
Dəniz suyunun şirinləşdirilməsinin termiki və membran üsulları, onların tətbiq sahələri və energetikada istifadəsi nəzərdən keçirilir.
- 37.Şirinləşdirici qurğularda ərpin yaranması.Sərbəst iş
Şirinləşdirici qurğularda ərpin (karbonat, sulfat) yaranma mexanizmi, onun istilik mübadiləsinə təsiri və ərpinin qarşısının alınması və təmizlənməsi üsulları öyrənilir.
- 38.Dəniz suyunun dərin yumşaldılma texnologiyası.Sərbəst iş
Dəniz suyunun dərin yumşaldılması üsulları, çöküntü əmələ gətirən duzların kənarlaşdırılması və yumşaldılmış suyun şirinləşdirici qurğularda istifadəsi araşdırılır.
Ədəbiyyat
- 1. K.M. Abdullayev və başq. “İstilik energetikasında suhazırlığı texnologiyaları və təchizatı”. Bakı 2007;
- M.M. Ağamalıyev və başq. “Sənaye müəssisələrinin su təchizatı”. Bakı. 2002;
- 3. K.M. Abdullayev və başq. “İstilik energetikasında suyun fiziki-kimyəvi emalı”. Bakı. 1998;
- 4. M.M. Aqamalıyev və başq. “Sənaye müəssisələrinin su təchizatı”. Bakı. 2002;
- 5. Копылов А.С. и др. Водоподготовка в энергетике. М.: МЭИ. 2003;
- 6. Карелин Ф.Н. Обессоливание воды обратным осмосом. М.: Стройиздат. 1988.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-5 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |