Subject · Energy engineering
Energetikanın əsasları
About this subject
Credits
9
Workload
270hours
Semester
Autumn
Academic year
2025-2026
Description
“energetikanın əsasları” fənni energetika sisteminin əsas anlayışlarını, enerji resurslarını, elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və istehlakı proseslərini əhatə edir. fənn çərçivəsində istilik, atom, su, qaz-turbin və bərpa olunan enerji mənbələrinə əsaslanan elektrik stansiyalarının iş prinsipləri, texnoloji sxemləri və əsas avadanlıqları, həmçinin yarımstansiyalar, güc transformatorları, hava və kabel veriliş xətləri öyrənilir. energetika sisteminin iş rejimləri, güc və gərginlik itkiləri, reaktiv gücün kompensasiyası və sistemin dayanıqlığı məsələləri nəzərdən keçirilir, elektrik stansiyalarının ətraf mühitə təsiri və bu təsirin azaldılması yolları araşdırılır. fənnin məqsədi tələbələrdə energetika sahəsinin əsas elementləri və prosesləri haqqında ümumi mühəndis təsəvvürünü formalaşdırmaq və sonrakı ixtisas fənlərinin mənimsənilməsi üçün baza yaratmaqdır.
Course learning outcomes
CLO 1: ● ftn1: energetika sisteminin əsas anlayışlarını və elementlərini izah edir;
CLO 2: ● ftn2: elektrik stansiyalarının və yarımstansiyalarının iş prinsiplərini və əsas avadanlıqlarını təsvir edir;
CLO 3: ● ftn3: elektrik şəbəkəsi elementlərinin (veriliş xətləri, transformatorlar) parametrlərini hesablayır və təhlil edir;
CLO 4: ● ftn4: energetika sisteminin iş rejimlərini (güc, gərginlik itkiləri, dayanıqlıq) qiymətləndirir;
CLO 5: ● ftn5: energetika qurğularının ətraf mühitə təsirini analiz edir və mənfi təsirin azaldılması yollarını təklif edir.