Fənn · Energetika mühəndisliyi

Energetikanın əsasları

İF-2327y9 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

9

İş yükü

270saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“Energetikanın əsasları” fənni energetika sisteminin əsas anlayışlarını, enerji resurslarını, elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və istehlakı proseslərini əhatə edir. Fənn çərçivəsində istilik, atom, su, qaz-turbin və bərpa olunan enerji mənbələrinə əsaslanan elektrik stansiyalarının iş prinsipləri, texnoloji sxemləri və əsas avadanlıqları, həmçinin yarımstansiyalar, güc transformatorları, hava və kabel veriliş xətləri öyrənilir. Energetika sisteminin iş rejimləri, güc və gərginlik itkiləri, reaktiv gücün kompensasiyası və sistemin dayanıqlığı məsələləri nəzərdən keçirilir, elektrik stansiyalarının ətraf mühitə təsiri və bu təsirin azaldılması yolları araşdırılır. Fənnin məqsədi tələbələrdə energetika sahəsinin əsas elementləri və prosesləri haqqında ümumi mühəndis təsəvvürünü formalaşdırmaq və sonrakı ixtisas fənlərinin mənimsənilməsi üçün baza yaratmaqdır.

Fənn təlim nəticələri

  1. CLO 1: ● FTN1: Energetika sisteminin əsas anlayışlarını və elementlərini izah edir;

  2. CLO 2: ● FTN2: Elektrik stansiyalarının və yarımstansiyalarının iş prinsiplərini və əsas avadanlıqlarını təsvir edir;

  3. CLO 3: ● FTN3: Elektrik şəbəkəsi elementlərinin (veriliş xətləri, transformatorlar) parametrlərini hesablayır və təhlil edir;

  4. CLO 4: ● FTN4: Energetika sisteminin iş rejimlərini (güc, gərginlik itkiləri, dayanıqlıq) qiymətləndirir;

  5. CLO 5: ● FTN5: Energetika qurğularının ətraf mühitə təsirini analiz edir və mənfi təsirin azaldılması yollarını təklif edir.