Fənn · Energetika mühəndisliyi

İstiləşdirmə və istilik şəbəkələriSillabus

İFS-2343y6 kreditPayız semestriSeçmə

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-2343y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat-mühazirə b) 15 saat-məşğələ c) 15 saat-laboratoriya işi
Auditoriyadan kənar saatlar
a) 60 saat-sərbəst iş b) 60 saat-məsləhət saatı

Fənn haqqında

Fənn istilik təchizatı sistemlərinin növlərini, istilik yüklərini, istilik məntəqələrini və istilik şəbəkələrinin layihələndirilməsi və istismarı məsələlərini əhatə edir. Açıq və qapalı, buxar, birpilləli və çoxpilləli sistemlərin sxemləri, isitmə sistemlərinin şəbəkəyə qoşulması, radial və dairəvi şəbəkələr, istilik yüklərinin tənzimlənməsi üsulları öyrənilir. İstilik şəbəkələrinin hidravlik hesabatı, boru, dayaq və kompensatorların seçilməsi və hesablanması, çəkiliş növləri və istilik izolyasiyası nəzərdən keçirilir. İstilik generasiya qurğularının istilik sxemləri, vakuum tipli deaerasiya qurğuları, korroziyadan müdafiə və su hazırlığı üsulları fənnin tərkib hissəsidir. Fənnin məqsədi tələbələrdə istilik təchizatı sistemlərini təhlil etmək, hesablamaq və konkret şəraitə uyğun həll seçmək bacarığını formalaşdırmaqdır.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • laboratoriya işi
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN1: Energetikada istifadə olunan istilik təchizatı sistemlərinin növlərini, istilik yüklərini və tətbiq sahələrini izah edir;

  2. CLO 2: FTN2: İstilik məntəqələrinin və istilik şəbəkələrinin sxemlərini, avadanlıq və elementlərini təhlil edir;

  3. CLO 3: FTN3: İstilik şəbəkələrinin hidravlik hesabatını aparır və sistemin hidravliki xarakteristikasını qiymətləndirir;

  4. CLO 4: FTN4: İstilik şəbəkələrinin çəkiliş növlərini, istilik izolyasiyasını və istilik generasiya qurğularını konkret şəraitə uyğun seçir və əsaslandırır;

  5. CLO 5: FTN5: İstilik təchizatı sistemlərinin korroziyadan müdafiəsi və su hazırlığı üsullarını araşdırır və nəticələrini təqdimat şəklində şərh edir.

Mövzu planı

  1. 1.
    Giriş. “İstiləşdirmə və istilik şəbəkələri” fənninin predmeti. İstilik təchizatı sistemlərinin öyrənilməsinin əhəmiyyəti.Mühazirə

    Fənnin predmeti, məqsəd və vəzifələri, istilik təchizatı sistemlərinin energetikada və kommunal təsərrüfatda rolu və öyrənilməsinin əhəmiyyəti şərh olunur.

  2. 2.
    İstilik yüklərinin növləri. Müvəqqəti və daimi istilik yükləri. İstilik yükünün xarici havanın temperaturundan asılılığı.Mühazirə

    İstilik istehlakçılarının yükləri, müvəqqəti (mövsümi) və daimi istilik yükləri, istilik yükünün xarici hava temperaturundan asılılığı araşdırılır.

  3. 3.
    İstilik təchizatı sistemlərinin növləri. Açıq və qapalı, buxar, birpilləli və çoxpilləli sistemlər.Mühazirə

    Açıq və qapalı su istilik təchizatı sistemləri, buxar istilik təchizatı sistemləri, birpilləli və çoxpilləli sistemlərin sxemləri və tətbiq sahələri öyrənilir.

  4. 4.
    İsitmə sistemlərinin su istilik şəbəkəsinə qoşulması. İstiliyin uzaq məsafəyə ötürülməsi.Mühazirə

    İsitmə sistemlərinin su istilik şəbəkəsinə qoşulma sxemləri (asılı və müstəqil), istiliyin uzaq məsafəyə ötürülməsi məsələləri nəzərdən keçirilir.

  5. 5.
    Yerli istilik məntəqələri. Mərkəzi istilik məntəqələri.Mühazirə

    Yerli və mərkəzi istilik məntəqələrinin təyinatı, sxemləri, iş prinsipi və fərqləndirici xüsusiyyətləri araşdırılır.

  6. 6.
    Sənaye müəssisələrinin mərkəzi istilik məntəqələri. İstilik məntəqələrinin avadanlıqları.Mühazirə

    Sənaye müəssisələrinin mərkəzi istilik məntəqələrinin xüsusiyyətləri, istilik məntəqələrində istifadə olunan avadanlıqlar (istilik mübadiləsi aparatları, nasoslar, tənzimləyicilər və s.) öyrənilir.

  7. 7.
    İstilik şəbəkələrinin sxemləri. Radial istilik şəbəkələri. Dairəvi istilik şəbəkələri.Mühazirə

    Radial və dairəvi istilik şəbəkələrinin sxemləri, üstünlük və çatışmazlıqları, etibarlılığı və tətbiq sahələri araşdırılır.

  8. 8.
    İstilik yüklərinin tənzimlənməsi və onun növləri.Mühazirə

    İstilik yüklərinin mərkəzi, qrup, yerli və fərdi tənzimlənməsi, keyfiyyət, kəmiyyət və keyfiyyət-kəmiyyət tənzimlənmə üsulları nəzərdən keçirilir.

  9. 9.
    İstilik şəbəkəsinin hidravlik hesabatının əsas vəzifələri.Mühazirə

    Hidravlik hesabatın məqsədi və əsas vəzifələri, hesabat üçün ilkin verilənlər və hesablama ardıcıllığı öyrənilir.

  10. 10.
    Hidravlik hesabatın hesabat asılılıqları. Sistemin hidravliki xarakteristikası.Mühazirə

    Təzyiq itkisi, sərf və boru kəmərinin diametrinin təyini üçün hesabat asılılıqları, sistemin hidravliki xarakteristikası və pyezometrik qrafik araşdırılır.

  11. 11.
    İstilik şəbəkələrinin element və avadanlıqları: borular, dayaqlar, kompensatorlar və onlardan bəzilərinin hesablanması.Mühazirə

    İstilik şəbəkələrində istifadə olunan borular, tərpənən və tərpənməz dayaqlar, kompensatorların növləri və onların hesablanması qaydaları öyrənilir.

  12. 12.
    İstilik şəbəkələrinin çəkiliş növləri. İstilik şəbəkələrinin maneələrdən keçməsi. İstilik izolyasiyası.Mühazirə

    Yeraltı (kanallı, kanalsız) və yerüstü çəkiliş növləri, şəbəkənin maneələrdən keçməsi, istilik izolyasiyası materialları və konstruksiyaları nəzərdən keçirilir.

  13. 13.
    İstilik generasiya qurğularının istilik sxemləri.Mühazirə

    İstilik mənbələrinin növləri, qazanxana və istilik generasiya qurğularının prinsipial istilik sxemləri araşdırılır.

  14. 14.
    Vakuum tipli deaerasiya qurğuları.Mühazirə

    Suyun deaerasiyasının zəruriliyi, deaeratorların növləri, vakuum tipli deaerasiya qurğularının quruluşu və iş prinsipi öyrənilir.

  15. 15.
    İstilik təchizatı sistemlərinin korroziyadan müdafiəsi və su hazırlığı. İsti su təchizatı sistemlərinin korroziyadan mühafizəsi.Mühazirə

    İstilik şəbəkələrində korroziyanın səbəbləri və növləri, korroziyadan mühafizə üsulları, istilik təchizatı sistemləri üçün su hazırlığı və isti su təchizatı sistemlərinin mühafizəsi araşdırılır.

  16. 16.
    Su istilik təchizatı sistemlərinin növləriSərbəst iş

    Tələbə su istilik təchizatı sistemlərinin növləri üzrə müstəqil araşdırma aparıb PPT təqdimatı hazırlayır.

  17. 17.
    İstilik məntəqələri. Mərkəzi istilik məntəqələriSərbəst iş

    Tələbə istilik məntəqələri və mərkəzi istilik məntəqələri üzrə müstəqil araşdırma aparıb PPT təqdimatı hazırlayır.

  18. 18.
    İstilik şəbəkələrinin sxemləriSərbəst iş

    Tələbə istilik şəbəkələrinin sxemləri üzrə müstəqil araşdırma aparıb PPT təqdimatı hazırlayır.

  19. 19.
    Radial və dairəvi istilik şəbəkələriSərbəst iş

    Tələbə radial və dairəvi istilik şəbəkələri üzrə müstəqil araşdırma aparır.

  20. 20.
    İkipilləli istilik şəbəkələriSərbəst iş

    Tələbə ikipilləli istilik şəbəkələrinin sxemi və iş prinsipi üzrə müstəqil araşdırma aparır.

  21. 21.
    İstilik təchizatı sistemində istifadə edilən kompensatorlar, onların bəzilərinin hesablanmasıSərbəst iş

    Tələbə kompensatorların növləri və hesablanması üzrə müstəqil araşdırma aparır.

  22. 22.
    Deaerasiya qurğusu. Deaeratorlar haqqında ümumi məlumatSərbəst iş

    Tələbə deaerasiya qurğuları və deaeratorlar üzrə müstəqil araşdırma aparıb PPT təqdimatı hazırlayır.

