Fənn · Energetika mühəndisliyi

Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasıCLO↔PLO matrisi

İF-2331y7 kreditYaz semestriMəcburi2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

9 CLO × 6 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6
CLO 1CLO-59280FTN 1. Elektrik enerjisinin istehsalının əsas prinsiplərini, elektrik stansiyalarının növlərini, quruluşunu və texnoloji sxemlərini izah edir;uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 2CLO-16670FTN 2. İstilik, su, günəş, külək və geotermal elektrik stansiyalarının iş prinsiplərini, texnoloji xüsusiyyətlərini və enerji sistemində rolunu təhlil edir;uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 3CLO-98527FTN 3. Elektrik şəbəkə və sistemlərinin quruluşunu, onlara qoyulan tələbləri, nominal gərginlikləri və neytralın iş rejimlərini müəyyən edir;uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 4CLO-95402FTN 4. Elektrik şəbəkələrinin elementlərini, hava və kabel xətlərinin xüsusiyyətlərini, elektrik veriliş xətlərinin əvəz sxemlərini və əsas parametrlərini təhlil edir;uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 5CLO-37404FTN 5. Elektrik veriliş xətlərinin və transformatorların güc və enerji itkilərini, həmçinin şəbəkələrin texniki-iqtisadi göstəricilərini hesablayır və qiymətləndirir;uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 6CLO-89011FTN 6. Naqil və kabelləri iqtisadi cərəyan sıxlığına və buraxılabilən qızma şərtlərinə görə seçir, onların cərəyanla qızmasını və buraxılabilən cərəyanını müəyyən edir;uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 7CLO-59782TN 7. Elektrik şəbəkələrinin elektrik hesablarını aparır, gərginlik düşgüsünü və itkisini, magistral paylayıcı və sadə qapalı şəbəkələrin iş rejimlərini müəyyən edir;uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 8CLO-91842FTN 8. Elektrik veriliş xətlərinin yük rejimlərini, sabit cərəyan elektrik veriliş xətlərinin xüsusiyyətlərini və elektrik sistemlərinin müxtəlif iş rejimlərini təhlil edir;uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 9CLO-78316FTN 9. Elektrik enerjisinin keyfiyyət göstəricilərini, aktiv və reaktiv güclər balansını, tezlik və gərginliyin tənzimlənməsi prinsiplərini qiymətləndirir və mühafizə aparatlarının seçilməsini həyata keçirir.uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil

Proqram təlim məqsədləri

  1. PLO 1

    - Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını öyrənir. - Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunun təhlil və tədqiq edilməsi bacarıqlarına yiyələnir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolunu sistemli şəkildə təhlil etmək bacarığı əldə edir. - Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarına yiyələnir. İxtisas üzrə xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və İşgüzar yazı, şifahi və yazılı bacarıqlar əldə edilir.

