Fənn · Energetika mühəndisliyi

Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasıMövzu planı

İF-2331y7 kreditYaz semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

41 mövzu
  1. 1. 1. Giriş. Elektrik stansiyaları haqqında ümumi məlumat, növləri

    Mühazirə

    Elektrik enerjisinin istehsalında elektrik stansiyalarının rolu, əsas anlayışlar, elektrik stansiyalarının təyinatına və istifadə olunan enerji mənbələrinə görə növləri, onların quruluşu və iş prinsipləri haqqında ümumi məlumat verilir.

    Mənbəyə keç: 1. Giriş. Elektrik stansiyaları haqqında ümumi məlumat, növləri (yeni pəncərədə açılır)
  2. 2. 2. İstilik elektrik stansiyalarının texnoloji sxemi və iş prinsipi

    Mühazirə

    İstilik elektrik stansiyalarının əsas texnoloji quruluşu, yanacağın yandırılması və istilik enerjisinin elektrik enerjisinə çevrilməsi prosesi, əsas avadanlıqlar, onların qarşılıqlı əlaqəsi və texnoloji sxemin əsas mərhələləri haqqında məlumat verilir.

    Mənbəyə keç: 2. İstilik elektrik stansiyalarının texnoloji sxemi və iş prinsipi (yeni pəncərədə açılır)
  3. 3. 3. Su elektrik stansiyalarının texnoloji sxemi və növləri

    Mühazirə

    Su elektrik stansiyalarının əsas texnoloji quruluşu, su enerjisinin elektrik enerjisinə çevrilməsi prosesi, hidrotexniki qurğular və əsas avadanlıqlar, su elektrik stansiyalarının təzyiq və quruluş xüsusiyyətlərinə görə növləri haqqında məlumat verilir.

    Mənbəyə keç: 3. Su elektrik stansiyalarının texnoloji sxemi və növləri (yeni pəncərədə açılır)
  4. 4. 4. Günəş elektrik stansiyaları və onların növləri. Geotermal elektrik stansiyalarının texnoloji sxemləri

    Mühazirə

    Günəş enerjisinin elektrik enerjisinə çevrilməsi prinsipləri, günəş elektrik stansiyalarının əsas avadanlıqları və növləri, geotermal enerjinin elektrik enerjisinin istehsalında istifadəsi, geotermal elektrik stansiyalarının əsas texnoloji sxemləri və iş prinsipləri haqqında məlumat verilir.

    Mənbəyə keç: 4. Günəş elektrik stansiyaları və onların növləri. Geotermal elektrik stansiyalarının texnoloji sxemləri (yeni pəncərədə açılır)
  5. 5. 5. Külək elektrik stansiyalarının texnoloji sxemi

    Mühazirə

    Külək enerjisinin elektrik enerjisinə çevrilməsi prinsipi, külək elektrik stansiyalarının əsas texnoloji quruluşu, külək turbinləri, generatorlar və digər əsas avadanlıqlar, onların qarşılıqlı əlaqəsi və elektrik enerjisinin şəbəkəyə ötürülməsi prosesi haqqında məlumat verilir.

    Mənbəyə keç: 5. Külək elektrik stansiyalarının texnoloji sxemi (yeni pəncərədə açılır)
  6. 6. 6. Elektrik şəbəkə və sistemləri haqqında ümumi məlumat. Elektrik şəbəkələrinə olan tələblər

    Mühazirə

    Elektrik sistemləri və şəbəkələrinin təyinatı, quruluşu və əsas elementləri, elektrik enerjisinin istehsalçıdan istehlakçıya ötürülməsi və paylanması prosesi, elektrik şəbəkələrinin etibarlılıq, keyfiyyət, təhlükəsizlik, iqtisadi səmərəlilik və davamlılıq baxımından əsas tələbləri haqqında məlumat verilir.

