Fənn · Energetika mühəndisliyi
Soyuducu maşınların avtomatlaşdırılmasıCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 |
|---|---|---|---|---|---|---|
| CLO 1CLO-47999FTN1: Soyuducu maşınlarda avtomatlaşdırmanın rolunu, avtomatik tənzimləyicilərin növlərini və xarakteristikalarını izah edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 2CLO-75032FTN2: Soyuducu maşın və qurğularda tənzimlənmə üsullarını, o cümlədən kompressorların məhsuldarlığının tənzimlənmə üsullarını təhlil edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 3CLO-78913FTN3: Kondensator və buxarlandırıcılarda, həmçinin yağın qaytarılması və havanın çıxarılması zamanı tənzimlənmə üsullarını şərh edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 4CLO-15137FTN4: Soyuducu maşın və qurğularda avtomatik qoruma sistemlərini və kompressorun təhlükəli iş rejimlərindən qorunma üsullarını izah edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 5CLO-60091FTN5: Avtomatik siqnalizasiya, nəzarət və tənzimləmə cihazlarının (rele, selenoid ventil, temperatur tənzimləyici ventil) quruluşunu və iş prinsipini şərh edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
- Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını öyrənir. - Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunun təhlil və tədqiq edilməsi bacarıqlarına yiyələnir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolunu sistemli şəkildə təhlil etmək bacarığı əldə edir. - Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarına yiyələnir. İxtisas üzrə xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və İşgüzar yazı, şifahi və yazılı bacarıqlar əldə edilir.
Bu fənndən töhfə yoxdur
PLO 2
- Çoxhədlilər və matrislər üzərində əməlləri yerinə yetirməyi, determinantın xassələri və hesablanması qaydalarını, Laplas teoreminin tətbiqini öyrənir. Xətti fəza və onun bazisi haqqında biliklərə yiyələnir. - Xətti cəbri tənliklər sistemi və onların həlli üsullarını, Kroneker-Kapelli teoremini öyrənir. Evklid fəzası və ortoqonallaşdırma üsulu haqqında biliyə malik olur. Xətti və bixətti çevirmələr haqqında biliklərə yiyələnir. Kvadratik formalar və onların təsnifatı haqqında biliyə malik olur. Müstəvidə və fəzada Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri haqqında biliyə malik olur.İki və üç məchullu xətti tənliklər sisteminin həllini öyrənir. Vektorlar cəbrinin elementlərini bilir. Koordinat çevirmələri, düz xəttin və müstəvinin tənlikləri haqqında biliklərə yiyələnir. Dairəvi konusun kəsiklərinin xassələrini öyrənir. İkitərtibli cəbri xətlər və səthlər haqqında biliyə malik olur. - Birtərtibli adi diferensial tənliklər və tənliklər sistemi, n-tərtibli adi diferensial tənliklərin həllərinin qurulması üsulları, bu tənliklər üçün Koşi və sərhəd məsələlərinin həllinin varlığı, yeganəliyi və dayanıqlığının araşdırılması haqqında biliyə malik olur. - Adi diferensial tənliklərin təbiətşünaslığın müxtəlif proseslərinin riyazi modelləşdirilməsinə tətbiq etmək bacarığı əldə edir. - Xüsusi törəməli diferensial tənliklərin təsnifatını, təbiətşünaslığın müxtəlif proseslərini ifadə edən riyazi fizika tənliklərinin çıxarılmasını öyrənir. - Riyazi fizika tənlikləri üçün Koşi və sərhəd məsələlərinin qoyuluşunu, sərhəd şərtlərinin növlərini və onların fiziki izahını bilir. - Riyazi fizika tənlikləri üçün Koşi və sərhəd məsələlərinin korrektliyinin araşdırılmasını öyrənir. - Hiperbolik və parabolik tipli tənliklər üçün Koşi məsələlərinin həlli üsulları, harmonik funksiyalar və potensiallar nəzəriyyəsinin elementləri haqqında biliklərə malik olur. Hadisələr və onlar üzərində əməlləri, ehtimalın müxtəlif təriflərini və onun hesablanma qaydalarını öyrənir. Tam ehtimal və Bayes düsturlarının tətbiqini, ardıcıl təkrar sınaqlar üçün Bernulli sxemini, Muavr-Laplas və Puasson teoremlərinin tətbiqlərini öyrənir. - Diskret və təsadüfi kəmiyyətlərin paylanma qanunları və onların ədədi xarakteristikalarıhaqqında biliklərə malik olur. - Böyük ədədlər qanunu və mərkəzi limit teoremlərinin əsas mahiyyəti haqqında biliklərə yiyələnir. - Riyazi stataistikanın əsas elementlərini, paylanmaparametrlərini seçməyə görə statistik təyinini, normal paylanma ilə əlaqəli qanunları öyrənir. - Parametrlərin statistik qiymətləndirilməsi ve etibarlılıq intervalının qurulmasını, statistik hipotezlərin yoxlanılması üsullalarını öyrənir.
Bu fənndən töhfə yoxdur
PLO 3
- Elektrik dövrələri, birnci və ikinci dərəcəli mənbələr, elekrik dövrələrinin xarakterizə edən parametrlər, nəzarət ölçü cihazları, elektrik enerjisi təlabatçıları, onların xüsusiyyətləri, kommutasya aparatları, xətti sabit cərəyan dvrələri və onların hesablanma yolları, təlabatçıların qoşulma formaları və xüsusiyyətləri, dəyişən cərəyan dövrələri, bu dövrələrdə baş verən rezonans hadisələri, üçfazalı dəyişən cərəyan dövrələri, Induktiv rabitəli dövrələr, toplu parametrli xətti elektrik dövrələrində keçid prosesləri, qeyri-sinusoidal dəyişən cərəyan dövrələri, maqnit dövrələri və s. haqqında biliklər əldə etməklə həmin dörələrin hesablanması və analizi üçün bacarıqlara yiyələnir.
Bu fənndən töhfə yoxdur
PLO 4
- Enerji istehsalı mənbələrinin və yarımstansiyalarının, elektrik və istilik şəbəkələri və sistemlərinin, elektrik və istilik sisteminin mühafizəsi və avtomatlaşdırılmasının, sənaye müəssisələrinin, şəhərlərin və kəndlərin enerji təchizatının, ənənəvi və bərpa olunan enerji mənbələrinin, elektro-istilik izolyasiya boru və kabel texnikasının, elektro-istilk texnoloji qurğular, sistemlər və komplekslərin, texnoloji komplekslırin və proseslərin avtomatlaşdırılmasının layəhələndirilməsinin işlənməsi məsələlərini öyrənir.
Bu fənndən töhfə yoxdur
PLO 5
- Enerji sisteminin avadanlıqlarının optimal iş rejimlərinin parametrlərinin təyin edilməsini öyrənir. - Elektrik və istilik avadanlıqlarının tərkibibin, onun parametrlərinin ve enerji obyektlərin sxemini təyin etmək bacarığına malik olur - Texnoloji prosesin verilmiş bütün parametrlərinə riayət olunması və istehsal olunan məhsulun keyfiyyətinin təmin edilməsi, həmçinində sistemin rejiminin idarə olunması prinsiplərini mənimsəyir. - Energetik qurğuların və sistemlərin texniki-iqtisadi və ekoloji təhlilinin aparılması bacarıqlarına yiyələnir.
Bu fənndən töhfə yoxdur
PLO 6
- Energetika sisteminin elektrik və istilik təchizatı sistemlərinin rejimləri, onların idarə olunması, istismarı, tənzimləmə sistemləri, hesablama metod və üsulları haqqında biliklərə malik olur.
Bu fənndən töhfə yoxdur