    Bu fənndən töhfə yoxdur

  2. PLO 2

    - Çoxhədlilər və matrislər üzərində əməlləri yerinə yetirməyi, determinantın xassələri və hesablanması qaydalarını, Laplas teoreminin tətbiqini öyrənir. Xətti fəza və onun bazisi haqqında biliklərə yiyələnir. - Xətti cəbri tənliklər sistemi və onların həlli üsullarını, Kroneker-Kapelli teoremini öyrənir. Evklid fəzası və ortoqonallaşdırma üsulu haqqında biliyə malik olur. Xətti və bixətti çevirmələr haqqında biliklərə yiyələnir. Kvadratik formalar və onların təsnifatı haqqında biliyə malik olur. Müstəvidə və fəzada Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri haqqında biliyə malik olur.İki və üç məchullu xətti tənliklər sisteminin həllini öyrənir. Vektorlar cəbrinin elementlərini bilir. Koordinat çevirmələri, düz xəttin və müstəvinin tənlikləri haqqında biliklərə yiyələnir. Dairəvi konusun kəsiklərinin xassələrini öyrənir. İkitərtibli cəbri xətlər və səthlər haqqında biliyə malik olur. - Birtərtibli adi diferensial tənliklər və tənliklər sistemi, n-tərtibli adi diferensial tənliklərin həllərinin qurulması üsulları, bu tənliklər üçün Koşi və sərhəd məsələlərinin həllinin varlığı, yeganəliyi və dayanıqlığının araşdırılması haqqında biliyə malik olur. - Adi diferensial tənliklərin təbiətşünaslığın müxtəlif proseslərinin riyazi modelləşdirilməsinə tətbiq etmək bacarığı əldə edir. - Xüsusi törəməli diferensial tənliklərin təsnifatını, təbiətşünaslığın müxtəlif proseslərini ifadə edən riyazi fizika tənliklərinin çıxarılmasını öyrənir. - Riyazi fizika tənlikləri üçün Koşi və sərhəd məsələlərinin qoyuluşunu, sərhəd şərtlərinin növlərini və onların fiziki izahını bilir. - Riyazi fizika tənlikləri üçün Koşi və sərhəd məsələlərinin korrektliyinin araşdırılmasını öyrənir. - Hiperbolik və parabolik tipli tənliklər üçün Koşi məsələlərinin həlli üsulları, harmonik funksiyalar və potensiallar nəzəriyyəsinin elementləri haqqında biliklərə malik olur. Hadisələr və onlar üzərində əməlləri, ehtimalın müxtəlif təriflərini və onun hesablanma qaydalarını öyrənir. Tam ehtimal və Bayes düsturlarının tətbiqini, ardıcıl təkrar sınaqlar üçün Bernulli sxemini, Muavr-Laplas və Puasson teoremlərinin tətbiqlərini öyrənir. - Diskret və təsadüfi kəmiyyətlərin paylanma qanunları və onların ədədi xarakteristikalarıhaqqında biliklərə malik olur. - Böyük ədədlər qanunu və mərkəzi limit teoremlərinin əsas mahiyyəti haqqında biliklərə yiyələnir. - Riyazi stataistikanın əsas elementlərini, paylanmaparametrlərini seçməyə görə statistik təyinini, normal paylanma ilə əlaqəli qanunları öyrənir. - Parametrlərin statistik qiymətləndirilməsi ve etibarlılıq intervalının qurulmasını, statistik hipotezlərin yoxlanılması üsullalarını öyrənir.

    Bu fənndən töhfə yoxdur

  3. PLO 3

    - Elektrik dövrələri, birnci və ikinci dərəcəli mənbələr, elekrik dövrələrinin xarakterizə edən parametrlər, nəzarət ölçü cihazları, elektrik enerjisi təlabatçıları, onların xüsusiyyətləri, kommutasya aparatları, xətti sabit cərəyan dvrələri və onların hesablanma yolları, təlabatçıların qoşulma formaları və xüsusiyyətləri, dəyişən cərəyan dövrələri, bu dövrələrdə baş verən rezonans hadisələri, üçfazalı dəyişən cərəyan dövrələri, Induktiv rabitəli dövrələr, toplu parametrli xətti elektrik dövrələrində keçid prosesləri, qeyri-sinusoidal dəyişən cərəyan dövrələri, maqnit dövrələri və s. haqqında biliklər əldə etməklə həmin dörələrin hesablanması və analizi üçün bacarıqlara yiyələnir.

    Bu fənndən töhfə yoxdur

  4. PLO 4

    - Enerji istehsalı mənbələrinin və yarımstansiyalarının, elektrik və istilik şəbəkələri və sistemlərinin, elektrik və istilik sisteminin mühafizəsi və avtomatlaşdırılmasının, sənaye müəssisələrinin, şəhərlərin və kəndlərin enerji təchizatının, ənənəvi və bərpa olunan enerji mənbələrinin, elektro-istilik izolyasiya boru və kabel texnikasının, elektro-istilk texnoloji qurğular, sistemlər və komplekslərin, texnoloji komplekslırin və proseslərin avtomatlaşdırılmasının layəhələndirilməsinin işlənməsi məsələlərini öyrənir.

    Bu fənndən töhfə yoxdur

  5. PLO 5

    - Enerji sisteminin avadanlıqlarının optimal iş rejimlərinin parametrlərinin təyin edilməsini öyrənir. - Elektrik və istilik avadanlıqlarının tərkibibin, onun parametrlərinin ve enerji obyektlərin sxemini təyin etmək bacarığına malik olur - Texnoloji prosesin verilmiş bütün parametrlərinə riayət olunması və istehsal olunan məhsulun keyfiyyətinin təmin edilməsi, həmçinində sistemin rejiminin idarə olunması prinsiplərini mənimsəyir. - Energetik qurğuların və sistemlərin texniki-iqtisadi və ekoloji təhlilinin aparılması bacarıqlarına yiyələnir.

    Bu fənndən töhfə yoxdur

  6. PLO 6

    - Energetika sisteminin elektrik və istilik təchizatı sistemlərinin rejimləri, onların idarə olunması, istismarı, tənzimləmə sistemləri, hesablama metod və üsulları haqqında biliklərə malik olur.

    Bu fənndən töhfə yoxdur