    Mənbəyə keç: 6. Elektrik şəbəkə və sistemləri haqqında ümumi məlumat. Elektrik şəbəkələrinə olan tələblər (yeni pəncərədə açılır)
  7. 7. 7. Elektrik şəbəkələrinin nominal gərginlikləri və neytralın iş rejimləri

    Mühazirə

    Elektrik şəbəkələrində nominal gərginlik anlayışı, gərginlik səviyyələri və onların tətbiq sahələri, elektrik qurğularının nominal gərginliyə görə seçilməsi, neytralın iş rejimləri və onların elektrik şəbəkələrinin istismarı, təhlükəsizliyi və etibarlılığına təsiri haqqında məlumat verilir.

    Mənbəyə keç: 7. Elektrik şəbəkələrinin nominal gərginlikləri və neytralın iş rejimləri (yeni pəncərədə açılır)
  8. 8. 8. Elektrik şəbəkələrinin elementləri. Hava və kabel xətləri

    Mühazirə

    Elektrik şəbəkələrinin strukturunu təşkil edən əsas elementlərin təyinatı və funksional xüsusiyyətləri, hava və kabel elektrik veriliş xətlərinin konstruktiv quruluşu, keçiricilər, izolyatorlar, dayaqlar və kabel elementləri, onların texniki göstəriciləri, tətbiq sahələri və istismar xüsusiyyətləri nəzərdən keçirilir.

    Mənbəyə keç: 8. Elektrik şəbəkələrinin elementləri. Hava və kabel xətləri (yeni pəncərədə açılır)
  9. 9. 9. Elektrik veriliş xətlərinin əvəz sxemləri və parametrləri

    Mühazirə

    Elektrik veriliş xətlərinin əvəz sxemləri, aktiv və induktiv müqavimət, keçiricilik və tutum kimi əsas elektrik parametrləri, onların hesablanması və xəttin elektrik rejimlərinə təsiri izah edilir.

    Mənbəyə keç: 9. Elektrik veriliş xətlərinin əvəz sxemləri və parametrləri (yeni pəncərədə açılır)
  10. 10. 10. Elektrik veriliş xətlərinin texniki-iqtisadi hesablanması. EVX-lərində güc və enerji itkiləri

    Mühazirə

    Elektrik veriliş xətlərinin texniki-iqtisadi hesablanması, xəttin əsas texniki parametrlərinin seçilməsi, ötürülən gücdən asılı olaraq güc və enerji itkilərinin hesablanması, itkilərin yaranma səbəbləri və onların azaldılması üsulları izah edilir.

    Mənbəyə keç: 10. Elektrik veriliş xətlərinin texniki-iqtisadi hesablanması. EVX-lərində güc və enerji itkiləri (yeni pəncərədə açılır)
  11. 11. 11. Transformator-larda güc və enerji itkiləri

    Mühazirə

    Transformatorlarda yüksüz və yüklü rejimlərdə yaranan güc itkiləri, maqnit və elektrik itkilərinin mahiyyəti, enerji itkilərinin hesablanması və itkilərin transformatorun enerji səmərəliliyinə təsiri izah edilir.

    Mənbəyə keç: 11. Transformator-larda güc və enerji itkiləri (yeni pəncərədə açılır)
  12. 12. 12. Naqil və kabellərin iqtisadi cərəyan sıxlığına görə seçilməsi, iqtisadi-texniki müqayisə. Naqil və kabellərin buraxılabilən qızma şərtinə görə yoxlanması. Naqil və kabellərin cərəyan ilə qızması

    Mühazirə

    Naqil və kabellərin iqtisadi cərəyan sıxlığına əsasən seçilməsi, onların texniki və iqtisadi göstəricilərinin müqayisəsi, buraxılabilən qızma temperaturunun müəyyənləşdirilməsi və elektrik cərəyanının naqil və kabellərdə istilik yaranmasına təsiri izah edilir.

