Fənn · Energetika mühəndisliyi

Soyuducu maşınların avtomatlaşdırılması

İFS-2346y6 kreditPayız semestriSeçmə

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

—

Fənnin təsviri

“Soyuducu maşınların avtomatlaşdırılması” fənni soyuducu maşın və qurğularda texnoloji parametrlərin (temperatur, təzyiq, xladagent səviyyəsi) avtomatik tənzimlənməsi, kompressorların qəzalardan mühafizəsi və avtomatlaşdırılmış idarəetmə sistemlərinin qurulmasını əhatə edir. Fəndə pressostatlar, termostatlar, elektron tənzimləyici ventillər (EEV), solenoid klapanlar, mikrokontrollerli idarəetmə və avtomatik qrovəritmə (defrost) texnologiyaları tədris olunur.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN1: Soyuducu maşınlarda avtomatlaşdırmanın rolunu, avtomatik tənzimləyicilərin növlərini və xarakteristikalarını izah edir.

  2. CLO 2: FTN2: Soyuducu maşın və qurğularda tənzimlənmə üsullarını, o cümlədən kompressorların məhsuldarlığının tənzimlənmə üsullarını təhlil edir.

  3. CLO 3: FTN3: Kondensator və buxarlandırıcılarda, həmçinin yağın qaytarılması və havanın çıxarılması zamanı tənzimlənmə üsullarını şərh edir.

  4. CLO 4: FTN4: Soyuducu maşın və qurğularda avtomatik qoruma sistemlərini və kompressorun təhlükəli iş rejimlərindən qorunma üsullarını izah edir.

  5. CLO 5: FTN5: Avtomatik siqnalizasiya, nəzarət və tənzimləmə cihazlarının (rele, selenoid ventil, temperatur tənzimləyici ventil) quruluşunu və iş prinsipini şərh edir.