Fənn · Energetika mühəndisliyi

Soyuducu maşınların avtomatlaşdırılmasıSillabus

İFS-2346y6 kreditPayız semestriSeçmə

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-2346y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat-mühazirə b) 15 saat-məşğələ c) 15 saat-laboratoriya işi
Auditoriyadan kənar saatlar
a) 60 saat-sərbəst iş b) 60 saat-məsləhət saatı

Fənn haqqında

“Soyuducu maşınların avtomatlaşdırılması” fənni soyuducu maşın və qurğularda texnoloji parametrlərin (temperatur, təzyiq, xladagent səviyyəsi) avtomatik tənzimlənməsi, kompressorların qəzalardan mühafizəsi və avtomatlaşdırılmış idarəetmə sistemlərinin qurulmasını əhatə edir. Fəndə pressostatlar, termostatlar, elektron tənzimləyici ventillər (EEV), solenoid klapanlar, mikrokontrollerli idarəetmə və avtomatik qrovəritmə (defrost) texnologiyaları tədris olunur.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar
  • komanda işi
  • laboratoriya işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN1: Soyuducu maşınlarda avtomatlaşdırmanın rolunu, avtomatik tənzimləyicilərin növlərini və xarakteristikalarını izah edir.

  2. CLO 2: FTN2: Soyuducu maşın və qurğularda tənzimlənmə üsullarını, o cümlədən kompressorların məhsuldarlığının tənzimlənmə üsullarını təhlil edir.

  3. CLO 3: FTN3: Kondensator və buxarlandırıcılarda, həmçinin yağın qaytarılması və havanın çıxarılması zamanı tənzimlənmə üsullarını şərh edir.

  4. CLO 4: FTN4: Soyuducu maşın və qurğularda avtomatik qoruma sistemlərini və kompressorun təhlükəli iş rejimlərindən qorunma üsullarını izah edir.

  5. CLO 5: FTN5: Avtomatik siqnalizasiya, nəzarət və tənzimləmə cihazlarının (rele, selenoid ventil, temperatur tənzimləyici ventil) quruluşunu və iş prinsipini şərh edir.

Mövzu planı

  1. 1.
    Giriş. Soyuducu maşınlarda avtomatlaşdırmanın rolu. Avtomatlaşdırma sistemləri.Mühazirə

    Soyuducu maşınlarda avtomatlaşdırmanın rolu və əhəmiyyəti öyrənilir. Avtomatlaşdırma sistemlərinin əsas növləri və tətbiq sahələri izah edilir.

  2. 2.
    Avtomatik tənzimləyicilər. Onların növləri və xarakteristikalarıMühazirə

    Avtomatik tənzimləyicilərin təyinatı və növləri öyrənilir. Tənzimləyicilərin əsas xarakteristikaları və iş prinsipi izah edilir.

  3. 3.
    Soyuducu maşın və qurğular avtomatlaşdırmanın obyekti kimi və onlarda tənzimlənmə üsulları.Mühazirə

    Soyuducu maşın və qurğuların avtomatlaşdırma obyekti kimi xüsusiyyətləri öyrənilir. Onlarda tətbiq edilən əsas tənzimlənmə üsulları nəzərdən keçirilir.

  4. 4.
    Soyudulan mühitdə temperatur və nəmliyin tənzimlənməsi. İstilikdaşıyıcılarda temperaturun tənzimlənməsi.Mühazirə

    Soyudulan mühitdə temperatur və nəmliyin tənzimlənməsi üsulları öyrənilir. İstilikdaşıyıcılarda temperaturun tənzimlənməsi sxemləri izah edilir.

  5. 5.
    Porşenli kompressorların məhsuldarlığının tənzimlənmə üsulları. “İşə-salıb dayandırma” və valın dövrlər sayının dəyişdirilməsi, silindrlərin işdən kənarlaşdırılması üsulları və s.Mühazirə

    Porşenli kompressorların məhsuldarlığının tənzimlənmə üsulları öyrənilir. “İşə-salıb dayandırma”, valın dövrlər sayının dəyişdirilməsi və silindrlərin işdən kənarlaşdırılması üsulları izah edilir.

  6. 6.
    Sorulan buxarın drosselləndirilməsi və avtomatik baypas üsulu.Mühazirə

    Sorulan buxarın drosselləndirilməsi üsulu öyrənilir. Avtomatik baypas üsulunun sxemi və iş prinsipi izah edilir.

  7. 7.
    Kompressorların işə salınması zamanı istifadə olunan yüksüzləşdirici quruluşlar və onların növləri.Mühazirə

    Kompressorların işə salınması zamanı yüksüzləşdirici quruluşların təyinatı öyrənilir. Onların növləri və iş prinsipi izah edilir.

  8. 8.
    Buxarlandırıcıların maye agentlə dolmasının və qaynama temperaturunun tənzimlənməsi.Mühazirə

    Buxarlandırıcıların maye agentlə dolmasının tənzimlənməsi öyrənilir. Qaynama temperaturunun tənzimlənməsi üsulları izah edilir.

  9. 9.
    Kondensatorda kondensasiya təzyiqinin tənzimlənməsi.Mühazirə

    Kondensatorda kondensasiya təzyiqinin tənzimlənməsinin zəruriliyi öyrənilir. Tənzimlənmə üsulları və sxemləri izah edilir.

  10. 10.
    Yağın kompressora avtomatik qaytarılması, maşın sistemindən havanın çıxarılması.Mühazirə

    Yağın kompressora avtomatik qaytarılması sxemləri öyrənilir. Maşın sistemindən havanın avtomatik çıxarılması qaydası izah edilir.

  11. 11.
    Kompressorun təhlükəli iş rejimləri və onlardan qorunma. Vurma təzyiqinin artması, sorma təzyiqinin azalması, yağlama sistemində təzyiqin azalması və s. kimi hallardan qorunma.Mühazirə

    Kompressorun təhlükəli iş rejimləri və onların yaranma səbəbləri öyrənilir. Vurma təzyiqinin artması, sorma təzyiqinin azalması və yağlama sistemində təzyiqin azalması hallarından qoruma sxemləri izah edilir.

  12. 12.
    Buxarlandırıcıların maye soyuducu agentlə həddindən artıq dolmasından qorunma.Mühazirə

    Buxarlandırıcıların maye agentlə həddindən artıq dolmasının nəticələri öyrənilir. Bu haldan qoruma sxemləri və cihazları izah edilir.

  13. 13.
    Buxarlandırıcıları istilikdaşıyıcıların donmasından qorunma.Mühazirə

    Buxarlandırıcılarda istilikdaşıyıcıların donması təhlükəsi öyrənilir. Donmadan qoruma sxemləri və cihazları izah edilir.

  14. 14.
    Avtomatik siqnalizasiya və avtomatik nəzarət.Mühazirə

    Soyuducu maşın və qurğularda avtomatik siqnalizasiya sistemləri öyrənilir. Avtomatik nəzarətin əsas prinsipləri və cihazları izah edilir.

  15. 15.
    Temperatur və nəmliyin tənzimlənməsi üçün istifadə edilən rele və tənzimləyicilər. Selenoid ventili və işə salma releləri.Mühazirə

    Temperatur və nəmliyin tənzimlənməsi üçün istifadə olunan rele və tənzimləyicilər öyrənilir. Selenoid ventilin və işə salma relelərinin quruluşu və iş prinsipi izah edilir.

  16. 16.
    Soyuducu maşınlarda avtomatlaşdırmanın rolu, avtomatlaşdırma sistemləri.Məşğələ

    Soyuducu maşınlarda avtomatlaşdırmanın rolu və sistemləri üzrə praktiki məsələlər həll edilir. Avtomatlaşdırma sistemlərinin sxemləri nəzərdən keçirilir.

  17. 17.
    Avtomatik tənzimləyicilər və onların xarakteristikalarıMəşğələ

    Avtomatik tənzimləyicilərin xarakteristikaları praktiki olaraq nəzərdən keçirilir. Müxtəlif tənzimləyicilərin göstəriciləri müqayisə edilir.

  18. 18.
    Soyuducu maşın və qurğular avtomatlaşdırmanın obyekti kimi və onlarda tənzimlənmə üsulları.Məşğələ

    Soyuducu maşının avtomatlaşdırma obyekti kimi xarakteristikaları araşdırılır. Müxtəlif tənzimlənmə üsulları praktiki məsələlərdə tətbiq edilir.

  19. 19.
    Porşenli kompressorların məhsuldarlığının tənzimlənmə üsulları.Məşğələ

    Porşenli kompressorların məhsuldarlığının tənzimlənmə üsulları praktiki məsələlərdə nəzərdən keçirilir. Hər üsulun məhsuldarlığa təsiri hesablanır.

  20. 20.
    Kompressorların işə salınması zamanı istifadə olunan yüksüzləşdirici quruluşlar.Məşğələ

    Yüksüzləşdirici quruluşların sxemləri nəzərdən keçirilir. Onların iş prinsipi praktiki olaraq təhlil edilir.

  21. 21.
    Kompressorun təhlükəli iş rejimləri və onlardan qorunma.Məşğələ

    Kompressorun təhlükəli iş rejimləri praktiki olaraq araşdırılır. Qoruma sxemləri və cihazlarının işi təhlil edilir.

  22. 22.
    Avtomatik siqnalizasiya və avtomatik nəzarət.Məşğələ

    Siqnalizasiya və nəzarət sistemlərinin sxemləri praktiki olaraq nəzərdən keçirilir. Nəzarət cihazlarının iş qaydası təhlil edilir.

  23. 23.
    Temperatur və nəmliyin tənzimlənməsi üçün istifadə edilən rele və tənzimləyicilər.Məşğələ

    Temperatur və nəmliyin tənzimlənməsi üçün istifadə olunan rele və tənzimləyicilər praktiki olaraq nəzərdən keçirilir. Onların seçilməsi qaydası izah edilir.

  24. 24.
    Laboratoriya otaqlarında texniki təhlükəsizlik qaydaları. Laboratoriya işlərinin yerinə yetirilməsi və təhvil qaydaları.Laboratoriya

    Laboratoriya otaqlarında texniki təhlükəsizlik qaydaları öyrənilir. Laboratoriya işlərinin yerinə yetirilməsi və təhvil verilməsi qaydaları izah edilir.

  25. 25.
    Soyuducu maşın və qurğuların avtomatlaşdırılması.Laboratoriya

    Soyuducu maşın və qurğuların avtomatlaşdırma sxemi öyrənilir. Sxemin əsas elementləri və iş qaydası nəzərdən keçirilir.

  26. 26.
    RD-1 təzyiq relesinin quruluşu və iş prinsipinin öyrənilməsi.Laboratoriya

    RD-1 təzyiq relesinin quruluşu və əsas hissələri öyrənilir. Relenin iş prinsipi və tənzimlənməsi nəzərdən keçirilir.

  27. 27.
    Temperatur tənzimləyici ventilin quruluşu, konstruksiyası və iş prinsipinin öyrənilməsi.Laboratoriya

    Temperatur tənzimləyici ventilin quruluşu və konstruktiv xüsusiyyətləri öyrənilir. Ventilin iş prinsipi izah edilir.

  28. 28.
    Kompressorun birbaşa işə salınması ilə idarə olunma sxemi.Laboratoriya

    Kompressorun birbaşa işə salınması ilə idarə olunma sxemi öyrənilir. Sxemin elementləri və iş ardıcıllığı nəzərdən keçirilir.

  29. 29.
    Soyuducu maşınlarda avtomatlaşdırmanın rolu. Avtomatlaşdırma sistemləri.Sərbəst iş

    Soyuducu maşınlarda avtomatlaşdırmanın rolu və əhəmiyyəti araşdırılır. Avtomatlaşdırma sistemlərinin növləri nəzərdən keçirilir.

  30. 30.
    Soyuducu maşın və qurğular avtomatlaşdırmanın obyekti kimi və onlarda tənzimlənmə üsulları.Sərbəst iş

    Soyuducu maşın və qurğuların avtomatlaşdırma obyekti kimi xüsusiyyətləri araşdırılır. Tənzimlənmə üsulları nəzərdən keçirilir.

  31. 31.
    Soyudulan mühitdə temperatur və nəmliyin tənzimlənməsi. İstilikdaşıyıcılarda temperaturun tənzimlənməsi.Sərbəst iş

    Temperatur və nəmliyin tənzimlənməsi üsulları araşdırılır. İstilikdaşıyıcılarda temperaturun tənzimlənməsi sxemləri nəzərdən keçirilir.

  32. 32.
    Porşenli kompressorların məhsuldarlığının tənzimlənmə üsulları.Sərbəst iş

    Porşenli kompressorların məhsuldarlığının tənzimlənmə üsulları araşdırılır. “İşə-salıb dayandırma”, dövrlər sayının dəyişdirilməsi və silindrlərin işdən kənarlaşdırılması üsulları müqayisə edilir.

  33. 33.
    Sorulan buxarın drosselləndirilməsi və avtomatik baypas üsulu.Sərbəst iş

    Sorulan buxarın drosselləndirilməsi üsulu araşdırılır. Avtomatik baypas üsulunun sxemi və iş prinsipi nəzərdən keçirilir.

  34. 34.
    Kompressorların işə salınması zamanı istifadə olunan yüksüzləşdirici quruluşlar və onların növləri.Sərbəst iş

    Yüksüzləşdirici quruluşların təyinatı və növləri araşdırılır. Onların iş prinsipi nəzərdən keçirilir.

  35. 35.
    Kondensatorda kondensasiya təzyiqinin tənzimlənməsi. Yağın kompressora avtomatik qaytarılması, maşın sistemindən havanın çıxarılması.Sərbəst iş

    Kondensasiya təzyiqinin tənzimlənmə üsulları araşdırılır. Yağın avtomatik qaytarılması və havanın sistemdən çıxarılması sxemləri nəzərdən keçirilir.

  36. 36.
    Kompressorun təhlükəli iş rejimləri və onlardan qorunma. Vurma təzyiqinin artması, sorma təzyiqinin azalması, yağlama sistemində təzyiqin azalması və s. kimi hallardan qorunma.Sərbəst iş

    Kompressorun təhlükəli iş rejimləri və onların səbəbləri araşdırılır. Qoruma sxemləri və cihazları nəzərdən keçirilir.

  37. 37.
    Buxarlandırıcıların maye soyuducu agentlə həddindən artıq dolmasından qorunma. Buxarlandırıcıları istilikdaşıyıcıların donmasından qorunma.Sərbəst iş

    Buxarlandırıcıların artıq dolması və istilikdaşıyıcıların donması təhlükələri araşdırılır. Qoruma sxemləri və cihazları nəzərdən keçirilir.

  38. 38.
    Avtomatik siqnalizasiya və avtomatik nəzarət. Temperatur və nəmliyin tənzimlənməsi üçün istifadə edilən rele və tənzimləyicilər. Selenoid ventili və işə salma releləri.Sərbəst iş

    Avtomatik siqnalizasiya və nəzarət sistemləri araşdırılır. Rele və tənzimləyicilərin, selenoid ventilin və işə salma relelərinin quruluşu və iş prinsipi nəzərdən keçirilir.

Ədəbiyyat

  1. 1. A.B.Baxşıyev, Ə.H.Müslümov Havanın kondisiyalaşdırılması fənnindən laboratoriya işlərinin yerinə yetirilməsinə dair metodik vəsait, AzMİU “Nəşriyyat-Poliqrfiya Mərkəzi”,52 səh. Bakı, 2022
  2. 2. A.B.Baxşıyev, Ə.H.Müslümov Havanın kondisiyaşdırılması fənnindən məşğələ dərslərinin keçirilməsinə dair metodik vəsait, AzMİU “Nəşriyyat-Poliqrfiya Mərkəzi”,52 səh. Bakı, 2024
  3. 3. H. M. Quliyev “Soyuducu maşınların istilik mübadilə aparat¬la¬¬¬rı”, Bakı 1985.
  4. 4. C. T. Səfərov, M. A. Talıbov, A. B. Baxşıyev “Soyuducu ma¬şın¬lar¬dan laboratoriya praktikumu”, Bakı. 2004.
  5. 5. A. B. Baxşıyev, M. M. Bəşirov, N. S. Əliyev “Havanın kon¬di¬si¬¬ya¬laşdırılması və həyat fəaliyyətinin təminatı” fənnindən kurs işi¬¬nin yerinə yetirilməsinə dair metodik göstəriş. Bakı. 2008.
  6. 6. N. Y. Məmmədov, N. R. Aslanzadə “Ventilyasiya və kondi¬sioner sistemləri” 1-ci hissə. Bakı, “ELM”, 2008 - 540 s .
  7. 7. Y. Z. Hacıyev, N. Y. Məmmədov, N. R. Aslanzadə “Ven¬tilya¬si¬ya və kondisioner sistemləri” 2-ci hissə. Kondisioner sistemləri. Ba¬kı, “ELM”, 2010 - 450 səh.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-5
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5