    Mənbəyə keç: 12. Naqil və kabellərin iqtisadi cərəyan sıxlığına görə seçilməsi, iqtisadi-texniki müqayisə. Naqil və kabellərin buraxılabilən qızma şərtinə görə yoxlanması. Naqil və kabellərin cərəyan ilə qızması (yeni pəncərədə açılır)
  13. 13. 13. Naqil və kabellərin qızmaya görə buraxılabilən cərəyanın təyin olunması

    Mühazirə

    Naqil və kabellərdə cərəyanın yaratdığı istilik, buraxılabilən temperatur həddi, istiliyin ətraf mühitə ötürülməsi, naqil və kabellərin qızmaya görə buraxılabilən cərəyan qiymətinin müəyyən edilməsi izah edilir.

    Mənbəyə keç: 13. Naqil və kabellərin qızmaya görə buraxılabilən cərəyanın təyin olunması (yeni pəncərədə açılır)
  14. 14. 14. Şəbəkənin mühafizə aparatlarının seçilməsi

    Mühazirə

    Elektrik şəbəkələrində mühafizə aparatlarının təyinatı, əsas növləri və iş prinsipləri, aparatların nominal cərəyan, gərginlik və açma qabiliyyətinə görə seçilməsi, həmçinin şəbəkənin qısaqapanma və artıq yüklənmədən mühafizəsinin əsas şərtləri izah edilir.

    Mənbəyə keç: 14. Şəbəkənin mühafizə aparatlarının seçilməsi (yeni pəncərədə açılır)
  15. 15. 15. Elektrik şəbəkələrinin elektrik hesabı. Elektrik şəbəkələrində gərginlik düşgüsü və itkisi

    Mühazirə

    Elektrik şəbəkələrinin elektrik hesabının əsas prinsipləri, şəbəkə elementlərində cərəyan, güc və gərginlik parametrlərinin müəyyənləşdirilməsi, elektrik şəbəkələrində gərginlik düşgüsü və gərginlik itkisinin yaranma səbəbləri və onların hesablanması izah edilir.

    Mənbəyə keç: 15. Elektrik şəbəkələrinin elektrik hesabı. Elektrik şəbəkələrində gərginlik düşgüsü və itkisi (yeni pəncərədə açılır)
  16. 16. 16. Magistral paylayıcı şəbəkələrin hesablanması

    Mühazirə

    Magistral paylayıcı şəbəkələrin hesablama sxemləri, elektrik yüklərinin və güc axınlarının paylanması, gərginlik düşgüsü və güc itkilərinin hesablanması araşdırılır.

    Mənbəyə keç: 16. Magistral paylayıcı şəbəkələrin hesablanması (yeni pəncərədə açılır)
  17. 17. 17. Sadə qapalı şəbəkələrin hesablanması

    Mühazirə

    Sadə qapalı elektrik şəbəkələrinin hesablama sxemləri, yük və güc axınlarının paylanması, gərginlik düşgüsü və güc itkilərinin hesablanması araşdırılır.

    Mənbəyə keç: 17. Sadə qapalı şəbəkələrin hesablanması (yeni pəncərədə açılır)
  18. 18. 18. Elektrik veriliş xətlərinin yük rejimlərinin hesablanması

    Mühazirə

    Elektrik veriliş xətlərinin yük rejimləri, güc axınlarının paylanması, cərəyan və gərginlik dəyişmələri, həmçinin aktiv və reaktiv güc itkilərinin hesablanması araşdırılır.

    Mənbəyə keç: 18. Elektrik veriliş xətlərinin yük rejimlərinin hesablanması (yeni pəncərədə açılır)
  19. 19. 19. Sabit cərəyan elektrik veriliş xətləri

    Mühazirə

    Sabit cərəyan elektrik veriliş xətlərinin quruluşu, iş prinsipi, əsas elektrik parametrləri və tətbiq sahələri, sabit cərəyanla elektrik enerjisinin uzaq məsafələrə ötürülməsinin xüsusiyyətləri araşdırılır.

