Ümumi məlumat
- Fənn kodu
- İF-2327y
- Kredit
- 9
- Tələbənin iş yükü
- 270
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 60 saat- mühazirə b) 15 saat- seminar c) 15 saat - laboratoriya işi
- Auditoriyadan kənar saatlar
- a) 90 saat -sərbəst iş b) 90 saat-məsləhət saatı
Fənn haqqında
“Energetikanın əsasları” fənni energetika sisteminin əsas anlayışlarını, enerji resurslarını, elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və istehlakı proseslərini əhatə edir. Fənn çərçivəsində istilik, atom, su, qaz-turbin və bərpa olunan enerji mənbələrinə əsaslanan elektrik stansiyalarının iş prinsipləri, texnoloji sxemləri və əsas avadanlıqları, həmçinin yarımstansiyalar, güc transformatorları, hava və kabel veriliş xətləri öyrənilir. Energetika sisteminin iş rejimləri, güc və gərginlik itkiləri, reaktiv gücün kompensasiyası və sistemin dayanıqlığı məsələləri nəzərdən keçirilir, elektrik stansiyalarının ətraf mühitə təsiri və bu təsirin azaldılması yolları araşdırılır. Fənnin məqsədi tələbələrdə energetika sahəsinin əsas elementləri və prosesləri haqqında ümumi mühəndis təsəvvürünü formalaşdırmaq və sonrakı ixtisas fənlərinin mənimsənilməsi üçün baza yaratmaqdır.
Tədris metodları
- mühazirə
- seminar
- laboratoriya işi
- interaktiv müzakirə
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: ● FTN1: Energetika sisteminin əsas anlayışlarını və elementlərini izah edir;
CLO 2: ● FTN2: Elektrik stansiyalarının və yarımstansiyalarının iş prinsiplərini və əsas avadanlıqlarını təsvir edir;
CLO 3: ● FTN3: Elektrik şəbəkəsi elementlərinin (veriliş xətləri, transformatorlar) parametrlərini hesablayır və təhlil edir;
CLO 4: ● FTN4: Energetika sisteminin iş rejimlərini (güc, gərginlik itkiləri, dayanıqlıq) qiymətləndirir;
CLO 5: ● FTN5: Energetika qurğularının ətraf mühitə təsirini analiz edir və mənfi təsirin azaldılması yollarını təklif edir.
Mövzu planı
- 1.1. Texniki tərəqqidə elektroenergetikanın əhəmiyyəti. Azərbaycanda energetikanın inkişafı.Mühazirə
Elektroenergetikanın iqtisadi və texniki tərəqqidəki rolu, Azərbaycanda energetika sənayesinin tarixi inkişaf mərhələləri və müasir vəziyyəti nəzərdən keçirilir.
- 2.2. Enerji resursları və onların istifadəsi. Enerji resurslarının növləri.Mühazirə
Ənənəvi və bərpa olunan enerji resurslarının növləri, onların ehtiyat həcmləri və istifadə sahələri araşdırılır.
- 3.3. Azərbaycan Respublikasının yanacaq-energetika kompleksi.Mühazirə
Ölkənin yanacaq-energetika kompleksinin strukturu, əsas sahələri və inkişaf istiqamətləri öyrənilir
- 4.4. Elektrik və istilik enerjisinin istehsalı. Elektrik stansiyalarının əsas avadanlıqları. Sinxron generatorlar.Mühazirə
Elektrik və istilik enerjisinin istehsal prosesi, elektrik stansiyalarının əsas avadanlıqları və sinxron generatorların iş prinsipi izah edilir.
- 5.5. Elektrik stansiyalarının növləri. İstilik və alternativ elektrik stansiyalarının növləri və təsnifatı.Mühazirə
Elektrik stansiyalarının əsas növləri, istilik və alternativ mənbələrə əsaslanan stansiyaların təsnifat prinsipləri araşdırılır.
- 6.6. Kondensasiya elektrik stansiyası (KES).Mühazirə
KES-in iş prinsipi, texnoloji sxemi və əsas avadanlıqları nəzərdən keçirilir.
- 7.7. İstilik elektrik mərkəzi (İEM).Mühazirə
İEM-in kombinə edilmiş elektrik və istilik enerjisi istehsalı prinsipi, texnoloji sxemi öyrənilir.
