Bakalavr proqramı
Data analitikasıFənn nəticələri
Fənn təlim nəticələri
Hər fənnin sonunda tələbənin əldə etməli olduğu nəticələr.
- İF-61107yFənnin səhifəsi: Xətti cəbr və analitik həndəsə
Xətti cəbr və analitik həndəsə
CLO 1: Kompleks ədədlər, matrislər və determinantlarla bağlı əsas anlayışları izah edir, onlar üzərində əməlləri yerinə yetirir.
CLO 2: Xətti cəbri tənliklər sistemlərini müxtəlif üsullarla həll edir və həllərin mövcudluğunu təhlil edir.
CLO 3: Xətti fəza, bazis və xətti çevirmə anlayışlarını izah edir, onların əsas xassələrini tətbiq edir.
CLO 4: Kvadratik formaları təhlil edir və onların əsas xassələrini müəyyənləşdirir.
CLO 5: Vektorlar cəbrinin elementlərini və Dekart koordinat sistemini tətbiq edərək müstəvidə və fəzada həndəsi məsələləri həll edir.
CLO 6: Düz xəttin və müstəvinin tənliklərini qurur, ikitərtibli cəbri xətləri və səthləri təhlil edir.
- if-611197yFənnin səhifəsi: Riyazi analiz-1
Riyazi analiz-1
CLO 1: Funksiyaların limitlərini və kəsilməzliyini müəyyən edir, limitlərin hesablanması üsullarını tətbiq edir.
CLO 2: Funksiyaların törəmələrini hesablayır, törəmədən istifadə edərək funksiyaların artma və azalma intervallarını, ekstremum nöqtələrini müəyyən edir.
CLO 3: Müəyyən inteqralları hesablayır, inteqral hesabın köməyi ilə müstəvi fiqurların sahəsini və funksiyaların orta qiymətini müəyyən edir.
CLO 4: Ədədi və funksional sıraların yığılmasını araşdırır və onların əsas xassələrini tətbiq edir.
CLO 5: Çoxdəyişənli funksiyaların qismən törəmələrini hesablayır və ekstremum məsələlərini həll edir.
CLO 6: Riyazi analiz üsullarını sadə optimallaşdırma və data analitikası məsələlərinə tətbiq edir, riyazi nəticələri təhlil və şərh edir.
CLO 7: Riyazi modellər qurur, analitik düşünmə və riyazi əsaslandırma bacarıqlarından istifadə edərək statistik analiz və maşın öyrənməsi üçün zəruri riyazi məsələləri həll edir.
- if-611202yFənnin səhifəsi: Data Analitikasına giriş
Data Analitikasına giriş
CLO 1: Data analitikasının əsas anlayışlarını, prinsiplərini və müxtəlif sahələrdə tətbiq imkanlarını izah edir.
CLO 2: Strukturlaşdırılmış və strukturlaşdırılmamış verilənləri fərqləndirir, müxtəlif mənbələrdən məlumatların toplanması üsullarını müəyyən edir.
CLO 3: Verilənlərin təmizlənməsi, transformasiyası və standartlaşdırılması üsullarını tətbiq edərək məlumatları təhlilə hazırlayır.
CLO 4: Əsas statistik analizləri, ehtimal, korrelyasiya və kovariasiya üsullarını tətbiq edərək verilənlər arasındakı əlaqələri təhlil edir.
CLO 5: Hipotezlərin yoxlanılması, statistik sınaqlar və reqressiya analizi üsullarından istifadə edərək məlumatlar əsasında nəticələr əldə edir.
CLO 6: Data analitikası alətləri və proqramlaşdırma dillərindən istifadə edərək məlumatları təhlil edir və nəticələri vizuallaşdırır.
CLO 7: Data analitikasının biznes, bank, maliyyə, marketinq və digər sahələrdə tətbiqini təhlil edir, məlumatlara əsaslanan qərarların qəbulunda onun rolunu izah edir.
CLO 8: Məlumatların təhlili prosesində etik prinsipləri və fərdi məlumatların mühafizəsi tələblərini nəzərə alır.
- if-61113yFənnin səhifəsi: proqramlaşdırmanın əsasları
proqramlaşdırmanın əsasları
CLO 1: Kompüterdə məsələlərin həlli mərhələlərini və üsullarını izah edir, məsələlərin həlli üçün alqoritmlər qurur.
CLO 2: Proqramlaşdırma dillərinin və proqramlaşdırma sistemlərinin əsas xüsusiyyətlərini, inkişafını, üstünlüklərini və çatışmazlıqlarını müqayisə edir.
CLO 3: Müasir proqramlaşdırma dilindən istifadə etməklə proqramlar hazırlayır və proqramın strukturunu formalaşdırır.
CLO 4: Verilənlərin tiplərini, operatorları, əməliyyatları və idarəetmə strukturlarını tətbiq edərək proqram kodları yazır.
CLO 5: Massivlər, sətirlər, göstəricilər və fayllarla işləyərək verilənlərin saxlanmasını və emalını həyata keçirir.
CLO 6: Alt proqramlar yaradır və onlardan istifadə etməklə proqram kodunu strukturlaşdırır.
CLO 7: Obyektyönlü proqramlaşdırma modelinin əsaslarını, sinifləri, obyektləri, onların xassələrini və metodlarını izah edir və tətbiq edir.