    Mənbəyə keç: 19. Sabit cərəyan elektrik veriliş xətləri (yeni pəncərədə açılır)
  20. 20. 20. Elektrik sistemlərinin iş rejimləri. Elektrik enerjisinin keyfiyyət göstəriciləri

    Mühazirə

    Elektrik sistemlərinin normal, qəza və qəza sonrası iş rejimləri, gərginlik və tezlik dəyişmələri, elektrik enerjisinin keyfiyyət göstəriciləri və onların normativ tələblərə uyğunluğu araşdırılır.

    Mənbəyə keç: 20. Elektrik sistemlərinin iş rejimləri. Elektrik enerjisinin keyfiyyət göstəriciləri (yeni pəncərədə açılır)
  21. 21. 21. Aktiv və reaktiv güclər balansı, tezliyin və gərginliyin tənzim olunması

    Mühazirə

    Elektrik sistemlərində aktiv və reaktiv güclər balansı, tezliyin və gərginliyin dəyişmə səbəbləri, onların tənzimlənməsi prinsipləri və sistemin dayanıqlı işinin təmin edilməsi araşdırılır.

    Mənbəyə keç: 21. Aktiv və reaktiv güclər balansı, tezliyin və gərginliyin tənzim olunması (yeni pəncərədə açılır)
  22. 22. 22. Elektrik sistemində gərginliyin tənzim olunması

    Mühazirə

    Elektrik sistemində gərginliyin dəyişmə səbəbləri, gərginliyin tənzimlənməsi üsulları, transformatorların tənzimləyici qurğuları və reaktiv güc mənbələrinin gərginlik rejiminə təsiri araşdırılır.

    Mənbəyə keç: 22. Elektrik sistemində gərginliyin tənzim olunması (yeni pəncərədə açılır)
  23. 23. 23. Elektrik sistemində gərginliyin tənzim olunması

    Mühazirə

    Elektrik sistemində gərginliyin tənzimlənməsi üsulları, transformatorların tənzimləmə qurğuları və reaktiv gücün idarə olunması vasitəsilə gərginlik rejiminin formalaşdırılması araşdırılır.

    Mənbəyə keç: 23. Elektrik sistemində gərginliyin tənzim olunması (yeni pəncərədə açılır)
  24. 24. 1. Ənənəvi elektrik stansiyaları

    Məşğələ

    Ənənəvi elektrik stansiyalarının əsas növləri, texnoloji sxemləri və əsas avadanlıqları nəzəri və praktiki məsələlər əsasında araşdırılır. İstilik və su elektrik stansiyalarının texniki göstəriciləri müqayisə edilir.

    Mənbəyə keç: 1. Ənənəvi elektrik stansiyaları (yeni pəncərədə açılır)
  25. 25. 2. Qeyri-ənənəvi elektrik stansiyaları

    Məşğələ

    Qeyri-ənənəvi elektrik stansiyalarının əsas növləri, texnoloji sxemləri və iş prinsipləri nəzəri və praktiki məsələlər əsasında araşdırılır. Günəş, külək və geotermal elektrik stansiyalarının texniki göstəriciləri müqayisə edilir.

    Mənbəyə keç: 2. Qeyri-ənənəvi elektrik stansiyaları (yeni pəncərədə açılır)
  26. 26. 3. Hava və kabel xətləri

    Məşğələ

    Hava və kabel elektrik xətlərinin konstruktiv quruluşu, əsas texniki parametrləri və tətbiq xüsusiyyətləri nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Hava və kabel xətlərinin texniki göstəriciləri müqayisə edilir.

    Mənbəyə keç: 3. Hava və kabel xətləri (yeni pəncərədə açılır)
  27. 27. 4. Naqil və kabellərin seçilməsi

    Məşğələ

    Naqil və kabellərin seçilmə meyarları, iqtisadi cərəyan sıxlığı və buraxılabilən qızma şərtləri nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Müxtəlif iş rejimləri üçün naqil və kabel kəsiklərinin seçilməsi müqayisə edilir.

    Mənbəyə keç: 4. Naqil və kabellərin seçilməsi (yeni pəncərədə açılır)
  28. 28. 5. Magistral elektrik şəbəkələrinin hesablanması

    Məşğələ

    Magistral elektrik şəbəkələrinin hesablama sxemləri, yük və güc axınlarının paylanması, gərginlik düşgüsü və güc itkilərinin təyini nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Şəbəkənin əsas elektrik parametrləri hesablanır.

    Mənbəyə keç: 5. Magistral elektrik şəbəkələrinin hesablanması (yeni pəncərədə açılır)
  29. 29. 6. Sadə qapalı şəbəkələrin hesablanması

    Məşğələ

    Sadə qapalı elektrik şəbəkələrinin hesablama sxemləri, yük və güc axınlarının paylanması, gərginlik düşgüsü və güc itkilərinin təyini nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Şəbəkənin iş rejimi qiymətləndirilir.

    Mənbəyə keç: 6. Sadə qapalı şəbəkələrin hesablanması (yeni pəncərədə açılır)
  30. 30. 7. Elektrik veriliş xətlərinin elektrik hesabı

    Məşğələ

    Elektrik veriliş xətlərinin elektrik parametrləri, yük cərəyanları və güc axınları nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Xətlərdə gərginlik düşgüsü və güc itkiləri hesablanır.

    Mənbəyə keç: 7. Elektrik veriliş xətlərinin elektrik hesabı (yeni pəncərədə açılır)
  31. 31. 8. Elektrik sistemlərinin iş rejimləri

    Məşğələ

    Elektrik sistemlərinin normal, qəza və qəza sonrası iş rejimləri, rejim parametrlərinin dəyişməsi və sistemin dayanıqlılığının qiymətləndirilməsi nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Müxtəlif iş rejimlərində gərginlik, cərəyan və güc parametrləri müqayisə edilir.

    Mənbəyə keç: 8. Elektrik sistemlərinin iş rejimləri (yeni pəncərədə açılır)
  32. 32. 1. Mikro su elektrik stansiyalarının iş rejimlərinin tədqiqi

    Laboratoriya

    Mikro su elektrik stansiyalarının quruluşu və iş prinsipi, müxtəlif iş rejimlərində elektrik və energetik göstəricilərinin dəyişməsi nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Su sərfinin və yükün stansiyanın çıxış gücünə, gərginliyinə və faydalı iş əmsalına təsiri təhlil edilir..

    Mənbəyə keç: 1. Mikro su elektrik stansiyalarının iş rejimlərinin tədqiqi (yeni pəncərədə açılır)
  33. 33. 2. Külək elektrik stansiyalarının iş rejimlərinin tədqiqi

    Laboratoriya

    Külək elektrik stansiyalarının iş rejimləri, külək sürətinin dəyişməsinin generatorun çıxış gücünə və enerji istehsalına təsiri öyrənilir. Müxtəlif külək sürətlərində stansiyanın elektrik göstəricilərinin dəyişməsi nəzəri hesablamalar və kompüter simulyasiyası əsasında təhlil edilir.

    Mənbəyə keç: 2. Külək elektrik stansiyalarının iş rejimlərinin tədqiqi (yeni pəncərədə açılır)
  34. 34. 3. Yerli paylayıcı elektrik şəbəkəsinin iş rejimi

    Laboratoriya

    Yerli paylayıcı elektrik şəbəkəsinin quruluşu və iş rejimi, elektrik yüklərinin paylanması, gərginlik və cərəyanın dəyişməsi, şəbəkə elementlərində güc itkiləri öyrənilir. Müxtəlif yüklənmə hallarında şəbəkənin iş göstəriciləri nəzəri hesablama və kompüter modelləşdirilməsi əsasında təhlil edilir.

