Fənn · Energetika mühəndisliyi

Elektrik sistemlərində keçid prosesləri

İFS-2365y6 kreditPayız semestriSeçmə2025-206

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-206

Fənnin təsviri

“Elektrik sistemlərində keçid prosesləri” fənninin məqsədi elektrik sistemlərində keçid proseslərinin əsas anlayışlarını, sxem və rejim parametrlərinin hesabatı zamanı istifadə olunan üsul və metodları, əvəz sxemlərinin tərtibi qaydalarını, qısa qapanma proseslərinin analizini, elektrik aparatları və qurğularının seçilməsini, elektrik sistemlərinin dayanıqlığının fiziki əsaslarının tələbələrə tədrisini həyata keçirərək, gələcək üçün peşəkar mühəndislər yetişdirməkdir.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN1: Elektrik sistemlərində keçid proseslərinin yaranma səbəblərini, fiziki mahiyyətini və əsas parametrlərini izah edir;

  2. CLO 2: FTN2: Elektrik sistemlərinin elementlərinin əvəz sxemlərini qurur, parametrlərini müəyyən edir və nisbi vahidlər sistemindən istifadə etməklə hesablama aparır;

  3. CLO 3: FTN3: Simmetrik və qeyri-simmetrik qısaqapanma rejimlərində cərəyanların və digər elektrik kəmiyyətlərinin qiymətlərini müxtəlif hesablama üsulları ilə müəyyən edir;

  4. CLO 4: FTN4: Sinxron maşınlarda elektromaqnit keçid proseslərini, Park-Qorev tənliklərini və sinxron maşının parametrlərinin keçid proseslərinə təsirini təhlil edir;

  5. CLO 5: FTN5: Elektrik sistemlərinin müxtəlif iş rejimlərində, o cümlədən yüksək və aşağı gərginlikli şəbəkələrdə, elektrik stansiyalarının xüsusi sərfiyyat sistemlərində qısaqapanma proseslərini hesablayır;

  6. CLO 6: FTN6: Elektrik sistemlərinin statik dayanıqlığını və keçid prosesləri zamanı sistemin iş rejiminin dəyişməsini təhlil edir, elektrik ötürməsinin güc xarakteristikalarını qiymətləndirir.