- 8.8. İES-lərdə istifadə edilən işçi cismin parametrləri və əsas istilik diaqramları.Mühazirə
İstilik elektrik stansiyalarında işçi cismin (buxar-su) əsas parametrləri, istilik dövrəsini əks etdirən diaqramlar araşdırılır.
- 9.9. İES-lərin istilik sxemləri.Mühazirə
İstilik elektrik stansiyalarının prinsipial və inkişaf etdirilmiş istilik sxemləri öyrənilir.
- 10.10. İES-lərin əsas avadanlıqları. Buxar qazanları. Buxar turbinləri. Turbogeneratorlar.Mühazirə
İES-lərin əsas avadanlıqları olan buxar qazanları, buxar turbinləri və turbogeneratorların quruluşu və iş prinsipi izah edilir.
- 11.11. İES-lərin köməkçi avadanlıqları.Mühazirə
İES-lərin əsas iş prosesini təmin edən köməkçi avadanlıqlar (nasoslar, kondensatorlar, isidicilər və s.) nəzərdən keçirilir.
- 12.12. İES-lərin texniki su təchizatı.Mühazirə
İES-lərin soyutma və texnoloji su təchizatı sistemləri, su təchizatı sxemlərinin növləri araşdırılır.
- 13.13. İES-lərin yanacaq təsərrüfatı.Mühazirə
İES-lərdə istifadə olunan bərk, maye və qaz yanacağının qəbulu, saxlanması və hazırlanması prosesləri öyrənilir.
- 14.14. Atom elektrik stansiyası (AES).Mühazirə
AES-in iş prinsipi, nüvə reaktorunun quruluşu və təhlükəsizlik tələbləri nəzərdən keçirilir.
- 15.15. Su elektrik stansiyası (SES).Mühazirə
SES-in iş prinsipi, hidravlik qurğuların növləri və su turbinlərinin təsnifatı öyrənilir.
- 16.16. Qaz-turbin elektrik stansiyası.Mühazirə
Qaz-turbin stansiyalarının iş prinsipi, sxemi və digər stansiya növləri ilə müqayisəsi araşdırılır.
- 17.17. Yaşıl enerji texnologiyaları əsasında elektrik və istilik enerjisinin hasilatı. Günəş elektrik stansiyaları.Mühazirə
Bərpa olunan enerji mənbələrindən istifadə prinsipləri, günəş elektrik stansiyalarının iş prinsipi və növləri öyrənilir.
- 18.18. Külək elektrik stansiyaları.Mühazirə
Külək enerjisinin elektrik enerjisinə çevrilməsi prinsipi, külək qurğularının quruluşu araşdırılır.
- 19.19. Geotermal elektrik stansiyası. Dizel elektrik stansiyası.Mühazirə
Geotermal enerjidən istifadə əsasında elektrik iste hsalı, həmçinin dizel elektrik stansiyalarının iş prinsipi nəzərdən keçirilir.
- 20.20. Hidroakkumlyasiya elektrik stansiyası. Qabarma su elektrik stansiyaları.Mühazirə
HAES-in enerji akkumulyasiya prinsipi, qabarma-çəkilmə enerjisindən istifadə edən stansiyaların iş prinsipi öyrənilir.
- 21.21. Elektrik yarımstansiyalarının əsas avadanlıqları. Güc transformatorları.Mühazirə
Yarımstansiyaların təyinatı, əsas avadanlıqları və güc transformatorlarının quruluşu araşdırılır.
- 22.22. Hava elektrik veriliş xətləri.Mühazirə
Hava elektrik veriliş xətlərinin konstruktiv elementləri, təyinatı və növləri öyrənilir.
- 23.23. Hava elektrik veriliş xətlərinin izolyatorları və armaturları.Mühazirə
Hava xətlərində istifadə olunan izolyator və armatur növləri, onların seçilmə prinsipləri araşdırılır.
- 24.24. Kabel elektrik veriliş xətləri.Mühazirə
Kabel xətlərinin konstruksiyası, çəkilmə üsulları və tətbiq sahələri nəzərdən keçirilir.
- 25.25. Güc transformatorlarının və elektrik veriliş xətlərinin əvəz sxemləri və parametrləri.Mühazirə
Güc transformatorları və elektrik xətlərinin əvəz sxemlərinin qurulması, onların əsas parametrlərinin hesablanması öyrənilir.
- 26.26. Elektrik enerjisinin işlədiciləri və elektrik avadanlıqlarının mühafizəsi.Mühazirə
Elektrik enerjisinin əsas istehlakçıları (işlədicilər) və elektrik avadanlıqlarının relə mühafizə vasitələri araşdırılır.
