Fənn · Energetika mühəndisliyi

Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması

İF-2331y7 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması” fənni elektrik enerjisinin stansiyalarda (İES, SES, AES, bərpa olunan mənbələr) istehsalı, yüksək gərginlikli hava və kabel xətləri vasitəsilə uzaq məsafələrə ötürülməsi və paylayıcı şəbəkələr (35/10/0.4 kV) üzrə son istehlakçılara çatdırılmasının mühəndislik əsaslarını əhatə edir. Fəndə elektrik şəbəkələrinin əvəz sxemləri, normal və qəza iş rejimləri, güc və gərginlik itkilərinin hesablanması, eləcə də şəbəkələrin etibarlılığının artırılması yolları tədris olunur.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Elektrik enerjisinin istehsalının əsas prinsiplərini, elektrik stansiyalarının növlərini, quruluşunu və texnoloji sxemlərini izah edir;

  2. CLO 2: FTN 2. İstilik, su, günəş, külək və geotermal elektrik stansiyalarının iş prinsiplərini, texnoloji xüsusiyyətlərini və enerji sistemində rolunu təhlil edir;

  3. CLO 3: FTN 3. Elektrik şəbəkə və sistemlərinin quruluşunu, onlara qoyulan tələbləri, nominal gərginlikləri və neytralın iş rejimlərini müəyyən edir;

  4. CLO 4: FTN 4. Elektrik şəbəkələrinin elementlərini, hava və kabel xətlərinin xüsusiyyətlərini, elektrik veriliş xətlərinin əvəz sxemlərini və əsas parametrlərini təhlil edir;

  5. CLO 5: FTN 5. Elektrik veriliş xətlərinin və transformatorların güc və enerji itkilərini, həmçinin şəbəkələrin texniki-iqtisadi göstəricilərini hesablayır və qiymətləndirir;

  6. CLO 6: FTN 6. Naqil və kabelləri iqtisadi cərəyan sıxlığına və buraxılabilən qızma şərtlərinə görə seçir, onların cərəyanla qızmasını və buraxılabilən cərəyanını müəyyən edir;

  7. CLO 7: TN 7. Elektrik şəbəkələrinin elektrik hesablarını aparır, gərginlik düşgüsünü və itkisini, magistral paylayıcı və sadə qapalı şəbəkələrin iş rejimlərini müəyyən edir;

  8. CLO 8: FTN 8. Elektrik veriliş xətlərinin yük rejimlərini, sabit cərəyan elektrik veriliş xətlərinin xüsusiyyətlərini və elektrik sistemlərinin müxtəlif iş rejimlərini təhlil edir;

  9. CLO 9: FTN 9. Elektrik enerjisinin keyfiyyət göstəricilərini, aktiv və reaktiv güclər balansını, tezlik və gərginliyin tənzimlənməsi prinsiplərini qiymətləndirir və mühafizə aparatlarının seçilməsini həyata keçirir.