Subject · Energy engineering
Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması
About this subject
Credits
7
Workload
210hours
Semester
Spring
Academic year
2025-2026
Description
“elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması” fənni elektrik enerjisinin stansiyalarda (i̇es, ses, aes, bərpa olunan mənbələr) istehsalı, yüksək gərginlikli hava və kabel xətləri vasitəsilə uzaq məsafələrə ötürülməsi və paylayıcı şəbəkələr (35/10/0.4 kv) üzrə son istehlakçılara çatdırılmasının mühəndislik əsaslarını əhatə edir. fəndə elektrik şəbəkələrinin əvəz sxemləri, normal və qəza iş rejimləri, güc və gərginlik itkilərinin hesablanması, eləcə də şəbəkələrin etibarlılığının artırılması yolları tədris olunur.
Course learning outcomes
CLO 1: Ftn 1. elektrik enerjisinin istehsalının əsas prinsiplərini, elektrik stansiyalarının növlərini, quruluşunu və texnoloji sxemlərini izah edir;
CLO 2: Ftn 2. i̇stilik, su, günəş, külək və geotermal elektrik stansiyalarının iş prinsiplərini, texnoloji xüsusiyyətlərini və enerji sistemində rolunu təhlil edir;
CLO 3: Ftn 3. elektrik şəbəkə və sistemlərinin quruluşunu, onlara qoyulan tələbləri, nominal gərginlikləri və neytralın iş rejimlərini müəyyən edir;
CLO 4: Ftn 4. elektrik şəbəkələrinin elementlərini, hava və kabel xətlərinin xüsusiyyətlərini, elektrik veriliş xətlərinin əvəz sxemlərini və əsas parametrlərini təhlil edir;
CLO 5: Ftn 5. elektrik veriliş xətlərinin və transformatorların güc və enerji itkilərini, həmçinin şəbəkələrin texniki-iqtisadi göstəricilərini hesablayır və qiymətləndirir;
CLO 6: Ftn 6. naqil və kabelləri iqtisadi cərəyan sıxlığına və buraxılabilən qızma şərtlərinə görə seçir, onların cərəyanla qızmasını və buraxılabilən cərəyanını müəyyən edir;
CLO 7: Tn 7. elektrik şəbəkələrinin elektrik hesablarını aparır, gərginlik düşgüsünü və itkisini, magistral paylayıcı və sadə qapalı şəbəkələrin iş rejimlərini müəyyən edir;
CLO 8: Ftn 8. elektrik veriliş xətlərinin yük rejimlərini, sabit cərəyan elektrik veriliş xətlərinin xüsusiyyətlərini və elektrik sistemlərinin müxtəlif iş rejimlərini təhlil edir;
CLO 9: Ftn 9. elektrik enerjisinin keyfiyyət göstəricilərini, aktiv və reaktiv güclər balansını, tezlik və gərginliyin tənzimlənməsi prinsiplərini qiymətləndirir və mühafizə aparatlarının seçilməsini həyata keçirir.