  23. 23.
    İstilik mənbələrinin növləri. İstilik generasiyasıSərbəst iş

    Tələbə istilik mənbələrinin növləri və istilik generasiyası üzrə müstəqil araşdırma aparır.

  24. 24.
    İstilik şəbəkələrinin korroziyadan müdafiəsi və su hazırlığıSərbəst iş

    Tələbə istilik şəbəkələrinin korroziyadan müdafiəsi və su hazırlığı üzrə müstəqil araşdırma aparıb PPT təqdimatı hazırlayır.

  25. 25.
    İstilik şəbəkələrinin çəkiliş növləri və istilik izolyasiyasıSərbəst iş

    Tələbə istilik şəbəkələrinin çəkiliş növləri və istilik izolyasiyası üzrə müstəqil araşdırma aparır.

  26. 26.
    İsti su təchizatı sistemlərində istifadə edilən qızdırıcıların istilik və hidravlik hesabatı.Məşğələ

    İsti su təchizatı sistemlərində istifadə edilən qızdırıcıların istilik və hidravlik hesabatı üsulları müzakirə edilir.

  27. 27.
    İsti su təchizatı sistemlərinin hesabatı.Məşğələ

    İsti su təchizatı sistemlərinin hesablanması qaydaları və hesabat asılılıqları araşdırılır.

  28. 28.
    Gərginlik dəyişmələri və tənzimləməsi.Məşğələ

    Gərginlik dəyişmələrinin səbəbləri və tənzimlənməsi üsulları müzakirə edilir.

  29. 29.
    İstilik şəbəkələrinin hidravliki hesabatı.Məşğələ

    İstilik şəbəkələrinin hidravliki hesabatının əsas asılılıqları və hesablama ardıcıllığı araşdırılır.

  30. 30.
    Buxar istilik təchizatı sistemlərinin hidravlik hesabatı.Məşğələ

    Buxar istilik təchizatı sistemlərinin hidravlik hesabatı üsulları müzakirə edilir.

  31. 31.
    Kondensat kəmərlərinin hidravliki hesabatı.Məşğələ

    Kondensat kəmərlərinin hidravliki hesabatının xüsusiyyətləri və hesablama qaydaları araşdırılır.

  32. 32.
    İstilik şəbəkələrində axınların bölüşdürülməsi.Məşğələ

    İstilik şəbəkələrində axınların bölüşdürülməsi məsələləri və tənzimləmə üsulları müzakirə edilir.

  33. 33.
    Kompensatorların hesablanmasıMəşğələ

    İstilik şəbəkələrində istifadə olunan kompensatorların seçilməsi və hesablanması qaydaları araşdırılır.

  34. 34.
    Yaşayış sahəsində temperatur sərhəddinin təyini.Laboratoriya

    Yaşayış sahəsində temperatur sərhəddinin təyini üzrə təcrübə aparılır

  35. 35.
    Havanın temperaturdan asılı olaraq onun suda konsentrasiyasının təyini.Laboratoriya

    Havanın temperaturdan asılı olaraq onun suda konsentrasiyasının təyini üzrə təcrübə aparılır.

  36. 36.
    Boruların müxtəlif mailliklərində suyun çıxış sürətinin təyini.Laboratoriya

    Boruların müxtəlif mailliklərində suyun çıxış sürətinin təyini üzrə təcrübə aparılır.

  37. 37.
    Qızdırıcı cihazın istilik vermə əmsalının təyini.Laboratoriya

    Qızdırıcı cihazın istilik vermə əmsalının təyini üzrə təcrübə aparılır.

  38. 38.
    Yaşayış sahəsində hava axınının gücünün və sürətinin təyini.Laboratoriya

    Yaşayış sahəsində hava axınının gücünün və sürətinin təyini üzrə təcrübə aparılır.

Ədəbiyyat

  1. 1. H.Q.Feyziyev, M.F.Cəlilov. İstilik təchizatı. Bakı: “Yurd”, 2007, 584 səh.;
  2. 1. H.Q.Feyziyev, M.F.Cəlilov. İstilik təchizatı. Bakı: “Yurd”, 2007, 584 səh.; 2. İstilik energetikası avadanlıqları. Bakı: “Ocaq”, 2008, 216 səh.; 3. Шиляев М.И., Хромова Е.М., Дорошенко Ю.Н. Типовые примеры расчета систем отопления, вентиляции и кондиционирования воздуха. Томск: ТГАСУ, 2012; 4. Вафин Д.Б. Теплоснабжение и тепловые сети: учебное пособие. Нижнекамск: КНИТУ, 2014, 228 с.; 5. Vahid Nadirov. Su sisteminin quraşdırılması. Elektron dərslik, 2019.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-5
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5