Fənn · Energetika mühəndisliyi
İstiləşdirmə və istilik şəbəkələri
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
—
Fənnin təsviri
Fənn istilik təchizatı sistemlərinin növlərini, istilik yüklərini, istilik məntəqələrini və istilik şəbəkələrinin layihələndirilməsi və istismarı məsələlərini əhatə edir. Açıq və qapalı, buxar, birpilləli və çoxpilləli sistemlərin sxemləri, isitmə sistemlərinin şəbəkəyə qoşulması, radial və dairəvi şəbəkələr, istilik yüklərinin tənzimlənməsi üsulları öyrənilir. İstilik şəbəkələrinin hidravlik hesabatı, boru, dayaq və kompensatorların seçilməsi və hesablanması, çəkiliş növləri və istilik izolyasiyası nəzərdən keçirilir. İstilik generasiya qurğularının istilik sxemləri, vakuum tipli deaerasiya qurğuları, korroziyadan müdafiə və su hazırlığı üsulları fənnin tərkib hissəsidir. Fənnin məqsədi tələbələrdə istilik təchizatı sistemlərini təhlil etmək, hesablamaq və konkret şəraitə uyğun həll seçmək bacarığını formalaşdırmaqdır.
Fənn təlim nəticələri
CLO 1: FTN1: Energetikada istifadə olunan istilik təchizatı sistemlərinin növlərini, istilik yüklərini və tətbiq sahələrini izah edir;
CLO 2: FTN2: İstilik məntəqələrinin və istilik şəbəkələrinin sxemlərini, avadanlıq və elementlərini təhlil edir;
CLO 3: FTN3: İstilik şəbəkələrinin hidravlik hesabatını aparır və sistemin hidravliki xarakteristikasını qiymətləndirir;
CLO 4: FTN4: İstilik şəbəkələrinin çəkiliş növlərini, istilik izolyasiyasını və istilik generasiya qurğularını konkret şəraitə uyğun seçir və əsaslandırır;
CLO 5: FTN5: İstilik təchizatı sistemlərinin korroziyadan müdafiəsi və su hazırlığı üsullarını araşdırır və nəticələrini təqdimat şəklində şərh edir.