    Mənbəyə keç: 3. Yerli paylayıcı elektrik şəbəkəsinin iş rejimi (yeni pəncərədə açılır)
  35. 35. 4. Qapalı rayon elektrik şəbəkəsində enerji axınlarının paylanması

    Laboratoriya

    Qapalı rayon elektrik şəbəkəsində enerji axınlarının paylanması, şəbəkə qollarında aktiv və reaktiv güc axınlarının dəyişməsi və yük rejiminin təsiri öyrənilir. Enerji axınlarının paylanması nəzəri və hesablama məsələləri əsasında təhlil edilir.

    Mənbəyə keç: 4. Qapalı rayon elektrik şəbəkəsində enerji axınlarının paylanması (yeni pəncərədə açılır)
  36. 36. 5. Yüksək gərginlikli EVX-nin iş rejiminin öyrənilməsi

    Laboratoriya

    Yüksək gərginlikli elektrik veriliş xəttinin iş rejimi, yük cərəyanı, gərginlik və güc axınlarının dəyişməsi öyrənilir. Xəttin iş rejiminə yükün və xətt parametrlərinin təsiri nəzəri və hesablama məsələləri əsasında təhlil edilir..

    Mənbəyə keç: 5. Yüksək gərginlikli EVX-nin iş rejiminin öyrənilməsi (yeni pəncərədə açılır)
  37. 37. 1. İstilik elektrik stansiyaları, prinsipial sxemləri, növləri

    Sərbəst iş

    İstilik elektrik stansiyalarının quruluşu və iş prinsipi, prinsipial sxemləri, əsas növləri və texnoloji xüsusiyyətləri araşdırılır. Yanacağın istilik enerjisinin elektrik enerjisinə çevrilməsi prosesi təhlil edilir.

    Mənbəyə keç: 1. İstilik elektrik stansiyaları, prinsipial sxemləri, növləri (yeni pəncərədə açılır)
  38. 38. 1. Hibrid elektrik stansiyaları

    Sərbəst iş

    Hibrid elektrik stansiyalarının quruluşu və iş prinsipi, müxtəlif enerji mənbələrinin birgə istifadəsi, texnoloji sxemləri və enerji istehsalının idarə olunması xüsusiyyətləri araşdırılır.

    Mənbəyə keç: 1. Hibrid elektrik stansiyaları (yeni pəncərədə açılır)
  39. 39. 3. Yarımstansiyaların birləşmə sxemləri və avadanlıqları

    Sərbəst iş

    Yarımstansiyaların birləşmə sxemləri, əsas elektrik avadanlıqları və onların funksional təyinatı, kommutasiya və qoruma qurğularının qarşılıqlı əlaqəsi araşdırılır. Müxtəlif birləşmə sxemlərinin tətbiq xüsusiyyətləri təhlil edilir.

    Mənbəyə keç: 3. Yarımstansiyaların birləşmə sxemləri və avadanlıqları (yeni pəncərədə açılır)
  40. 40. 4. Elektrik sistemlərində qısaqapanma-lar

    Sərbəst iş

    Elektrik sistemlərində qısaqapanmaların yaranma səbəbləri və növləri, qəza cərəyanlarının xüsusiyyətləri, qısaqapanmaların elektrik şəbəkəsinin iş rejiminə təsiri və onların hesablanması üsulları araşdırılır.

    Mənbəyə keç: 4. Elektrik sistemlərində qısaqapanma-lar (yeni pəncərədə açılır)
  41. 41. 5. Uzun və sabit cərəyan elektrik veriliş xətlərinin hesablanması

    Sərbəst iş

    Uzun və sabit cərəyan elektrik veriliş xətlərinin hesablama sxemləri, elektrik parametrlərinin xüsusiyyətləri, enerji axınları, gərginlik dəyişmələri və güc itkilərinin hesablanması araşdırılır.

    Mənbəyə keç: 5. Uzun və sabit cərəyan elektrik veriliş xətlərinin hesablanması (yeni pəncərədə açılır)