- 27.27. Energetika sisteminin rejimləri. Elektrik şəbəkələrində güc və gərginlik itkiləri.Mühazirə
Energetika sisteminin iş rejimləri, elektrik şəbəkələrində baş verən güc və gərginlik itkilərinin hesablanma üsulları öyrənilir.
- 28.28. Energetika sisteminin güc xarakteristikası. Reaktiv gücün kompensasiyası. Elektrik sisteminin dayanıqlığı.Mühazirə
Energetika sisteminin güc xarakteristikası, reaktiv gücün kompensasiya üsulları və sistemin dayanıqlıq şərtləri araşdırılır.
- 29.29. Elektrik stansiyalarının ətraf mühitə təsiri.Mühazirə
Müxtəlif tipli elektrik stansiyalarının atmosferə, suya və torpağa mənfi təsir mexanizmləri nəzərdən keçirilir.
- 30.30. Elektrik stansiyalarının ətraf mühitə mənfi təsirinin azaldılması yolları.Mühazirə
Ekoloji zərəri azaltmaq üçün tətbiq olunan texniki və təşkilati tədbirlər, təmiz texnologiyalar araşdırılır.
- 31.1. Müasir energetika sistemlərinin strukturu və inkişaf istiqamətləriSərbəst iş
Tələbə müstəqil araşdırma əsasında müasir energetika sistemlərinin quruluşunu və qlobal inkişaf tendensiyalarını PPT təqdimatı şəklində hazırlayır.
- 32.2. İEM-in texnoloji sxemi və bəzi xüsusiyyətləriSərbəst iş
Tələbə İstilik Elektrik Mərkəzinin texnoloji sxemini araşdıraraq PPT təqdimatı hazırlayır.
- 33.3. SES-in texnoloji sxemi və bəzi xüsusiyyətləriSərbəst iş
Tələbə Su Elektrik Stansiyasının texnoloji sxemini araşdıraraq PPT təqdimatı hazırlayır.
- 34.4. Günəş elektrik stansiyasının texnoloji sxemi və bəzi xüsusiyyətləriSərbəst iş
Tələbə günəş elektrik stansiyasının texnoloji sxemini araşdıraraq PPT təqdimatı hazırlayır.
- 35.5. Külək elektrik stansiyasının texnoloji sxemi və bəzi xüsusiyyətləriSərbəst iş
Tələbə külək elektrik stansiyasının texnoloji sxemini araşdıraraq PPT təqdimatı hazırlayır.
- 36.6. KES-in texnoloji sxemi və bəzi xüsusiyyətləriSərbəst iş
Tələbə Kondensasiya Elektrik Stansiyasının texnoloji sxemini araşdıraraq PPT təqdimatı hazırlayır.
- 37.7. Bərpa olunan enerji mənbələrinin energetika sistemində rolu və perspektivləriSərbəst iş
Tələbə bərpa olunan enerji mənbələrinin ənənəvi energetika sistemi ilə inteqrasiyasını və gələcək perspektivlərini araşdırır.
- 38.8. Enerji səmərəliliyi və enerji itkilərinin azaldılması texnologiyalarıSərbəst iş
Tələbə enerji itkilərinin əsas səbəblərini və onların azaldılması üçün müasir texnologiyaları araşdırır.
- 39.9. Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasının əsas prinsipləriSərbəst iş
Tələbə elektrik enerjisinin istehsal mənbəyindən son istehlakçıya qədər ötürülməsi zəncirini araşdırır.
- 40.10. Energetikanın rəqəmsallaşdırılması və "ağıllı enerji sistemləri"nin inkişafıSərbəst iş
Tələbə "ağıllı şəbəkə" (smart grid) texnologiyalarını və energetikanın rəqəmsallaşdırılması istiqamətlərini araşdırır.
- 41.Texniki tərəqqidə energetikanın əhəmiyyəti. Enerji resursları. Azərbaycanda energetikanın inkişafıMəşğələ
Energetikanın texniki tərəqqidəki rolu, enerji resurslarının növləri və Azərbaycanda energetikanın inkişafı seminar şəklində müzakirə edilir.
- 42.Elektrik və istilik enerjisinin istehsalı. Elektrik stansiyalarının növləri. Ənənəvi elektrik stansiyalarıMəşğələ
Elektrik və istilik enerjisinin istehsalı, elektrik stansiyalarının növləri və ənənəvi elektrik stansiyalarının
- 43.İES-lərdə istifadə edilən işçi cismin parametrləri və əsas istilik diaqramları. İES-lərin istilik sxemləriMəşğələ
İES-lərdə işçi cismin parametrləri, əsas istilik diaqramları və istilik sxemləri üzrə məsələlər araşdırılır.
- 44.İES-lərin əsas və köməkçi avadanlıqları. İES-lərin energetik və texniki-iqtisadi göstəriciləri. İEM-lərin müxtəlif tiplərinin müqayisəsi və onların texniki-iqtisadi göstəricilərinin yüksəldilməsi yollarıMəşğələ
İES-lərin əsas və köməkçi avadanlıqları, energetik və texniki-iqtisadi göstəriciləri, İEM-lərin müxtəlif tiplərinin müqayisəsi və göstəricilərin yüksəldilməsi yolları müzakirə edilir.
- 45.İstilik elektrik stansiyalarında buxar-güc qurğularının tsiklləri və onların termiki faydalı iş əmsalına təsir edən amillər. İES-in faydalı iş əmsalının artırılmasıMəşğələ
Buxar-güc qurğularının tsikllərini, termiki faydalı iş əmsalına təsir edən amillər və İES-in faydalı iş əmsalının artırılması yolları araşdırılır.
- 46.Elektrik stansiya və yarımstansiyalarının əsas avadanlıqları. Yaşıl enerji texnologiyaları əsasında elektrik və istilik enerjisinin hasilatı.Məşğələ
Elektrik stansiya və yarımstansiyalarının əsas avadanlıqları və yaşıl enerji texnologiyaları əsasında elektrik və istilik enerjisinin hasilatı müzakirə edilir.
- 47.Hava və kabel elektrik veriliş xətləri. Elektroenergetika sisteminin idarə olunması.Məşğələ
Hava və kabel elektrik veriliş xətlərinin xüsusiyyətləri və elektroenergetika sisteminin idarə olunması məsələləri araşdırılır.
- 48.Energetika qurğularının ətraf mühitə təsiriMəşğələ
Energetika qurğularının atmosferə, suya və torpağa təsiri və bu təsirin azaldılması istiqamətləri müzakirə edilir.
- 49.Hava elektrik veriliş xətləri.Laboratoriya
Hava elektrik xətlərinin konstruktiv elementləri (məftillər, troslar, dayaqlar, izolyatorlar, armaturlar) və növləri laboratoriya şəraitində öyrənilir.
- 50.Reaktiv gücün kompensasiyasıLaboratoriya
Aktiv, reaktiv və tam güc, güc əmsalı, reaktiv gücün kompensasiyası üsulları və kompensasiyaedici qurğular laboratoriya işində araşdırılır.
- 51.Buxar turbinləri.Laboratoriya
Buxar turbinlərinin iş prinsipi, növləri, əsas hissələri və səmərəliliyini xarakterizə edən göstəricilər laboratoriya işində öyrənilir.
- 52.Turbogeneratorlar.Laboratoriya
Turbogeneratorların quruluşu, iş prinsipi, təsirləndirmə və soyutma sistemləri laboratoriya işində nəzərdən keçirilir.
- 53.Kabel elektrik veriliş xətləri.Laboratoriya
Kabellərin konstruksiyası, markaları, çəkilmə üsulları və tətbiq sahələri laboratoriya işində araşdırılır.
Ədəbiyyat
- 1. K.M.Abdullayev və b. Enerji ehtiyatları, elektrik enerjisi istehsalı və ətraf mühit. Dərslik. Bakı, «Zaman-3», I və II cild, 2005, 2007;(yeni pəncərədə açılır)
- 2. Q.S.Sadıqov, N.İ.Orucov. Sənaye müəssisələrinin elektrik təchizatı. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, AzTU, 2004;(yeni pəncərədə açılır)
- 3. N.İ.Orucov. Elektroenergetikanın əsasları. Dərs vəsaiti. Bakı, BMU, 2020;(yeni pəncərədə açılır)
- 4. A.O.Orucov, N.İ.Orucov, Q.S.Sadıqov. Elektrik şəbəkə və sistemləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, «Elm», 2001;(yeni pəncərədə açılır)
- 5. N.İ.Orucov. Elektrik enerjisinin ötürülməsi və paylanması sistemləri. Dərs vəsaiti. Bakı, BMU, 2020.(yeni pəncərədə açılır)
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-5 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |