Ümumi məlumat
- Fənn kodu
- İFS-2365y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-206
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat-mühazirə b) 15 saat-seminar c) 15 saat-laboratoriya işi
- Auditoriyadan kənar saatlar
- a) 50 saat-sərbəst iş b) 55 saat-məsləhət saatı
Fənn haqqında
“Elektrik sistemlərində keçid prosesləri” fənninin məqsədi elektrik sistemlərində keçid proseslərinin əsas anlayışlarını, sxem və rejim parametrlərinin hesabatı zamanı istifadə olunan üsul və metodları, əvəz sxemlərinin tərtibi qaydalarını, qısa qapanma proseslərinin analizini, elektrik aparatları və qurğularının seçilməsini, elektrik sistemlərinin dayanıqlığının fiziki əsaslarının tələbələrə tədrisini həyata keçirərək, gələcək üçün peşəkar mühəndislər yetişdirməkdir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- seminar
- interaktiv müzakirə
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN1: Elektrik sistemlərində keçid proseslərinin yaranma səbəblərini, fiziki mahiyyətini və əsas parametrlərini izah edir;
CLO 2: FTN2: Elektrik sistemlərinin elementlərinin əvəz sxemlərini qurur, parametrlərini müəyyən edir və nisbi vahidlər sistemindən istifadə etməklə hesablama aparır;
CLO 3: FTN3: Simmetrik və qeyri-simmetrik qısaqapanma rejimlərində cərəyanların və digər elektrik kəmiyyətlərinin qiymətlərini müxtəlif hesablama üsulları ilə müəyyən edir;
CLO 4: FTN4: Sinxron maşınlarda elektromaqnit keçid proseslərini, Park-Qorev tənliklərini və sinxron maşının parametrlərinin keçid proseslərinə təsirini təhlil edir;
CLO 5: FTN5: Elektrik sistemlərinin müxtəlif iş rejimlərində, o cümlədən yüksək və aşağı gərginlikli şəbəkələrdə, elektrik stansiyalarının xüsusi sərfiyyat sistemlərində qısaqapanma proseslərini hesablayır;
CLO 6: FTN6: Elektrik sistemlərinin statik dayanıqlığını və keçid prosesləri zamanı sistemin iş rejiminin dəyişməsini təhlil edir, elektrik ötürməsinin güc xarakteristikalarını qiymətləndirir.
Mövzu planı
- 1.Keçid prosesləri haqqında anlayışlarMühazirə
Elektrik sistemlərində keçid proseslərinin mahiyyəti, yaranma səbəbləri, əsas növləri və xarakterik xüsusiyyətləri izah edilir. Normal və qəza rejimləri arasında keçid, elektromaqnit və elektromexaniki keçid prosesləri, keçid proseslərinin elektrik avadanlıqlarına təsiri nəzərdən keçirilir.
- 2.Qısaqapanma hesabatında məqsəd və yol verilən əsas amillər. Qısaqapanma hesabatının aparılmasının ümumi qaydası. Nisbi vahidlər sistemi.Mühazirə
Qısaqapanma hesablamalarının məqsədi, elektrik avadanlıqlarının seçilməsi və dayanıqlığının qiymətləndirilməsində rolu araşdırılır. Hesablamalarda qəbul edilən fərziyyələr, ilkin verilənlər, hesabat ardıcıllığı və nisbi vahidlər sisteminin tətbiqi izah edilir.
- 3.Əvəz sxeminin qurulması və parametrlərinin təyiniMühazirə
Elektrik sisteminin qısaqapanma hesablamaları üçün əvəz sxemlərinin qurulması, generator, transformator, xətt və digər elementlərin sxemdə təsviri və onların parametrlərinin hesablanması üsulları öyrənilir.
- 4.Qısaqapanma cərəyanının ifadəsiMühazirə
Qısaqapanma zamanı cərəyanın yaranması və dəyişməsi, cərəyanın periodik və aperiyodik mürəkkəbələri, başlanğıc və məcburi rejim qiymətləri araşdırılır. Qısaqapanma cərəyanının analitik ifadəsinin alınması izah edilir.
- 5.Keçid prosesinin fiziki izahı. Zərbə cərəyanının təyiniMühazirə
Qısaqapanma zamanı elektromaqnit proseslərin fiziki mahiyyəti, cərəyanın ani dəyişməsi, aperiyodik komponentin yaranması və zərbə cərəyanının formalaşması izah edilir. Zərbə cərəyanına təsir edən əsas amillər araşdırılır.
- 6.Sinxron maşının əsas parametrləri. Təsirlənmənin avtomatik tənzimlənməsinin təsiriMühazirə
Sinxron generatorların əsas elektrik və elektromaqnit parametrləri, müxtəlif oxlar üzrə reaktivliklər və qısaqapanma prosesində generatorun davranışı nəzərdən keçirilir. Təsirlənmənin avtomatik tənzimlənməsinin qısaqapanma cərəyanına və keçid prosesinə təsiri araşdırılır.
- 7.Sinxron maşının elektromaqnit keçid poseslərinin tənlikləri. İlk tənliklər. Ümumiləşdirilmiş vektor.Mühazirə
Sinxron maşının elektromaqnit keçid proseslərinin riyazi təsviri, maşının ilkin tənlikləri və dəyişənlərin qarşılıqlı əlaqəsi öyrənilir. Ümumiləşdirilmiş vektor anlayışı və onun elektrik maşınlarının modelləşdirilməsində tətbiqi izah edilir.
- 8.Koordinat sisteminin dəyişdirilməsi. Park-Qorev tənlikləriMühazirə
Sinxron maşınların riyazi modellərində koordinat sisteminin dəyişdirilməsinin zəruriliyi, üçfazalı dəyişənlərin fırlanan koordinat sisteminə keçirilməsi və Park-Qorev çevrilmələri öyrənilir. d-q koordinatlarında maşın tənliklərinin qurulması izah edilir.
- 9.Üçfazalı qısaqapanma cərəyanının praktik üsullarla hesabı. Ümumi göstərişlər. Cərəyanın periodik mürəkkəbəsinin başlanğıc qiymətinin hesabatıMühazirə
Üçfazalı qısaqapanmanın hesablanmasının praktiki metodikası, ilkin verilənlərin seçilməsi, hesabat sxeminin hazırlanması və qısaqapanma cərəyanının periodik mürəkkəbəsinin başlanğıc qiymətinin təyini məsələləri öyrənilir.
- 10.Qısaqapanma cərəyanının istənilən andakı qiymətinin hesabı. Tipik əyrilər üsuluMühazirə
Qısaqapanma cərəyanının zamanla dəyişməsi, müxtəlif zaman anlarında onun qiymətinin müəyyən edilməsi və tipik əyrilər üsulunun tətbiqi araşdırılır. Hesablamalarda zaman sabitləri və cərəyanın sönməsi nəzərə alınır.
- 11.Yüksək gərginlikli elektrik mühərriklərinin təsirinin nəzərə alınması. Elektrik stansiyasının xüsusi sərfiyyat sistemində qısaqapanma cərəyanının hesablanması xüsusiyyətləriMühazirə
Yüksək gərginlikli asinxron və sinxron elektrik mühərriklərinin qısaqapanma zamanı elektrik sisteminə təsiri öyrənilir. Mühərriklərin qısaqapanma cərəyanına verdiyi töhfə, keçid reaktanslarının nəzərə alınması və qısaqapanma zamanı mühərriklərin generator kimi işləməsi izah edilir. Elektrik stansiyalarının xüsusi sərfiyyat sistemlərində qısaqapanma cərəyanlarının hesablanması xüsusiyyətləri və mühərriklərin hesablama sxeminə daxil edilməsi araşdırılır.
- 12.1 kV-a qədər gərginlikli şəbəkələrdə qısaqapanma cərəyanlarının hesablanması xüsusiyyətləriMühazirə
1 kV-a qədər gərginlikli şəbəkələrdə qısaqapanmaların xüsusiyyətləri, kabel və şinlərin, kontakt birləşmələrinin və digər elementlərin müqavimətlərinin nəzərə alınması öyrənilir. Aşağı gərginlikli sistemlər üçün hesablama üsulları araşdırılır.
- 13.Qeyri-simmetrik qısaqapanmalar. Simmetrik mürəkkəbələr üsulunun tətbiqiMühazirə
Qeyri-simmetrik qısaqapanmaların növləri, onların yaranma səbəbləri və elektrik sisteminə təsiri araşdırılır. Simmetrik mürəkkəbələr üsulunun mahiyyəti, üçfazalı sistemin düz, əks və sıfır ardıcıllıqlara ayrılması və hesabatlarda tətbiqi izah edilir.
- 14.Elementlərin düz, əks və sıfır ardıcıllıqlı müqavimətlərinin təyiniMühazirə
Elektrik sisteminin generator, transformator, xətt və digər elementlərinin düz, əks və sıfır ardıcıllıqlı müqavimətləri öyrənilir. Müqavimətlərin fiziki mənası və qeyri-simmetrik qısaqapanmaların hesabında onların rolu araşdırılır.
- 15.Qeyri-simmetrik qısaqapanmaların ümumi hesabat metodikasıMühazirə
Müxtəlif növ qeyri-simmetrik qısaqapanmalar üçün hesabat ardıcıllığı, ilkin verilənlərin hazırlanması, ardıcıllıq sxemlərinin qurulması və qəza nöqtəsində cərəyan və gərginliklərin təyin edilməsi metodikası öyrənilir.
- 16.Qeyri-simmetrik qısaqapanma cərəyanlarının hesabatıMühazirə
Birfazalı, ikifazalı və ikifazalı torpağa qısaqapanma zamanı cərəyanların hesablanması, ardıcıllıq şəbəkələrinin əlaqələndirilməsi və qəza nöqtəsində cərəyanların müəyyən edilməsi məsələləri nəzərdən keçirilir.
- 17.Düz ardıcıllığın ekvivalentlik qaydası. Kompleks əvəz sxemləriMühazirə
Düz ardıcıllıq şəbəkəsinin ekvivalentləşdirilməsi, müxtəlif elektrik sistem elementlərinin kompleks müqavimətlərlə təsviri və mürəkkəb şəbəkələrin sadələşdirilməsi üsulları öyrənilir.
- 18.Qısaqapanma cərəyanlarının nisbətiMühazirə
Qısaqapanma cərəyanlarının müxtəlif rejimlərdə və müxtəlif qısaqapanma növlərində nisbətləri araşdırılır. Cərəyanların müqayisəsi, hesablama nəticələrinin qiymətləndirilməsi və avadanlığın seçilməsi baxımından bu nisbətlərin əhəmiyyəti izah edilir.
- 19.Statik dayanıqlıq haqqında anlayış. Ən sadə elektrik ötürməsinin güc xarakteristikasıMühazirə
Elektrik sistemlərinin statik dayanıqlığı, dayanıqlı və dayanıqsız iş rejimləri, kiçik pozuntular və sistemin ilkin rejimə qayıtma qabiliyyəti izah edilir. Ən sadə elektrik ötürməsində güc bucağı xarakteristikası və maksimum ötürülən güc araşdırılır.
- 20.Statik dayanıqlığın fiziki izahıMühazirə
Elektrik sistemində generator və yük arasında elektromexaniki tarazlıq, kiçik pozuntular zamanı rotor bucağının dəyişməsi və sistemin dayanıqlığının fiziki mahiyyəti araşdırılır. Statik dayanıqlığa təsir edən əsas amillər təhlil edilir.
- 21.Dinamik dayanıqlıq haqqında anlayış. Elektrik sisteminin dinamik dayanıqlığıMühazirə
Elektrik sistemlərinin dinamik dayanıqlığı anlayışı və onun sistemin etibarlı işləməsində rolu öyrənilir. Böyük pozuntular zamanı generatorların rotor bucağının, elektromexaniki proseslərin və güc balansının dəyişməsi təhlil edilir. Qısaqapanma, elektrik xəttinin açılması, generatorun və ya böyük yükün şəbəkədən ayrılması kimi pozuntuların sistemin dinamik dayanıqlığına təsiri araşdırılır.
- 22.Sahələr üsulu. Sərhədaçma bucağının təyini. Ardıcıl intervallar üsuluMühazirə
Elektrik sistemlərinin dinamik dayanıqlığının qiymətləndirilməsində istifadə olunan sahələr üsulunun əsas prinsipləri öyrənilir. Sürətlənmə və ləngimə sahələrinin fiziki mənası, onların bərabərlik şərti və dayanıqlığın müəyyən edilməsində tətbiqi izah edilir. Kritik və sərhədaçma bucağının təyini, həmçinin ardıcıl intervallar üsulu ilə rotor bucağının dəyişməsinin hesablanması nəzərdən keçirilir.
- 23.Elektrik sisteminin dayanıqlığının yüksəldilməsi tədbirləriMühazirə
Elektrik sistemlərinin statik və dinamik dayanıqlığının yüksəldilməsi üçün tətbiq olunan texniki və rejim tədbirləri öyrənilir. Sürətli rele mühafizəsi və açma, avtomatik təkrar qoşma, generatorların həyəcanlandırılmasının avtomatik tənzimlənməsi, sürətli tənzimləyicilər, əlavə dayanıqlıq qurğuları və FACTS texnologiyalarının rolu araşdırılır. Şəbəkənin gücləndirilməsi, generasiya və yükün optimal paylanması və fövqəladə avtomatika tədbirlərinin dayanıqlığa təsiri təhlil edilir.
- 24.Nisbi vahidlər sistemi və elektrik sisteminin əvəz sxeminin qurulmasıMəşğələ
Elektrik sisteminin əsas elementlərinin nominal və nisbi parametrlərinin hesablanması, baza gücü və baza gərginliyinin seçilməsi, generator, transformator, xətt və digər elementlərin müqavimətlərinin nisbi vahidlərə gətirilməsi. Verilmiş elektrik sistemi üçün əvəz sxeminin qurulması qaydaları izah edilir.
- 25.Üçfazalı qısaqapanma cərəyanının hesablanmasıMəşğələ
Simmetrik üçfazalı qısaqapanma zamanı qısaqapanma cərəyanının hesablanması, qısaqapanma nöqtəsinə qədər ümumi müqavimətin müəyyən edilməsi, cərəyanın periodik mürəkkəbəsinin başlanğıc qiymətinin və digər əsas parametrlərin təyini.
- 26.Qısaqapanma cərəyanının zaman üzrə dəyişməsi və zərbə cərəyanının hesablanmasıMəşğələ
Qısaqapanma cərəyanının periodik və aperiyodik mürəkkəbələrinin fiziki mahiyyəti, onların zamanla dəyişməsi və zərbə cərəyanının formalaşması araşdırılır. Zərbə əmsalının seçilməsi və zərbə cərəyanının praktiki hesablanması nümunələri yerinə yetirilir.
- 27.Sinxron generatorların keçid proseslərində iştirakının hesablanmasıMəşğələ
Sinxron maşının keçid proseslərində əsas parametrlərinin nəzərə alınması, keçid və keçiddən sonrakı reaktansların tətbiqi, təsirlənmənin avtomatik tənzimlənməsinin qısaqapanma cərəyanına təsiri araşdırılır.
- 28.Qeyri-simmetrik qısaqapanmaların simmetrik mürəkkəbələr üsulu ilə hesablanmasıMəşğələ
Birfazalı, ikifazalı və ikifazlı yerə qapanma kimi qeyri-simmetrik qısaqapanma növləri və onların hesablama sxemləri araşdırılır. Düz, əks və sıfır ardıcıllıqlı mürəkkəbələrin əvəz sxemlərinin birləşdirilməsi və qısaqapanma cərəyanlarının hesablanması yerinə yetirilir.
- 29.Düz, əks və sıfır ardıcıllıqlı müqavimətlərin təyini və kompleks əvəz sxemləriMəşğələ
Generator, transformator, elektrik xətti və digər elementlərin düz, əks və sıfır ardıcıllıqlı müqavimətlərinin təyin edilməsi prinsipləri öyrənilir. Müxtəlif qeyri-simmetrik qısaqapanma halları üçün kompleks əvəz sxemlərinin qurulması və ekvivalentləşdirilməsi həyata keçirilir.
- 30.Elektrik mühərriklərinin və xüsusi sərfiyyat sistemlərinin qısaqapanma cərəyanına təsiriMəşğələ
Yüksək gərginlikli asinxron və sinxron mühərriklərin qısaqapanma zamanı əlavə cərəyan mənbəyi kimi təsiri araşdırılır. Elektrik stansiyalarının xüsusi sərfiyyat sistemlərində və 1 kV-a qədər şəbəkələrdə qısaqapanma cərəyanlarının hesablanmasının xüsusiyyətləri praktiki nümunələrlə öyrənilir.
- 31.Elektrik ötürməsinin statik dayanıqlığının hesablanması və təhliliMəşğələ
Ən sadə elektrik ötürməsinin güc bucağı xarakteristikası, generator–şəbəkə–yük sistemində aktiv gücün bucaqdan asılılığı və statik dayanıqlığın fiziki mahiyyəti araşdırılır. Güc xarakteristikasının qurulması və iş rejiminin dayanıqlığının qiymətləndirilməsi üzrə hesablamalar aparılır.
- 32.Güc transformatorlarında keçid proseslərinin tədqiqiLaboratoriya
Güc transformatorlarının qoşulması və açılması zamanı yaranan elektromaqnit keçid prosesləri, maqnitlənmə cərəyanı və keçid rejiminin əsas parametrləri öyrənilir. Transformatorun keçid proseslərinin elektrik şəbəkəsinin iş rejiminə təsiri araşdırılır və müvafiq hesablama və ya simulyasiya modeli qurulur.
- 33.Sinxron generatoru olan elektrik şəbəkəsində üçfazalı qısaqapanmanın tədqiqiLaboratoriya
Sinxron generatorla qidalanan elektrik şəbəkəsində üçfazalı qısaqapanma zamanı elektromaqnit keçid prosesləri araşdırılır. Qısaqapanma cərəyanının zaman üzrə dəyişməsi, generatorun subkeçid, keçid və qərarlaşmış rejimləri və qısaqapanma cərəyanına generator parametrlərinin təsiri tədqiq edilir.
- 34.Qısaqapanma cərəyanlarının və şəbəkədə qalıq gərginliklərinin paylanmasının tədqiqiLaboratoriya
Elektrik şəbəkəsinin müxtəlif nöqtələrində qısaqapanma baş verdikdə qısaqapanma cərəyanlarının və qalıq gərginliklərin paylanması öyrənilir. Qısaqapanma yerinin, şəbəkə elementlərinin parametrlərinin və mənbələrin təsiri araşdırılır.
- 35.Sadə üçfazalı dövrədə qısaqapanma zamanı keçid prosesinin öyrənilməsiLaboratoriya
Sadə üçfazalı elektrik dövrəsində qısaqapanmanın yaranması ilə əlaqədar keçid prosesinin əsas xüsusiyyətləri tədqiq edilir. Qısaqapanma cərəyanının periodik və aperiyodik komponentləri, ilkin cərəyanın qiyməti və qərarlaşmış rejimə keçid prosesi nəzəri və praktiki olaraq araşdırılır.
- 36.Üçfazalı elektrik şəbəkəsində qeyri-simmetrik qısaqapanmaların tədqiqiLaboratoriya
Üçfazalı elektrik şəbəkəsində birfazalı, ikifazalı və ikifazalı torpaqlanmış qısaqapanmalar zamanı yaranan qeyri-simmetrik keçid prosesləri öyrənilir. Simmetrik komponentlər üsulundan istifadə etməklə cərəyan və gərginliklərin hesablanması, fazalar üzrə qeyri-simmetriyanın qiymətləndirilməsi və müxtəlif qısaqapanma növlərinin müqayisəsi aparılır.
- 37.Keçid prosesinin hesabatı zamanı əvəz sxemlərində sinxron maşınların xarakteristikalarıSərbəst iş
Keçid proseslərinin hesablanmasında sinxron generator və mühərriklərin elektrik parametrlərinin, keçid və superkeçid reaktanslarının, daxili elektromaqnit hərəkət qüvvəsinin və əvəz sxemlərinin qurulması prinsiplərinin öyrənilməsi. Sinxron maşınların qısaqapanma zamanı davranışı və müxtəlif hesablama mərhələlərində istifadə olunan parametrlər araşdırılır.
- 38.Keçid prosesinin hesabatı zamanı əvəz sxemlərində transformator və avtotransformatorların xarakteristikalarıSərbəst iş
Transformator və avtotransformatorların keçid proseslərinin hesablanmasında istifadə olunan əvəz sxemləri, müqavimət və reaktansları, transformasiya əmsalı və sıfır ardıcıllıq parametrləri nəzərdən keçirilir. Müxtəlif birləşmə qruplarının və neytral rejimlərinin keçid proseslərinə təsiri təhlil edilir.
- 39.Keçid prosesinin hesabatı zamanı əvəz sxemlərində elektrik veriliş xətlərinin xarakteristikalarıSərbəst iş
Elektrik veriliş xətlərinin keçid proseslərində modelləşdirilməsi, aktiv müqavimət, induktiv reaktans, tutum keçiriciliyi və sıfır ardıcıllıq parametrlərinin müəyyənləşdirilməsi öyrənilir. Qısa və uzun xətlərin əvəz sxemlərinin seçilməsi və onların keçid proseslərinin hesablanmasına təsiri araşdırılır.
- 40.Keçid prosesinin hesabatı zamanı əvəz sxemlərində cərəyan məhdudlaşdırıcı reaktorların xarakteristikalarıSərbəst iş
Cərəyan məhdudlaşdırıcı reaktorların təyinatı, konstruktiv xüsusiyyətləri və elektrik sistemlərində tətbiqi araşdırılır. Reaktorların induktiv müqavimətinin qısaqapanma cərəyanlarına təsiri, əvəz sxemlərində göstərilməsi və reaktor parametrlərinin seçilməsi prinsipləri öyrənilir.
- 41.Qısa qapanma cərəyanlarının hesablanma qaydalarıSərbəst iş
Üçfazalı və qeyri-simmetrik qısaqapanma növləri, qısaqapanma nöqtəsinin müəyyənləşdirilməsi, əvəz sxemlərinin qurulması və qısaqapanma cərəyanlarının hesablanması metodları öyrənilir. Simmetrik komponentlər üsulundan istifadə etməklə müxtəlif qısaqapanma rejimlərinin təhlili aparılır.
- 42.Kommutasiya aparatlarının seçilməsi və yoxlanılmasıSərbəst iş
Elektrik açarları, ayırıcılar, qoruyucular və digər kommutasiya aparatlarının əsas texniki parametrləri və seçilmə meyarları araşdırılır. Aparatların nominal gərginlik, nominal cərəyan, termik və elektrodinamik dayanıqlıq, açma qabiliyyəti və qısaqapanma cərəyanlarına görə yoxlanılması prinsipləri öyrənilir.
- 43.Elektrik sistemlərində asinxron rejimlər və resinxronlaşdırmaSərbəst iş
Elektrik sistemlərində generatorların sinxronizmdən çıxması, asinxron rejimlərin yaranma səbəbləri və sistemin dinamik davranışı araşdırılır. Asinxron rejimlərin elektrik sisteminin dayanıqlığına təsiri, resinxronlaşdırma üsulları və avtomatik idarəetmə tədbirləri təhlil edilir.
- 44.İnduktivliyin və tutumun açılmasını müşayiət edən keçid prosesləriSərbəst iş
İnduktiv və tutum xarakterli elektrik dövrələrinin açılması zamanı yaranan elektromaqnit keçid prosesləri öyrənilir. Kommutasiya zamanı ifrat gərginliklərin yaranma mexanizmləri, enerji mübadiləsi, elektrik qövsü və keçid proseslərinin əsas parametrləri araşdırılır.
- 45.Elektrik sistemlərinin dayanıqlığı və yaxşılaşdırılması üzrə tədbirlərSərbəst iş
Elektrik sistemlərinin statik və dinamik dayanıqlığı, dayanıqlığın pozulmasına səbəb olan amillər və sistemin dayanıqlıq ehtiyatının qiymətləndirilməsi öyrənilir. Dayanıqlığın artırılması üçün sürətli rele mühafizəsi, avtomatika, kompensasiya qurğuları, generatorların idarə edilməsi və digər texniki tədbirlər təhlil edilir.
- 46.Avtomatik təkrar qoşma (ATQ) və ehtiyat qidalanmasının avtomatik qoşulması(EAQ)Sərbəst iş
Elektrik sistemlərində təchizatın etibarlılığının artırılmasında ATQ və EAQ qurğularının rolu araşdırılır. ATQ və EAQ-nin iş prinsipi, tətbiq sahələri, iş ardıcıllığı, vaxt parametrləri və rele mühafizəsi ilə qarşılıqlı əlaqəsi öyrənilir. Müxtəlif qəza ssenariləri üzrə avtomatik idarəetmə alqoritmləri təhlil edilir.
Ədəbiyyat
- 1. E.H.Süleymanlı, Elektrik sistemlərində keçid prosesləri, Bakı-2001;
- 2. N.A.Yusifbəyli, Elektrik sistemlərində keçid prosesləri, Ali məktəblər üçün dərslik, Bakı, ADNSU, 2022;
- 3. H.B.Quliyev, E.V.Sadıqov, Elektrik sistemlərində keçid prosesləri (Qısa qapanma cərəyanlarının hesabatı), Bakı-2007;
- 4. E.H.Süleymanlı, V.A. Kələntərov, Elektrik sistemlərində keçid prosesləri, Bakı-2009;
- 5. J.C.Das, Transients in electrical systems, The McGraw-Hill Companies, 2010;
- 6. Q.Sadıqov, N.Orucov, Sənaye müəssisələrinin elektrik təchizatı, Bakı: AzTU-nun nəşriyyatı,2001 - 313 s.;
- 7. B.M.Weedy, B.J.Cory, N.Jenkins, J.B.Ekanayake, G.Strbac, Electric Power Systems 5th edition, Wiley-2012;
- 8. J.Duncan Glover, Mulukutla S.Sarma, Thomas J.Overbye, Power system analysis and design 5th edition, Cengage learning – 2012.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |